Dövlət Pantomima Teatrında “Ora-Bura” tamaşasının növbəti premyerası baş tutdu. Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Bəhruz Əhmədli, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyev, plastik həll üzrə rejissoru xalq artisti Bəxtiyar Xanızadədir. Rollarda əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, Elnur İsmayılov, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Əli Əlizadə çıxış edirlər. Maraqlıdır ki, tamaşanın nümayişinə gələnlərin əksəriyyəti gənclər idi, aralarında gənc və müasir görünüşlü iranlı xanımlar da var idi. Tamaşaçıların hamısı biletlərini əvvəldən almışdılar. Amma kassadan bilet xəbər alanlar da var idi. Kiçik foyedəki qulağa gəlib çatan söhbətlərdən belə məlum oldu ki, premyeraya toplaşanlar arasında həm Pantomima Teatrının daimi tamaşaçıları, həm də yeni pərəstişkarları var.
“Ora-Bura” tamaşasının, belə demək mümkünsə, giriş hissəsi elə foyedən səhifələnməyə (səhifələnmə ifadəsi təsadüfən işlənməyib və buna hələ qayıdacağıq) başlamışdı. Bir neçə çamadan, ortada üzərinə “ora” və “bura” sözləri yazılmış bir neçə göstərici (bu göstəricilərdən yerə də səpələnmişdi) bərkidilmiş dirək və musiqi. Foyenin və zalın divarlarını bir müddət əvvəl elə burada fərdi sərgisini keçirmiş tamaşanın rəssamının rəsmləri bəzəyir. Zalın səs və işıq sexinin pəncərəsindən tamaşanı izləyənlər arasında Pantomima Teatrının köhnə “qvardiya”sının eks-üzvlərindən biri Azər Şabanovun (tanınmış teleaparıcı Azər Axşam) da olduğunu gördük.
Keçək tamaşaya. Pantomima Teatrının yeni səhnə əsərinin qeyri-adi təəssüratlarından biri ilk dəqiqələrinin bir qədər maraqsızlığı və hətta yoruculuğunun bütövlükdə sonrakı hissənin bitkinliyinə keçiddən ibarət oldu. Axı adətən filmin və ya tamaşanın ilk 5-10 dəqiqəsi onun bütün yozumu və quruluşu haqqında mötəbər məlumat ötürücüsü rolunu oynayır. Yalnız bəzi istisna hallarda bu məlumatın yanlış ilkin təsəvvür, aldadıcı birinci təəssürat statusunda olduğu aşkara çıxır. “Ora-Bura” tamaşası məhz belə istisnalardan idi. Elə buradaca qeyd edim ki, teatrın yeni heyətinin üzvlərinin ideya müəllifliyi, rejissorluğu və ifaçılığı ilə ərsəyə gələn və bu sətirlərin müəllifinin baxdığı tamaşalar arasında bu səhnə əsəri ən uğurlusudur. Səhnə əsərində hər hansı sözlü, ya da sözsüz replika, səs və musiqi effektləri, hərəkətlər, tərəf-müqabillərin münasibətləri vəhdət, harmoniya və zövq halında idi.
“Ora-Bura” insan taleləri, münasibətləri və xatirələr haqqındadır. Səhnə əsəri avtobus dayanacağının təsviri ilə başlayır. İki kişi və bir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyirlər. Dayanacaqda casus peyda olur və gənc qadınla xəyali erotik səhnə yaşayır. Avtobusun yubanması onların çamadanda özləri ilə götürdükləri keçmişlərinin, duyum və dünyagörüşlərinin açılmasına şərait yaradır.
Personajlardan biri sirk artistidir. Çamadanını açarkən oradan təsadüfən bir fotonun çıxması artistin xatirələrini canlandırır. Və biz onun həmkarları ilə necə mehriban həyat və yaradıcılıq yolu keçdiyini görürük. Maraqlıdır ki, bir fotoqrafın onlara doğru yaxınlaşdığını ilk görən də məhz o olur. Onlar birlikdə şəkil çəkdirirlər. Digər ikisi gülümsəsə də, sirk artistinin üzündə kədər var. Fotoşəkli isə dayanacaq yoldaşlarına onların əksini kəsərək verir.
Digər personaj vicdanlı məmurdur. Onun xatirələrinin canlanmasına çamadanındakı telefonun səslənməsi təkan verir. Tamaşaçılar onun rüşvət və tanışlıqlara məhəl qoymadan sözdə deyil, işdə xalqa xidmət edən məmur keçmişindən agah olurlar. Lakin günlərin bir günü belə dürüstlük kiməsə sərf eləmir, qara telefon aparatı (bu halda onun yalnız dəstəyi) səslənir və... məmur işdən kənarlaşdırılır.
Üçüncü personaj fatasız gəlinlikdə olan gənc xanımdır. Təsadüfən çamadanından fatasının düşməyi səhnə əsərinin ən təsirli, ən kövrək epizodunun başlanğıcı olur. Qadın nəql edir ki, toy günü nikah mərasimindən sonra nişanlısı ilə birgə avtomobil qəzasına düşüblər, nişanlısı həlak olub.
Bu kövrək səhnəni avtobusun nəhayət ki gəlib-çıxmağı yarımçıq qoyur. Onlar ora-bura yola düşürlər. Çamadanları isə dayanacaqda qalır. Çamadanlarla birgə keçmiş həyatları, xatirələri də...
Milli.az
XƏBƏR LENTİ
Zander (foto resept)
"Fənərbağça"lılara üzücü xəbər
Yaşıl çay saç maskası
Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi
Evdə jülyen hazırlayaq (foto-resept)
Mətbəx mebelləri
Zərif görünmək üçün nə geyinməli?
Göz ətrafı qırışları aradan qaldıran 2 təbii üsul
BÜRCLƏR bizə nə vəd edir? - 6 MAY
Azərbaycan Milli Ensiklopediyasının yeni binası (FOTO)
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu
Rulet tortu (foto resept)
Şəkillərdə güldürən detallar
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Azərbaycanda iradnamə və tələbnamələrin verilməsi qaydası təsdiqlənib
Ordumuza səyyar hamamla xidmət edənlər: “Yaşımız çox olduğu üçün döyüşməyə qoymadılar, biz də...”
Film festivalında jüri olacaq - FOTO
Noutbuk satışı dünyada azalıb, Hindistanda iki dəfədən çox artıb
Telefonla çox danışanlara bəd xəbər
Hollivud ulduzu müsəlman olur
Qadının öz həyatını idarə etmə bacarığı
Daha bir yenilik - satışa quru araq çıxarılır
Yatmadan əvvəl dəri baxımı
İlham Əliyev Bəxtiyar Vahabzadə ilə bağlı sərəncam verdi
Qabırğalı-tərəvəzli yemək (foto resept)
Süni mayalandırma düşünənlər üçün düzgün qidalanma tövsiyələri
İşıqsız dünya
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Ulduzun gitarası 6,7 milyona satıldı-FOTO
Hər kəs bu tarixi gözləyir-10 Yanvar
"Kişi və qadın" tamaşası Qazaxda
Tatarıstanda matəm elan olundu
“The New York Times”da Füzuli və Ağdamdakı dağıntılar haqqında məqalə yayımlanıb - FOTO
Moskvada metal anqar yanır - VİDEO
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Aspirinin bilinməyən faydası tapıldı
Günün qoroskopu: xərclərinizi azaldın
Mənim dərsliyim Sənsən!
"İndi ancaq toyxanadır, bozbaşdır, kababdır..."
Ömür dediyin...
Əhaliyə xəbərdarlıq edildi!
Məşhur cütlüyün beşinci övladı doğuldu
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
Kənan yeni ev axtarışındadır - FOTO
Bu da ən uzun iftar süfrəsi
Kompüter təhlükəsizliyi
Hava haqqında
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Güzgüylə dizayn edilmiş otaqlar
Sabahdan Novruz tətili başlayır