Nüsrət Kəsəmənli ən çox sevdiyim şairlərdən biridir. Yaradıcılığının bir hissəsini və ən çox sevdiyim şeirlərindən üçünü sizinlə paylaşıram, güman edirəm ki bəyənərsiz.
Nüsrət Kəsəmənli ədəbiyyata 60-cı illərin sonu, 70-ci illərin əvvəllərində demək olar ki, ehtiyacın içindən çıxıb gəlmişdi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində tahsil ala-ala "Bakı" qəzetində çalışmış, universiteti bitirdikdən sonra isə Azərbaycan Yazıçılar İttifaqında işləmişdi. 80-ci illərin ortalarından "Azərbaycanfilm" kinostudiyasında baş redaktor olmuş, həmin illərdə Azərbaycan televiziyasında cəmiyjətin boyük maraqla qarşıladığı məşhur "Dünyaya pəncərə" verilişini yaradaraq ciddi sosial-mənəvi problemlər qaldırmışdı. Və Nüsrət Kəsəmənli 70-ci illərdə nəşr olunan "Sevirsənsə" (1971), "Gözlərimin qarası" (1975), "Özümə bənzədiyim günlər" (1979) kitabları, ədəbi görüşlərdə, məclislərdə özünaməxsus bir emosionallıqla oxuduğu şeirlərlə artıq Azərbaycan gəncliyinin sevimlisinə çevrilmişdi. İnsan (onun həyatı, məhəbbəti, nifrəti...) barədə əsl həqiqəti eşitməyə can atan 70-ci illər Azərbaycan gəncliyi yaradıcılıqda ilk böyük addımlarını atan şair üçün dövrün hər hansı məşhur sənətkarının belə qibtə edəcəyi böyük bir auditoriya idi. Nüsrət Kəsəmənli bu auditoriyada özünü müəllim-tərbiyəçi kimi aparmır, əbədi demaqoqluq eləmirdi. Özündən danışırdı! "Bizim evdə biri vardı, biri yox..." Və iyirmi yaşlarından otuz yaşlarına keçən gənc şairin sürətlə böyük ədəbi nüfuz qazanmasının birinci səbəbi artıq dəfələrlə deyildiyi kimi şeirlərinin səmimiliyi idisə, ikinci səbəbi həmin səmimiliyin ilk növbədə özünə münasibətdə təzahürü idi. O, atalı-analı yetimliyindən, həyata göz açıb nənəsini görməsindən, ehtiyac içində keçən gəncliyindən, heç kimdən mərhəmət ummamasından danışırdı... Lakin heç kimi mühakimə eləmir, günahlandırmır, taleyin ona bəxş etdiyi mənəvi tərcümeyi-haldan imtina edəcəyini ağlına belə gətirmirdi. Taleyinə bu cür mərdanə bir şəkildə yiyə durmaq, tərcümeyi-halını ictimailəşdirmədə (vulqarlaşdırmadan!) təqdim eləmək cəsarəti Nüsrət Kəsəmənlinin poetik istedadı qarşısında elə bir geniş meydan açırdı ki, bu meydanda insan psixologiyasının ən müxtəlif spektrlərini aşkarlamaq, insanı insan edən nüansları xırdalamaq mümkün idi.
Nüsrət Kəsəmənlı insanı həyatda qazandığı təcrübələrin, ictimai diplomatiyanın yekunu kimi yox, hansısa fövqəladə qüvvənin təzahürü olan təkrarsız "mən" kimi, mənəvipsixoloji impuls kimi təqdim edir. Hər şeyi ölçüb-biçən, daxilində nəyisə vuruşduran insan onun poetik maraq dairəsinə daxil deyil. "Ya dəli kimi sevib, ya da dəli kimi nifrət edib" yazan şair üçün bu, tamamilə təbiidir.
Azərbaycan poeziyasının tarixində məhəbbət mövzusunda yazmayan bir şair təsəvvür eləmək çətindir. "Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin" deyən Nizamidən, "Eşqdir hər nə var aləmdə, Elm bir qeylü-qal imiş ancaq" nəticəsınə gələn Füzulidən, "Gecə-gündüz mən didarə aşiqəm" söyləyən Vaqifdən sonrakı Azərbaycan şairləri də sonsuz bir ehtirasla məhəbbətdən yazmağı davam etdirmişlər. Lakin əvvəlki dövrlərdən fərqli olaraq müasir dövrdə hansısa böyük sənətkarı ümumiyyətlə "məhəbbət şairi" adlandırmaq o qədər də asan deyil... Nüsrət Kəsəmənli haqqında isə cəsarətlə demək olar ki, o, Azərbaycanın ən böyuk məhəbbət şairlərindən biridir.
Azərbaycan poeziyası öz gözəllərini bir daha Nüsrət Kəsəmənlinin odlu, ehtiraslı ürəyi ilə sevdi. Azərbaycan gəncliyinin bütöv bir nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hisslərini, duyğularını ifadə etdilər. Şair taleyi yüzlərlə, minlərlə insanın taleyində bir daha, bir daha yaşandı. Sənətkar üçün bundan böyük xoşbəxtlik təsəvvür eləmək çətindir ki, hələ sağlığında səni duysunlar, yaratdığın obrazlar həyatda kimlərinsə təqlid obyektinə çevrilsin. Və şair üçün bu da böyük bir uğurdur ki, sənin şeirlərinin ideya-estelik təzyiqi ilə sənin dövrünün onlarla gözəl məhəbbət nəğmələri yaransın:
"Ocaqdan tüstü qaçar, ocaqdan isti qaçar; mənsə qalaram, külün olaram sənin" - deyən Nüsrət Kəsəmənlinin məhəbbəti nə qədər normasız, nə qədər standartsız məhəbbətdirsə, o qədər də içdən gələndir, o qədər də canlıdır. Özü bildiyi kimi sevən, özünəməxsus "günahlara batan" və "günahı"nı da yalnız özünə xas cəsarətlə etiraf edən Nüsrət Kəsəmənli üçün hətta desə də məhəbbətin son dayanacağı yoxdur, hər açılan səhər, hər gülən bəxt özü ilə yeni bir sevgi, yeni bir şövq, ehtiras gətirir. Hər doğulan məhəbbət insandan indiyə qədər adət etmədiyi bir fədakarlıq istəyir:
Nüsrət Kəsəmənlinin ehtiraslı olduğu qədər də fədakar, emosional, dəlicəsinə olduğu qədər də səmimi, təvazökar məhəbbəti Azərbaycan xalqının mənəvi sərvətidir.
Nüsrət məllim kimi məhəbbət mövzusunda yazan ikinci bir şair deyərdim ki, yoxdur. Sanki o hisləri, duyğuları yaşamış kimi yazırdı. Şeirlərində keçirə biləcəyi iztirablar, sevgi, nifrət görünür. Şairin heç bir şeiri bir-birini təkrarlamır. Şeirlərinin əksəriyyəti məhəbbət mövzusunda olsada hər biri ayrı duyğularla yazılmış sanki. Nüsrət məllim şeirlərində vətən sevgisi, vətən həsrəti, dost sevgisi, dost xəyanəti, iki gəncin sevgisi və onların kecirə biləcəkləri iztirabları necə var elə yazmışdır. Bəlkədə buna görə belə çox sevilir. Hər kəsin kecirə biləcəyi duyğuları şeirlərində qeyd etmişdir.İndi həyatda olmasada şeirləri hər zaman sevilərək oxunur.
Bağlaya bilsən
De kim saxlayacaq məni bu yoldan?
Bağla yollarımı, bağlaya bilsən.
Əl açıb məhəbbət dilənmədim ki,
Bağla qollarımı, bağlaya bilsən.
Bu sevgi köhnədir, bu ülfət yeni,
Bal bilir sən verən qüssəni, qəmi.
Öldürsən, ruhum da sevəcək səni,
Bağla dillərimi bağlaya bilsən.
Dənizəm, dalğama bərən düşübdü,
Saçların kəmənddir, görən, düşübdü,
Güllərim bağçamda pəran düşübdü,
Bağla güllərimi, bağlaya bilsən.
Gün gələr, inadım hey yorar səni,
Həsrət mənim kimi soldurar səni,
Kor olsam əllərim axtarar səni
Bağla əllərimi, bağlaya bilson.
Sevgisiz bir ürək, evsiz yetimdi.
Sənsiz yaşamağım, mənə çətindi,
Bu dünya əvvəldən ölüm-itimdi,
Ağlayarsan mənə, ağlaya bilsən.
Küsülü qala bilmirəm...
Qayıdıb gəlmişəm yanına yenə,
Nə olar, bu dəfə qəlbimə dəymə.
Deyəsən gülürsən acizliyimə,
Neyləyim, küsülü qala bilmirəm.
Sevənlər həmişə yesir düşübdür,
Axı aramıza nə sirr düşübdür,
İradəm sevginə əsir düşübdür.
Neyləyim, küsülü qala bilmirəm.
Zaman gözləməyir, ömür-gün axır,
Soyuqluğun mənı yandırır-yaxır.
Gözüm gözlərinə yalvarıb baxır,
Neyləyim, küsülü qala bilmirəm.
Uçub buludlara qona bilərəm.
Bu dərdin əlində sola bilərəm.
Ömürlük ac-susuz qala bilərəm,
Neyləyim, küsülü qala bilmirəm
Yalançı dostlarım
İnandım sizlərə, qəlbimi verdim,
Doğru axtarırdım, min yalan gördüm,
Sizə arxalandım, çoxaldı dərdim,
Yalançı dostlarım, nə deyim sizə?
Şam kimi yandınız, pərvanə oldum,
Qış tək soyudunuz, gül kimi soldum,
Sizi dərdli görüb, divanə oldum,
Yalançı dostlarım, nə deyim sizə?
Güdaza nə qədər mərdi verdiniz,
Sevinc istəyirdim, dərdi verdiniz.
Mənə dərd çəkilmiş sərgi verdiniz,
Yalançı dostlarım, nə deyim sizə?
Mələk görkəmində nadan oldunuz,
Qadan alım dedim, qadam oldunuz.
Mən elə bilirdim adam oldunuz,
Yalançı dostlarım, nə deyim sizə?
Bir meyvə vermədi bar ağacınız,
Yağdırdı üstümə qar ağacınız.
Mənimçün hazırmış dar ağacınız,
Yalançı dostlarım, nə deyim sizə?
XƏBƏR LENTİ
Gözəl ayaqqabı modelləri
Ulduzları utandıran anlar
Göz altı torbaları necə yox edək?
Qeyrətli oğlanların namussuz arvadı olmur...
Sabahın HAVAsı
Oğlu Barış Manço ilə bağlı inanılmaz SİRLƏRİ AÇDI
5 yaşlı uşaqda 16 yaşlı qız bədəni var - nadir xəstəlik - FOTO
Bu cür cəsur dost ola bilərsinizmi?
Jurnalist Zəngilandakı evlərini taparkən göz yaşlarına hakim ola bilmədi - VİDEO
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Jerar Depardye dini məzhəbini dəyişdi
Kartoflu dəri maskası
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Zövqlü geyimlər
İngilislər televizor üstündə dalaşdı
10 Alış-veriş xarakteri var, sizinki hansıdır?
Məşhurlar dünən və bu gün
Dünyada 1 600 000-dən çox insan koronavirusa yoluxub
Azərbaycanlı stilistin yeni işi hər kəsi kövrəltdi
Gölköy kəndində koronavirusdan belə qorunurlar-FOTO
Paşinyanın son cəhdləri də iflasa uğrayır
Ermənilərdən daha bir ağlasığmaz təxribat - Nazirlikdən XƏBƏRDARLIQ
Allahın qulu Teymur
Azərbaycanda iki gün iş olmayacaq!
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə tədbirlər keçirilib
“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ
Şokoladlı, fındıqlı peçenye (foto-resept)
İngilis dili-Ee
Vərəmdən qurtulanların sayı nə qədərdir?
Reanimasiyada olan xəstələrin sayı azaldı
Dünyanın ən böyük sirlərindən biri çözüldü?
Azərbaycanlı futbolçu "Anji"də
Marşrutların fəaliyyəti tamamilə dayandırıla bilər
Yay bitir, Bakının dərdi oyanır
“Rasim Əliyevin ölümündə günahkar olanlar tezliklə tapılıb cəzalandırılmalıdır”
Fincandakı çay və qəhvə ləkələrini necə təmizləməli?
Anasına 1 milyon xərcləyəcək-SƏBƏB
Ayrıldıqdan sonra 45 kilo arıqladı
Azərbaycan öz məhsullarını ABŞ-a ixrac edir
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Professordan gözlənilməz təklif: “Toyların keçirilməsinə icazə verilməlidir”
Avokadolu omlet (foto-resept)
Azərbaycanda yas mərasimləri ilə bağlı qadağa
İTV-nin əməkdaşları koronavirusa yoluxdu
Sabahın HAVAsı
"Hüseynağadan bir dənəydi..."
Yaponların növbəti möcüzəsi
Blok edilən saytlar axtarılır
Uşağı tanımadan uşaq tərbiyəsi olmaz!
- ŞƏRHLƏR