Öyrəndim ki...
Əvvəl qaranlığı gördüm, səsləri eşitdim, amma üzlər yox idi.
Sonra dünyaya açdım gözlərimi, hələ bilmədiyim bir həyata ağladım yalnız…
Və gülməyi öyrəndim qeyri-ixtiyari. Amma hələ danışa bilmirdim.
Anladım ki, ağlayanda izah edə bilirdim dərdimi.
Öyrəndim ki, ağlamaq da gülmək də varmış bu həyatda.
Böyüdüm, danışırdım da üstəlik.
Ağrıyan yerimi işarə edə bilir, acdığımı söyləyə bilirdim.
Sonra baxdım ki, dünya işıqlıq bir yermiş və çox gözəlmiş.
Oyuncaq gəlinciklərim var və aid olduğum bir yuvam.
Öyrəndim ki, o zamanlar həyat çox, lap çox gözəlmiş.
Yıxılmağı öyrəndim, dizlərim qanadı və yenə ağladım.
Amma qalxmağı da öyrəndim, ağrıyan yarama məlhəm olmağı.
Və yaralarım qabıq bağladığı zaman ağrımın dayandığını.
Öyrəndim ki, insan əvvəl yıxılarmış, sonra qalxarmış.
Canı ağrıyar, amma mütləq yaxşılaşarmış.
Sonra yoldaşlığı, dostluğu öyrəndim.
Ən sevdiyim yoldaşım oldu hər kəsin uzaqlaşdırdığı biri.
Ağlarkən gözyaşlarını sildim və "mən sənin yanındayam" dedim.
O an ilk dəfə birini xoşbəxt etməyi öyrəndim.
Və ancaq birini xoşbəxt edincə çox xoşbəxt olacağamı.
Sonra bir gün oxumağı, yazmağı öyrəndim.
Dünyaya aid bir çox məlumat əldə etdim.
Artıq qərib deyildim eşitdiyim, amma heç cür anlaya bilmədiyim sözlərə.
Ən çox yazmağı sevdim,
Bildiyim bütün sözləri yazdım kağızlara.
Öyrəndim ki, yazaraq tanımışam özümü.
Sonra insanları tanıdım. Həm yaxşı, həm də pis olanlar varmış içlərində.
Çox aydın olmaz gəlirdi o zamanlar bu əsassızlıq.
Amma ən çox yaxşı olanlara isindi könlüm.
Baxdım ki, yaxşılar sevilir, pislər sevilmirmiş.
Sonra öyrəndim ki, pislik pis olanların olsun, mən yaxşı bir insan olmalıyam.
Çox pis idi yalanla ilk tanışlığımız.
Amma yalan danışmağın pis bir şey olduğunu anlamağım üçün tanımalıydım yalanı.
Ki, çox şey borcluyam bütün yalanlara və yalançılara.
Onlar olmasaydı, necə öyrənəcəkdim doğruları və doğru insan olmanın cəhdini.
Sonra güvənməyi öyrəndim, ilk etibarsızlığımı yaşadığım zaman.
Mənim üçün həyatdakı ən əhəmiyyətli şey oldu etibarlı olmaq.
Çünki öyrəndim ki, bir insanı sevməkdən daha qiymətliymiş ona güvənmək.
Sonra xəyal qırıqlığını öyrəndim.
Ay Allah! İnsan deyilən varlıq necə olar ki, bu qədər irəli gedə bilər deyərkən…
Öyrəndim ki, əslində xəyal qırıqlığı deyə bir şey yoxmuş.
O insanlar yalnız bizim xəyal etdiyimiz kimi deyillərmiş.
Zamanı öyrəndim. Çox mərhəmətsiz olduğunu və bir daha geri gəlmədiyini. Çox tez keçdiyini…
Sonra anladım ki, onunla yarışmaq mənasız bir döyüşmüş.
Zamanla barışdığım gün idi, yaşadığım ilk gün.
Öyrəndim ki, keçmiş də, gələcək də yoxmuş. Var olan və yaşanan yalnız bu anmış…
Sonra bir gün ölümü öyrəndim.
Məgər insanlar bu aləmdə qalıcı deyillərmiş.
Əbədi və sonsuz həyata ön hazırlıqmış dünya deyilən yer.
Öyrəndim ki, nə qədər ki, qonağam o qədər haqqını verməliymişəm dünyanın.
Və əsl həyatımda xoşbəxt olmaq üçün çox, çox yaxşılıq yığmalıymışam.
Sonra ürəyimi kəşf etdim. Onun fərqini anladım.
Eşq deyilən bir duyğu varmış və üstəlik çox da yaxşı təsir edirmiş ürəyə.
"Birini sevmək nə qədər də gözəlmiş" dedim öz-özümə.
Bütün sevdiyim şeylərin qabağına keçdi eşq.
Yəqin ən çox eşqi sevdim bu aləmdə deyərkən…
Öyrəndim ki; eşq, ən çox eşqi Yaradana olanda gözəlmiş,
Və ən çox Onun üçün döyünərsə, doyuma çatırmış ürək…
Sevməyi öyrəndim. Sonra sevməyin ölçüsünün olduğunu. Az və çox deyə təsnif edildiyini.
Lakin hər vəziyyətdə sevməyin nifrətdən daha önəmli olduğunu…
Sonra bağışlamağı öyrəndim. Qırılan ürəyimi təmir etməyi.
Əslində bütün incikliklərimi bitirdiyimdə, özümə nə qədər böyük bir yaxşılıq etdiyimi.
Bağışlayınca çiyinlərimdəki bütün yüklərin necə də qalxdığını və necə yüngülləşdiyimi…
Və, və gün gəldi getməyi öyrəndim. Ayrılıq deyilən ağrını hiss etdim. Tək qalmağın nə olduğunu.
Qürbəti… Kimsəsizliyi… Çarəsizliyi… Darıxmağı… Sonra geri dönməyi və yenə getməyi…
Qədəri öyrəndim. Yazılanmış məgər bütün yaşanan.
Öyrəndim ki, bütün getmələrin, təkliklərin, çarəsizliklərin, həsrətlərin də sonu varmış.
Və ən nəhayət öyrəndim ki, insan üçün gediləcək son yer, yalnız Rəbbinin Zatıymış.
O, diləməzsə, yarpaq belə tərpənməzmiş.
O, "Ol" deyərmiş və yalnız olarmış...
Əvəzsiz müəllimimin dəyərli tələbələrindən biri.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İrem Derici KÖKƏLDİ-FOTO
Evdə şokolad sousu (video-resept)
"iPone-7" üçün 23 gün küçədə yaşadı
Nikolas Keyc ilk dəfə bunu edəcək
İnternetin məşhur buldoqu
Bu robotun emosiyaları var
Səhvsiz arıqla
Birini mütləq tanıyacağınız 12 ata tipi
Ağarmış saçlara çarə
Niyə yaradıcı ola bilmirsiniz?
Maradonanın muzeyi açılacaq
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - VİDEO
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
Post modern kilsələr
Zərdabda çaqqallar kəndə hücum edib
Günün qoroskopu: yalnız belə olan təqdirdə...
Kələm salatı (foto resept)
Binəli Yıldırım koronavirusdan sağaldı
Siqaret
Yıldız Tilbe hər kəsi təəccübləndirdi
Koronaviruslu xəstələr üçün ayrılan xəstəxana ilə bağlı qərar ləğv edildi
Malayziyanın itmiş təyyarəsindən xəbər var
"Çukur" haqqında nazirdən AÇIQLAMA
Bayram "sürprizi": ətin qiyməti qalxdı
Sarkisyanın savaş qorxusu
Ermənistan geri çəkildi
Türkiyədə Çin mallarına boykot çağırışı
Muğamımız Rusiyada səslənəcək
Stiv Cobsun xanımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Kendal gündəlik gəlirini AÇIQLADI
Bir erməni Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçərkən saxlanılıb (ƏLAVƏ OLUNUB)
Məşhur "Cirque Du Soir" Bakıda
Günün qoroskopu: Məhsuldar gündür
Laqeydlik ən böyük şiddətdir
Bir-birindən gözəl manikür modelləri
Hava haqqında
Uşaqlarınıza bu adları qoya bilməyəcəksiz
Narsistlərlə münasibət quran qadınlar
Cadugər və falçılara "qarşı kampaniya"
Revani şirniyyatı (foto resept)
Hər kəs bu ikibaşlı ilan balasından danışır- FOTO
"Şən uşaqlar" - içlikli pomidorlar (foto resept)
Vanqadan dəhşətli proqnoz
Elçin saçlarını kəsdirməsinin səbəbini açıqladı
Alçanın kilosu 100 dollara satılır - İranda
Bakı 2015-in açılış mərasimi belə olacaq
Səyahəti sevənlər üçün maraqlı filmlər
Sərnişin təyyarəsi 2 saat hava limanında qaldı - PİŞİYƏ GÖRƏ
Hörgülərdən düzəldilmiş saç düzümü
Qısa donlar
- ŞƏRHLƏR