Bakıda hava
USD 1.7000 AZN
EUR 1.9478 AZN
08:29Xəyalə Murad Sabahınız xeyirli,bayramınız mübarək, 08:28Xəyalə Murad İstirahətiniz xoş olsun,Əziz Qadin.Netlilər!
40154

Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay



Moskvada, Qızıl Meydanda yerləşən Lenin Mavzoleyinə duru yağ tökmək istəyən şəxs saxlanılıb.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Bir kişi Qızıl meydana gəlib, zeytun yağını götürərək məqbərəyə tökməyə başlayıb, “Qalx, qalx!” deyə qışqırıb.

Bununla belə xuliqan mavzoleyə daxil ola bilməyib. O yağı yalnız daşlara tökə bilib.

“Hazırda mavzoleyə giriş bağlıdır. Bütün bunlar yaxınlıqda baş verib. Ona görə də məqbərə heç bir ziyan görməyib”, – deyə mənbə bildirib.

Saxlanılan şəxs Moskvanın “Çin-şəhər” adlanan ərazisinə aparılıb, burada sorğu-sual edilib. O, konkret heç nəyə aydınlıq gətirə bilməyib. Bununla belə onun içki içmədiyi, ayıq olduğu da məlum olub. Polis əməkdaşı olan qadın raportda saxlanılan şəxsin “rəhbər”i diriltmək istədiyini yazıb.

KİV-in məlumatına görə, saxlanılan şəxs psixi pozuntudan əziyyət çəkir və müalicəyə ehtiyacı var. O, kiçik xuliqanlıq etməkdə ittiham olunaraq barəsində inzibati protokol tərtib edilib və 500 rubl cərimə olunub

Səslərin sayı: 0
0
91
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )