Baxınca Arazına, yarandan axan qan sandım,
Suları qan tək bulanmışdı..
Yaralı Təbrizim!
Gözlərim yollarını qoy doyunca oxşasın ,
Həsrətli Təbrizim!
Yolların dərdindi sandım, yeridikcə ağladım,
Dərdli Təbrizim!
Gecələrin qəlbin kimi qüssədən qaralmışdı,
Qəlbini qoy oxşayım,
Qəlbi sınıq Təbrizim!
Bu gecələr neçə şəhadətə şahiddi,
Yolların göz yaşıyla sulanıb,
Qoca Təbrizim!
Havanda qəm iyi var, günəşində sönüklük
Yaxanda yad əli var,
Qərib Təbrizim!
Qayıdıram, arxamca körpə tək baxır gözlərin,
Öpüm torpağını gəl ağlaşaq, gəl dərdləşək,
Yetim Təbrizim! Mənim Təbrizim, mənim Təbrizim!
Gül-çiçəyi erkən solub bu yurdun,
İşıqları ümidi tək zəifdi.
Tarixi qoca ozan,
Dərdi dağdan böyükdür,
Havası suyu təmiz,
Amma qəm dadı verir.
Yeriyirəm, baxdıqca ətrafa hər şey gülümsəyən ölünü xatırladır. O hüznlü səhnədə kədəri bir gülüşlə silməyə çalışan süni təbəssümü... Hər yer bolluq-bərəkət, lakin iştaha qaçır bu yerdə, çünki hər daş, hər divar, hər məhsul, hər bitən bitki insandan hesab sorur, pıçıldayır qorxaraq “Bəs mənim azadlığım? Hanı torpağın haqqı? Hanı vətənin borcu? İki əsrdən qalma yükü boynundan düşür. Bəsdir daha əzildim nahaq tapdaq altında. Boynumda köhnə buxov qaldım yadlar əlində!” O tay-bu tay Azərbaycan... İkiyə bölünmüş can bir ürək... Araz ağlar bir sağına, bir soluna, gözü yolda qalan məzlum girovuna... Sən bir kənardan seyr elə bu şəhəri. Qara libasa bürünüb, matəm içində qalıb. Sanki alınan hər bir günə yas tutur bu diyar. Ah çarəsiz yurdum, sanki hər səndən qopanda səman torpağın yalvararcasına başımı oxşayır “Unutma dumanlı Təbrizi unutma!” deyə...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözəlliyə açılan qapılar
İşbazlar Göyçay fermerlərini çıxılmaz vəziyyətdə qoydular
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerlərinə sənəd qəbulu elan edir
Azərbaycanın qədim şəhərinin əks-sədası İspaniyada
"Mançester Siti"nin baş məşqçisi kimdən üzr istədi?
Hamiləlikdə gözəllik məhsulları zərərlidirmi?
Toy üçün Clutch çantalar
Sabahın HAVAsı
Xəstə uşaq psixologiyası
Təsirli Koreya filmləri
Hollivur Ulduzu Qəzada öldü -FOTO
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Almaniyada nəşə leqallaşacaq?
Kim ki yüz il yaşamırsa...
Hamilə xanımlar üçün çimərlik geyimləri
Qadın Yaponiya tarixində ilkə imza atdı
Qadınlar niyə yalan danışır?
28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO
Saçın tökülməsinə qarşı maska
Rayonlara qar yağacaq
Mövzular üzrə avatarlar
Esra Dermancıoğlu izləyicilərini təəccübləndirdi-VİDEO
Fahriye Evcen yeni şəkillərini paylaşdı
Ermənilər necə silahlandırılır?
Planşet bazarında azalma zəifləyəcək
İranda şok cəza
Serj Sarkisyan : "Müharibə çıxış yolu deyil"
Sobada qazan kotleti (foto-resept)
İzmirdə ardıcıl yeraltı təkanlar baş verib
Kişiləri cəlb etmək üçün məsləhətlər
Leyla Əliyeva internat məktəbində
Meray Keri 22 kiloqram arıqladı - FOTO
Dünya elmi zəfəranın arxasında xərçəngin müalicəsini gizlədir?
Qeyri-adi etiraz aksiyası
"Qarabağ" - "Neftçi" finalının keçiriləcəyi stadion
Актриса-певица показала свой дом стоимостью 5 миллионов
Qışda sevgilinizlə necə vaxt keçirə bilərsiniz?
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
Məşhurlar geyimləri ilə HƏR KƏSİ HEYRAN QOYDU - FOTO
Gənclər üçün ailə paketləri
Bunları bilirsinizmi?
Sızanaqlar haqqında bilmədikləriniz
Bakıda ən böyük yolka bu ərazidə qurulacaq
Uşaqlar idmana nə zaman başlamalıdırlar?
İlkin təəssürat: inanaq, ya yox?
Karamelli peçenye (foto resept)
Saç uzadan 2 maska
Avokadonun faydaları
Azərbaycan Cənubi Qafqazda liderdir
ABŞ-ı İran prezidentinə həvalə elədilər
- ŞƏRHLƏR