Sən ilk növbədə savadsızsan. Ətrafın səni belə görmək istəyir. Çünki bu, onlara çox lazımdır. Sən savadsız olmasan, öz savadlarını necə göstərəcəklər? Heç bu barədə düşündünmü? Düşünmədinsə, artıq düşün, sən savadsızsan. Başqaları danışanda sən sus. Çünki sən savadsızsan, bilmədiyin şeylər haqda danışma.
Sən məzlumsan. Bunu da düşünmədim demə... Niyə məzlumsan? Bəs başqası güclü olduğunu necə göstərəcək? Səni əzməsələr, güclü olduqlarını kim görəcək? Odur ki, sən əzilməlisən. Üsyan etmə, yerini bil. Sən əzilməyə məhkumsan.
Sən yaltaqsan. Bunu da bilmirdin? Eləsən. Bəs niyə yaltaq? Yanındakı başqasına güləndə sən də güməlisən. Buna məcbursan. Yoxsa sənin yaltaq olduğunu deyəcəklər. Amma əslində sən elə yaltaqsan. Buna görə də yaltaqlığını gizlətmək üçün yaltaqlıq etməlisən.
Sən ikiüzlüsən, bax, bunu heç gözləmirdin yəqin, eləmi? Çox təəssüf ki, eləsən, yanında danışılanları yiyəsinə çatdırmadın, amma bunu etməliydin, amma sən tərəf tutdun. Ona görə də qəbul et ki, ikiüzlüsən. Niyə yanında danışılanı sahibinə çatdırmırsan? Düz adam bunu edir, sən ikiüzlüsən, etmədin.
Sən paxılsan. Aldığın əşyaları heç kimə göstərmirsən. Gözə gələrəm deyə belə edirsən. Əslində göstərməlisən. Ucuz aldıqın əşyanın beş mislini deyib hər gələnə uzun-uzadı tərif etməlisən. Paxıl olmayanlar belə edir, amma sən paxıl olduğun üçün etmirsən.
Sən yalançısan. Biri gözəl göründüyü halda səndən soruşanda yalandan gözəl olmadığını deyirsən. Düz danışan adamlar tərif etməyi bilir. Gözəl olmasa da qarşısındakı tərifləyir, amma sən yalançı olduğun üçün bunu da etmirsən.
Sənin ürəyin daşdır. Ağlamaq gəlmir əlindən. Biri dərdini danışanda sən ağlamırsan. Sən necə insansan? Bu qədər daşürəkli olma. Yanında ağla, başqa yerdə başqasına danışıb gülərsən. Dərdinə çarə axtarma, eləcə ağla. Qoy, sənin ağladığını görsün. Ürəyi yumşaq adamlar belə edir. Sən daşürəkli olduğuna belə şeyləri bilmirsən.
Sən yaxşı insan deyilsən. Əgər yaxşı insan olsaydın, yaxşılıqlar edərdin. Bunu da hamı görərdi. Çünki bütün yaxşı insanlar etdiyi yaxşılıqları hər kəsə deyir və hər kəsin bundan xəbəri olur. Amma sənin etdiyin heç bir yardımdan kiminsə xəbəri yoxdur. Ona görə də pis insansan.
Mən düşündüklərimi yazdım, qərarı siz verin. Yazıdakı insan necə biridir?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözəlliyə açılan qapılar
İşbazlar Göyçay fermerlərini çıxılmaz vəziyyətdə qoydular
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerlərinə sənəd qəbulu elan edir
Azərbaycanın qədim şəhərinin əks-sədası İspaniyada
"Mançester Siti"nin baş məşqçisi kimdən üzr istədi?
Hamiləlikdə gözəllik məhsulları zərərlidirmi?
Toy üçün Clutch çantalar
Sabahın HAVAsı
Xəstə uşaq psixologiyası
Təsirli Koreya filmləri
Hollivur Ulduzu Qəzada öldü -FOTO
Sinoptiklər hava ilə bağlı nə deyirlər?
Almaniyada nəşə leqallaşacaq?
Kim ki yüz il yaşamırsa...
Hamilə xanımlar üçün çimərlik geyimləri
Qadın Yaponiya tarixində ilkə imza atdı
Qadınlar niyə yalan danışır?
28 illik həbs edilən gənc hər kəsi heyrətləndirdi_FOTO
Saçın tökülməsinə qarşı maska
Rayonlara qar yağacaq
Mövzular üzrə avatarlar
Esra Dermancıoğlu izləyicilərini təəccübləndirdi-VİDEO
Fahriye Evcen yeni şəkillərini paylaşdı
Ermənilər necə silahlandırılır?
Planşet bazarında azalma zəifləyəcək
İranda şok cəza
Serj Sarkisyan : "Müharibə çıxış yolu deyil"
Sobada qazan kotleti (foto-resept)
İzmirdə ardıcıl yeraltı təkanlar baş verib
Kişiləri cəlb etmək üçün məsləhətlər
Leyla Əliyeva internat məktəbində
Meray Keri 22 kiloqram arıqladı - FOTO
Dünya elmi zəfəranın arxasında xərçəngin müalicəsini gizlədir?
Qeyri-adi etiraz aksiyası
"Qarabağ" - "Neftçi" finalının keçiriləcəyi stadion
Актриса-певица показала свой дом стоимостью 5 миллионов
Qışda sevgilinizlə necə vaxt keçirə bilərsiniz?
“Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - İlham Əliyev
Məşhurlar geyimləri ilə HƏR KƏSİ HEYRAN QOYDU - FOTO
Gənclər üçün ailə paketləri
Bunları bilirsinizmi?
Sızanaqlar haqqında bilmədikləriniz
Bakıda ən böyük yolka bu ərazidə qurulacaq
Uşaqlar idmana nə zaman başlamalıdırlar?
İlkin təəssürat: inanaq, ya yox?
Karamelli peçenye (foto resept)
Saç uzadan 2 maska
Avokadonun faydaları
Azərbaycan Cənubi Qafqazda liderdir
ABŞ-ı İran prezidentinə həvalə elədilər
- ŞƏRHLƏR