Ateistlərin Qurana etdiyi iradlardan biri də onda Qar yağışının olmamasıdır. Deyilir: “Axı necə ola bilər ki, Allah tərəfindən göndərilən bir kitabda planetin bir çox hissəsini əhatə edən soyuq iqlimdən və qar yağışından söz açılmır? Bir cox təbii hadisələrdən söz açan Quran, qar sözünü işlətmir. Ərəbistan üçün yad olan qış fəslinə belə eyham vurmur? Bunların olmaması Quranın Allah tərəfindən deyil, Məhəmməd (s) tərəfindən yazılmasını bir daha təsdiqləyir!”
Gəlin görək belədirmi?
“Məgər görmürsənmi ki, Allah buludu yavaş-yavaş qovur, sonra onun (parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından QAR və DOLU nazil edir. Onun vasitəsi ilə istədiyinə ziyan vurur və onu, istədiyindən sovuşdurur. Onun (Qar və Dolunun) parıltısı az qalır gözlərin işığını yox etsin”. (Nur surəsi, 43)
Diqqətimizi çəkən, ayədə yer alan ifadə seçimidir. Ayədə keçən Qar və Dolu mənalarını özündə birləşdirən “BƏRƏD” (ШЁЩЋШ±ЩЋШЇЩЌ) kəlməsi təsadüf olaraq seçilməmişdir. Ayədə keçən “bərəd” ifadəsi mötəbər lüğətlərə əsasən qar və xırda buz dənələri anlamına gəlir. Uca Allah bu ifadəni seçməklə qardakı möhtəşəm sirri bizim üçün işarə etmişdir.
1931-ci ildə Amerikalı Vilson Betley adlı bir fotoqrafın “Qar kristalları” kitabı satışa çıxarıldı. Vilsonun 2500- dən çox qar kristallarının üzərində apardığı təcrübə bütün dünyanı heyrətə saldı, məlum oldu ki, qar kristalları əsrarəngiz olmağı ilə yanaşı hər biri özünəməxsus quruluşa malıkdir. Dünyaya yağan heç bir qar dənəsi o birisinə bənzəmir.
Vinson özü bunu belə şərh edirdi: “Böyüdücü ilə baxdıqda qar dənələrinin möcüzəvi quruluşunu gördüm. İndiyə gədər bu gözəlliyin başqaları tərəfindən görülməməsini utandırıcı hal hesab edirəm”.
Sonradan alimlərin apardığı çoxsaylı təcrübələr həqiqəti daha da qabartdı.
Qurani-Kərim hələ 1400 il bundan qabaq ifadə seçimi ilə bu məsələni qeyd etməsi Uca Allahın əzəli və əbədi məharətindən xəbər verir. Bu səbəbdən də ayədə qar sözünü ifadə edən xırda buz dənələri ifadəsi olan “bərəd” kəlməsi işlənmişdir.
Daha maraqlısı isə ayənin axırında işlənən “Onun parıltısı az qalır gözlərin işığını yox etsin” cümləsidir. Qeyd etdiyim kimi, Ərəbistanda qar və dolu yağışı nadir hallarda baş verir. Hətta yağsa belə, çox az müddətdə əriyir. Amma Qurani-Kərim onun işıqının parıltısının gözləri kor etməyindən danışır. Bəs bu necə olur?
Daimi qar və buzlaq olan ərazilərdə yaşayan insanlar gözlərinin kor olmaması üçün rəngli eynəklərdən istifadə edir. Eynək tapmayanlar isə müəyyən vaxtlarda gözlərinə qara və ya qırmızı parça qoyaraq gözlərini qoruyur. Çünki ağ rəngə uzun-uzadı baxmaq gözləri kor edə bilər. Uzun müddət yerdə qalan qar və buzlar günəşin şüaları altında parlaq ağ işiq yaradır. Anlaşılan odur ki, “Onun (qar və dolunun) parıltısı az qalır gözlərin işığını yox etsin” cümləsi açıq-aşkar qarlı və soyuq ərazıləri və orada məskunlaşmış insanları əhatə edir. Çünki yuxarıda qeyd etdiyim kimi, Ərəbistanda gözləri kor etməyə qadir olan qar, buzlaq və şaxta mövcud deyil. Quranın bu ayəsi ümumi planetin mənzərəsini özündə ehtiva edir.
Sonda nəticə olaraq onu deyə bilərəm ki, Quranda yağıntının bütün növlərindən söz açılır. Hətta ehtimal olunan meteor və komet (26/173, 11/82) yağışına da işarə olunur; Quranın nazil olduğu dövrdə bilinməsi qeyri mümkün olan qar dənələri (kristalları), qar və buzla örtülü olan ərazilər və bu örtüyün insana və onun görmə qabiliyyətinə verə biləcəyi fəsadlardan mükəmməl formada söz açılır.
Quranın bir hidayət kitabı olmasını (2/2) nəzərə alaraq onu deyə bilərəm ki, onda olan elmi ehyam və işarələr, tətbiqi elm yolu ilə yəqinə çatmaq istəyənlər üçün nişanələrdir.
Səyavuş Yəhyayev
XƏBƏR LENTİ
Qurumuş dərini canladırmaq üçün 3 üsul
Erməni çöküşü sürətləndi
Modern iş geyimləri
Sevin, sevilin, kəşf edin...
Aprel ayının ən çox satılan kitabları-SİYAHI
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Geyim asılqanının başqa hansı faydasını bilirdiniz?
Bal pətəyinə diqqət
Sobada badımcan dolması (foto-resept)
Azərbaycan futboluna ağır itki üz verdi
Daha hansı filmlərimiz rənglənməlidir?
Memarlığın mükəmməliyi
Best Cow – Tanış dadın yeni adı!
Karantin günlərində kökəlməmək üçün...
Dünyada minlərlə insan bu günü gözləyir
Şeyma Subaşı yeni FOTOsu ilə diqqət çəkdi
Gavalı və göyəm turşusu (foto resept)
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Musiqidə əbədiləşən ömür...
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Trampın cangüdəni koronavirusa yoluxdu
İrem Derici övladlığa uşaq götürür
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Əqrəb və Dolça bürcü uyğunluğu
Dəyişmək
Yaz-yay ayaqqabıları
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Qiyabi təhsil ləğv olunur?
Acun "Survivor"və "Exathlon" yarışlarının gələcəyindən danışdı-FOTO
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Hansı günlərdə oruc tutmağın savabı daha çoxdur?
Sabah hava necə olacaq?
"Brent" markalı neftin qiyməti 50 dolları keçdi
Hulusi Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
"Qarabağda müharibə istənilən an başlaya bilər"
Uşaqların sosial-psixoloji inkişafı-7
Hicablı xanımlar üçün
Putindən Əliyevə dəvət
İngilis dili - XXXI dərs
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
Meyvələrin məzəli halları
Ledi Qaqa yeni Sevgilisi ilə-FOTO
Yaddaşı bərpa etmək olacaq?
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
İşində nömrə bir olmaq istəyənlər oxusun
Facebook-un əsas sirri... - İstifadəçilər üçün vacib xəbər
Məşhur aktrisa koronavirusa yoluxdu
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Emberin məhkəmə rəyi üzə çıxıb
- ŞƏRHLƏR