Ermənistan Respublikasının kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlara əsasən, 3 may 2015-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma separatçı rejimin “parlamenti”nə qurama “seçkilər”in keçirilməsi planlaşdırılır.
ANS PRESS-in Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, XİN bu məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən yaradılmış separatçı rejimin təcavüz və irqi ayrı-seçkiliyin mütləq nəticəsi olduğu bir daha vurğulayır. Bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi və digər ağır cinayətlər törətdiyi hamıya yaxşı məlumdur.
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı zor tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalını ardıcıl olaraq kəskin şəkildə tənqid edib. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını təsdiq edir və işğalçı qoşunların Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatlar da bənzər mövqedən çıxış edib.
Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi zəmində qondarma separatçı rejimin strukturlarına “seçkilər”in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.
Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır.
Azərbaycan Respublikası bir daha Ermənistan tərəfini əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Dükan pəhrizi ilə 25 kq arıqladım(3-cü mərhələ)
Qubadlı viran qalmış daha bir kəndindən görüntülər - VİDEO
Xərçəng xəstələrinə müjdə!
Fobiya növləri
Azərbaycanlı alim koronavirusun dərmanını tapıb - VİDEO
İdmançılarmız çinlilərə, türklər ermənilərə qarşı
Asiyanın ən gözəl şəlaləsi
Çin koronavirusa görə doqquz vaksin hazırlayıb
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi keçiriləcək
Ərdoğan Əhməd Cavadın şeirini səsləndirdi – VİDEO
Növbəti 4 günün havası AÇIQLANDI
Metropoliten "28 May" stansiyasını təhvil verməyə hazırlaşır
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Öz əllərimiz ilə 8 mart
Kimlərin qapanma günlərində işləyəcəyi açıqlandı - RƏSMİ
Ziynet Salı toy tarixini açıqladı
Hamiləlik dövrləri (11-19 həftələr)
Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti müəyyənləşdi
Piyləri artıran… fruktoza
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
Hind xalının sirri
Sarkisyan Ərdoğana başsağlığı verdi
Şeyma Subaşı bu dəfə də belə FOTO paylaşdı
Nokia tarixə qovuşacaq
Bonding nədir?
Can Yaman efirlərə qayıdır
Ermənilər Gəncəni atəşə tutdu: 5 ölü, 28 yaralı - YENİLƏNİB + VİDEO
İrem -4 dərəcə şaxtada konsert verdi-FOTO
Uşağın makrozomik olaraq doğulması
"Qarabağ" mərhələ adlasa, kimlə oynayacaq?
Ana Vətənimiz - Uşaqlarımız
Məşhur hind aktyorlarının bu günü
Kişi hansı halda arvadından boşana bilməz?
Qurani-kərim nə zaman indiki formasında toplanılıb?
Qış aylarındakı yaranan öskürək üçün nə etməli?
İngilis dili-Aa (3)
“Danışır Qarabağ!”: Vətənimizin səsini indi hər kəs duyacaq - VİDEOREPORTAJ
Günün ulduz falı
Dəri üçün faydalı olan qidalar
Rahat ayaqqabılar
Mətbəx dizaynı
Sürücülərə XƏBƏRDARLIQ: "Diqqətli olun"
Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək
Rusiya Azərbaycan FHN-ə mobil konteynerlər göndərdi - VİDEO
Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı VACİB AÇIQLAMA
Kürdəmirdə 67, bir kəndində 21 nəfər koronavirusa yoluxub - RƏSMİ
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Naxçıvandan gələn hərbçilər Şuşadan yaylım atəşi ilə yola salındı - VİDEO
Antarktidada nəhəng deşik tapıldı - FOTO
Tədris saatının azalması müəllimlərin əməkhaqlarına təsir edəcək? - RƏSMİ
- ŞƏRHLƏR