Son dönəmlərdə insanlar psixoloji sarsıntılar keçirdirlər. Düzdür, bu sarsıntılar bundan əvvəlki dönəmlərdə də olub. Lakin kapitalizmin vurduğu zərərlər insanları daha da sarsıdır. Çağdaş zamanımızda hətta azyaşlı uşaqlar belə, şikayət edirlər. Hər bir insanın dağ boyda dərdi var. Mümkündür, kənarda olan bir kəs özünə kiçik bir dərdi dağ boyda edən insanı məsxərə etsin. Lakin, hər halda dərd kiçik də olsa, böyük də olsa dərddir. Buna görə də, insanlara xidmət göstərib, dərdlərinə məlhəm olmaq lazımdır.
Sual oluna bilər ki, yad bir insanın dərdindən mənə nə? Mənə öz dərdim də kifayətdir. Lakin qəlbi genişlənmiş, böyük insanların ən böyük dərdi - elə cəmiyyətin dərdidir. Böyük insanların kiçik dərdi olmur. Peyğəmbərimizin dərdi evində çörəyin olmaması, sabah nə yeyəcəyi, nə geyəcəyi barədə olmamışdır. Onun dərdi cəmiyyətin dini-sosial-iqtisadi və s. problemləri olmuşdur. Hətta onu nəinki öz zəmanəsinin probleməri, hətta gələcək nəslin problemləri də narahat edirdi.
Cəmiyyət içərisində problem yağmurunda təpədən dırnağadək islanan insanlar dərdlərini boşaltmaq, yüngülləşmək üçün bir sığınacaq axtarırlar. Düzdür, mövcud problemə çarə tapmaq hər kəsin istəyidir. Ancaq bəzən insan bir diqqət sayəsində problemlərini dəf etmək iqtidarında da ola bilər. Bunun əsas şərti lazım olan insanı tapıb, onunla dərd ortağı olmaqdır. İndiki zamanda insanlar ən çox psixoloq axtarıb dərdlərini bölüşməyə çalışırlar. Lakin psixoloqların əksəriyyətinin bir seans üçün "yaxşı pul" almalırını, ya da dərdlərinə elə də əhəmiyyət göstərməmələrini görüb soyuyurlar. Ruhani mütəxəssislərin də əksəriyyətinin bəzən imkanı olmur ki, cəmiyyətdə bu işlərlə məşğul olsunlar. Bəs bu camaat nə etsin? Kimə müraciət etsin?
Bəzən valideyn, bəzən dost, bəzən həyat yoldaşı və s. ümid bəslənilən şəxslər də fərli çıxmır. Bu da dərdi olan insan üçün yeni bir dərdə çevrilir. Mövzudan uzaqlaşmamaq üçün müqəddiməni bununla kifayətləndirirəm. İndi baxaq görək ki, kimə müraciət etməliyik?
İmam Əli (ə) "Nəhcül-Bəlağə"də belə buyurur: «Üç qəbil insanla məsləhətləşmə: Paxıl, qorxaq və tamahkar insanlarla. Paxıl səni kasıbçılıqla qorxudub, başqalarına əl tutmaqdan çəkindirər. Qorxaq mühüm işlərin yerinə yetirilməsinə mane olar. Tamahkar isə, var-dövlət və vəzifə qazanmaq xatirinə, zülmə mərhəmət donu geyindirər». Bu dəyərli məsləhət bizim üçün çox böyük kriteriyaları ifadə etməkdədir. İmam Əli (ə) bunu elə dəqiqliklə ifadə etmişdir ki, bizim hər hansı bir şərh və izah etməyimiz bəlkə də bu kəlama hörmətsizlik çıxar. Lakin qısaca nəzər salmaq yaxşı olardı. Paxıl insanlardan məsləhət almaq çətindir. Paxıl insanlar nəinki, bizim başqalarına əl uzatmağımızın qarşısını alır, hətta bizi özlərindən daim aşağı mərtəbədə olmağımızın diləyində olarlar. Özlərinə rəva bildiklərini, başqalarına rəva bilmirlər. Bu cür insanlar cəmiyyət üçün çox təhlükəli olurkar. Qorxaq insanlar, böyük işlərdən qorxduqları üçün cəmiyyəti böyük işlərdən çəkindir, pessimist hisslərə aludə edirlər. Yersiz ehtiyatlar, yersiz qənaətlər, yersiz aradan çıxmalarla insanların gözlərini qorxudarlar. Tamahkar insanlar da təhlükəli insanlar qismindəndir. Problemi olan kəs onun yanına nicat tapmaq naminə getsə, bu insan tipi öz şəxsi mənafeyi üçün bu yazıq insandan istifadə etmək yollarını axtaracaq. Əlindən gələn hər bir nadürüstlüyü edəcək, təki, bu insandan istifadə edib, batili haqq kimi insan gözündə cilvələndirsin.
Belə isə, mütəxəssis insan necə məsləhət verməlidir? İmam Səccad (ə) buyurur: «Səndən məsləhət istəyənə bildiyin işlərdə məsləhət verməli, bilmədiyin məsələlərdə onu bilən şəxsin yanına göndərməlisən. Məsləhət aldığın adamı, könlünə yatmayan məsləhətinə görə, qınamamalısan» ("Təfsiri Nurus-səqəleyn", 1-ci cild, səh. 405). Bu isə, daha da ağır məsələdir. Məsələnin həllini bilməmək mümkündür. Lakin bunu etiraf etmək üçün böyük insan olmaq lazımdır. Etiraf etmək insanı cılızlaşdırmır, onu daha da böyük edir. Cəmiyyətdə başı çıxmadan , ixtisası olmadan o qədər məsləhət verən var ki...Cəmiyyət də bu minvalla uçuruma yönəlir. Xətib olan kəs evində oturub daş-divarla danışır, xətiblikdən anlayışı olmayanlar meydan sulayır. İlk öncə, insan bildiyi bir iş barədə hökm verməli, bilmədiyi barədə susmalıdır. Əgər bilmirsə, ehtiyacı olan kəsi bilən bir insanın yanına yollamalıdır. Məsələnin ikinci tərəfi isə, qınamaqdır. Bu iki tərəfli ola bilər. Həm psixoloqun özü, həm də özünü anladan şəxs bu işdən çəkinməlidir. Qulaq asan kəs yersiz qınayıb mühakimə edərsə, dərdini bölüşən şəxs sıxılacaq, özünü sərbəst anlada bilməyəcək. Sözsüz ki, ona verilən cavab da qərəz xarakteri daşıyacaqdır. Yox, əgər dərdini anladan şəxs bununla qane olmursa, başqa birisinə müraciət edə bilər. Əgər ona verilən cavab onun könlünə yatmırsa, bunu araşdırmalıdır. Ola bilər ki, insanın dərdinə əlac acı dərman kimi də olsun. Acı dərmanı içib ağır xəstəliklərdən qurtulmaq mümkündür. Bəzən dərdə əlac, dərdin özü kimi acı olur.
Bəli, bu incə detalalra diqqət etmək lazımdır. Cəmiyyətin islah olunması, tərəqqi tapması üçün bu fikirləri tətbiq etməyimiz labüddür. Ümidvaram ki, müqəddəs şəxslərin bu fikirləri həm dinləyən, həm də dinlədən şəxslər üçün çarə olacaq.
Fərid Abdullah
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qurumuş dərini canladırmaq üçün 3 üsul
Erməni çöküşü sürətləndi
Modern iş geyimləri
Sevin, sevilin, kəşf edin...
Aprel ayının ən çox satılan kitabları-SİYAHI
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Geyim asılqanının başqa hansı faydasını bilirdiniz?
Bal pətəyinə diqqət
Sobada badımcan dolması (foto-resept)
Azərbaycan futboluna ağır itki üz verdi
Daha hansı filmlərimiz rənglənməlidir?
Memarlığın mükəmməliyi
Best Cow – Tanış dadın yeni adı!
Karantin günlərində kökəlməmək üçün...
Dünyada minlərlə insan bu günü gözləyir
Şeyma Subaşı yeni FOTOsu ilə diqqət çəkdi
Gavalı və göyəm turşusu (foto resept)
Müdafiə naziri cəbhə bölgəsində inşası davam edən hərbi hissələrə baxıb
Musiqidə əbədiləşən ömür...
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Trampın cangüdəni koronavirusa yoluxdu
İrem Derici övladlığa uşaq götürür
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Əqrəb və Dolça bürcü uyğunluğu
Dəyişmək
Yaz-yay ayaqqabıları
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Qiyabi təhsil ləğv olunur?
Acun "Survivor"və "Exathlon" yarışlarının gələcəyindən danışdı-FOTO
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Hansı günlərdə oruc tutmağın savabı daha çoxdur?
Sabah hava necə olacaq?
"Brent" markalı neftin qiyməti 50 dolları keçdi
Hulusi Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
"Qarabağda müharibə istənilən an başlaya bilər"
Uşaqların sosial-psixoloji inkişafı-7
Hicablı xanımlar üçün
Putindən Əliyevə dəvət
İngilis dili - XXXI dərs
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
Meyvələrin məzəli halları
Ledi Qaqa yeni Sevgilisi ilə-FOTO
Yaddaşı bərpa etmək olacaq?
Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
İşində nömrə bir olmaq istəyənlər oxusun
Facebook-un əsas sirri... - İstifadəçilər üçün vacib xəbər
Məşhur aktrisa koronavirusa yoluxdu
Azərbaycan dilinin informasiya bazası yaradılacaq
Emberin məhkəmə rəyi üzə çıxıb
- ŞƏRHLƏR