Vitiliqo, pigment itkisi ilə əlaqədar dəridə ağ, yamaq tərzində ləkələrlə özünü büruzə verən bir dəri xəstəliyidir. Bədənin hər hansı bir hissəsində özünü göstərə bilər. Ən çox vitiliqonun yayıldığı sahələr: üz, dodaqlar, əllər, qollar, ayaqar və genital bölgələrdir.Yüz adamın 1,2 -sində bu xəstəlik olur. Xəstəlik, ümumiyyətlə 20 yaşdan əvvəl başlayır. 1/5 xəstədə ailəvi xəstəlikdir. Vitiliqolu xəstələrin çoxunun ümumi sağlamlıq vəziyyəti yaxşıdır.
Dəri, saç, və göz rəngini təyin edən melanin pigmentidir.Melanosit deyilən hüceyrələrdə istehsal edilir.Əgər bu hüceyrələr ölsə və ya melanin hazırlaya bilməsə dəri rəngi açılır və ya tamamilə ağ olur.
Vitiliqoya səbəb nədir?
Vitiliqo, dərinin melanosit hüceyrələrinin itkisinin nəticəsidir. Bunun səbəbi naməlumdur. 4 tipi vardır: Xallar halında, yayılan, universal (bütün bədəndə), Halo Nevus.
Vitiliqo necə inkişaf edir?
Xəstəliyin yayılması və şiddəti hər insanda bir cür olur.Açıq dərili insanlarda, vitiliqolu sahələr ilə normal dəri arasındakı rəng fərqini ya birbaşa, ya da qaralmadan sonra hiss edilir.Əsmər insanlanlarda vitiliqo il boyunca daha asan görünür. Məşhur vitiliqo, bəzən bütün bədəndə pigment itkisinə səbəb ola bilər. Nə qədər pigment itkisi olacağını əvvəldən bilmək çətindir. Tipik vitiliqo, süd ağı rəngdə özünü göstərir. Vitiliqo sahəsində pigment kölgələri və ya sahənin ətrafında tünd rəngli halqa ola bilər.
Vitiliqo, ümumiyyətlə sürətli pigment itkisiylə başlayır. Pigment itkisi dövrünü daha sonra, pigmentin dəyişmədiyi dövrlər əvəz edir. Bu period sonsuza qədər davam edə bilər. Vitiliqo xəstələrində dəri rənginin özbaşına geri dönməsi nadirdir. Artıq vitiliqosu olmayacağına inanan xəstələrin, əslində bütün pigmentləri itmiş olur və dərilərində ziddlik yaradan sahə qalmır. Bədənlərində tək rəng olur, ancaq vitiligoları davam edir.
Vitiliqo necə müalicə edilər?
Bəzən vitiliqo üçün ən yaxşı müalicə, heç müalicə etməməkdir.Açıq rəngli kəslərdə qaralmaqdan yayınmaq, dəridə ziddlik meydana gəlməsinin qarşısını alır. Vitiliqolu sahənin günəşə olan təbii müdafiəsi itmişdir.Bu sahələrdə asanlıqla günəş yanığı ola bilər. Buna görə, ən az 15 faktorlu bir günəş qoruyucusu istifadə edilməlidir.Günəşdən qorunmalıdır.Vitiliqonu makiyaj və ya boyalarla örtmək etibarlı və asan bir üsuldur.Suya dayanıqlı kosmetikalar, az qala hər dəri tipi üçün mövcuddur.Həm də qaraldıcı mürəkkəblər də mövcuddur. Bunlar, dihidroksi aston deyilən bir kimyəvi maddə tərkiblidir və dəriyə əsmər rəng qata bilmək üçün melanositlere ehtiyac duymur. Ancaq bunlar xəstəliyi yaxşılaşdırmır.Yalnız görünüşü düzəldir.Döymələr də kiçik vitiliqo sahəsində mikropigmentasyona kömək ola bilər. Vitiliqonun müalicəsi, ya normal dəri rənginə dönüş (repigmentasyon), ya da az miqdarda qalmış normal rəngdəki sahələrin rəngini açmaq (depigmentasyon ) şəklində ola bilər. Repigmentasyon metodlarının heç biri qalıcı deyil.
1. Topikal kortikosteroid: Kortikosteroid tərkibli kremlər, kiçik vitiliqolu sahələrin rənginin geri dönməsində təsirlidir. Bu üsul, digər müalicələrlə birlikdə də tətbiq oluna bilər. Ancaq, bu kremlərin, dərini naziltmə kimi əks təsirləri vardır və həkim nəzarətində istifadə edilməlidirlər.
2. PUVA müalicəsi: Psoralen adında bir maddə istifadə edilir. Bu, dərini işığa həssas edir. Sonra dəri, xüsusi bir tip UV işığına məruz qoyulur.Xüsusi bir tibbi təchizat lazımdır. Əgər vitiliqo məhdud bir sahədədirsə, UVA müalicəsindən əvvəl psoralen yalnız dəriyə tətbiq oluna bilər. Ancaq, ümumiyyətlə həb olaraq ağıza verilir.PUVA ilə müalicədə üz, bədən, qol və ayaqların bədənə yaxın qisimlərində köhnə dəri rənginin qazanılma ehtimalı 50-70%-dir. Əl və ayaqlar zəif cavab verir. Ümumiyyətlə, 1 il boyunca həftədə 2 dəfə müalicə lazımdır. PUVA-in günəş yanığına bənzər reaksiya meydana gətirməsinə sıx rast gəlinir. Uzun dövrdə istifadə edildikdə, dəridə çillənmə görülə bilər və dəri xərçəngi riskini artırar.Psoralen, gözləri də işığa daha həssas etdiyi üçün PUVA bloka edici günəş eynəyi günbatana qədər istifadə edilməlidir. Beləliklə katarakta meydana gəlmə riski azalır. PUVA, 12 yaşından az uşaqlarda, hamilələrdə, süd əmizdirən analarda və ya müəyyən bəzi vəziyyətlərdə (dərman istifadəsi, xəstəlik) tətbiq olunmur.
Qreftləmə:
Normal dəri sahəsinin vitiliqolu sahəyə transferi yalnız bəzi mərkəzlərdə və müəyyən bir qrup xəstədə edilə bilər. Ümumiyyətlə, müalicə edilən sahələrdə rəng tamamilə geri dönməz.
Depigmentasiya müalicəsi:
Vitiliqosu çox yayılan xəstələr üçün ən praktik üsul, qalan pigmentli sahənin rənginin açılıb bütün bədənə eyni rəngin qazandırılmasıdır. Bu, hidrokinonların monobenzil efir forması ilə təmin edilə bilər. Bu müalicə təxminən bir il davam edir. Nəticə qalıcıdır.
Uşaqlarda vitiliqonun müalicəsi:
Uşaqlar üçün ümumiyyətlə çox sıx müalicələr təklif edilmir .Günəşdən qoruyucular və makiyaj ən yaxşı üsuldur. Kortikosteroidli məlhəmlər istifadə edilə bilər, ancaq idarəli olmalıdır.12 yaşa qədər PUVA təklif edilmir.Yenə də fayda və zərəri müqayisə edilərək qərar verilməlidir.
Vitiliqo tamamilə müalicə edilə bilərmi?
Araşdırmalar davam edir və yeni müalicələrin inkişaf edəcəyi ümid edilir.
XƏBƏR LENTİ
Sıla məşhur aşpazdan ayrıldı
Adını dəyişmək istəyən şəxs nə etməlidir?
Quru meyvəli maffinlər (foto resept)
Aclıq bədənə necə təsir edir? - ARAŞDIRMA
Mariya Zaxarova: “Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil”
Real hekayə əsasında çəkilmiş seriallar
BÜRCLƏR bizə nə vəd edir?-8 Noyabr
Maraqlı təsadüf: ABŞ-da Kovid adlı dizayner pandemiyadan bir il əvvəl maskalı geyim təqdim edib
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Google yeni şirkət aldı
Kartof dolması (foto resept)
Keçmişin gözəl aktrisaları
Cəfərinin faydaları
Həm ziyarət, həm ticarət
HAVA necə olacaq?- 14 APREL
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
"Qaz ayağı" peçenyesi (foto-resept)
Möhtəşəm ziyafət donları
McDonald's-ı belə "yıxdılar"
Malıbəyli və Quşçuların işğalından 24 il ötür
Acun "Survivor"və "Exathlon" yarışlarının gələcəyindən danışdı-FOTO
Hamiləlikdə ürək döyüntüsü
Plastik pəncərənin bu boltunu çevirin - Sən demə, YAY və QIŞ rejimləri var imiş - VİDEO
Metyu Brayza: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır”
Mehriban xanımdan vacib paylaşım
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Portağalın faydalarını bilirsinizmi?
"Azərbaycana kiberhücumların 90 faizi xaricdən həyata keçirilir"
Palantinlər
Davranış qaydalarına riayət edirsinizmi?
Günün ulduz falı
Tanış olun: yeni Jaguar
İlham Əliyev G20-yə bu təyyarə ilə gedəcək
Qış vannası qəbul etməyin faydaları
Qara kişmişli kurabiyə (foto-resept)
3 il sonra...
"Facebook"da Dövlət İmtahan Mərkəzi adı altında SAXTAKARLIQ
Moruq mürəbbəsi (foto resept)
Quru saçlar üçün 3 maska
İllərə görə ən çox qazanan filmlər (2001-2019)
Bu körpə anasından 1 yaş kiçikdir
Azərbaycana "donuz qripi" gələrsə...
Azərbaycanda hava şəraiti dəyişəcək
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Muzey işçiləri evdə
Məşhurların illərə görə dəyişən saçları
Facebook-da "təmizlik" başlanır
Ən təhlükəli smartfonlar
DiKaprio partidə - FOTO
Şahzadə Harri və Meqanın körpəsinin adı açıqlandı-FOTO
- ŞƏRHLƏR