"Deyirlər məhəbbət xariqələr yaradır, nə bilim, bəlkə də belədir"
Məşhur "Görüş" filmindən xalq artisti Münəvvər Kələntərliyə aiddir bu sözlər. Düz bir əsr bundan əvvəl 1912 -ci ildə Azərbaycanın səfalı yeri olan Lənkəranda dunyaya göz açıb Münəvvər xanım. İncəsənətə dərin marağı onu on yeddi yaşından Bakıya gəlməyə vadar edib. 1933 - cü ildən səhnə fəaliyyətinə başlayıb. Onun məlahətli səsi, gözəl boğazlar etməsi ilk iş yerinin Opera Teatrından keçməsinə səbəb olub. O illərdə radio dalğalarından Münəvvər xanımın səsi tez-tez eşidilərdi. Qardaşı ilə birgə oxudugu xalq mahnıları və muğamlar hər bir dinləyicini heyran edirdi.
Xüsusi istedadı onu teatr və kino səhnəsinə gətirdi. Musiqili Komediya Teatrında ilk addımlarını atdıqdan sonra, filmlərə dəvət alan Münəvvər Kələntərli dövrünün tanınmış simasına çevrildi.
Bir çox filimlərdə rol alan Münəvvər xanım yaratdığı obrazlarla yadda qaldı. "Görüş", "Qızmar günəş altında", "Bəxtiyar", "Arşın mal alan" filmləri aktrisanı daha da sevdirdi.
Onun yüksək təşkilatçılıq qabiliyyəti "Vətən" kinoteatrının direktor müavini vəzifəsində işləməsinə kömək oldu.
Nə yazıq ki, Münəvvər xanımın ailə həyatı uğursuz alındı. Həyat yoldaşı Qusar rayonundan olduğu üçün Münəvvər xanım da rayonda yaşamalı idi. Lakin sənətinə olan sevgi və hörmət Münəvvər xanımın yoldaşından ayrılmasına səbəb oldu. Dostcasına olan bu ayrılıq nə qədər olsa da Münəvvər xanıma böyük yük oldu. Maddi yardımını əsirgəməsə də bir tək övladı olan qızını böyütməyin yükü Münəvvər xanıma düşdü.
1946-cı ildə "Dövlət mükafatı" laureatı, 1959-cu ildə isə "Əməkdar artist" adına layiq görülən Münəvvər Kələntərli çox uzun ömür yaşaya bilmədi. Bu cür gözəl aktrisa, gözəl insan, mehriban ana olan Münəvvər Kələntərli çox erkən dünyasını dəyişdi. 1963-cü il 5 fevral Azərbaycan incəsənətində böyük itki ilə yadda qaldı. Ən ürək dağlayanı isə budur ki, yeganə qız övladı Validə xanım da anası kimi 50 yaşında dünyadan köç etdi. Allah hər ikisinə rəhmət eləsin!
Dövrünün məşhur aktrisası olsa da bu gün gənc nəsil bəlkə də Münəvvər Kələntərli yaradıcılığından xəbərsizdir. Azərbaycan incəsənəti üçün layiqincə xidmət göstərən bu kimi sənətkarları yada salıb, xatırlamaq, övladlarımıza tanıtmaq biz valideynlərin borcudur.
Hər bir valideyndən xahişim bu yazını övladı üçün də oxumasıdır!
XƏBƏR LENTİ
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Kənd təsərrüfatı bahalaşmadan necə qurtulacaq?
Kit yaxtanı gəmi ilə toqquşdurdu - VİDEO
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
FİFA-da prezident seçkisinin vaxtı bilindi
Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?
Mən böyüyəndə...
Qorxudan necə xilas olmalı?
Yohan Kristian Dal
Kanye Uest milyarder oldu
İş axtaranların nəzərinə!
Zərif aksesuarlar
Civzələr (sızanaqlar)
Arıqlamağa kömək edən 3 içki
Yemək otağı modelləri
Yuxuya rahat getməyə kömək edən çaylar
Yüz İlin Ən Yaxşı Serialları
Moskvada evlər 2,5 dəfə ucuzlaşdı
Azərbaycanda uzunömürlülər "cavanlaşır"
Cəbhədə amansız atışma
Məşhur aktrisa bütün paylaşımları SİLDİ
Təbiətin möcüzəsi: qanı axan ağac
Çində koronavirusa yoluxma halı yenidən artdı
Ajda Pekkanın gənclik sirri məlum oldu-FOTO
Bayram üçün manikür modelləri
Bəzi süd məhsullarının istehsalına yeni tələblər qoyuldu
Bill Qeytsdən böyük yardım - 70 milyon dollar...
Bakının ən yaşlı sakini öldü
Günün qoroskopu: Qətiyyətli olun!
Hər kəs Eser Yenenlerin TOYundan danışır-FOTO
Labirint-6
İnsan 5300 il əvvəl nə yeyirdi?
Fransa hökumətinin yeni tərkibi açıqlandı
Bakıda çovğun olacaq!
Sadə şaurma (foto resept)
Azərbaycan Rusiyaya nota verdi
“MilliÖn” terminallarında nə baş verir?
Gəlin maşınları
Neslihanın ev halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Saakaşvilidən Azərbaycana dəstək
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Günün qoroskopu: həyat potensialı yüksəkdir
"Azəriqaz"dan qazın təzyiqindən şikayətlənənlərə cavab gəldi
Kişilər nə istəyir? 1-ci hissə
Kosmonavt pəhrizi
Koronavirusla bağlı SON STATİSTİKA
Sıla və Hazar diqqət mərkəzində-FOTO
Qəribə adət: kimin qarnı yekədirsə, o...
Bakıda küləyin istiqaməti dəyişəcək
- ŞƏRHLƏR