Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1108 AZN
18:23Emma Svon Axşamınız xeyir! 11:28Surayye Gunurtaniz xeyir xanimlar-Peri Simadan ses yoxdu 11:09Xəyalə Murad Hər birinizin günü uğurlu olsun! Xoş gəldiniz,Yağmur xanım 09:48Yağmur....) Gunayfın Allah salamı olsun sizlere yeni gune Elhemdurullah
38071

Qadınlarda klimaks dövrü

Qadınlarda klimaks dövrü

Klimaks nədir?

Klimaks xəstəlik yox, sindromdur. Klimaks aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir. El arasında klimaksı bəzən xəstəlik adlandırırlar.  Klimakterik dövr 45 - 50 yaş arasında klimakterik simptomlarla müşahidə olunur. Bu simptomlar 3 qrupa bölünür. Birinci qrupa neyroveqetativ dəyişikliklər aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir, dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur. İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu vaxt qadında kökəlməyə meyl artır. Eyni zamanda qalxanvari vəzilərin funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur. Üçüncü qrupa isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik, yaddaşın zəifləməsi halları əmələ gəlir. 

Klimakterik sindromun ilkin əlamətləri

Klimakterik sindromun əsas və ilk əlamətindən biri bədənə tez-tez istilik gəlməsidir. Bu hal gün ərzində 5-10, bəzən 20-yə çatmaqla, 30 dəqiqə davam edir. Dünyada çox az sayda qadın klimaks dövrünü rahat keçirir. Klimaks qadınların həyatında ən çətin dövrdür. Klimakterik dövrdə qadın bədəninin hər yerində dəhşətli ağrılar hiss edir. Ən çox isə qadınlar baş ağrısından, tərləmədən və üşütmədən şikayətlənirlər. Klimaks dövründə eyni zamanda qadında qorxu hissləri əmələ gəlir, güclü ürəkdöyünmə olur və o, tez-tez hirslənir. Bütün bunlar klimakterik dövrə girişin göstəriciləridir. Bəzən bu simptomlar özünü o dərəcədə qabariq şəkildə göstərir ki, qadın hərəkət etmək qabiliyyətini itirir. Belə olduqda xəstəni hospitalizə etmək məcburiyyəti yaranır. Klimakterik dövrdə endokrin sistemdə də çox böyük dəyişikliklər baş verir. Və esirogen çatışmamazlığı nəticəsində qadınlar sümüklərində ağrılar hiss edir, oynaqlarda deformasiyalar baş verir. Qeyd edək ki, klimakterik dövrdə sümük yumşalır və bədəndə sınıqlar əmələ gəlir. Həkim-ginekoloq bunun qarşısını almaq üçün qadınlara hormonal dərmanlarla müalicə olunmağı məsləhət görür. Klimaks dövründə qadın eyni zamanda malemoqrafiya, histoloji müayinələrdən keçməlidir. Ümumiyyətlə, qadınlar klimakterik dövrdə tez-tez ginekoloqa müraciət etməlidirlər. Çünki bu vaxt edilən hər hansı bir yanlışlıq qadını şikəst edə bilər. Qadının yaşlılıq dövrünü sağlam yaşaması, yataq xəstəsi olmaması üçün bu şərtlər vacibdir. Yaxşı olar ki, qadınlar klimakterik dövrdə ginekoloqla bərabər psixoloqa da müraciət etsinlər. Elə etmək lazımdır ki, həyatın ən məsuliyyətli, qayğıya ən çox ehtiyacı olan klimakterik dövr qadına əzab-əziyyət yox, normal həyat tərzi, yaşamaq həvəsi versin. 

Qadınlarda klimaks dövrü

Klimakterik dövrdə yaranan xəstəliklər

Qadın aylıq tsikldən kəsildikdən, yəni klimaks dövrünə başladıqdan sonra həyatında baş verəcək bütün dəyişikliklərə hazır olmalıdır. Bu dövrdə yarana biləcək xəstəliklərin qarşısını almaq bəzən mümkün olmur. Klimaks dövründə bədəndə olan mikrobların sayı günü-gündən artır. Qadında insult, infaktkeçirmə, kor olma, şəkər xəstəliyinə tutulma riski artır. Klimaks dövründə qadınlarda yaranan xəstəliklərdən biri də sümük əriməsidir. Bel sümüyünün əyilməsi də klimakterik dövrdə əmələ gələn fəsadlar sırasına daxildir. Bəzən də elə olur ki, klimakterik dövrdə qadınlar bədənlərində qızartıların, ləkələrin peyda olmasından şikayətlənirlər. Həkim-ginekoloqlar bunun normal olduğunu bildirirlər. Bu qızartılar əsasən, boyun nahiyələrində olur. Bu, qorxulu hal deyil. Qadınların 70 faizində bu qızartılar vaxt keçdikcə yox olur. Ancaq onların 30 faizində sözügedən ləkələr ömürlük qalır. Ümumiyyətlə, klimakterik dövrdə dəri öz elastikliyini, təravətini itirir. Bunun üçün dəriyə daim qulluq etmək lazımdır.  

Klimakterik dövrdə qidalanmaya diqqət 

Bəzən qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər, bu isə çox təhlükəlidir. Qadınlar daha çox tərkibində kalsium olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar, albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti məhsullarından az istifadə edin.

Qadınlarda klimaks dövrü

Erkən klimaks

Tibb elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast gəlinir. Erkən klimaks normal hal deyil. Bəzən 30 yaşında klimaks dövrünə girən xəstələr olur. Bu, insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30 yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur. Siqaret çəkən qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni zamanda vegeterianlarda da klimaks dövrü erkən başlayır və çox ağır keçir.  

Kişilərdə də klimakterik dövr olur

El arasında çox yayılmasa da tibb elmində kişilərdə də klimakterik dövrün olduğu müəyyənləşdirilib. Belə olduqda yaşlı kişilərin qadınlarına olan istəkləri azalır. Klimaks dövründə olan kişilərdə gənc qızlara meyillilik artır. Ancaq bu hal uzun davam etmir. Kişilər klimaks dövrünü qadınlar qədər çətin keçirmir.
Dünyada 25 milyondan çox qadın klimaks dövrünü lap ağır keçirir. Onların 15 % isə bu dövrdə yaranan xəstəliyə tab gətirə bilmir və dünyasını dəyişir. Klimakterik dövrdə qadınların 30 % sümük əriməsindən, 12 % depresiyadan, 20 % isə amneziyadan əziyyət çəkir.

Səslərin sayı: 17
37
141113
loading...
Şərhlər
Offline
Iceberg
faydali melumatdir tesekkurler
7 iyul 2017 12:21
imza: shafaabdulla.blogspot.com
Offline
Tər Naz Elm Nur
Menim de qaynanam bele olur yaqiz qadinlar zehmet kes eziyyetli her weye dozen de ele qadindir biz qadinlar cox gucluyuk her weye ragmen tewekkurler Ceylan xanim give_ros melumat ucun
29 aprel 2017 11:58
Offline
musayeva rena
salamlar manim anamdada diyasan klimaks kecirir tez tez aybasi pozgunlugu olur
29 sentyabr 2013 22:58
Offline
Rzayeva Guler
Menim qaynanamda klimaks dovrunde idi pis kecirirdi istibasmalar olurdu ne Hallara qalirdi sonra bir muddetden sonra duzeldi
13 sentyabr 2013 15:53
Offline
Utopya
Mən qaynanamdan indi görürəm yazıq əziyyt çəkir. Oda deyiki bəzən içimə elə isti gəlir sıxıntıdan partlayıram. Birdə oynaqları ağrayır
10 may 2013 11:50
imza: O biri dünyada əbədi eyş-işrətdə yaşamaq ümidi ilə ibadətlə məşğul olanlar az şey verib çox şey alan alverçilərlə oxşardır.
Offline
Ayka S
MENIM ANAMDADA OLUB NEBILIME PIS SEYDI VAXTINDAN TEZ DEYIL AMMA OLMAQ YAXSIDIDA YENEDE
9 may 2013 14:42
Offline
Davetsiz Misafir
MENIM MAMAM CAVANDI Allah uzaq etsin bibimin 55yawi var xelede xestelenir,movzu ucun saq olun
9 may 2013 13:15
Offline
xalilova munavvar
catindir har bir qadincun tsk uzaq olsun geci tez olmagna gora dance
8 may 2013 20:50
Offline
aqressiv
he cetin dovurdu anam bu dovurdedir ondan bilirem ALLAH hamiya komek olsun amin
8 may 2013 20:43
Offline
nura84
yaziq qadinlar klimaks dovrunde zulum cekir,kisilerin ise bu dovurde genc qizlara meyli artir.necede qeribidir kisiler yene de oz keflerin cekir
8 may 2013 20:02
Offline
Ilayda
Yaziq qadinlar ne pis sey var gelib bizi tapir....
8 may 2013 19:09
Offline
seadet19
bu qedərin bilmirdim yasim az olsada,məlumatlari öyrəndim təşəkkürlər man_in_l
8 may 2013 18:57
Offline
aynur eliyeva
twk etrafli melumat ucun
8 may 2013 16:52
Offline
KM
tesekkurler Ceylan xanim,bu cox vacib xeberdi..
8 may 2013 12:09
Offline
NURKA,
AXI SİZDƏ TEZ BAŞLAYIB DEYƏSƏN.ALLAH KÖMƏY OLSUN
8 may 2013 10:50
Offline
Nurka
AY BU MOVZU MENIM YARALI YERIMDI MEN 3 AYDIR BU HALI YAWAYIRAM HERCENDKI AYLIQ TSIKLDEN KESILMEMIWEM AMMA GUN ERZINDE NECE DEFE ISTILIK GELIR HETDA GECEDE BU HAL BAW VERIR COX PIS OLURAM HER HEKIMEDE GETMEK OLMURE O GUN GETDIM SISTEMEYCEN YAZIB AMMA ETMEMIWEM INANDIGIM ETIBAR ETDIYIM HEKIM TAPA BILMIREM
8 may 2013 10:37
Offline
təşəkkürlər xəbərə görə give_ros .indi anam da klimaks keçirir.baş ağrıları,çox tərləmələr,əsəbi nə bilim e çtin dövrdü.bir təhər canını qurtara bilsə sevinərik.
8 may 2013 07:29
Offline
Qəribə
INDI COX QADINLARDA VAR
8 may 2013 02:40
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Günel Əsədova
Bəli,dogrudur.Mən də bunun şahidi oldum artıq.Həkim mənə klimaks zamanı qəbul etməyə dərman yazıb.O mənə çox kömək etdi.Həm fiziki cəhətdən,elə həm də ruhən.
8 may 2013 02:31
Offline
Qəribə
mamam da kecirir yes
8 may 2013 02:12
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır