Bakıda hava 18°
USD 1.7000 AZN
EUR 1.9550 AZN
11:17Weyla Xooooş gördük,əzizim! 11:06Xəyalə Murad Müstəqilliyimiz əbədi olsun!
39314

Azərbaycanda 3 Rusiya universitetinin filialı açılacaq

Azərbaycanda 3 Rusiya universitetinin filialı açılacaq


Qadin.Net report-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

"Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq", - səfir deyib.

Diplomat qeyd edib ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.  

Xatırladaq ki, Azərbaycanda iki Rusiya universitetinin - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Səslərin sayı: 0
0
65
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!