Azərbaycanda vergi borcu olan 596 vətəndaşın çıxmasına məhdudiyyət qoyulub.
Milli.Az fins.az-a istinadən xəbər verir ki, onlardan 283-ü fiziki şəxs, 313 nəfəri isə hüquqi şəxsin icra orqanı rəhbərləridir.
Həm yerlilər, həm xaricilər var
Həm fiziki şəxslərin, həm də şirkət rəhbərlərinin arasında yerli vətəndaşlarla yanaşı, xarici ölkələrin təmsilçiləri də var. Vergilər Nazirliyindən verilən məlumata görə, ölkədən çıxışı qadağan olunan şəxslərin dövlət büdcəsinə ümumilikdə 45 milyon 460 min 755 manat vergi borcu var.
Qadağa necə qoyulur?
Nazirliyin baş idarə rəisinin müavini Rəsul Hüseynov qadağanın hansı formada qoyulduğunu açıqlayıb:
"Borcu barədə ona elektron bildiriş göndərilməklə yanaşı, SMS və səsli mesajlar da göndərilir. Bundan sonra vergi ödəyicisi vergi orqanına dəvət olunur. Ona vergi borcu, onun yaranma səbəbi barədə məlumat verilir, ödəmədiyi halda görüləcək tədbirlər barədə xəbərdarlıq edilir".
Borcluların əmlakları hərraca çıxarılır
Xəbərdarlıqlara məqsədli şəkildə məhəl qoymayan vergi ödəyicilərinin bank hesablarına sərəncamlar qoyulur, əmlakları siyahıya alınıb hərraclarda satışı həyata keçirilir, avtomobillərinə həbs qoyulur və ya ölkədən getməsinə məhdudiyyət qoyulur.
Borcu 10 mini keçənlər ölkədən buraxılmır
R.Hüseynov bildirib ki, şəxsin ölkədən getməsinə məhdudiyyət qoyulması üçün vergi borcunun miqdarı ən azı 10 min manat olmalıdır.
"Vergi borcu 10 min manat və daha artıq olan vergi ödəyicilərinin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması barədə məhkəmələrə müraciət olunur. Lakin bu qərar müstəsna hallarda vergi borcu 10 min manatdan aşağı olan şəxslərə də şamil olunur. Bu günədək vergi ödəyicilərinin 45 milyon 460 min 755 manat borcu var".
Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan 900 yeni vaqon alacaq
Badə-badə "yuxarıya"
Yemək görünüşlü üzüklər
Günün qoroskopu: romantik hisslərə qapılmayın
Əfqanıstanda təyyarə qəzasında ölənlərin cəsədlərinin laborator müayinəsinə başlanılıb
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Bolqar bibərinin bilmədikləriniz faydaları
Leyla Əliyeva sahibsiz itlər haqqında...
Test imtahanının taleyi sual altındadır
Hicablı xanımlar üçün
"Fənərbağça" Azərbaycana gəlir
2011- Dovşan ili
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Müqəddəs Ramazan ayının ilk günü məlum oldu
Çində satıcısız mağazalar istifadəyə veriləcək
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb
Günün qoroskopu: maraqlarınızı qurban verməyin
Buqələmun yoxsa insan?!
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Şəmkirdə tibb məntəqəsi tikiləcək
Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda nizami yürüş edib
2018-ci ilin ən çox qazanan aktyor bəlli oldu-FOTO
Venesuela prezidenti Obamadan xahiş etdi
Ketrin Zeta Cons qızı ilə ilk dəfə-FOTOsessiya etdirdi
İran kosmosa insan göndərəcək
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Qozlu tort (foto resept)
Göz rənginə görə göz qələmi seçimi
Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındı
Bundan sonra "Whatsapp" internetsiz olacaq - YENİLİK
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Ledi Qaqa və Madonna illər sonra barışdı-FOTO
Avropa Oyunları neçəyə başa gəldi?
İğdırlılar Ermənistan sərhədinə yürüş edəcəklər
Küçə sənəti - 2
Koronavirus infeksiyasının smartfonun və əsginasın üzərində qalma müddəti açıqlandı
Metroda daha bir yenilik
Mobil telefonlar haqqında bilmədiklərimiz
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Duz terapiyası
Stomatoloqdan qorxanlar oxusunlar!
Güclü yağış Gəncədə 34 evi uçurdu
Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - RƏSMİ
Yuxular və yuxuyozmalar (5)
Limon içlikli peçenye (foto resept)
Mehriban xanım Heydər Əliyevi andı
“Odnoklassniki”də video avtomatik işə düşəcək
Vulkan fermeri milyonçu etdi
Atanızla yaşadığınız ən xoş və kədərli bir anınız