Novruz bayramının özünəməxsus adət-ənənələri var. Həmin adətlərdən biri də son günlərin müzakirə mövzusuna çevrilən papaq atmaqdır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlamasında bildirib ki, qapılara papağın atılmasını düzgün hesab etmir: “Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.
A.Əhmədlinin bu təklifi ilə bağlı cəmiyyətdə söz sahibi olan şəxslərin fikrini öyrənməyə çalışdıq. Millət vəkili Fazil Mustafa deyir ki, papaq əvvəlki məzmununu daşımadığı üçün hər kəs bu adəti istədiyi kimi icra edə bilər: “İndi papaq əvvəlki məzmununu daşımır. Papaqdan çox kepka qoyulur. Bizim ənənəmizə qalsa, gərək bütün kişilər başına çərkəzi papaq qoysun və onu başında qürurla gəzdirsin. İndi onu gəzdirən də yoxdur axı. Ona görə də bəzi simvolikaları belə süni surətdə hansısa bir dəyər kimi qəbul etmək indiki şərtlərdə o qədər də doğru deyil. İnsanların bu adəti yerinə yetirərkən əylənmələrinə mədəni bir əyləncə kimi baxmaq lazımdır. Papaq atmağa təhqiredici məqam kimi yanaşılmasını düzgün hesab etmirəm. Kim necə istəyirsə, o formada da bu əyləncəni həyata keçirə bilər. Ən azından bunun indiki dövrdə ciddi fəsadı və narahatlıq doğuran əlamətləri yoxdur”.
Əməkdar incəsənət xadimi şeyx Əbdül Mahmudbəyov deyir ki, papaq atmaq və qurşaq sallamaq adətlərinin hər ikisi tarixən mövcud olub: “Kişinin qurşağı və papağı tarixən onun atributu hesab olunub. Bunun min illik tarixi var. Qızların torba, papaq atdığını görməzsiniz. Dünyada ən müqəddəs şey ruzi-bərəkətdir. Əgər mən ərk edib kiminsə qapısına gedib, ondan ruzi-bərəkət istəyirəmsə, gərək ona yüksək səviyyədə ehtiram göstərim. Bu hörmətimin əlaməti isə qurşaq və papaqdır. Bu, min illərdir formalaşan və günümüzə çatan adətlərdir. Müasir konteksdən yanaşsaq, bunu dilənçilik kimi qiymətəndirənlər də ola bilər. Amma bu adətin məğzi dilənmək yox, bir-birinə əl tutmaq kimi başa düşülməlidir”.
Əməkdar incəsənət xadimi onu da bildirdi ki, qədim adətlərimizi bəyənməyən, onları yığışdırmaq istəyənlər həmin bayramlarda bugünkü yanaşma tərzinə uyğun adətlər ortaya qoymalıdırlar: “O adətləri xalqa təqdim etsinlər. Əgər bəyənilsə, köhnə adətləri ləğv edib, yenisini təbliğ edək. Əgər bunu etmiriksə, köhnə adətləri məhv etmək olmaz. Köhnəni məhv etmək üçün gərək yenisinin daha gözəlini yaradasan. Bu simvolik adətlərimiz min illərdən gələn ənənələrdir və bunlara toxunmasaq, daha yaxşı olar”.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov isə bildirdi ki, heç kim, üstəlik də Folklor İnstitutunun əməkdaşı adətə qarşı çıxa bilməz: “Atəş demək istəyib ki, bu, papaq atmaq yox, qurşaq sallamaq adətidir. Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında “Ay nə gözəl qaydadı şal sallamaq” misrasını hamı bilir. Qurşaq atmaq, şal sallamaq adətlərimiz olub. Amma papaq atmaqda da qəbahət yoxdur. Papaq atanlar uşaqlardır və onlar üçün papağın qeyrət rəmzi olub-olmaması o qədər də önəm daşımır. Uşaq bayram keçirmək istəyir. Atəş müəllim bu adətin tamamilə yığışdırılmasını deməyib. O, neçə illərdir Novruzla bağlı verilişlərdə, məclislərdə bununla bağlı fikrini bildirib və normal da qarşılanıb”.
M.İmanov onu da bildirdi ki, şal sallamaq, qurşaq bağlamaq kimi adətlər sonradan papaq atmaq ilə əvəzlənib: “Qədimlərdə evlərdə baca anlayışı var idi. O bacadan qurşağı, şalı sallayar və nəmərlərini alan gənclər, uşaqlar payını götürüb gedərdilər. “Dəli Kür” filmində bu gözəl adətimiz yaxşı işıqlandırılıb. İndi evlərin quruluşu fərqlidir və müasir uşaq bu adəti özünəməxsus şəkildə davam etdirmək istəyir. Qapıya elə yığcam əşya ilə getmək istəyir ki, tez payını alıb çıxsın. Uşaq papaq da ata bilər, torba da. Adətlərin həyat tərzimizlə bağlı müəyyən qədər dəyişikliyə uğramasını normal qəbul etməliyik. Uşağın papağını hansısa qapıya atmağı ilə qeyrət rəmzimizin hörmətdən düşdüyünü demək olmaz. Novruz bütün adətləri ilə gözəldir. Tarixin uzunmüddətli sınağından keçib gələn adətlərə qarşı çıxmaq olmaz”.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Məşhur aktrisa öldü-FOTO
Ruhlar haqqında
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
Daha sağlam və gənc görünmək üçün 10 yol
Ana südü niyə lazımdır?
Körpənizi hovuza nə vaxt apara bilərsiniz?
Məşhur aktrisa üzünə döymə etdirdi-FOTO
Bildirçin yumurtasının faydaları
Android bazarı ələ aldı
Bu dəfə yol bağlanmayacaq
Onun ecazkar sənəti, melodiyası
Şarapovadan gözlənilməz addım: Telefon nömrəsini paylaşdı - FOTO
"Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir
Ankara Əsədi dialoqa çağırdı
Ətir vurma sənəti
Timoşenko əleyhinə etiraz aksiyası keçirildi
Köhnə pianodan xəzinə çıxdı
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
İt ruh gördü - Sahibəsi dondu qaldı
Culia Robertsin son görünüşü təəccübləndirdi-FOTO
Super lüks, təyyarə təki Mercedes hazırlanıb
BÜRCLƏR bizə nə vəd edir? -20 İyun
Prezidentdən evsizlərə müjdə
Maraqlı tort nümunələri
“Ermənistanla sərhədlər açılmayacaq”
Üzük qaşında bir dünya
Dünyanın virtual muzey və qalareyaları
1 kilo arıqlamaq üçün neçə saat yeriyək?
Səkkiz il yeyib içməyən yoq öldü
Zibillikdəki avtomobildən "sənət əsəri" yaratdı - FOTO
Azərbaycanda müəllimlərin işə qəbulu üçün növbəti müsabiqə elan edilib
Davamlı makiyaj edənlərə bitki mənşəli təkliflər
Sevginin sağlamlığa 5 faydası
İrəvanın yeni savaş hazırlığı
Şaxta babanın olmadığını uşağa hansı yaşda deyək? - PSİXOLOQ TƏLİMATLANDIRIR
Zakir Həsənov ön cəbhədə zabitləri topladı, göstərişlər verdi
Şanelin 7 əsas prinsipi
Sərt karantin günlərində ev heyvanlarını gəzdirmək olar? - AÇIQLAMA
Azərbaycanda bu tələbələrə kredit veriləcək - SİYAHI
SON DƏQİQƏ: Koronavirusla bağlı ŞAD XƏBƏR AÇIQLANDI
Uşağa adı kim qoymalıdır?
Hülya Avşar bu hərəkəti ilə Ronaldunu kölgədə qoydu - VİDEO
Rayonlar və şəhərlərarası hərəkətinə icazə verilən şəxslərin SİYAHISI
Ərdoğanın oğlu Mənsimovdan daha bir gəmi aldı
Gəlinlərə toydan əvvəl xüsusi maskalar
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Ekstrasens Zirəddin: "Özünüzü biabır etməyin"
Yoldaşım məni niyə ilk günkü kimi sevmir?
Avropalı parlamentari: "Ermənistan işğala son qoymalıdır"
Məşhur ulduz Antalyada konsert verəcək
- ŞƏRHLƏR