Bakıda hava +6°
USD 1.7220 AZN
EUR 1.8623 AZN

Sürətli oxu - 7

                                                                    Oxunun inteqral alqoritminin məzmunu

Diqqətlə baxsaq, görərik ki, alqoritmlər bizi hər yerdə əhatə edir. Məsələn, tramvaya minərkən bu yazını oxuyuruq: ”Sərnişinlər bilet almalı və vaqona daxil olmalıdırlar". Bu yazı tramvaya minərək sərnişinə çevrilən insanın davranışını ikibloklu (bilet al+irəli get və mane olma) alqoritmindən başqa bir şey deyil. Onun alqoritmdən istifadə etməsi rasionaldır? Bəli, çünki bu, bütün sərnişinlərin hərəkətini nizamlayır. Biletsiz getmək problemlər vəd edir, sərnişinlərin meydançada toplaşması isə narahatlıq yaradır. Lakin heç də bütün sərnişinlər bu alqoritmə riayət etmir: Məsələn, gediş bileti olanlar kassada ləngimirlər, dərhal vaqonun ortasına keçirlər. Belə sərnişinlərin öz hərəkət alqoritmi var. Bu adi həyat şəraitində alqoritmləşdirmə qaydalarının tətbiqinə dair sadə bir nümunədir. Bəs alqoritmlərin oxu kimi bir prosesdə tətbiqi insana nə verir? O, bu prosesi təşkil edir, onun təsirliliyini artırır. Bununla yanaşı alqoritmlər özlərinin yaradıcı təfsirini də istisna etmir, konkret mətnlərdən və oxunun qurulmasından asılı olaraq bəzi dəyişikliklərə yol verir. Oxu zamanı inteqral alqoritmdən istifadə insan beyninin yuxarıda izah etdiyımiz bəzi xüsusiyyətlərini öyrənir.

İstənilən mətn müəllifin fikirlərinin dildə ifadəsidir. Mətnlər insanlar tərəfindən yaradılır və insanlar da bu mətnləri oxuyurlar. Deməli, müəlliflə oxucu arasında ortaq olan əsas dil qanunauyğunluqları təkcə mətnlərin yaradılması zamanı deyil, həm də onların oxunması zamanı qüvvədə olur. Burada onu da xatırlatmaq yerinə düşərdi ki, insan, ümumiyyətlə, təkcə oxunu deyil, əksər əqli fəaliyyətlərı əvvəlcədən proqramlaşdırır. Belə ehtimal etməyə əsas var ki, hər bir oxucunun sanki öz alqoritmləri və oxu proqramları var. Lakin əksər oxucularda onların effektivliyinə şübhə etmək olar, çünki çox vaxt qeyri-mütəşəkkil oxu nümunələrini müşahidə etməli oluruq və bu zaman oxucu kitabı gah axırdan, gah da ortadan oxuyur. Əlbəttə, belə oxu heç bir fayda verməyəcək.

Sürətli oxu - 7

Bu, əqli fəaliyyətlərin qeyri-effektiv proqrama, yaxud uğursuz alqoritmə nümunədir. Bəs kitabla daha mütəşəkkil şəkildə işləməyi öyrətmək mümkündürmü? Bəli, mümkündür. Bu fikir struktur və quruluş nəzəriyyəsi adlandırılan və müasir psixologiyada məşhur olan nəzəriyyələrdən birinin ideyasına əsaslanır. Onun banisi məşhur Sovet psixoloqu D.Uznadzedir. Psixoloji quruluş insanın müəyyən fəallığa, bəzi proseslərdə iştirak etməyə, tanış stimula, yaxud məlum situasiyaya verməyə hazır olmasıdır. "Struktur və quruluş” ümumi keçmiş təcrübə, onun əsasında qurulmuş vəziyyəti və məqsədin obrazı və hərəkət planından ibarətdir. Stimul bir neçə dəfə təkrarlanırsa və ona reaksiya avtomatizm səviyyəsinə gətirilib çıxarılırsa, bu halda quruluş təsbit edilmiş adlandırılır. O, davranışın tənzimlənməsinin şüursuz amili ola bilər. Siz pillələrə baxmadan pilləkəni qalxırsınız, sizdə pilləkəndə bütün pillələrin eyni olmasına dair təsbit edilmiş quruluş var, buna görə də onlara baxmağa lüzum yoxdur. Lakin onlardan ən azı biri başqa hündürlükdə olsa, siz büdrəyə bilərsiniz. Quruluş fenomeni, həmçinin sadə bir eksperimentdə özünü göstərir: bu zaman insana həcminə görə iki dəfə fərqli olan bir neçə şar göstərilir. Bundan sonra ona iki eyni ölçülü şar verilsə o, şarların öz həcminə görə fərqli olduğunu iddia etməyə davam edəcək. Burada "ilkin quruluş illüziyası" adlandırılan illuziya yaranır. Hətta müvəqqəti fərqli şarlar görmək vərdişin əsl vəziyyəti "işıqlandırır".

Quruluş fonomeninin maraqlı təzahürünü metropolitendə aşkar edə bilərsiniz. Qarşımızda iki eskalator var. Onlardan biri yuxarıya hərəkət edir və sərnişinləri qaldırir. Digər eskalator isə hərəkətsizdir. Ona yaxınlaşın və zolağa ayaq basın. Sizi adət etmədiyiniz hislər gözləyir. Eskalatora ayaq basan kimi səndələyəcəksiniz. Bunun səbəbi nədir? Sizin qavrayışınız hərəkət hissinə hazırlanıb. Şüursuz olaraq orqanizminiz gözlənilən vəziyyətə cavabdeh olan hərəkətlərin koordinasiyasını formalaşdırır və birdən-hərəkətsizlik. Belə qərarsız reaksiyaya da uyğunlaşdırılma səbəb
olur. İnsan qavrayışının bu xüsusiyyətini, göstəriləni deyil, vərdişə əsasən başqa bir şeyi görmək xüsusiyyətini təsdiq edən çox sayda
testlər mövcuddur.

Şəkil 1.İnteqral alqoritimin 7 bloku

                         1. Ad (kitabın, məqalənin)

                                      2. Müəllif

                       3. Mənbə və onun sübutları

                                4. Problem

                     5. Faktoqrafik məlumatlar

      6. Nəql edilən materialın xüsusiyyətləri və tənqidi

7. Nəql edilən materialın yeniliyi və ondan əməli işdə

                              istifadə imkanları

Quruluş nəzəriyyəsinin tədqiqatçıları iddia edirlər ki, çoxsaylı təkrar yolu ilə quruluş aktiv avtomatikləşdirilmiş fəaliyyət səviyyəsində davamlı

stereotipə çevrilir. İnsan müəyyən adət və vərdişlər əldə edir ki, bunları da sonradan asanlıqla, avtomatik olaraq, ağıla güc vermədən istifadə edir.
Müşahidələr göstərib ki, oxunun inteqral alqoritmindən istifadə zamanı rasional hərəkətlərin birincidən sonuncuyadək alqoritm bloklarına uyğun olaraq, müəyyən ardıcıllığını nəzərdə tutan oxu vərdişi formalaşır.
Alqoritmin ilk dörd bloku izah tələb etmir. Beşinci blok faktoqrafik məlumatlar mətndən faktların çıxarılması və onların məna cəhətdən mənimsənilməsi deməkdir. Altıncı və yeddinci oxunun individual xüsusiyyətlərinin: onun biliklərinin təcrübəsinin, oxu məqsədinin nəzərə
alınmasını tələb edir. Məsələn, bir oxucuya bayağı görünən şey başqasına-daha az təcrübəli olana yeni, tənqidi yanaşmış oxucuya isə mübahisəli görünə bilər. Beləliklə, bu blokların ikisi də oxu prosesində mürəkkəb analitik-sintetik düşüncə fəaliyyətinin icrasında oxucunun fəal iştirakını tələb edir.

 

Sürətli oxu - 7

 

 

Bəs alqoritmdən əməli şəkildə necə istifadə etməli?

Hər şeydən əvvəl onun bütün bloklarını yadda saxlamaq, onların hər birinin məzmununu təsəvvür etmək lazımdır. Mətnin oxunması zamanı alqoritmi ayrıca bir vərəqdə yazmağı və daha yaxşı mənimsəmə üçün onu yazı stolunun üstündən asmağı tövsiyə edirik. Biz, əslində, necə oxuyuruq? Necə oldu, anlamadım, bəziləri belə cavab verir, əksər insanlar isə ümumiyyətlə, heç vaxt bu barədə düşünməyib. İnteqral alqoritm üzrə oxu mütəşəkkil və məqsədyönlü prosesdir və bu proses zamanı tutuşdurulan məlumat sanki mətndən çıxarılır və ayrı-ayrı gözlərlə-alqoritmin işıq zolaqları ilə müqayisə edilir.

Məlumatda tamamilə və ya qismən uyğunluq olduğu halda məlumat sanki onlarda yerləşir. Bu cür oxu prosesini universamda malların seçimi ilə müqayisə etmək olar.
Təsəvvür edin: Siz özünüzlə yeddi gözü olan araba götürmüsünüz və əlinizdə olan siyahıya müvafiq olaraq malları tez-tez götürürsünüz. İndi
fərz edək ki, siyahı itib. Siz əziyyətlə tapşırığın bəndlərini yada salmağa çalışırsınız və məqsədsiz şəkildə ticarət zalında dolaşaraq ümid edirsiniz
ki, malları görən kimi nə almalı olduğunuzu xatırlayacaqsınız. Əksər oxucular məhz siyahını-əqli fəaliyyətlərin xilasedici alqoritmini itirmiş belə
alıcıya bənzəyirlər.

Oxunun inteqral alqoritmi sürətli oxu texnikasının məna özülüdür. Əvvəlki söhbətlərdə göstərildiyi kimi, sürətli oxunun əsas ideyası əqli
fəaliyyətlərin daha effektiv proqramlarının həyata keçirilməsidir. Göründüyü kimi sürətli oxu əqli fəaliyyətlərin dəqiq və ardıcıl proqramlarından istifadəni tələb edir. Oxu xaotik, qeyri-mütəşəkkil prosesdən vahid proqrama-oxunun inteqral alqoritminə tabe olan bir prosesə çevrilir. Alqoritmin bloklarına riayət etmək sanki mətnin tədqiq edilməsinin addımlarını müəyyənləşdirir. Bununla yanaşı, oxunun inteqral alqoritmi qavrayışın fəallığını və deməli, oxunmuşların başa düşülməsini, yadda saxlanmasını əhəmiyyətli dərəcədə artırır.mSürətli oxu mətnin ləng, passiv müşahidə edilməsindən fərqli olaraq oxucunu mətnin strukturuna və məzmununa fəal şəkildə daxil olmağa, müxtəlif məna bloklarını müqayisə etməyə və qiymətləndirməyə vadar edir. Alqoritmin tətbiq edilməsinin xeyrinə olan daha bir mühüm sübut var. Müasir struktur dilçilik iddia edir ki, bütün mətnlər söz artıqlığına malikdir və bu artıqlıq bəzən 75%-ə çatır. Mətnin həcminin, demək olar ki, 25%-i konkret oxucu üçün əsas məna daşıyıcısıdır.
Gündəlik həyatda bizi əhatə edən külli miqdarda informasiyanın böyük bir hissəsi artıqdır. Dilçilərin qeyd etdiyinə görə, çoxsözlülük adi hadisələrin zahirən elmə oxşar terminologiya ilə ifadə edilməsi tendensiyası zəifləmir. "İzvestiya" qəzetinin xüsusi müxbiri V.Suxaçevski bu hadisələrin təhlilini aparıb. O yazır: "At suyu vedrədən içirsə, bu barədə necə danışmaq olar? Məsələn, belə demək olar: At suyu vedrədən içir. Başqa cür də olar. Heç olmazsa, bu cür: Yer kürəsinin əksər coğrafi zonalarında yayılmış cütdırnaqlılar fəsiləsinin nümayəndəsi suya olan təbii tələbatının ödənilməsi prosesini diametri atın sifətinin çevrəsindən az olmayan qabdan mayeni sormaqla həyata keçirir".

Bu nümünə söz artıqlığı 100%-ə yaxın  olan bir mətni nümayiş etdirir. Sürətli oxu faydalı məlumatların olmadığı belə mətnlərin “mənasızlığını" dərhal görməyə imkan verir. Bununla yanaşı sürətli oxu kursunun dinləyicilərinin dəfələrlə bildirdiyi kimi, alqoritmlər sistemi ağılı intizama öyrədir və müxtəlif sənədlər hazırlanarkən belə fikirləri sadə, aydın, başa düşülən şəkildə ifadə etməyə vadar edir. İnformasiya partlayışı əsrində mətnlərdə söz artıqlığı problemi, həqiqətən də, aktualdır və son illərdə mətbuatda fəal şəkildə müzakirə olunur. Bununla yanaşı, unutmaq olmaz ki, söz artıqlığı bəzən faydalı olur.

Beləliklə, siz mətndən, həqiqətən də, dəyərli və sizin üçün faydalı olan məlumatın çıxarılmasının radikal bir vasitəsinə malik ola bilərsiniz. Bundan sonra istənilən həcmli və sıxlıqlı mətn sizin üçün qorxulu deyil. Oxunun inteqral alqoritmi sizin beyninizi istənilən mətndən mənalı informasiyanın güclü və təsirli vasitəsi ilə silahlandırır.
Bütün insanlar gözəl yerlərə baxmağı sevirlərlər. Bu, hər il səyahətlərə milyonlarla pulun xərclənməsinin əsas səbəbidir. Son səyahətinizi xatırlayın. Hansı mənzərələri xatırlayacaqsınız? Şübhəsiz, çox az, nisbətən maraqlılarını. Yerdə qalanları isə yaddaşdan silinib. İndi isə alqoritmlərə uyğun işləyərkən siz bir dəfəlik bütün mətnin "seyr-müşahidə" edilməsi üsulunu öyrənəcəksiniz. Həm də bilməlisiniz ki, alət, geyim modeli yazı üslubu nümunələri mövcuddur. Hər bir yazıçının öz əsərini yazmağa başlamazdan əvvəl müəyyən məqsədi olur. Müxtəlif məqsədlər müxtəlif yazı üslubları tələb edir. Müəyyən müəllif üslublarını oxuyarkən bəzi müvafiq üsullar faydalıdır. Əgər siz daha çox işlənən üslubları tanımağı öyrənsəniz, eləcə də onlarla davranmaq üsullarını mənimsəsəniz, öz oxuculuq imkanlarınızı əhəmiyyətli dərəcədə artırmış olacaqsınız. Bu fikir, xüsusilə, qəzet və jurnal materiallarının janrlarına aiddir. Bununla yanaşı siz indi sərbəst şəkildə mətnin mənalı hissəsinə köklənə biləcəksiniz, siz artıq faydalı məna ilə "mənasız həcm" arasında fərqi görə biləcəksiniz.
   Bəs inteqral alqoritmin bloklarına müvafiq şəkildə oxu mexanizmini necə yaratmalı və möhkəmləndirməli? Onun gerçəkləşdirilməsində iki mərhələ var: birincisi, alqoritmin bütün bloklarının dərk edilməsi və onlara riayət edilməsi; ikincisi, bu hərəkətlərin qeyri-ixtiyari, avtomatik edilməsi. Təcrübə göstərir ki, bu ikili məsələnin effektiv həlli yolu xüsusi metodiki üsulların-oxunun inteqral alqoritminin gözdə təsəvvürü və ideomotor məşqin köməyilə mümkündür.

Sonuncu metodiki üsul müasir idmanda geniş və effektiv şəkildə istifadə edilən və psixotexniki oyunlar adlandırılan ehtiyatdan götürülüb üsulların hər birini ayrılıqda nəzərdən keçirək.

Səslərin sayı: 3
10
1472
Şərhlər
Offline
Aida M-ova
Hər birinizə təşəkkürlər
12 oktyabr 2014 12:33
Offline
Ayan..
Sürətli oxumagi bacariram.ama süretli oxuyarken oxudugum neden bəhs edir bilmirem.ona göre asta-asta oxuyuram menasini dərk edim deyə))
Məlumata görə ise cox sagolun Aida xanim.
11 oktyabr 2014 22:56
Offline
Xalidə Həsənzadə
Men tez tez oxuyanda biraz caşiram..ona gore biraz asta-asta oxuyuram...
14 sentyabr 2014 10:58
Offline
Xalidə Həsənzadə
HEC BILMIRDIM MELUMATIM OLDU Təşəkkür yes
13 sentyabr 2014 13:04
Offline
AFƏR
Mən süretli oxuyanda hərfləri yeyirem ondada heç bir sey basa düşmürəm görüremki belədi yavas yavas suretimi azaldiram scratch_ maraqlı xeberdi cox sag olun Aida xanım
9 sentyabr 2014 09:45
Offline
איסון ממדוב.
Şer kitablarini esasen suretli oxuyuram
9 sentyabr 2014 00:33
Offline
Ellada Babayeva
Sürətli oxumağım alınmasada yaxşıdı.. request
8 sentyabr 2014 23:21
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Dəniz84
Gözəl məlumatlardır. Sağ ol Aida canım. give_ros
8 sentyabr 2014 22:26
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Qadın netin FACEBOOK səhifəsi
https://www.facebook.com/ForAzerbaijaniWomen?ref=hl
Offline
Şəri Babayeva
Təşəkkür maraqlıdı. good Lap kitab oxumaq istədime blush give_ros
8 sentyabr 2014 20:44
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
♥Ana♥
Çox gozel xeberrrrrrrrrr
8 sentyabr 2014 18:35
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Son yazılar
Son şərhlər
Maraqlıdır
Ruhunuzun yaşı:
Ruhum cavandır!
Olduğum kimidir
Ruhum qocalıb!
Ruhum yoxdur
Çətin sualdır!