Böyükağa Məşədi oğlu Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olmuşdur. O, böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mənimsəyərək 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olan, lakin 1941-1945-ci illər müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyən Böyükağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycan rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak etmişdir. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan Böyükağa Mirzəzadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışmışdır. Rəssamın yetirmələrinin əsərləri ölkədə və onun hüdudlarından kənarda geniş şöhrət qazanmışdır.
Gənc yaşlarından yaradıcılıqla məşğul olan Böyükağa Mirzəzadə az bir vaxt ərzində Azərbaycan rəssamlıq sənətinin inkişafında özünəməxsus xidmətlərə malik mahir fırça ustası kimi tanınmışdır. Onun rəngkarlıq, qrafika, səhnəqrafiya rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə həmişəlik daxil olmuşdur. Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də digər muzeylərin daimi ekspozisiyalarında nümayiş etdirilir.
Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil etmişdir. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlik və milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadənin portret janrında ustalıqla yaratdığı boyakarlıq əsərlərində tarixi şəxsiyyətlərin və müasirlərinin daxili aləmi, xarakteri və mənəvi zənginlikləri bütün dolğunluğu ilə öz əksini tapmışdır. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur.
Böyükağa Mirzəzadə fırçasının məhsulu olan natürmort, tablo və lövhələr özünün yüksək emosional təsir qüvvəsi ilə seçilir, insanı doğma vətəni və onun təbiətini sevməyə çağırır. Bu əsərlər yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə səciyyələnərək neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında böyük rol oynamışdır.
Böyükağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərmişdir. Uzun illər ərzində Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən faydalanaraq yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da Böyükağa Mirzəzadənin mühüm xidmətləri olmuşdur. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır.
Böyükağa Mirzəzadə uzun illər pedaqoji sahədə uğurla çalışmış və zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edərək, milli rəssamlıq məktəbinin inkişafına layiqli töhfələr vermişdir.
Böyükağa Mirzəzadənin yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medalla təltif edilmişdir. Rəssamın müstəqil respublikamızın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülməsi onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq təzahürüdür.
Portret janrının ustalarından biri olan, Böyükağa Mirzəzadənin dəfələrlə fərdi sərgisi keçirilmişdir. Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarın əsərləri indi nəinki Azərbaycanın, eləcə də dünyanın məşhur muzeylərində qorunub saxlanılır.
Böyükağa Mirzəzadə 2007-ci ildə 87 yaşında vəfat etmisdir.
XƏBƏR LENTİ
Meyvələrdən ilham alan sənətkar
Acundan AÇIQLAMA-FOTO
Qarındakı yağları əridən qarışım
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı başlayıb
Azərbaycan Ordusunun Xankəndidə doğum evini atəşə tutması yalandır - RƏSMİ
Nobelin son sahibindən maraqlı əhvalatlar
Alman reyxfürerin sevgi məktubları
"Beyaz Show" geri qayıdır
İncə telli saçlara qulluq üçün məsləhətlər
London Moda Həftəsi
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu
Məşhur futbolçu Demeti rahat buraxmır - İşə Can da qarışıb
Retro saç stili yenidən dəbdə!
Barış Arduç və Güpse Özay evləndi
Onlar niyə zəhləmizi tökürlər?
Trampın heykəli 28 min dollara satıldı
Uşaqların internetdən asılı olduğunu göstərən hallar
Ah bu donlar,donlar...
Sinem Kobal paylaşdığı FOTO ilə gündəm oldu
Möcüzəvi təbiət hadisələri (2)
İşləmək üçün Qadın oldu
Dövlət Turizm Agentliyi nələri dəyişəcək?
Birinci xanım ərəbləri hiddətləndirdi
Psaki girovlar barədə danışdı
Qabının formasına vurulacağınız ətirlər
Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"
Uşağın cinsiyyətini necə planlaşdırmaq olar?
Azərbaycanda koronavirusa yoluxma 100-dən aşağı düşdü: Üç nəfər vəfat etdi
Hadise 100 minlik geyim sifarişi verdi-FOTO
Deputatlarımız təsdiqləndi
Günün ulduz falı - 29.12.2013
Azərbaycanda daha bir pivə təhlükəsi
Yayla bağlı ilkin HAVA PROQNOZU
Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?
Marsda həyat əlaməti - Yeni kəşf
Kraliça tacı türk gözələ çatdı
Fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Qaz kəsilməsi haqqında-XƏBƏRDARLIQ
Yeni trend: Təbii və dağınıq qaşlar
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Möcüzəvi təbiət hadisələri
Merkel Facebook-a xəbərdarlıq etdi
Apple-in sirləri açılır
Qorbaçov ölüm yatağında
Portağallı maffin (foto resept)
Bezeli, biskvitli qozlu tort (foto resept)
Bütün noutbuklar üçün eyni...
- ŞƏRHLƏR