Bakıda hava 28°
USD AZN
EUR AZN
19:06Nermin_Guler Qizlar insan skeleti olan kilseni gorduz? 15:38PERI salam hervaxtiz xeyir olsun 09:41Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40904

Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı

Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı


Fransız imperatoru Napoleon Bonapartın (1769-1821) ölüm maskasının bürünc nüsxəsi ABŞ-ın Luiziana ştatında 34.5 min dollara hərraca çıxarılıb.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Nyu-Orlean şəhərində M. S. Rau Qalereyası tərəfindən təşkil edilən auksion Napoleon Bonapartın anadan olmasının 250 illiyinə həsr olunub.

Napoleonun ölüm maskasının 1838-ci ildə vəfat edən şəxsi həkimi Françesko Antommarçi tərəfindən hazırlandığı iddia olunur.

Bununla birlikdə devrilmiş imperatorun ölüm maskasını kimin hazırladığına dair mübahisələr davam edir. Bir vaxtlar bunun Napoleonun şəxsi həkimi Françesko Antommarçi olduğuna inanılırdı, amma indi ingilis hərbi həkimi Fransis Barton olduğu və bunu 1821-ci ilin mayın 7-də hazırladığı deyilir.

İddiaya görə, maskanın bir neçə nüsxəsi var, bunlardan biri Nyu-Orleandakı Luiziana Dövlət Muzeyində saxlanılır.

Orijinal maska isə Havanadakı (Kuba) Napoleon Muzeyində nümayiş olunur.

Napoleonun sirli maskası – 198 illik müəmma üzə çıxdı


Səslərin sayı: 0
1
85
loading...
Şərhlər
Offline
PERI
Orijinal maska isə Havanadakı (Kuba) Napoleon Muzeyində nümayiş olunur.
15 avqust 2019 15:49
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )