Hər bir bağ, bitki həvəskarı həyətində, məşğul olduğu sahədə əkdiyi bitkinin yaxşı bitməsini istəyər. Bunun üçün çoxlu şərtlərə əməl etmək lazımdır. İş onda deyil ki, haradansa bitki əldə etdik, həyətyanı sahəmizə əkdik, suladıq və bu oldu bizim bitki. Xeyr belə deyil! İlin souuq aylarında nələrə diqqət etməliyik? Nəbatat bağının baş aqronomu, biologiya üzrə fəlsəfə doktoru Asif Mehrəliyevin bir-birindən dəyərli məsləhətlərini sizinlə bölüşürük.
Köçürülmə
Payızın sonu, qışın əvvəllərində əsas işlərdən biri bitkilərin müvəqqəti yerlərindən daimi yerlərinə köçürülməsidir. Bitkinin köçürüləcəyi yerin düzgün hazırlanması, çalaların düzgün qazılması, çalada drenajın düzgün qoyulması, su yığılan sahələrdə bunun qarşısının alınması, su az olan sahələrdə suyun saxlanmaüı üçün tədbirlərin görülməsi bitkinin bünövrəsinin düzgün qoyulmasına hesablanır. Çala mütləq əkindən 20-30 gün əvvəl hazırlanmalıdır. İşlər böyük bir plantasiya məsələn, meyvə bağı və s.-də aparılırsa, torpağın xüsusiyyətinə uyğun dərin şum olmalıdır. Çoxillik bitkilər (dekorativ, meyvə və ot bitkiləri) üçün də şum çox dərin (60-80 sm) aparılmalıdır.
Bu zaman torpağın səthindəki alaq otları dərinə düşür, çürüyür və gələcəkdə inkişaf etmir. Şum qatı nə qədər çox olarsa, özündə yağıntını daha çox saxlaya bilir, nəticədə, quraqlığa davamlılıq artır. Fərdi həyətyanı sahələrdə ayrı-ayrı bitkilərin əkini zamanı isə bitkilər üçün xüsusi çalalar hazırlanır. Çalanın dərinliyi və diametri 50-60-70 sm olmalıdır. Bu, ən çox 1-4 illik bitkilər üçündür. Daha yaşlı bitkilərdə isə 1m3 həcmində qazılır.
Yuxarıda qeyd edildiyi kimi çala mütləq əkindən 20-30 gün əvvəl qazılmalıdır. Bitki əkilməzdən əvvəl çalanın yanında meşə torpağı, torf və qumdan (1:1:1, bəzən 2:1:1,5) ibarət torpaq qarışığı hazırlanmalıdır. Bu substratın bir hissəsi bitkinin altından tökülür. Bitkilər müvəqqəti yerindən çıxarılan kimi daimi yerinə köçürülməlidir. Havada qalarsa, onun kökü torpağı quruyacaq və bitmə faizi aşağı düşəcək. Həmişəyaşıl bitkilər mütləq öz torpağı ilə birlikdə çıxarılmalıdır. Bəzən elə olur ki, müvəqqəti yerindən çıxarılan ağacın pöhrələri kök boğazından başlayır.
Kök boğazındakı yaşıl hissələr torpaqla gövdənin təmasını azaltdığından onları budamaq lazımdır. Bitki daimi yerinə əkilən kimi mütləq bol suvarılmalıdır. 10 sm dərinlikdə 1 m2 sahənin suvarılması üçün 10 litr su gərək olur. Bitki Abşeron şəraiti üçün (yağıntıdan asılı olaraq) hər 10 gündən bir suvarılmalıdır. Az suvarılanda bitki qızmar torpaqda əziyyət çəkir. Onu da vurğulayaq ki, torpaqlar ağır və yüngül olmaqla iki qrupa ayrılır. Ağır torpaqlar: gillicəli, qara-şabalıdı, şabalıdı. Yüngül torpaqlar:qumlu, qumsal, gillicəli və s.
Budanma
Noyab-dekabr aylarında ən əsas işlərdən biri bitkilərin budanmasıdır. Budanma iki istiqamətdə aparılır:
1. Formavermə;
2. Məhsuldar bitkilərdə məhsul, həmişəyaşıl bitkilərdə formavermənin saxlanması.
Yastı, dairəvi-yastı, şar, kvadrat, konus, silindr, heyvan və quş formalarına uyğun aparılan budanma növləri vardır. Budanma ilk 4-5-6 il ərzində həmin formanın alınması istiqamətində aparılır. Meyvə bitkilərinin əsas çətir formaları hündürboylu, yumru və yaxud kardon (ərazi vahidində bitkiarası məsafəni azaltmaqla, günəş və torpaqdan səmərəli istifadə ilə məhsuldarlığın artmasına xidmət edir) formalarıdır.
Sonrakı illər o formanın saxlanması məqsədilə ildə bir (yarpaqlarını tökən bitkilərdə) və ya bir neçə dəfə (həmişəyaşıl bitkilərdə) budanma aparılır. Birgöz, evalipt kimi sürətli böyeyən bitkiləri də ildə bir neçə dəfə budamaq lazımdır. Məhsul istiqamətin budama zamanı fikir ancaq generativ tumurcuqların qorunmasına və formalaşdırılmasına yönəldilməlidir. Bütün bunlar iti və steril bağ alətləri ilə edilməlidir. Çiçəklədiyi dövrdə isə heç bir bitkini budamaq olmaz. Yaşıl ağaclarda seyrəltmə və gödəltmə üçün uzun zoğların ucu, bir-birinə mane olan budaqlar isə dibdən kəsilir.
Yerdəyişmə
Hamı istəyir ki, evində gözəl, dekorativ bitkilər olsun. Amma bunun üçün ən azı çox çalışmaq, bitki həvəskarı olmaq lazımdır. Qış dövründə vacib tədbirlərdən biri bitkilərin bir dibçəkdən digərinə köçürülməsidir. Adətən alınan dibçək kiçik olduğundan bir müddətdən sonra bitki böyüyür, kökün inkişafı üçün şərait olmur və inkişaf dayanır. Ona görə də bitkini daha iri dibçəyə əkmək lazım gəlir. Drenaj dibçəyin artıq suyunu kənara axıdan bir vasitədir. Bunun üçün xırda çınqıl, balıqqulağı, kabab kömürü, keramzit, saxsı qabların qırıq parçalarında istifadə edilir. Drenaj suyun asanlıqla süzülməsinə yardımçı olur. Dibçəyin torpağı çox yumşaq olmalıdır. Bitki çiçəyi açdığı zaman isə onun köçürülməsi qəti qadağandır.
Basma üsulu ilə çoxaltma
Payız-qış dövründə həvəskar bağbanlar çətin çoxaltma qabiliyyətinə malik bitkiləri xüsusi üsullarla (havada basma və torpaqda basma) çoxaldırlar. Sürünən və sarmaşıq bitkiləri xüsusilə basma üsulundan istifadə etməklə asanlıqla çoxalır. Çiyələk ağacı, ardıc, şamın bəzi növləri də basma üsulu ilə çoxaldılır. Bu üsulun əhəmiyyəti ana bitkidən ayırmaqla yeni bitki əmələ gətirməkdir. Bu üsulla bitkini əyib basdırdığımız zaman torpaq qidalı olmalıdır, mütəmadi suvarılmalıdır və tərpənməməsi üçün bərkidilməlidir. Torpağa basdırılan hissəni isə bıçaqla, qayçı ilə bir neçə yerdən zədələmək lazımdır. Bu, həmin yerdə kalius təbəqəsinin (bitkinin şirə istehsal edən təbəqəsi) əmələ gəlməsi və kökün yaranmasına xidmət edir. Əncir, nar, üzüm, heyva, sarmaşıq bitkiləri daha sürətli kök atdığından bir ildən sonra onları kəsib ana bitkidən ayırmaq olar. Ancaq çətin kök atan bitkiləri (əsasən iynəyarpaqlı bitkilər) 3-4 ildən sonra ana bitkidən ayırın.
Yumşaldılma və gübrəvermə
Payız-qış dövrünün ən lazımlı işlərindən biri də diblərin şumlama-yumşaldılmasıdır. Yumşaltmanın əhəmiyyəti yağıntı sularının yaxşı qəbulu, kökün havalandırılması, torpaqda olan zərərverici yuvalarının dağıdılması və payızda üzvi və mineral gübrələrin verilməsini təmin etməkdir. Bitkinin dibi şumlandıqdan sonra isə dairəvi formada gübrə səpilib torpağa qarışdırılmalıdır. Bitkiyə yemləmə gübrələrini payızın sonu, qışın əvvəllərində vermək də olduqca vacibdir. Belə olduqda qışda gübrə torpaqda ionlaşır, parçalanır, minerallaşır və yazda, bitkilər oyananda hazır vəziyyətdə olur.
"Park and Gardens" jurnalı
XƏBƏR LENTİ
Bu gün Ümumdünya Poçt Günüdür
Dolu Gürcüstanın rayonunu viran qoydu
İlin ən yaxşı regional televiziya proqramı seçildi
Gəlin buketini necə seçməli?
Çanta modelləri
Azərbaycanlı tələbələr maraqlı qurğu hazırladı: “Su qıtlığının qarşısını ala biləcək” - VİDEO
Dünya böyük müharibənin astanasında
LG kosmetika buraxacaq
Keksli şam ağacı (foto resept)
İxtisas seçimi başladı
Türkiyə yenidən şəhid verdi
Quba rayonu
Qaz pulu 20 qəpikdən hesablanır? -AÇIQLAMA
"Müsəlman qardaşlar"ı tutmağa başladılar
Burcu Sinanı belə unutmağa çalışır
Heydər Əliyevin vəfatından 15 il keçir
Bu yerlərdə siqaretdən istifadə qadağan edildi - Cərimələr olacaq
"Buruq" piroqu (foto-resept)
48 saat dayanmadan oyun oynadı-FOTO
Günün ulduz falı
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Portağal yağının faydaları
Ərdoğan Ankaradakı terrordan danışdı
Səməd Vurğun dünyası rənglərin işığında
Yatış formasına görə-test
Ermənistanın adı dəyişdirilir?
Düşmənin viranəyə çevirdiyi Ağdamın Cümə məscidinin görüntüləri - VİDEO
Günün qoroskopu: Ətrafınıza nəzər salın!
Cəbhədən xəbər var
Çin dünyadan gizlətdiyi faktları açdı - Əslində xəstəliyi yayan...
Ürküdücü yerlər-2
Yeni 10 manatlıqlar dövriyyəyə buraxılıb-FOTO
Qadınların 7 günahı
İnsanları idarə etmək üçün 7 oyun
Demet Özdemir hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Yayın aktual problemi
Günün ulduz falı - 10.01.2014
Xoşbəxt münasibətin 4 sirri
Kliçko: "Bu böyük səhv idi"
"Spice Girls"sevənlərə ŞAD XƏBƏR
Gürcüstanla Azərbaycan arasında müqavilə imzalandı
Məşhur müğənni DONU QRİPİnə yoluxdu
Günün ulduz falı
Mədə və onikibarmaq bağırsaq yarası
Əmrah məhkəmədə Acuna qalib gəldi -84 minlik təzminat
Yumurtanın içindən çıxan hamını heyrətləndirdi - FOTO
2019 gəlin makiyajı trendləri
Moldovalı ombudsman: "Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və ermənilər tərəfindən işğal edilib
Atadan götürülən 4 xüsusiyyət
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi
- ŞƏRHLƏR