İcazəsiz kopya etmək qadağandır!!!
"Görünməyən həqiqət"
(Xəyalə Muradın Detektiv-povesti)
Dənizdən iki kilometr məsafədə yerləşən doqquz mərtəbəli binanın ikinci blokunun qarşısında “Nissan- Altima” markalı qara maşın dayanmışdı. Səyavuş Qönçəyə zəng etdikdən sonra bir siqaret yandırdı. Nədənsə həmin gecə o özü də narahat idi. Növbətçi olmağına baxmayaraq hər dəfə fürsət düşdükcə kabinetinə çəkilib televizorunu yandırar, rahat divanda uzanıb səhərini açardı. Bəzən də fabrikin qarşısında yaşıllaşdırma işi ilə məşğul olardı. Lakin bu gecə hər dəfə olduğundan çox sıxıntılı keçdi. Demək olar səhərə kimi fabriki başdan başa dövrə vurmuşdu. Heç özü də bunun səbəbini anlamırdı. Nəyinisə, çox önəmli bir şeyi itirmiş insan kimi binanın başına fırlanırdı. Bu hissləri barədə Qönçəyə heç nə demək istəmirdi. Bilirdi ki, Qönçə hər şeyi ürəyinə salandı. Qanını qaraltmaq istəmirdi. Sadəcə onun da bu gecə narahat yatmağından nigaran qalmışdı. Heç nə anlaya bilmirdi.
Səyavuşun işi asan idi. Daha doğrusu onun düşüncəsi belə idi. Əslində isə o da hər bir ailə sahibi kimi, ailəsini dolandırmaq istəyən kişi kimi iş görmək istəyirdi. Dayanmadan, alın təri tökə-tökə, qolunun gücündən istifadə edərək qazanmaq istəyirdi halal pulunu. Lakin həyatda heç də hər şey insanın istədiyi kimi olmur. Səyavuş toyuq əti və yumurta istehsal edən broylerin nəzarətçisi idi. Bu işə qayınatasının tanışlığı ilə düzəlmişdi. Maaşı maaş, istirahəti istirahət idi. Əti də ət idi. Amma ayda bir dəfə gecə növbəsində olmalı idi. Bu heç də vacib deyildi. Nə zaman istəsə gecə növbəsini tabeliyində olan şəxslərə verə bilərdi. Bir sözlə gördüyü bu işdən narazı idi Səyavuş.
Uşaqlıqdan atasını irsi xəstəlikdən itirəndən sonra anasına və kiçik qardaşına baxmaq onun boynuna düşmüşdü. On üç yaşı olmasına baxmayaraq iş axtarıb ailəsini dolandırmaq istəyirdi. Anası da işləyirdi. Amma bağça müəlliməsinin qazancı bu kiçik ailəni yarım aylıq dolandıra bilərdi. O da yarı ac, yarı tox. Səyavuş isə anasını yormaq istəmirdi. Deyirdi “çoxlu pul qazanacam. Sən işləməyəsən. Qardaşımı da ən yaxşı məktəblərdə oxutacam.” Buna da tez bir zamanda nail oldu. İş burasındadır ki, Səyavuş işi bazarda axtarırdı. Nə isə daşımaqla, siqaret, alışqan satmaqla qazanırdı çörək pulunu.
Bir gün hər zaman olduğu kimi bazarda yük arabası ilə müştəri axtaranda 30-35 yaşlı, eynəkli kişi onu səsləyir. Simasından nur yağan bu yad şəxsin şirin dili balaca Səyavuşu ovsunlayır. Onun yükünü arabasına yığıb ardınca sürməyə başlayır. Bir neçə satış rəfi dolandıqdan sonra həmin şəxs özünə məxsus maşınını işarə edib malları oraya daşımağı tapşırır. Cəld olmaqla yanaşı Səyavuş həm də ağır çəkili çantaları qaldırmaqda yetərincə ustalaşmışdı. Baxmayaraq ki, xarici görünüşdə cılız və gücsüz görünürdü.
Yükləri maşına yerləşdirdikdən sonra pulunu nə zaman alacağını gözləməli olur. Eynəkli şəxs onun niyə getmədiyini anlayıb yanına çağırır. Səyavuş iri addımlarla başı dik vəziyyətdə nur üzlü yad adama yaxınlaşır. O:
-- Adın nədir, oğul?
-- Səyavuş!
-- Neçə yaşın var?
-- Bunun nə dəxili var ki? –deyən Səyavuş sanki yaşının kiçikliyini başına qaxanc edəcəyindən çəkinirdi.
-- Sadəcə bilmək istəyirəm. Maraqlıdır.
-- On üç!
-- Lap yaxşı. Sən mərd oğlansan. Həm də güclüsən. Burada niyə işləyirsən?
-- Pul qazanmaq üçün! – Səyavuş bu sualları eşidib təəccüblənirdi. Çünki bir neçə ay idi ki, burada yük daşıyan idi. Lakin bir nəfər də ondan adını və yaşını soruşmamışdı. Ümumiyyətlə onunla heç söhbət də etmirdilər.
-- Sən qoçaq oğlansan! Əhsən! Sənin kimi oğul sahibi olsam özümü ən xoşbəxt ata hesab edərdim.
Bu sözlər Səyavuşu kədərləndirirdi. Atasını xatırlamışdı. Onun qaraciyər xərçəngindən necə əzabla öldüyü gözünün qarşısına gəlmişdi. Həmin xəstəlikdən babası da, atasının əmiləri də dünyalarını dəyişmişdilər. Səyavuş düşünürdü ki, o xəstəlik irsi olduğundan gec tez ona da təsir edəcək. Onu da yataq xəstəsi edəcək. Bunu isə heç istəmirdi. Xüsusən də indi. Anasına və kiçik qardaşına sahib çıxmalı idi. Ölümdən düşünməyin isə heç yeri deyildi. Fikrini tez bir zamanda alacağı pula yönəltdi. Alan kimi geriyə bazara dönəcəkdi. Elə bu zaman eynəkli, nur üzlü kişi ona əlini uzatdı.
-- Səyavuş, oğul mənə bağda bəzi işləri görməyə köməkçi lazımdır. Amma qoçaq, sözündən dönməyən, daim işinə vaxtında gəlib, vaxtında gedən olsun! Belə birini tanıyırsan?
Yad insanın bu təklifi Səyavuşun lap ürəyincə olmuşdu. Nəhayət ki, gündəlik iş yeri tapmışdı. Belə fürsəti əldən buraxmaq ağılsızlıq olardı.
-- Elə biri mən özüm! - Səyavuş bunu çox əminliklə deyirdi.
-- Sən? Nə deyirəm! Lap yaxşı. Sənin qoçaq olduğuna, mərd olduğuna, gücünə heç şübhəm yoxdur.
-- Mənə nə qədər pul verəcəksiniz?
-- Sən günlük işin üçün pul almaq istəyirsən? Yoxsa ayda bir dəfə maaş kimi?
Səyavuş bir qədər düşünüb şıltaq təbəssümlə cavab verdi.
-- Mənə ayda iki dəfə pul verin. Birini ayın biri, digərini on beşi! Razısınız?
-- Nə deyirəm mən razı. - Qarşısındakı uşağın işə həvəsi və pul qazanmaq istəyi yad insanı bir qədər kədərləndirmişdi. Artıq sual vermədən maşına əyləşib uşağa təbəssümlə baxdı:
-- Sabah səni burada bazarın qarşısında gözləyəcəyəm! Saat 11 də burada ol!
-- Baş üstə!
Bu təsadüfi tanışlıq Səyavuşun bütün həyatına dönüş nöqtə qoydu. Onun üçün gələcəyə böyük ümidlər yarandı. Sanki havasız otaqda imiş bu zamanadək. İndi isə otağın geniş pəncərələri peyda olmuşdu. Çox rahat nəfəs alırdı. Beləliklə, Səyavuş Vahid Zamanın evində işə düzəldi. Qısa vaxt ərzində ailənin sevimlisinə çevrildi. Vahid bəy ona atalıq etməyə başlamışdı. Qönçəni də ona tapşırmışdı. İstəyirdi ki, onunla eyni məktəbə getsin. Əvvəlcə Qönçəyə Vahid bəyin qızı kimi hörmət edirdi. Lakin sonralar bu şirin, sevimli utancaq qızı ürəyinin dərinliyində gizli sevməyə başlamışdı. Eşidəndə ki, Vahid bəy onu Qönçəni nəzarətdə saxlamaq üçün Səyavuşu da məktəbə qoyacaq çox sevinmişdi. Dərs saatlarında Qönçəni görə bilmədiyindən yaman darıxırdı. İndi isə onunla eyni məktəbdə oxuyacaqdı. Əlbəttə ki, ən az 45 dəqiqədən bir onu görəcəkdi. İlk vaxtlar Səyavuş Qönçənin yanında olurdu. Sonralar Qönçənin ona qarşı hisslərindən şübhələnəcəyindən qorxub uzaqdan-uzağa göz qoymağa başladı. Məktəbdən Qönçəyə qarşı biganə olmayanlar da vardı. Qəribəsi o idi ki, Qönçə onların heç birini yaxınına buraxmırdı. Bu da Səyavuşun lap ürəyindən olurdu. Düzdü onu sevirdi. Qarşılıq istəmədən, gizlicə. Lakin Qönçəni itirməkdən çox qorxurdu. Qorxurdu ki, qəlbindəkiləri ona açsa bir daha Qönçəni görə bilməyəcək. Odur ki, hisslərini cilovlamaqla yaman məşğul olurdu. Çox əlləşirdi. Axırı çarəsini tapdı. Yığdı bütün hisslərini saldı ürəyinin dərinliyindəki bir dar “otaq”dakı sandığa, ağzını da bərk-bərk qıfıllayıb açarını da uddu.
Lakin bu çox çəkmədi. Əsgər getməzdən əvvəl Qönçəyə dediklərini xatırladı. Nədənsə qəlbi yenidən isindi. Bu istilik ona Qönçəni hələ də dəlicəsinə sevdiyindən xəbər verirdi. Bu an əlindəki siqaretin külü köynəyinə düşdü. Bununla da xəyallardan ayrılıb indiyə qayıtdı. Blokun ağzında dayanmış Qönçə Səyavuşun bu hərəkətini görüb gülməyə başladı.
-- Bu nədir? Xəyal qurursan?
-- Yox. Sadəcə keçmişi xatırlayırdım - Qönçəni başdan ayağa süzərək cavab verdi.
-- Mən hazıram. Gedək sahildəki bağa. Nədənsə atam üçün darıxmışam.
-- Elə mənim də onunla söhbətim vardı. Əyləş gedək.
XƏBƏR LENTİ
Rəsul Çunayev lider oldu
Monitorinq başa çatıb
Serialdakı eşq gerçək oldu?
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Günün ulduz falı
Bu gün İsraildə prezident seçilir
600-ə yaxın usağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb
Lolita 6 milyonluq məhkəməni uddu - FOTO
Çimərliklərin monitorinqi başlanır
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Həssas dərilər üçün makiyaj tövsiyələri
Prezident İlham Əliyev Ərdoğana zəng edib
Alimlər mobil telefonlarla bağlı QORXUNC xəbəri sübut etdilər
Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib
Hərbi hissədə səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib
Azərbaycanda turizmin yeni növü yarandı
Alişan və ailəsinin olduğu avtomobil aşdı-FOTO
Türkiyədə YouTube qadağası ləğv olundu
Ərəbistanda Ramazan bazar günü başlayacaq
Maşınlar (Pazl)
Hər dəfə saçlarını rəngləmək üçün Belçikaya gedir
Qərarsızlıq... sonrakı peşmançılığın əsas səbəbi
Bu gün Suriyaya sülh gələcəkmi?
Qeyri-ənənəvi oriyentasiyalı şagirdlər üçün məktəb
Metrodan 28 may müjdəsi
Məktəb nizam-intizamına fərqli və müsbət bir yanaşma.
Evinizin tavanlarına rəng qatın
Bir yerdə idman edək-5
Murat Boz - "Aşklarım büyük benden"
Tərəvəzli salat (foto resept)
Qarın piylərini əritmək ücün necə qidalanmalı
Azərbaycanın ən yaşlı sakini KİMDİR?
Qəribə psixi pozuntular
Elmə məlum olmayan təhlükə aşkarlandı
BÜRCLƏR bizə nə vəd edir? -2 İyun
Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb
Baş ağrısı və Miqren
Demet Akalından gözlənilməz açıqlama
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Fatih Terim: "Ölüm qrupuna düşmək istəmirik"
Suya çox ehtiyacı olmayan 3 bitki
Əsəb xəstəliyi testi
Doğulmamış körpəsini itirən ana
Dağlardakı ayaq izləri naxışlara çevrilir
Bənzədiyi orqan üçün faydalı olan qidalar
Şou ulduzu öldü-SƏBƏB
Dünyanın qızıl nisbət nöqtəsi Məkkədir
Almanın qaralmasının qarşısını alan üsul
Qoşulmama Hərəkatının 120 ölkəsi erməni təxribatını pislədi
Soyuq havalar beyinə necə təsir edir?
- ŞƏRHLƏR