Eşq elə bir şeydir ki mənim üçün... Tərif edilə bilməz bir duyğu. Elə nadir, elə nadir bir duyğudur ki, həm güldürər həm ağladar...
Mən illərdir aşiq olmayan bir gəncdim. Ta ki bundan 6 ay əvvələ qədər. İlk baxışda sevgi deyirlər, mənimki də bu idi. 2-ci kursa keçmişdim. Ən çalışqan tələbə idim. Bütün müəllimlər məni tərifləyirdi. Sinifdəki qızların böyük bir əksəriyyəti ilə yaxşı yola gedirdim. Demək olar ki, hamıyla aram yaxşı idi. Ən ön sırada otururdum, eynəkliydim. Yalnız dərsi dinlədiyimə görə bu qədər müvəffəqiyyətli ola bilmişdim. Ara-sıra zarafat edən, əlindən gəldiyi qədər centlmen olmağa çalışan, həmişə nəyin bahasına olursa-olsun haqlının yanında olan, sevgi şeirləri yazan biriydim. Üstəlik, bunları hər kəs bilirdi. Qızlar, ümumiyyətlə, bütün oğlanların "odun" olduğunu söyləyər, istisna kimi məni göstərərdilər. Yaraşıqlıydım? Xeyr, deyildim. Bəlkə ətrafımda çox qız yoldaşım olduğu üçün onları daha yaxşı anlayırdım? Özündənrazı biri idim? Əsla! Olmaq da istəməzdim. Özünü bəyənmək ən nifrət etdiyim şey idi. Bunları sizə özümü tərifləmək üçün yazmıram, əksinə talesizliyimi gözlər önünə sərmək istəyirəm.
Qrupdakı oğlanların sayı qızların haradasa yarısı qədər idi. Sinifdəki qızların hamısı çox yaxşı idi. Lakin içlərində biri vardı ki... Həm çox yaxşı, həm gözəl ,həm də şirin idi. Məni görən kimi şirin-şirin gülümsəyirdi. Bu, mənə elə təsir etmişdi ki... İllər əvvəl aldığım bir zərbədən sonra bir daha aşiq olmamağa and içmişdim. Lakin könül fərman dinləmir. Bəli, yenidən aşiq olmuşdum! Onu hər gördükdə ürəyim sanki yerindən çıxır, əlim-ayağım titrəyirdi. Nə isə, bu qız ilə də eyni məhəllədə yaşayırdıq. Mən hər gün dərsdən bir qız yoldaşımla evə gəlirdim. Bu qızın da mənimlə eyni məhəllədə yaşağığını öyrəndikdə "Sən də gəl, bizimlə birlikdə gedək" dedim. Məktəbimiz evə bir az uzaqdır, təxminən 1 saatlıq yoldur. O da qəbul etdi. Bu, təbii ki, məndə bir ümid yaratdı. "Görəsən onun da məndən xoşu gəlir?" deyə fikirləşdim. Dözə bilmədim, o axşam evə gəldikdən sonra yoldaşım vasitəsiylə, bəlkə bir az da tələsərək ona görüşməyi təklif etdim. Nəzakətlə məni yalnız dost kimi gördüyünü söyləmişdi. Bu, məni məhv etdi. İkinci zərbəmi aldım. Əlimdən nə gəlir? Əsla onu məcbur etmədim, bir daha bu mövzunu açmadım. Və dost olduq. Bu vəziyyətdən çox narahat idim. O, məni qardaşı kimi görür, mən isə ona deməsəm də hələ də çox sevirdim. Aradan günlər keçdi, 15 günlük tətil başladı. Mənim iki ildir çox səmimi olduğum bir yoldaşım vardı. Onunla da eyni qrupda oxuyurduq.Tətildən sonra, ilk dərs günü öyrəndim ki, həmin yoldaşımla sevdiyim qız görüşməyə başlamışlar. Üstəlik, mənim onu sevdiyimi az qala hamı bilirdi. O da bilirdi. Buna baxmayaraq, sevgili olmuşdular. Nə isə, daha sonra bu yoldaşım guya utandığından mənimlə bir neçə gün danışmadı, üzümə belə baxa bilmədi. Daha sonra bu yoldaşımın başına pis bir hadisə gəldi - bir yaxını vəfat etdi. Hamımız xəstəxanaya getdik. Bir də gördüm ki, mənim sevdiyim qız onun üçün stres keçirir, ağlayır, qışqırır, çağırır. Anladım ki, onlar bir-birlərinə dəli kimi aşiqdirlər. İkisinə də hər vaxt dəstək oldum, hər dəfə küsdükdə onları mən barışdırdım. Hər dərdlərinə şərik oldum. Sevdiyimin xoşbəxtliyi üçün öz xoşbəxtliyimdən imtina etdim. Sonra nə oldu? Yenidən ayrılıblar və mən artıq onları barışdıra bilmirəm. Artıq ürəyim buna icazə vermir. Ürəyim ağlayır...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"İlk Avropa Oyunları ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək"
Canlı yayımda verilən sual hər kəsi təəccübləndirdi
Qiyməli kartof dolması (foto-resept)
Heyvanları fikirlə idarə etmək olacaq?
Demet etiraf etdi: “Okan üçün darıxıram”
Ucuz dükanda sərvət tapdı - FOTO
Sosial media depressiyaya səbəb olur
Günün qoroskopu:Bədxərclik etməyin!
Sabah qaz olmayacaq
Çörəyin qiyməti artacaq?
Azərbaycanda çörək bahalaşacaq?
Kişi olmaq daha yaxşı imiş
Arıqlama preparatları bəzən ölümə aparır
Onlar “Survivor 2021”-də yarışacaqlar - FOTO
Paxlava yuxasından hazırlanan börək (foto resept)
Dayanacaqlarda elektron lövhələr havanın temperaturunu düzgün göstərirmi?
Filipp Kirkorov BAKIDA-FOTO
Şadlıqda qəmlənənlər: musiqi insanı dəli də edər
Gecə Bakıda yürüş oldu
Mənim dünyam
Şah yeməyi (foto resept)
Badamlı, portağallı peçenye (foto resept)
Onurğaya zərər verən vərdişlər
Bu da siqaret körpüsü
Spagetti
Uşaqlarda öpüş xəstəliyi
Murad Dadaşov, Rafael və Coşqun əməkdar artist oldular
Ermənilər Qubadlıda tarixi məscidi donuz tövləsinə çevirdi
Monika Beluççi və qızı Deva Kassel rəqabəti- FOTO
Yataq otağınızda boz rəngdən istifadə edin
Yaş maya maskası və faydaları
Bezeli, biskvitli qozlu tort (foto resept)
Çox vitamin də ziyandır
ETİRAFLAR:"Allahın mənə yazığı gəlir"
Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq
Burak Özdemir onu təqlid edən azərbaycanlı əsgərə salam yolladı - VİDEO
Gəlinlik nümunələri
Bakıda avtobus sahiblərinə qarşı şərtlər irəli sürüldü.
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Balıqlı yuvacıqlar(foto resept)
Kraliçanın tacının daşları niyə biskvit qutusunda gizlədildi?
8 ay sonra barışdılar - FOTO
İstilik mövsümünün vaxtı uzadıldı - RƏSMİ AÇIQLAMA
Hava haqqında
Fransa Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunmasını istəyir
Dollar yenə bahalaşdı
Məşəl bu gün Bulvara gətiriləcək
Azərbaycanda 5 gün İŞ OLMAYACAQ
Südlü sousda toyuq (foto resept)
Vitiligo xəstələrinə yeni ümid
- ŞƏRHLƏR