Doğrudan da maraqlıdır, dünyada iki cür dəyərləndirmə var, həm də bu dəyərləndirmə insanlığın daha da inkişaf etdirilməsi naminə göstərilmiş səy kimi qiymətləndirirlir. Bu dəyərləndirmələr daha sonra fəxri adlar, növbənöv təltifetmələr, pul mükafatları və s. ilə əvəz olunur. Bu səbəbkarlar daha çox insanların alim zümrəsindən olur.
Bəzən bir alim illərini sərf edərək virus icad edir və bu zərərli və zəhərli virus sayəsində milyonlarla insanın həyatına son qoyula bilər. Qırıcı təyyarələr, növbənöv kimyavi silahlar, böhran yarada biləcək maliyyə layihələri, insanları manipulyasiya etmək üçün motivasiya vasitələri və s. üstü hamar və cəlbedici görsənib altı zəhərli əməlləri də bu qəbildəndir.
Bəzən də bir alim illərini sərf edərək müxtəlif ağır xəstəliklərin aradan qaldırılması, varlı və yoxsul təbəqinin balanslaşdırılması, yeni iş yerlərinin açılması, sülh və əminəmanlıq şəraitinin yaradılması, xeyriyyəçilik, insanların həyatında rahatlıq yaratmaq naminə texniki inkişaf və s. xeyirə vəsilə olan əməllər üçün gözünün nurunu tökəcək qədər zəhmət çəkir.
Nəticə isə bərabərdir. Eyni nəzər, eyni diqqət, eyni mükafatlandırma. Təsəvvür edin, təltifolunma mərasimində iki böyük alimə mükafat verəcəklər. Bu mükafat dünyanın ən məşhur mükafatıdır ki, ondan o tərəfə dünya çərçivəsində bu cür mükafat yoxdur. Bir alimi - bəşəri bir gündə məhv edə biləcək virusu ixtira etdiyinə görə, başqa bir alimi isə - bütün dünyanı yoluxmuş virusdan sağalda biləcəyi vaksin icad etdiyinə görə təltif edirlər. Bir sözlə - zülmün və ədalətin, xeyrin və şərin eyni dərəcədə mükafatlanması...
Necə də gözəl buyurulub: "Kor ilə görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər!" (Quran, 35: 19-22)
Necə də qəribədir, belə deyilmi? Axı nə üçün alimlik həm də zülmə xidmət etməlidir? Nə üçün bir dövlət digər dövləti "Mən etməsəm, o edəcək. Elə o özü də bu fikirdədir! Yaşamaq üçün mübarizə aparmaq lazımdır, həyatda yalnız güclülər yaşayır" devizi altında zülm yaradır?! Axı, yaradılmış zülmün özünə doğru istiqamət alacağından kim sığorta olunub??? İki əks qütbün eyni cür mükafatlanması ədalətə ziddir və zülmdür. Hətta zülmün kulminasiya nöqtəsinin kəşfi üçün yorğun illər sərf olunsa belə, ona "Əhsən!" demək ədalət deyil, ədalətin öldürülməsidir. Çağdaş zamanımızda da ədalət qətlə yetirilir. Həm də elm adı altında.
Fərid Abdullah
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar