Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar çərçivəsində valyuta bazarında maliyyə sabitliyinin qorunması, valyuta alqı-satqısında sui-istifadə halları və möhtəkirliyin, habelə "qara bazar"ın formalaşmasının qarşısının alınması istiqamətində aidiyyatı dövlət qurumları tərəfindən müvafiq qabaqlayıcı və inzibati tədbirlər görülməkdədir.
Milli.Az bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatda deyilir ki, son günlər bir sıra subyektlər tərəfindən valyuta qanunvericiliyinin tələblərinin pozulması və qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılması barədə daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının yalnız banklar və onların filial və şöbələri tərəfindən həyata keçirildiyi halda, Bakı şəhəri, 28 May küçəsi, 34 saylı ünvanda Bakı şəhər sakini İlyas Əkbərov tərəfindən qanunsuz fəaliyyət göstərən məntəqəyə baxış keçirilərkən 93.665 manat, 80.359 ABŞ dolları, 13.680 avro, 212.000 rus rublu olmaqla ümumilikdə 51 ölkəyə məxsus təqribən 320 min Azərbaycan manatı dəyərində milli və xarici valyutada pul vəsaitləri, habelə istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar aşkar edilərək götürülüb.
İ.Əkbərovun valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərini pozaraq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanıv və şübhəli şəxs qismində saxlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 8C, Nərimanov rayonu, Təbriz küçəsi, ev 95 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətullayev küçəsi, 35 saylı ünvanlarda qanunsuz valyuta mübadiləsi əməliyyatları həyata keçirən məntəqələr aşkar edilməklə barələrində qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
Azərbaycan Baş Prokurorluğu tərəfindən bundan sonra da Dövlət Təhlükəsizliyi Xidməti, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyatı qurumlarla əlaqəli şəkildə valyuta qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı qanunamüvafiq tədbilərin görülməsi təmin ediləcək.
Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan 900 yeni vaqon alacaq
Badə-badə "yuxarıya"
Yemək görünüşlü üzüklər
Günün qoroskopu: romantik hisslərə qapılmayın
Əfqanıstanda təyyarə qəzasında ölənlərin cəsədlərinin laborator müayinəsinə başlanılıb
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Bolqar bibərinin bilmədikləriniz faydaları
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Test imtahanının taleyi sual altındadır
Hicablı xanımlar üçün
"Fənərbağça" Azərbaycana gəlir
2011- Dovşan ili
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
Çində satıcısız mağazalar istifadəyə veriləcək
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Buqələmun yoxsa insan?!
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Şəmkirdə tibb məntəqəsi tikiləcək
Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib
2018-ci ilin ən çox qazanan aktyor bəlli oldu-FOTO
Venesuela prezidenti Obamadan xahiş etdi
Ketrin Zeta Cons qızı ilə ilk dəfə-FOTOsessiya etdirdi
İran kosmosa insan göndərəcək
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Qozlu tort (foto resept)
Göz rənginə görə göz qələmi seçimi
Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı
Bundan sonra "Whatsapp" internetsiz olacaq - YENİLİK
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Ledi Qaqa və Madonna illər sonra barışdı-FOTO
Avropa Oyunları neçəyə başa gəldi?
İğdırlılar Ermənistan sərhədinə yürüş edəcəklər
Küçə sənəti - 2
Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti açıqlandı
Metroda daha bir yenilik
Mobil telefonlar haqqında bilmədiklərimiz
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Duz terapiyası
Stomatoloqdan qorxanlar oxusunlar!
Güclü yağış Gəncədə 34 evi uçurdu
Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - RƏSMİ
Yuxular və yuxuyozmalar (5)
Limon içlikli peçenye (foto resept)
Mehriban xanım Heydər Əliyevi andı
“Odnoklassniki”də video avtomatik işə düşəcək
Vulkan fermeri milyonçu etdi
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız