Yuxularımız möcüzəli nağıllar, maraqlı hadisələr, romantika, döyüş və hadisələrdir. İnsan yuxularında bəzən olan hadisələri, yaşadığı stress və şən anları görür. Yuxu yeganə amildir ki, biz qısa bir müddətdə sevə və ayrıla bilərik, hündürlüyə qalxa və ordan anidən yerə enə bilərik, eyni anda ehtiras və qorxu hiss edə bilərik. Uça bilərik və bu da biz insanları həm maraqlandırır, həm təbii olaraq qorxudur. Ən əsası da odur ki, biz özümüz yuxularımızın yaradıcısıyıq. Lakin yuxudan oyandıqdan sonra bu sualı özümüzə veririk adətən. "Bu nə yuxu idi? Görəsən məni nə gözləyir? Bu yuxu mənə nə demək istəyir?
Biz yuxu görərkən nə baş verir?
Adətən, biz yatdıqdan 1 saat sonra yuxu görməyə başlayırıq. Bəzən buna "gecə filmi" də deyilir. Bir yuxu 10 dəqiqəyə qədər davam edə bilər. Bir gecədə biz 4-6 yuxu görə bilərik. Elə ona görə də çox zaman insanlar səhər oyandıqda gecə yuxuda nə gördüklərini unudurlar. Nə qədər xatırlamağa çalışsaq da, hər gördüyümüz yuxudan bir fraqment gözümüzün önündən keçir və anlaya bilmirik. Yuxular ağ- qara və rəngarəng olur. Alimlər düşünürlər ki, rəngarəng yuxunu 20 faiz insanlar görür. Bu insanlar fantaziyası güclü olanlardır. Yuxunun ağ-qara və ya rəngarəng olması həm də bizim əhvalımızdan asılıdır. Ağır iş günündən sonra yuxuda yalnız ağ-qara film izləmək olar. Ağ-qara yuxunu görən insanlar 2-3 həftə bu yuxunu unutmurlar. Belə insanlar güclü hafizəyə və dərrakəyə malikdirlər. Bu insanlar həyatda da yalnız öz ağıllarına və instiklərinə güvənirlər.
Rəngarəng yuxu isə insan beyninin daha dərinliklərinə işləyir və belə insanlar bu yuxuların təsirindən uzun müddət çıxa bilmirlər. Hətta onu da deyim ki, belə yuxu görən insanlar yuxuda dincəlirlər. Rəngarəng yuxuların təsiri 3 aya qədər insanı tərk etmir. Psixoloq alimlərin araşdırmalarına görə, yuxular nə qədər parlaq və rəngarəng olarsa, bir o qədər insan həyatına təsir edə bilər.
Yuxular necə olur?
Bəzi yuxular bizim keçmişimiz, indiki və gələcəyimizlə bağlı olduğu halda, bəziləri psixikamızın vəziyyəti ilə bağlı olur. Bəzi yuxular real həyatda başımıza gələn hadisənin eynisidir. İlham gətirən yuxuları, əsasən incəsənət insanları görür - şairlər, rəssamlar və s. Belə yuxuları adi insanlar da görə bilər və bu o deməkdir ki, bu insanın da fitri istedadı var, lakin hələ də tam dərk etmir. Bəzən eyni yuxunu dəfələrlə görürük. Həkimlər bu yuxuların həyatımızda baş verən hadisələrlə sıx əlaqəsi olduğunu söyləyirlər. Bu yuxular beynimizdə hələ də cavab tapa bilmədiyimiz hadisələri təbliğ edir və deməli, beynimiz eyni problemi dəfələrlə düşünür və bu bizi narahat edir. Bəzən serial kimi davam edən yuxular görürük. Bir neçə gecə eyni yuxunun davamını izləyirik. Bu o deməkdir ki, həyatımızda baş verən hadisələri sonunda qaydasına qoya biləcəyik.
Əgər yuxuda yüksəklikdən aşağı doğru düşdüyünüzü, zəlzələnin baş verdiyini, qırıx mebel, ayaqlarınıza batan daşlar və s. hadisələr görürsünüzsə, bu yuxular sizi planlarınızın və ideyalarınızın məhv olmaq həddində olmasını bildirir və sizə xəbərdarlıq edilir ki, artıq həyatınızda nələrisə dəyişməyin vaxtıdır.
Yuxuda hər hansı bir vəzifəli şəxsi görürüksə, deməli, həyatda bizi narahat edən problem uğurlu olacaq.
Bəzi yuxular isə gələcəkdə baş verəcək hadisəni tam sürətdə bizə agah edir və belə yuxular çox zaman real olur. Bu yuxular alimlər tərəfindən çox araşdırılıb və insanlarda olan 6-cı hiss bu yuxuları bizə film kimi izlədir. Beynimiz gələcəkdə baş verəcək hadisələrə bizi hazırlamaq üçün bu yuxuları bizə izlədir və bəzən biz bu hadisələrə hazır oluruq, bəzən isə yox.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Chanel-in 2014-2015-ci il Yeni il kolleksiyası
Mustafa Sandal dörd mərtəbəli lüks villasını satışa çıxardı - FOTO
“Özünü anidən pis hiss edən vətəndaşın təcili tibbi yardıma müraciət etməsi mütləq deyil” - AÇIQLAMA
Bu adalara "YOX" deyildi-SİYAHI
Bağırsağınız SAAT KİMİ işləyəcək - SADƏ VASİTƏ
Qoruxularınız arıqlamağa mane olur
Beyons yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Soyuq havalar beyinə necə təsir edir?
Bürclərə görə bənzərliklər - Xanımların diqqətinə
Qızılın qiyməti qalxdı
Marsa gedən ilk asiyalı
Sabahdan 40% bahalaşma
Oruc tutmaq istəyən uşaqlarla bağlı tövsiyələr
Məlum bitkilərin naməlum xassələri
Say və əvəzliyə aid sınaq sualları
Ən gözəl körpülər
Bakıda şimal küləyi əsəcək
Azərbaycan manatının dünya valyutalarına nisbətdə məzənnəsi
"Lipuçka" edərkən nəyə diqqət etməli?
Obama bunu edən ilk prezident oldu
Hadise və Kaan Yıldırım ilk dəfə şəkil paylaşdı
Rihannanın bu Paylaşımı Gündəm Oldu
İstismar müddəti başa çatmış binalar
Sensasion iddia: Ebola Bakıya onlarla gələ bilər
Rusiya təyyarəsinin qəzaya uğramasının SƏBƏBi bilindi
Azərbaycan Kuboku: 1/8 final oyunları
Karantin qaydalarını pozub yas mərasimi keçirdilər, cərimələndilər - FOTO
"Eurovision-2020" üçün mahnı qəbuluna başladı
Mahsun Kırmızıgül llər sonra ilk dəfə -FOTO/VİDEO
İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
Məhşurların məzar yazıları
HAVA necə olacaq?
HAVA necə olacaq?- 24 MART
Köklü,darçınlı,qozlu keks (foto resept)
Azərbaycanda daha 39 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Azərbaycan millisi tarix yazdı
Üz və bədən üçün maskalar
Quru dəri üçün pilinq
Pələng körpəyə hücum etdi-VİDEO
Dekabra manat bahalaşa bilər
Azərbaycanda 7 mindən artıq həkim sertifikasiyadan keçdi
Qanunsuz tikililərin sənədləşməsinə başlanılır
Saç tökülməsinə qarşı maska
Qadın.Net yazılı avatarlar
Sualtı restoran
Azərbaycan kinosunun əcnəbi qəhrəmanları: Mixaylonun ona gücü çatmadı
Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
Azərbaycanlı bəstəkar reanimasiyaya yerləşdirildi
5 ay əvvəl okeanda azan qadınlar sağ tapıldı!
Rusiyadan təyyarə sərnişinlərinə yeni məhdudiyyət
- ŞƏRHLƏR