Feili birləşmələr
Əsas tərəfi feilini təsriflənməyən formaları (məsdər, feili sifət, feili bağlama) ilə ifadə olunan birləşmələrə feili birləşmələr deyilir: dərs oxumaq, dünən gələn, onu aparanda.
Feili birləşmələr quruluşca sadə və mürəkkəb olur: iki leksik mənalı sözdən ibarət olanlar sadə (vətəni qorumaq), üç və daha artıq leksik mənalı sözdən ibarət olanlar mürəkkəb (vətən yolunda ölmək).
Feili birləşmələri tərkibi feillərlə qarışdırmaq olmaz. Belə ki, həm frazeoloji birləşmələr, həm də ol, et, bil, qıl tipli köməkçi feillərin köməyi ilə yaranan tərkibi feillər sərbəst söz birləşməsi hesab edilmir. Məsələn, oxuya bilmək, qulaq asmaq, adam olmaq tipli sözlər bir müstəqil məna daşıyır, mürəkkəb-tərkibi feil adlanır. Feili birləşmənin hər iki tərəfi müstəqil leksik mənaya malik olmalıdır.
Feili birləşmələrə cümlə təhlili zamanı tərkiblər deyərək onları əsas tərəfin ifadə vasitələri ilə adlandırırlar: məsdər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi. Əslində mahiyyətcə feili birləşmə ilə tərkibin heç bir fərqi yoxdur. Tərkib iki sözdən də, daha çox sözdən də ibarət ola bilər. “Tərkib” sğzü ilə “birləşmə” sözü sinonim ola bilər.
Məsdər tərkibləri
Məsdər tərkiblərinin əsas tərəfi məsdərlə ifadə olunur: evə getmək. Asılı tərəfi isə müxtəlif nitq hissələri ilə ifadə oluna bilər: yaxşı oxumaq, beş almaq, aşağı düşmək.
Məsdər tərkiblərinin cümlədə rolu: Mübtəda olur (Onu görmək mənim xoşuma gəlmədi.), tamamlıq olur (Onu görməyi çox arzulamışam.), ismi xəbər olur (Mənim məqsədim onu görməkdir.), məqsəd zərfliyi olur (Onu görmək üçün kəndə getdim.).
Feili sifət tərkibləri
Əsas tərəfləri feili sifətlə ifadə olunmuş tərkiblərə feili sifət tərkibləri deyilir. Məsələn, dünəndən yatan. Asılı tərəfi isə müxtəlif nitq hissələri ilə ifadə oluna bilər: bizə gələn, dünəndən gözlərini yummayan, gedəndə yatmış və s.
Feili sifət tərkiblərinə aid olan təyinedici sözlər də tərkib daxilinə qatılır. Məsələn, Bu yaz kəndə gələn (hansı?) qonaqlar kəndimizə valeh olacaqdır.
Feili sifət tərkiblərinin cümlədə rolu: Əsasən təyin olur (Dünən axşamdan görüləcək (hansı?) işlər bu günə niyə qalıb?), mübtəda olur (Mənim illərlə oxuduqlarım (nə?) mənə bəs edər.), tamamlıq olur (Sənin üzünə gülənləri (kimi?) tanı.), ismi xəbər olur (Bunlar sənin gördüklərindir (kimlərdir?).), səbəb zərfliyi olur (Atam dünən xəstələndiyi üçün (niyə?) mən gəlmədim.), tərzi-hərəkət zərfliyi olur (Bura birnəfəsə gəldiyin kimi də (necə?) qayıt.), miqdar zərfliyi olur (Bu çantana yerləşdirə bilyidin qədər (nə qədər?) yığ.).
Feili bağlama tərkibləri
Əsas tərəfi feili bağlamalarla ifadə olunan birləşmələrə feili bağlama tərkibləri deyilir: ölkəmizi görəndə. Asılı tərəfi müxtəlif nitq hissələri ilə ifadə oluna bilər: səni görəndə, iki alanda, dərslərini oxumamış və s.
Feili bağlama tərkiblərinin cümlədə rolu: Feili bağlama məqsəd və yer zərfliyindən başqa zərfliyin bütün məna növləri vəzifəsində iştirak edə bilir: tərzi-hərəkət zərfliyi (Əlinin atası ilə danışa-danışa (necə?) getdi.), zaman zərfliyi (Yolun kənarı ilə qaçanda (nə vaxt?) adam yıxılmaz.), səbəb zərfliyi (O, pələngin vəhşi nəriltisindən qorxub (niyə?) heyvanxanaya gəlmədi.), miqdar zərfliyi (Biz mənim əllərim qabar olunca (nə qədər?) işlədik.).
Feili birləşmələr cümlənin feili xəbəri ola bilmir.
Feili birləşmələrin asılı tərəfləri də feillə ifadə oluna bilər: yeyib gedəndə, uzanaraq oxumaq, işləyəndə yorulan.
Tərkiblərin əsas tərəfi ilə əlaqəyə girən bütün sözlər tərkibin bir hissəsi sayılaraq bütövlükdə bir cümlə üzvü hesab olunur: Doğma torpağa getmək (nə?) mənim çoxdankı arzumdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
“Yuli Sezar” kitabı Azərbaycan dilinə tərcümə edilib
Ermənistan ordusu mövqelərimizi atəşə tutub
“YAŞAT” şəhid ailələrinin və qazilərin hansı ehtiyaclarını qarşılayacaq - SİYAHI
Qoturluq haqqında verilən suallar
Məşhur cütlük boşanmadan 20 gün sonra EVLƏNİR
Azərbaycanlı gənc şirkətini Twitter-ə 100 milyona satdı
Çağatay Ulusoy hər bölümə görə 500 min alır
"Həyat" adlı oyun
Davosda sensasiyalı açıqlama: "Avropa Birliyi dağılacaq!"
Məşhur yazıçıların ən az tanınan 10 əsəri
Gün var əsrə bərabər: Ötənləri yada salaq
İKT sektoru üzrə yeni dövlət proqramı qəbul ediləcək
Dodaq çatlarını aradan qaldıraq
Vermeşilli kotlet
Neymar da koronavirusa yoluxdu
Ət soyutması (foto resept)
Xəttə görə xasiyyət necə müəyyən edilir?
42 yaşlı aktrisa görünüşü ilə heyran etdi
TƏBİB sədri özəl xəstəxanalara səsləndi
Cons Taysonla görüşdən əvvəl qulağını sığortalada bilər
“Papanin”də metro tikilir
Sadə və səliqəli dırnaqlar
Metro istifadəçilərinə şad xəbər
Günün ulduz falı
85 yaşlı kişi əkiz atası oldu
Qeyri-sağlam vərdişlər
Nazim Hikmətin şeirindən ilhamlanan kolleksiya
Qaragilə və portağal şirniyyatı (foto resept)
Demet Özdemir ev təmizliyindən danışdı
Dəhşətli xəbərdarlıq: Yer kürəsi hər an məhv ola bilər
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 175 yeni yoluxma
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Uşaq otağı
Saç çubuqları
Qızıl xeyli bahalaşdı
Torpaq fırıldaqçılarından ehtiyatlı olun
İnsan neçə dəfə sevir?
Psixoloji testlər
Eyni paltarda məşhurlar və modellər
Android planşetləri üçün WhatsApp olacaq
Oyuncaqlar uşaqlarda davranış pozğunluğu yaradır - İDDİA
İsti su içməyin 5 faydası
Yeni Planet Aşkarlandı
Qızlıq pərdəsi və ya bakirət (II hissə)
Bakıdakı taksilərə ciddi dəyişikliklər tətbiq olunacaq
Cennifer Lopez milyonlarından danışdı
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Gülben Ergen “YouTube” kanalı açdı - FOTO
Meyvə tərkibləri
Müəllimlərlə bağlı VACİB QƏRAR
- ŞƏRHLƏR