Bakıda hava 18°
USD AZN
EUR AZN

Hans Xristian Andersen (1)

Hans Xristian Andersen (Hans Christian Andersen) 2 aprel 1805-ci ildə Danimarkanın Fyon adasında yerləşən Odens şəhərində doğulmuşdu. Atası Hans Andersen (1782—1816) ayaqqabı ustası idi. Onun çox gözəl əl qabiliyyəti var idi və vaxtaşırı olaraq bildiklərini oğluna da öyrədirdi. Anası Anna Mari Andersdatter (1775—1833) paltaryuyan idi. O, qonşu evlərdən çirkli paltarları gətirib onları yumaqla qəpik-quruş qazanırdı. Ailə kasıbçılıqla dolansa da balaca Hansın normal şəraitdə böyüməsi üçün əllərindən gələni edirdilər.

Övladının uşaq vaxtından teatra həvəsli olduğunu görən ata Hans üçün müxtəlif oyuncaqlar düzəldib evdə kukla teatrı yaratmışdı. Gündüzlər vaxtını oyuncaqları ilə teatrda keçirən Hans axşamlar atasının ona danışdığı nağılları dinləyərdi.

1816-cı ildə Hans atasını itirir. Bundan sonra anası ikinci dəfə ərə gedir. Atalığı Andersenə qarşı kobud idi, ona qayğı göstərmirdi, demək olar ki, onunla maraqlanmırdı. Ailənin vəziyyəti ağır olduğundan Andersen müxtəlif işlərdə çalışmalı olur. Amma bütün əziyyətlərə baxmayaraq gənc Hans paytaxta, Kopenhagenə getməyə can atırdı. Anası ondan soruşanda ki, niyə bu qədər Kopenhagenə can atır? O cavab verir ki, adam olmaq üçün.

Nəhayət, 1819-cu ildə 14 yaşlı Hans Xristian Andersen Odensi tərk edib Kopenhagenə gedir. Xoşbəxtlikdən Kopenhagendə onun qarşısına yaxşı adamlar çıxır və onlar Hans Xristian Andersenə adam olmaqda kömək edirlər.

Olduqca maraqlı həyat yolu keçmiş yazıçı 1875-ci ilin 4 avqust tarixində 70 yaşında vəfat edir.

Qeyd: Aşağıda gördüyünüz kağız fiqurları H.X.Andersen özü kəsib düzəltmişdir. Onların hamısı hal-hazırda Danimarkanın Odens şəhərində fəaliyyət göstərən H.X. Andersenin xatirə muzeyində qorunub saxlanılır. Şəkillərə yazılmış məlumatları isə H.X.Andersenin müəllifi olduğu “Həyatımın nağılı” adlı memuarlar, xatirələr kitabından götürmüşəm. Avtoportret şəkil də H.X. Andersenin özünə aiddir.

1808-ci ildə Danimarka Fransa, Napoleonla sülh müqaviləsi bağlamağa məcbur olur. Bu müqavilədən sonra İsveç krallığı Danimarkaya müharibə elan edir. Bununla əlaqədar olaraq ispan və fransız əsgərlərini Fyon adasına gətirirlər ki, onlar Danimarkanı müdafiə etsinlər. Odensin küçələrində dolaşan əsgərlər Fyondan keçib İsveçə doğru getməli idilər. H.X.Andersen xatirələrində yazır ki, o günlər bütün şəhərdə fransız və ispan əsgərləri gəzişib səs-küy salırdılar. Yerli əhali ispanlara rəğbət bəsləyirdir, amma fransızlardan xoşları gəlmirdi, çünki fransız əsgərləri ispanlara nisbətən kobud və qəddar idilər.

3 yaşlı balaca Hans anası ilə küçədən keçərkən bir dəstə ispan və fransız əsgəri ilə qarşılaşır. Həmin dəstədən bir nəfər ispan əsgəri ayrılıb Hansgilə tərəf gəlir və uşağı qucağına alıb öpür. Əsgərin gözləri dolur və boynundan asdığı katoliklərə məxsus olan aksessuarı Andersenə uzadır ki, onu öpsün. Əsgərin bu hərəkəti Andersenin anasının xoşuna gəlmir, amma Andersen xatirələrində yazır ki, həmin əsgərin boynunda gəzdirdiyi əşya onun çox xoşuna gəlibmiş. İspan əsgərinin bu hərəkəti çox guman ki, onun vətəndə qoyub gəldiyi ailəsi və uşaqları ilə əlaqədar idi.

Hans Xristian Andersen (1)

Sonra Andersen qeyd edir ki, həmin dəstənin içindən bir nəfər fransız əsgərini aparıb öldürdülər. Bütün bu hadisələr balaca Hansın hafizəsinə həkk olunur. Sonralar Andersen buna uyğun “Əsgər” adlı şerini yazacaq və həmin şer Danimarkada əsgər mövzusunda nəşr edilmiş şerlər toplusuna daxil ediləcək.

Hans Xristian Andersen dindar ailədə böyümüşdü, amma atasi digər ailə üzvləri ilə müqayisədə bir qədər modern düşüncəli adam idi. Bir gün iblis haqda o belə deyir: “İblis bizim öz içimizdədir. Onun bu sözləri balaca Hansı bərx qorxudur və bütün gecəni yata bilmir, atasının niyə belə düşündüyünü götür-qoy edir. Səhərisi gün Hans görür ki, atasının əli 3 yerdən yaralanıb. Əlamətlərə inanan balaca Hansa elə gəlir ki, həmin gecə iblis gəlib atasının əlini yaralayıb. Amma biz bilirik ki, Hansın atası ayaqqabı ustası olduğundan onun əlləri tez-tez zədələnirdi.

Andersenin atası həmişə arzu edərmiş ki şəhərdən kənarda, kənddə, iri bağçası olan bir evdə yaşasın. Bir gün onun yanına ayaqqabı tikdirmək üçün varlı bir qadın gəlir və ipək parçadan ayaqqabı tikdirmək istədiyini deyir. Qadın parçasını da özü ilə gətirir. Onlar belə razılaşırlar ki, ayaqqabı üçün lazım olan dəri materiallarını usta özü tapıb düzəldəcək və əgər sifarişçi razı qalırsa, o zaman o, ustanın bütün ailəsini öz malikanəsinə aparıb onları yanında saxlayacaq və ustanı daimi işlə təmin edəcək. Bu cür təklifdən məmnun qalan ailənin hər 3 üzvü bir neçə gün həmin qadının sifarişi ilə məşğul olurlar. Ayaqqabı hazır olduqdan sonra Andersenin atası onu həmin qadının evinə aparır. Qadın ayaqqabıları görən kimi öz narazılğını bildirir və deyir: “Siz mənim ipək parçamı xarab eləmisiniz, bu nədir belə tikimisiniz? Andersenin atası qəzəblənib cibindən bir qayçı çıxardır və ayaqqabını doğramağa başlayır. O deyir, “Əgər sizin ipəyiniz xarab olubsa, qoy onda mənim də dəri materiallarım zay olsun!”

Beləliklə, ailənin kənddə, iri bağçası olan bir evdə yaşamaq arzusu gözündə qalır. Bundan sonra Andersenin atası depressiyaya düşüb xəstələnir və çox keçmir ki vəfat edir.

Andersen xatirələrində yazır ki, ölməmişdən əvvəl atası yuxuda sayaqlayar və öz-özünə danışardı. Anası onu müalicə etdirmək üçün həkim dalınca yox, qonşu kənddə yaşayan falçının, baxıcının yanına gedərdi. Bir gün Hans özü anasından xəbərsiz həmin falçının yanına gedir və ondan öyrənmək istəyir ki, atası yaşayacaq, ya yox? Falçı Hansa bir neçə suallar verib deyir: “Oğlum, evə gedəndə çay kənarı ilə gedərsən, əgər atanın ruhu qarşına çıxsa, demək, o tezliklə öləcək, yox əgər yolda heç nə görməsən, demək atan yaşayacaq”. Hans falçının dediyi kimi edir və yolda gözünə heç nə görünmür. O, bunu anasına danışanda qadın bir xeyli rahatlanır. 3 gündən sonra isə 11 yaşlı Hans Xristian Andersen atasız qalır.

Hans Xristian Andersen çox istedadlı olduğu üçün onu şəhərdə hər kəs tanıyırdı. Onun aktyorluq, rəssamlıq qabiliyyətindən başqa eyni zamanda gözəl səsi də var idi. Odensin tanınmış ailələri Andersenlə maraqlanar və onu evlərinə qonaq aparardılar. Belə ailələrdən biri də polkovnik Gyog Humbergin ailəsi idi. Polkovnik Anderseni çox istəyirdi. O, şahzadə VIII Xristianla yaxından tanış idi. Bir gün polkovnik Andersenə kömək məqsədi ilə onu şahzadənin sarayına aparır və gənc hansa tapşırır ki, şahzadə ondan soruşsa ki, ən böyük arzun nədir? Cavab verərsən ki, seminariyada oxumaq istəyirəm. Andersen belə də edir və şahzadə ona qulaq asandan sonra deyir: “ Oxumaq sizin nəyinizə gərəkdir? Siz sənətkar oğlusunuz, yaxşı olar ki siz də atanız kimi bu sənəti davam etdirəsiniz və yaxud digər sənətin qulpundan yapışasınız, məsələn, yaxşı xarrat ola bilərsiniz”. Hans Andersen çarəsiz halda şahzadənin sarayını tərk edir.

Hans Xristian Andersen (1)

Kopenhagenə böyük ümidlərlə gəlmiş Andersen ilk günlər uğursuzluqlarla qarşılaşır, amma o evlərinə qayıtmaq istəmir. Kopenhagenin küçələrində veyllənərkən birdən onun yadına düşür ki, Odensdə olanda qəzetlərin birində Sibboni soyadlı əslən italyan olan tenor müğənninin Danimarkanın Kral Konservatoriyasına director təyin olunduğu haqda oxumuşdu. Sibboni əvvəllər İtaliyada yaşamışdı. Onu Danimarkaya gələcək kral VIII Kristian dəvət etmişdi. Andersen Sibboninin yaşadığı evin ünvanını öyrənib birbaşa ora gedir. O fikirləşir, əgər bundan da bir şey çıxmasa, o zaman evlərinə dönəcək.

Sibboni ilə görüşdən əvvəl Andersen bütün bioqrafiyasını onun qulluqçusuna danışır və həddindən artıq köməyə ehtiyacı olduğunu deyir. Qulluqçu onu diqqətlə dinləyir və gəncə yazığı gəlir. Evdə çoxlu qonaq olmasına baxmayaraq o, Sibbonidən xahiş edir ki, Anderseni qəbul etsin. Sibboni buna razılıq verir. Andersen otağa daxil olanda içəridə məşhur bəstəkar Veyzeni, Danimarkanın həmin dövrdə populyar olan şairi Baggeseni və digər tanınmışları görür. Sibboni dərhal fortepiano arxasına keçib Andersenin ifa etməsini xahiş edir. Andersen elə ürəkdən oxuyur ki, Sibboni onun səsinə valeh olur, amma deyir ki, gərək bir müddət Hansın səsini daha da açmaqla məşğul olsun. Məclisə toplaşanlar elə oradaca öz aralarında bu kasıb və istedadlı gənc üçün pul toplamağa başlayırlar. Nəticədə 70 daler pul toplanılır və Andersenin Kopenhagendə yaşamasına şərait yaranır.

Hans Xristian Andersen əsilzadə olmadığı üçün, aşağı təbəqədən çıxdığına görə tez-tez müəyyən adamlar tərəfindən alçaldılıb, təhqir edilirdi. Onun atasının ayaqqabı ustası, anasının isə paltaryuyan olması çox yerdə andersenin başına qaxınc idi və bu baxımdan yazıçı dəfələrlə mənəvi zərbələr almışdı.

O xatirələrində yazır ki, Danimarka kralı VIII Kristian taxta oturduqdan sonra ilk dəfə teatra gəlir. Həmin günü H.X.Andersenin “Mulat qadın” tamaşası oynanılırmış. Andersenin teatrda ayrıca yeri var idi və o həmişə orda oturardı. Bu dəfə heykəltəraş dostu Torvaldsen də Andersenin yanında olur. Torvaldsen Andersenə deyir ki, inanmayacaqsan, amma kral sən tərəfə baxıb təzim etdi. Andersen buna inanmır və özü çönüb kralın oturduğu loja tərəfə baxanda görür ki, doğurdan da, kral ona təzim edir. Andersen qərara gəlir ki, gərək bir gün kralın yanına gedib ona öz təşəkkürünü bildirsin.

Tezliklə kral öz sarayında məclis təşkil edir və Anderseni də ora dəvət edirlər. Bunu eşidən tanınmış alimlərdən biri təəccüblə Andersenə deyir ki, sizin orda nə işiniz var? Orda yalnız elita olacaq. Andersen zarafatyana alimə cavab verir ki, siz nə danışırsınız, kralın özü mənə baş əyir. Bu sözdən əsəbləşən alim deyir: “Kral sizə lojadan baş əyib və bu o demək deyil ki, siz onun sarayına soxulmalısınız”. Bu söz Andersenin bərk xətrinə dəyir və o deyir: “Orda nəinki elita, hətta bir sıra tələbələr də olacaq”. Andersen hətta tələbələrdən birinin adını da çəkir. Bu zaman həmin alim cavab verir: “O tələbəni atası görün kimdir, yüksək rütbəli dövlət məmuru. Bəs sizin atanız kim olub? Ayaqqabı ustası”. Bu sözdən pərt olan yazıçı belə cavab verir: “Mən bu mərhələyə gəlib çıxmağıma görə ilk növbədə Allaha, sonra isə özümə borcluyam və məncə, siz bunu nəzərə almalı idiniz”.

Ardı var...


Səslərin sayı: 5
9
2833
loading...
Şərhlər
Offline
Aysel İ.
Cox maraqli heyati var.indi də insanin ozune gore deyil varina puluna atasina gore qiymet veririler.... bu cox dehsetli bir veziyyetdir,ardini sebirsizliklə gozləyəcəm bu mubahisenin sona mene cox maraqli geldi,yeqin ki Andersen o dirnaq arasi alimin gozel cavabin verecek

give_ros
24 fevral 2015 01:21
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Cox maraqli heyati var.indi də insanin ozune gore deyil varina puluna atasina gore qiymet veririler...

BUrda hər zaman belə olub...Onun ucundə dəyərli olan hecnəyimiz qalmayib.
27 yanvar 2015 09:39
Offline
Ulker.Agamali
Cox maraqli heyati var.indi də insanin ozune gore deyil varina puluna atasina gore qiymet veririler.... bu cox dehsetli bir veziyyetdir,ardini sebirsizliklə gozləyəcəm bu mubahisenin sona mene cox maraqli geldi,yeqin ki Andersen o dirnaq arasi alimin gozel cavabin verecek ireful
21 noyabr 2014 21:58
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Ellada Babayeva
Qeyd: Aşağıda gördüyünüz kağız fiqurları H.X.Andersen özü kəsib düzəltmişdir. Onların hamısı hal-hazırda Danimarkanın Odens şəhərində fəaliyyət göstərən H.X. Andersenin xatirə muzeyində qorunub saxlanılır. Şəkillərə yazılmış məlumatları isə H.X.Andersenin müəllifi olduğu “Həyatımın nağılı” adlı memuarlar, xatirələr kitabından götürmüşəm. Avtoportret şəkil də H.X. Andersenin özünə aiddir.

Nə maraqlı.
21 noyabr 2014 16:35
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
●♥ Səma ♥●
Cox maraqla oxudum.Teshekkurler.Maraqli heyati varmish.Amma men bir terefden onu shansli da saydim.Axi o zamanlarda kasib tebeqenin bu seviyyeye qalxmasi belke de mumkun olmayan bir sheydi.Bir daha saq olun. give_ros
20 noyabr 2014 14:02
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Qəribə
Çox gözəl məlumatlardır. Uşağın özünü dərk etməyi ki, adam olmaq istəyirəm. Bu artıq bu uşağın gələcəyinin yaxşı olmasından xəbər verir. Çox çətin həyat yolu olub. Ancaq onun haqqında əsrlərlə danışılırsa deməli arzusuna çatıb və adam olub.

Hans Xristian Andersen çox istedadlı olduğu üçün onu şəhərdə hər kəs tanıyırdı. Onun aktyorluq, rəssamlıq qabiliyyətindən başqa eyni zamanda gözəl səsi də var idi.

Bəli, çox çətin həyat yolu olub. Onun nağillarini çox oxumuşam, çox da gözəl nağillari var.
Təşəkkür edirəm Xəyalə xanim. give_ros
20 noyabr 2014 13:43
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Çox maraqla oxudum azırda o alimi əlmə versəydilər öldürərdim e alçaq alçaq danışır
20 noyabr 2014 12:30
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Aysel İ.
Çox gözəl məlumatlardır. Uşağın özünü dərk etməyi ki, adam olmaq istəyirəm. Bu artıq bu uşağın gələcəyinin yaxşı olmasından xəbər verir. Çox çətin həyat yolu olub. Ancaq onun haqqında əsrlərlə danışılırsa deməli arzusuna çatıb və adam olub.
20 noyabr 2014 09:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Hacət-i Vuslat
Çox çətin həyatı varmış,kövrəldim.Üzü də mehribandır.mülayimdir.Onun və Qrim qardaşlarının nağıllarıyla böyümüşəm.
Ardını gözləyəcəm Xəyalə.çox sağol give_ros
20 noyabr 2014 08:42
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!