
Dilarə 6 may 2014-cü il tarixində Kopenhagenin B&W Hallerne arenasında Eurovision mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq. Dilarənin Azərbaycanı hansı mahnı ilə təmsil edəcəyi 2014-cü il mart ayının 15-nə kimi açıqlanacaq.
Dilarə Kazımova – artıq solo karyerası olan, bununla yanaşı, musiqi qruplarının tərkibində də böyük təcrübəyə sahib olan gənc müğənnidir. Buna qədər o, iki dəfə Azərbaycanın Eurovision üçün milli seçimlərində iştirak etmiş və hər iki halda öz yerini yalnız qalibə təhvil vermişdir.
Azərbaycanın Eurovision-da debüt ili olan 2008-ci ildə tərkibində Dilarənin də olduğu Unformal qrupu milli finalda ikinci yeri tutmuşdu. 2010-cu ildə Dilarə artıq Milk & Kisses qrupunun tərkibində Eurovision-a vəsiqənin bir addımlığına kimi gəlib çıxmışdı. Elə həmin il də Milk & Kisses qrupu Azərbaycanı Latviyada, Yurmalada keçirilən Yeni Dalğa televiziya müsabiqəsində layiqincə təmsil etmişdi.
Bu il Böyük Səhnə layihəsində iştirakla yanaşı, Dilarə həm də beynəlxalq Səs (The Voice) yarışmasının Ukrayna versiyasnın “kor dinləmələrini” və bir neçə raundunu keçmişdir.
Azərbaycanın Eurovision-2014 üçün milli seçimlərinin qalibini Azərbaycandan olan və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirmişdir.
Böyük Səhnə şousunun əsas xüsusiyyəti ondan ibarətdir ki, layihə ərzində münsiflər heyətinin tərkibi dəyişilir, bu isə əvvəlcədən yaranan təəssürata əsaslanmanı qeyri-mümkün edir və Eurovision-a yollanmaq üçün daha peşəkar və layiqli artistin seçiminə imkan yaradır.
Beləliklə, kastinqlər və dörd seçim konsertində münsiflər heyətinin tərkibində olanlar: Azərbaycanın xalq artisti Mübariz Tağıyev, Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimi, Heydər Əliyev adına sarayın baş rejissoru Gülçöhrə Şəfiyeva, bəstəkar Faiq Sücəddinov, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə, Azərbaycanın əməkdar artisti Sevda Ələkbərzadə, şoumen Murad Arif, müğənni Tünzalə Qəhrəman, müğənni Səbinə Babayeva, şairə, ekspert Zəhra Bədəlbəyli, müğənni İlhamə Qasımova, teleaparıcı Saleh Bağırov, Ukraynanın РЎРўР‘ telekanalının rejissoru Fuad Əliyev, bəstəkar Dimitros Kontopulos (Yunanıstan).
Final mərhələsinin münsiflər heyətinin tərkibi:
Stefan Örn (İsveç) – bəstəkar, Eurovision-2011-in qalib mahnısının müəllifi.
Tünzalə Ağayeva – müğənni, bəstəkar, Azərbaycanın əməkdar artisti.
Murad Arif – prodüser, bəstəkar.
Eldar Qasımova – müğənni, aktyor, Eurovision-2011 mahnı müsabiqəsinin qalibi.
Münsiflər heyətinin sədri – Cəmil Quliyev, İTV-nin baş direktoru.
Formatına uyğun olaraq Böyük Səhnə layihəsinin verilişləri cümə günləri studiyada çəkilir, bazar günləri isə İTV kanalının axşam efirində yayımlanır.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Filmlərdəki rollara bənzəyən insanlar
Gözəllik sirləri
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Boyu uzun göstərən üsullar
Göz yaşı
Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq
Sertab Erener onları məhkəməyə verdi
Günün qoroskopu:Səhhətiniz üçün faydalı işi görün
Artiq mən arıqladım!
Apple yeni planşet hazırlayır
ABŞ səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib
İmkansız tələbələrə xoş xəbər
"Alatoran"ın məşhur ulduzu hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bakıda kater və yaxtalar sərgisi keçiriləcək.
Yaponların uzun ömür sirri
Obamadan İlham Əliyevə təbrik
"Xəzər Lənkəran"a 2 şad xəbər
Kim nə qədər yatır?
Qanaxmanı 10 saniyədə dayandıran üsul
Qadınlar internetə daha çox bağlıdırlar
Dünya İqtisadi Forumunun daha bir irəliləyiş
Həcc ziyarətini 1000 kamera izləyəcək
Türkiyəli aktrisa xəstəxanaya yerləşdirildi
Azad Söz (5-ci hissə)
Tibbdə İNQİLAB
Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edildi
Cəbrayıl və Füzulisiz 27 il...
Küncütlü-xurmalı toplar (foto resept)
Niyə dərmanlar hər aptekdə fərqli qiymətə satılır? - VİDEO
Bakı bulvarında qadağa
"İşğalçılar məhv olunacaq"
Yağış, sulu qar, qar - Sabah da
Hind yağının faydaları
Üz formasını dəyişən qidalar
Rafael Dadaşov vəfat etdi
Ötən gecə ən çox yağıntı Lənkəran ərazisinə düşüb
Ölkə şokda: Nəfəs alan xəstəxanalıq olur
Yağları əridən içkilər
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
Kafe və restoranlar bağlanır - RƏSMİ
Aviabiletlər ucuzlaşaq - AZAL-dan reaksiya
Məsmə və Məmməd
Bakı milyonçuları
"Facebook"dan maraqlı yenilik
HAVA necə olacaq?
Seda Sayan 7-ci dəfə ərə gedəcəkmi?
Yaşıl ada müəmmalı şəkildə yoxa çıxdı-FOTO
Hadisə yeni FOTOsunu paylaşdı
ABŞ kosmosa hərbi baza yerləşdirəcək?
Microsoft Windows 10 nə zaman hazır olacaq?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]