Üz ifadəsi yalanı bir anlıq ələ verir...
Çox sürətlə dəyişən üz ifadələrindən insanların yalan söylədiklərini anlamaq mümkündürmü? Amerikalı psixiatr Paul Ekmanın fikrinə görə, bu, mümkündür. Televiziya ekranlarında göstərilən "Lie to Me" serialının elmi məsləhətçisi olan "yalan ovçusu" P.Ekman "Yalan söylədiklərimi necə anladı?" adlı kitabında yalanı anlaya bilmək üçün məsləhətlər verir. Araşdırmaçı psixoloq Paul Ekman 40 ildir psixiatrik xəstələrlə söhbətlər aparır. Ancaq ən əhəmiyyətli problemlərindən biri onların nə vaxt yalan söylədiklərini bilməkdir. Ekman "İnsanların yalan və ya doğru söylədiklərindən qəti əmin olmağın bir yolu varmı?" sualına verdiyi cavabının arxasındadır. Xəstələrlə görüşmələrini 12 dəqiqəlik filmlərə yazan Ekman bir gün bir xəstənin yalan söylədiyini açıqlayanda bunu onun üz ifadələrindən necə anlayacağına nəzarət etmək üçün filmin kadrlarını araşdırmağa başlayır. Əvvəlcə filmi yenidən seyr etmək bir fayda vermir. Sonra ağır çəkilişdə təkrar-təkrar seyr edir. Filmi kadr-kadr araşdırmağa başlayanda yalnız iki kadr müddətində xəstəsinin üzündə normadan artıq qüvvətli bir iztirab ifadəsi olduğuna fikir verir. Filmi normal halda seyr edərkən bunu görməməsi təbiidir, çünki bu ifadələr yalnız saniyənin onda birindən daha az bir zamanda əmələ gələrək itir. Bu ani üz ifadəsini nəzərə alan P.Ekman görüş boyu eyni ifadənin üç dəfə də təkrarlandığına fikir verir. Sonda xəstəsinin yalan söylədiyi anı təyin edir və bunu anlamasını təmin edən mikro ifadələri, yəni həyəcanla qarışıq çox sürətli ifadələri kəşf edir. Mikro ifadələr yalanı ələ verir.
Ekman çalışdığı Kolumbiya Universitetində 40 il ərzində davam etdirdiyi araşdırmaların sonunda tapıntılarını bir kitabda toplayır. "Mikro ifadələr" kimi xarakterizə etdiyi çox sürətli üz ifadələrindən insanların yalan söylədiklərinin anlaşıla bildiyi kimi, digər duyğularının da anlaşıla bildiyini irəli sürür. Paul Ekmanın bu kitabı bu günlərdə "Yalan söylədiklərimi haradan anladın?" adıyla Türkiyədə də nümayiş olunub.
İnsanlar niyə yalan danışır?
1. İnsanlar ən çox tutulma və cəzalandırılma qorxusu səbəbiylə yalan söyləyirlər.
2. Kimi isə hər hansı bir zərərdən qurtarmaq istəyi də ən çox yayılan səbəbdir.
3. Ardıcıl şəkildə deyilən yalanlarda azadlığını, işini, pulunu, əlaqəsini, etibarını, hətta həyatını itirmə qorxusudur.
4. Digərlərinin sevgi və simpatiyasını qazanmaq da bir başqa yalan danışma səbəbidir.
Ekmana görə duyğular bizi əhəmiyyətli hadisələrə qarşı hazırlıqlı edir. Nədən qorxacağımız, xoşlanacağımız, ya da nələrə hirslənəcəyimiz bizlərə öyrədilmiş olur. Ekmanın illər sürən müşahidə və araşdırmalarının ən əhəmiyyətli nöqtəsi insanların yalan söyləyərkən fərqinə belə varmadan ani olaraq üzlərində əks olunan ifadələrdir. Saniyənin 1/5-dən 1/25-nə qədər olan sürət aralığında dəyişən üz mimikalarını mikro ifadə adlandıran Ekman bunları əslində insanın gerçək duyğuları ilə əlaqədar "sözsüz sızıntılar" kimi xarakterizə edir. O, yalanlarla birlikdə gizlədilmiş duyğuları da göstərən mikro ifadələri təyin etməyin mümkün olduğunu göstərir. Ekmana görə, son 20 ildə apardığı araşdırmalar mikro ifadələrin insanın nə hiss etdiyini bilmədiyi hallarda da ortaya çıxa biləcəyini göstərir. Ancaq bir çox insan görüşmə zamanı ortaya çıxan sözlər, səs tonları, əl-qol hərəkətləri ilə diqqət çəkməkdə olan mikro ifadələrin fərqinə varmır. Bunların nəzərdən qaçırılmasının səbəblərindən birini Ekman "qarşımızdakı insanla danışarkən onun mikro ifadələrinə baxmaq əvəzinə, sonra nə deyəcəyinə diqqət yetirməyimiz" olaraq göstərir.
Gizlənən duyğu və maskalar
Ekmana görə, yalanlar ümumi olaraq bu iki komponentin birindən ibarətdir: gizlənən duyğu və maska . Maskalanmanın iki səbəbi vardır. İlk olaraq bir duyğunu gizləmək istəyiriksə, bunu boş və duyğusuz bir üzlə deyil, başqa bir ifadəylə gizlətmək daha asandır. Həm də yalan söyləməyi tələb edən vəziyyət çox vaxt yalan söyləməkdən daha çoxunu, yəni uydurma bir duyğu tələb edir. Ekmanın ifadəsiylə, ən çox görünən maskanı "gülümsəmə" əmələ gətirir. O bu maskaların necə aşkar edilməsinə aid bəzi ipucları da verir. Məsələn, üz ifadələri süni rəftarı bir neçə istiqamətdən ələ verə bilər. Bunlardan biri asimmetriyadır. İfadələr səmimi ifadələrə müqayisədə daha asimmetrik olur. Bir çox insanın öz istəyilə gerçəkləşdirə bilmədiyi duyğulara əsaslanan əzələ hərəkətlərinin yoxluğu ifadənin səmimi deyil, süni olduğunu göstərir.
1. Əsəbiliyin ən yaxşı əlaməti dodaqlardır.
2. Əsəbilik hissinə təzyiq, gərginlik və hərarət daxildir. Bu əsnada ürək döyüntüsü və tənəffüs sürətlənir, qan təzyiqi artır və üz qızarır.
3. Əsəbi bir adam danışmırsa, üst dişləri altdakı dişlərə doğru möhkəm sıxılır və çənəni önə doğru itələmə meyilli olur.
4. Əsəbilik zamanı dodaqların qırmızı sərhədi daralır və dodaq incəlir. Bu, qarşısı alınması çox çətin bir hərəkətdir və başqa bir əlamət olmadığı zaman əsəbiliyi ələ verir.
5. Əsəbilik zamanı dodaqlar incəldiyindən, dodaqları incə olan birinə üzsüz və soyuq kimi səhv reaksiyalar verə bilərik.
XƏBƏR LENTİ
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Ölkəmiz Avropa çempionatında birinci oldu
Quran oxuyarkən hansı şərtlərə əməl etmək lazımdır?
Sabah bağlı olacaq yollar məlum oldu
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Tərtərdə müharibənin dəhşətli izləri havadan görüntüləndi - VİDEO
Min bir dərdin dərmanı
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu-FOTO
Zebra keksi (foto resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Evliliyə hazırsınız?
Sabahın HAVAsı
Çəkmələr
Amerika salatı (foto resept)
Hava haqqında
Gözəl cildlər üçün maska
Yeni iPhone haqqında maraqlı detal üzə çıxdı
Mağaza - Gəlinliklər
"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)
Düyü şorbası-Gürcü mətbəxi (foto resept)
Hadise geyimi barədə AÇIQLAMA verdi-FOTO
Qarğıdalı-krab salatı (foto resept)
Nazirlik rəsmisindən məyusedici proqnoz: “Xroniki ağciyər xəstəlikləri artacaq”
Qatıq maskası
"Burning Man" ən çılğın festival
"Sərhədçi"lər çimərlik futbolunda birinci oldular
Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı?
Xaosun harmoniyası və ya heç nə(1)
TQDK dərslik komplektlərinin monitorinqini yenidən həyata keçirir
Hədiyyə ilə bağlı etiket qaydaları-2
Bu ölkədə ilk dəfə prezident qadın oldu
Olimpiadada yenilik - Boksda baş geyimi olmayacaq
Putin dünyaya meydan oxuyur
Azərbaycanın Eurovision-2014 mahnı müsabiqəsindəki təmsilçisinin adı açıqlanıb
Xoşbəxt olmamaqdan qorxuram
Rihanna atasını məhkəməyə verib
İnstaqram və reallıq
Məşhur aktrisa şəxsi həyatından danışdı-FOTO
Sel qurbanı Venesiya
Tez hazır olan duzlu xiyar(foto-resept)
SAG 2019: Qırmızı xalça
Gülben Ergen və Yeşim arasında qalmaqal
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
Peşə məktəblərinin tələbələri maaş alacaqlar
Alla Puqaçova kişiyə necə çevrildi?
Nikol Kidman makiyajsız FOTOsunu paylaşdı
Bakıda qum heykəltəraşlığı festivalı keçiriləcək
Türklər Amerikanı silkələyirlər
Onu unuda bilmirəm...
Macarıstanlı Agnesin əl işləri
- ŞƏRHLƏR