
Vitiliqo xəstəliyi qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir. Dəridə olan "melanin" adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə "boyayır") azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir-biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.Milli.Az ATv.Az-a istinadən bildirir ki, bu xəstəlik hətta bizim eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb. Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal-hazırda dünyada orta hesabla 30 mln.-dan çox insanlar bu xəstəlikdən əziyyət çəkirlər. Həkimlərin müşahidələrinə görə, xəstələrin sayı getdikcə artmaqdadır. Xəstəlik adətən cavan yaşlarda (hətta südəmər uşaqlarda) başlayır.Xəstəlik adətən gizli şəkildə başlayır. Bəzən ləkələr əmələ gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların yeriməsi hissi, arabir sancma hiss oluna bilər. Adətən xəstəlik uzun illər, hətta insanın həyatının sonuna qədər davam edir. Çox nadir hallarda xəstəlik özü-özünə keçə bilər. Vitiliqo probleminin əsas aktuallığı onun xəstənin psixo-sosial statusuna təsiri ilə bağlıdır. Məsələ burasındadır ki, bu xəstəliyi olan insanların əksəriyyəti böyük psixoloji sıxıntılar yaşayır, özünə qapanır, insanlarla ünsiyyətdən qaçırlar.Günümüzə qədər vitiliqo xəstəliyinin əmələ gəlmə səbəbləri məlum deyil. Məhz bu səbəbdən bu xəstəliyin effektli və tam dəyərli müalicə metodları da müasir tibbdə problem olaraq hələ də qalmaqdadır. Müasir təbabət vitiliqo xəstəliyini autoimmun xəstəliklərinə aid edir. Vitiliqo xəstəliyinin müalicəsinin əsas məqsədi kosmetik defektin aradan qaldırılması və dərinin piqmentasiyasının bərpa olunmasıdır.Müalicə üsullarının seçimi fərdi olaraq xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmadığından, xəstəliyin mərhələsindən, ləkələrin yerləşməsindən və s. səbəblərdən asılıdır. Müalicə kompleks şəklində aparılır. Bu zaman müxtəlif qrup dərman preparatlarından istifadə olunur - kortikosteroidlər, immunopreparatlar, fermentativ preparatlar, mübadilə proseslərini stimullaşdıran preparatlar, vitaminlər və mikroelementlər, xüsusi məlhəmlər, kremlər, zərdablar və s. Lazım olduqda antidepressantlar, neyroleptiklər və s. bu kimi preparatlar istifadə oluna bilər. Xəstəliyin müalicəsində ultrabənövşəyi şüalanma metodları böyük yer tutur. Belə müalicə zamanı müxtəlif "fotosensibilizatorlar" adlı xüsusi preparatlar istifadə olunur ki, onların köməyilə dərinin ultrabənövşəyi şülarına olan həssaslıq artır. Nəticədə isə melanoqenez - dəridə melanin piqmentinin əmələ gəlməsi prosesi də stimullaşdırılır.Bundan əlavə müalicə zamanı lazer, təbii gün işığı istifadə olunur. Vitiliqo xəstəliyinin cərrahi müalicə üsulları da mövcuddur. Vitiliqo xəstəliyi olan insanların pəhrizində tərkibində C və B vitaminləri (sitrus meyvələri, bibər, pomidor, kartof, kələm, itburnu, qara ciyər, qarabaşaq, yulaf yarması, araxis, süd və süd məhsulları, yumurta, balıq və s.), mis mikroelementi (qoyunun qara ciyəri, pendir, noxud və s.) olan qida məhsulları böyük yer tutmalıdır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
Natamamlıq effekti
Bu gün 7 şəhərdə imtahan keçiriləcək
Bürclərin qorxuları
Bayram namazının vaxtı açıqlandı
"Bizim Cəbiş müəllim"in Makedonu
"Bavariya" yeni prezident seçdi
Kosmosda qəbristanlıq tapıldı
Ledi Qaqa da karantindədir -FOTO
Zakir Həsənov: "Bayrağımız tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacaq"
Azərbaycanlı uşaqlara sürpriz
Ramazan ayının 14-cü gününün duası
Rus qızlarla bacarmadıq
Qadın.Netlilərlə bir az gülək
Balıq salatı (foto-resept)
Yuxularımızı kimlər yoza bilər?
Pakistan mediası Xocalı faciəsindən yazdı
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Ermənilər dinc azərbaycanlını atəşə tutdular
Dəriyə mənfi təsir edən 5 gizli səbəb
Dünyanın ən böyük külək elektrik stansiyası inşa edildi
Madonnadan plastik əməliyyat etirafı
Sabahın HAVAsı
Müəllimlərin işə qəbul qaydaları dəyişdirildi
Artıq koronavirusu mikroskopsuz da görmək mümkün olacaq - VİDEO
Azərbaycanda uşaqlar daha çox hansı xəstəliyə tutulurlar?
Hərbi attaşelər ermənilərin kimyəvi silah atdığı ərazidə
"Azərkosmos"da yeni kanal
Rezidenturada 24 plan yeri boş qaldı
Tələbə adını qazananlar seçim edirlər
Dənizdə üzən oyuncaq ördəklər
Beyonsenin 6 yaşlı qızının AДћLASIДћMAZ HƏYATI: şəxsi cangüdən, özəl stilist, milyonlar və... - FOTO
Günün qoroskopu: başqalarının işlərinə qarışmalı olacaqsınız
Bakıda valideyn dərdi
Aişvariya Rainin 31 yaşlı Oğlu Peyda Oldu-VİDEO/FOTO
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb
Pazllar ("Canım bacım")
Qazıntılar zamanı tapılan sümüklər arxeoloqları dəhşətə gətirdi - FOTOLAR
Ermənistandan antirekord
İvana Sərtin son FOTOsu səs-küy yaratdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
486 müəllim imtahandan imtina etdi
Xətasız tərbiyə
Günün ulduz falı
Ləziz salat (foto resept)
Bəs siz hansındansınız?
Düzgün ayaqqabı seçimi
Samsung-dan Galaxy Trend 3
Unun qiymətləri qalxdı?
İlham Əliyev Qərbi ayıltdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]