Bakıda hava 17°
USD AZN
EUR AZN
13:32Ayla Ayla Pəri necəsən? 09:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41018

Baş rolda özüm (17-ci hissə)

 

Baş rolda özüm (17-ci hissə)

 

   Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...

İcazəsiz kopya edilməsi qadğandır!!!!

Otelin restoranında oturmuşduq bir azdan, yol boyu da, yemək yeyərkən də nəsə danışmırdı Bərfim. Mənim də içimdə qəribə hiss vardı. Cengiz yoxdur, uzaqdadır, Bahadur əyalətə getmişdi, ucuz işçi qüvvəsi üçün. Ev də ki, oteldən ən az bir şəhər qədər uzaq. Sankı bu boyda dünyada bir mən idim bir Bərfim. Qarşımda oturub əyləncəli şəkildə makoronları yeyirdi. 

-Bu gün də belə sona çatdı…

-Hələ çatmayıb.

-Düzdür, məntiqi sonluq yoxdur hələ..

-Nə məntiqi sonluq?

-Heç…İçmək istəyirəm.

-Keçək bara.

-Yox…Yuxarı gedək, sənin otağın sakit olar, burda səs-küy var.

Tərəddüd elədim, gizli maraqla Bərfimə baxdım. Üzü elə sakit idi ki, həmişəki kimi təmiz, məkirsiz. Acığım tutdu özümə ”Sən hamını özün kimi bilirsən! Hamı sənin kimi ikiüzlü deyil…”

-Sən çıx, mən içki gətirirəm.

Bara tərəf keçdim. Çətinliklə də olsa iki şüşə içki istədiyimi başa sala bildim qara Ərəbə. Pilləkənlərin yarısında yadıma düşdü ki, liftə də minə bilərdim. Üçüncü mərtəbədə liftə sarı getdim. Əllərim əsirdi, başa düşmürəm niyə həyəcanlanırdım. Uzaq başı bir otaqda ikimiz içki içəcəkdik və çox güman ki, Cengiz barəsində danışacaqdıq. Yəqin ilk tanışlıqlarının tarixcəsini danışacaqdı mənə, qulaq asmalıydım, başqa çarəm yox idi.

Pəncərədən Əbu- Dabinin boz küçələrinə baxırdı.

-Otağının gözəl mənzərəsi var…-Ona süzdüyüm konyakı götürdü,- Niyə bizimlə birlikdə qalmırsan? Qaynatamın evi bu otel boydadı elə.

-Bura rahatdır. Divanda üzbəüz oturduq.

-Orda da narahat eləyən olmaz səni qorxma,…-Güldü- Rus qonaqlarını da ürəyin istəyən kimi qəbul edə bilərsən.

-Tək elə bu çatışmırdı, Cengizin atasının evində…

-Sevgilin var?...-Sükutu yenə Bərfim pozdu.

Güldüm:

-Səncə?

-Məncə olmalıdır. Cavansan, yaraşıqlısan…

-Bəzən bunların heç biri bir qadının səni sevməyinə kömək olmur.

-Səni sevməyən qadın…-Qədəhi başına çəkdi-Axmaqdır məncə.

-Ağıllıdır.

-Niyə??

-Bir qadının yüzlərlə kişinin arasından birini seçmək üçün, yaraşıq, pul, şöhrət, bunlarla yanaşı damarından axan qan da önəmlidir…

-Boş şeydir!

-Boş şey deyil, özün demişdin ki…

-Aaaa…Sən mənim  həmin sözümü ürəyinə salmısan?

-Beynimə salmışam, həm salmamışam, batıb beynimə, haqlısan.

-Bilirsən necədir, bəzən sən deyən kimidir. Bir həyatı paylaşdığın adamın daxili dünyası, səviyyəsi, dünya görüşü önəmli olur. Ən azından onunla nəyisə paylaşmaq istəyəndə bu özünü qabarıq göstərir. Yarımçıq bilikli insanla nə barədə danışmaq olar? Tutaq ki, pulu çoxdur amma Çaykovskini tanımır, ”Sonalar gölü” ndən zövq almır, Futbolu sevmir,…-Qədəhi əlində fırlatdı- Bu qədəhi necə tutmaq lazım olduğunu belə bilmir. Bax onda zəncir qırılır.

-Cengizdə belə problemlər yoxdur amma məncə.

-Cengizdə belə problemlər yoxdur…-Təkrar elədi- Bizim onunla problemlərimiz başqadır.

Bir az susub gözümün içinə baxdı:

-Bilirsən, bizim aramızda həyəcan yoxdur, nə bilim macəra yoxdur. Cengiz bərkə-boşa düşməyib, çətin sınaqlar qarşısında qalmayıb, həyatın imtahanından keçməyib. Həmişə atasının hesabına yaşıl işıq yanıb qarşısında. Düzdür Cengiz özü də bacarıqlıdır, amma neçə insan o bacarıqla, o ata olmadan bu mərtəbəyə çata bilərdi?

Barmağını qədəhin başında gəzdirib boş olduğunun fərqinə indi vardı sanki, həm özünün, həm mənim qədəhimi doldurdu.

-“Bizim” dedim amma əslində Cengizin içində yoxdur o həyəcan. İnsan da bu qədər rahat olar? Bu qədər arxayın olar?

-Mənim də atam bu mənsəbə sahib olsaydı-olardım.

Diqqətlə üzümə baxdı:

-Düzdür, onda sənin hər şeyin olardı, var-dövlətin başından aşardı, hamı səndən çəkinərdi, biri qorxusundan, digəri hörmətindən amma yenə də nəsə çatışmazdı həyatında.

-Məncə buna harınlıq deyilir, toxluğundan darımaq!

-Yox. Sən bunu başa düşməzsən…

-Mən bilirsən nəyi başa düşmürəm? Bir kişinin yanında Bərfim varsa o kişi necə darıxa bilər? Necə ola bilər ki, onun həyatında ”Nəsə “ çatışmasın hə? Həm Bərfimlə yanaşı digər üstünlükləri də varsa?

Hiss eləyirdim ki, Aslanı öldürdüyüm gecəki hala düşürəm. Beynim dumanlanırdı, lazım olmayan sözləri demək istəmirdim, amma elə bil kəlmələr bir-birinin bəhsinə sıraya düzülürdü. Hər qədəhdən sonra “Bu son!” deyirdim amma ikimizdə dayanmadan içirdik..

-Çatışmayan nəsə onun yox, Bərfimin həyatında olur…

-Sən həyatından çox razı görünürsən amma…

Üzümə baxıb pıçıldadı:

-Sən elə düşünürsən?

-Əminəm!

Hələ otağa girən kimi diqqətimi bir şey çəkmişdi: Bərfimin alabəzək paltarının üstündən geydiyi “Fuqara”sı əynində yox idi. Mən gələnəcən çıxartmışdı, çılpaq çiyinləri, saçlarının səpələndiyi açıq kürəyi gözlərimi qıdığlayırdı indi…

Arxası üstə divana söykənib gözünü tavana zillədi, mənsə onun geniş alnına, qabarıq cizgilərinə, dodaqlarına, parıldayan çiyinlərinə baxırdım. Tutqun şəkildə dərk elədim ki, elə bu saat bu otaqdan çıxmaq lazımdır…

Nə vaxtsa belə bir söz eşitmişdim “ Sənin onsuz bədbəxt olmağın heç, onun sənsiz xoşbəxt olmağı daha çox pis təsir edər…” 

Hələ Bakıda olanda kompyutermdə onların toy şəkilləri var idi. Şəkilləri çıxardıb onlara təhvil verəndən sonra da silməmişdim. Bütün bu danışdıqlarımdan əlavə bir də gecələr tək olanda, bütün günün yorucu işindən sonra dincəlmək əvəzinə saatlarla o şəkillərə göz zilləməyim var idi. Hansı ki, bu barədə danışmamışam indiyə qədər.

Bu elə bir hisdir ki, yalnız yaşayan bilər. Sən bir şəklə baxırsan, şəkildən sənə boylanan gözlərdə, simada israrla nəsə çatışmazlıq axtarırsan. Sevdiyinin yanında oturan gözlərdə bu xoşbəxtliyi haqq etməyən nankorluq, sevdiyinin gözlərində kədər axtarırsan. İnadla, gülünc ümidlə, özünü aldada-aldada. “Yox, o mənsiz xoşbəxt deyil, onu yalnız mən xoşbəxt edə bilərdim!” fikirləşib gözlərindəki ifadəyə istədiyin mənanı yükləyirsən. Bax bu çarəsiszliyin nəticəsi idi.

Əslində mənim iki dünyam var idi. Birində mən ciddi, intizamlı işçi, vaxtlı-vaxtında pul verən qardaş, atasının qatili övlad, etibarlı dost və s. Bu dünyada mən var idim, anam,(vaxtilə atam), bacım, Bərfim, Cengiz, iş yoldaşlarım, dostlarım, tanışlarım daha kimlər, kimlər…

O biri dünyamda isə tək mən idim. Bu dünyada istədiyim vaxt istədiyimi edə, danışa bilərdim. Bu dünyada mən sadiq dost, intizamlı işçi rolunu oynamağa məcbur deyildim. Hislərimi açıq-aydın ifadə edə bilərdim. Dünyamda mən sevdiyim ilə əl-ələ gəzirdim. Yağışın altında islanırdıq, qarda bərabər ayaq izi qoyurduq, birlikdə film izləyirdik, o filmi müzakirə edirdik, yemək hazırlayırdıq, bir-birimizin üstünə un, sous tökürdük, birlikdə yuyunub təmizlənirdik…

O mənim saçımı barmağı ilə darayırdı, mən barmaqlarımı onun titrəyən kirpiklərinə, dodaqlarına, saçlarına sürtürdüm…

Həmin dünyada da mən çox sevirdim, bütün qəlbimlə sevirdim, və bu sevgini gizlətmirdim. Dünyamda sevgim qarşılıqsız deyildi. O da məni sevirdi. Hələ peşman idi də. mənsiz keçirtdiyi illərinə peşman idi…

O dünyamda mən onu qısqanmırdım, bizi qısqanırdılar. Mən onun xoşbəxt şəkillərinə baxıb qıcıq olmurdum. Özümə inamım yaranmışdı…

Bütün bunlar hamısı o dünyada idi. Buna xəyal dünyası deyilir…buna bədbəxtlər, əlacsızlar ehtiyac duyur…

Məhz bu hisslər, bu əzablar mənə, özümə haqq qazandırmağıma səbəb olurdu ki, ədalət gec-tez qələbə çalacaq , mən mənim olanı əldə edəcəm…

-İçki ver!

Fikirdən ayıldım, Bərfim üzümə baxırdı. İkinci şüşəni açmaq istədim, amma nədənsə əlimdə hərəkət qalmamışdı elə bil. Hirslə şüşəni çalxaladım, var gücümlə divanın başına çırpdım

-Neynirsən?!! Kaktusdur məgər o?!

Şüşənin qırıntıları ətrafa səpələndi, əlimə dağılmış tünd konyakın rəngindən əlavə qan da sezdim, cəld durub hamama keçdim. Bərfim arxamca gəldi.

-Elxan, nə oldu?!

-Heç…-Pıçıldadım-Get gəlirəm.

-Yaraladın əlini? İlahi! Dəlisən sən? Niyə elə elədin?

-Bərfim! Heç nə olmadı deyirəm, get gəlirəm!

-Bağla bu suyu!...-Karanın altına tutduğum əlimi çəkdi, daha çox qan gedər.-Yaralı barmağımı dodaqlarına apardı, güya əlimi ilan sancıbmış kimi, o da sorub zəhəri çəkmək istəyirmiş kimi barmağımı sordu…

Həmin an bütün qanım dondu, hiss elədim ki, nəfəsim dayanır. Artıq sinəmlə kürəyimin qovuşurdu, bir an, cəmi bir neçə saniyə çəkdi onun bu hərəkəti, cəld hərəkətlə, sanki közə basmışdılar əlimi-çəkdim barmağımı, altdan yuxarı sakit tərzdə üçümə baxırdı,. Dodaqlarında barmağımdan qalan qan var idi, mən artıq yanlız onun dodaqlarını görürüdüm başqa da heç nə!

Sağlam barmağımla dodağına toxundum, qanı silmək istəyirdim. Əli ilə barmağımı yenə ağzına aldı, bilmək olmurdu, öpürmü, yalayırmı, sadəcə toxunmağı bəs idi ki, ruhum uçsun bədənimdə.

 Vücudumdakı bütün hüceyrələr şahə qalxmışdı…

Bərfim barmağımı, biləyimi, qolumu, daha sonra yavaş-yavaş yuxarı-çiynimi öpüşlərə qərq edirdi. Mən sadəcə olaraq heç nə deyə bilmirdim. İki addım arxaya çəkildim. Krana söykəndim artıq çəkilməli yerim yox idi. Üzünü də görmürdüm artıq, yanlız saçları boğazıma toxunurdu, saçlarından gələn ətir bihuş eləyirdi məni. Bərfimin üzü mənim sinəmdə itmişdi. Az əvvəl krandan gələn təyziqli suyun isladıb bədənimə yapışdırdığı köynəyimin üstündən onun dodaqlarını hissi edirdim. Bir də barmaqları var idi. Yaş köynəyimin düymələri arasından bədənimə yol tapmağa çalışan barmaqları. Köynəyimin ilk iki düyməsi açılanda, Bərfimin qaynayan dodaqlarını sinəmdə hiss edəndə krandan tutduğum əllərim süstləşdi…Artıq dözə bilmirdim..:

-Bər..Bərfim…

-Şşş…-Qaynar dodaqları ilə sözümü ağzımda qoydu…

Cəld hərəkətlə çiyinlərindən tutub çevrildim. Var gücümlə onu krana tərəf sıxdım….

Səslərin sayı: 9
53
3404
loading...
Şərhlər
Offline
Farida_Asadova
temiz esblesdim
10 avqust 2013 17:14
Offline
leylahuseynova
Hə belə axır ki hər ikisi pis niyyətlərini açıqlaya bildilər
23 noyabr 2012 11:48
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Senem
Niye bele oldu?
23 oktyabr 2012 15:31
Offline
Dila Behceti
Allah yaxsi oglanalari bele qadinlardan qorusun!
20 oktyabr 2012 12:48
Offline
SEVİNC NƏZƏROVA
Befrim cox alcaq qadindi
20 oktyabr 2012 10:34
Offline
Dila Behceti
men bu seylere nifret edirem cunko sevdiyim insanda sevdiyi qiz evkenenden sonra onunla gorusub onun evine gedirmis onun.eri sevdiyimin dostu.imis.Hele onlarin.bir qizida var cox pis oluram sevdiyimin qelbinden o qizi silmeye calisiram olmur.Her defe onlarin gizlin gorusuyunu esidende pis olurdum.Qiz evde eri olmayanda yemek hazirlayib gel deyirdi.O da onlarin yaxinliginda. qalirdi.geniyib qeseng hazirlanib onun yanina gederdi.Herseher cole cixanda onu pencerede gorub sonra harasa gederdi.O qizla axirda ozum danisdimki cix onun heyatindan qoy o da xosbext oldun.Qiz uje 5ildi evlidi ozu aile qursada sevdiyimin evlenmeyini istemir onun her danisdigi qizin nomresini alib o meni sevir deyerdi.Ama men ozum o qiza sozumu dedim.Yoldasiyla da xosbextdi eslinde.İndi artiq danismirlar ama yenede qelbinin bir hissesinde o var bilirem...Cox pis seydi cox.
19 oktyabr 2012 10:54
Offline
kamile
qanim dondu oxuyan da bu qiz nece oglanin heyatini mehv etdi,goresen sonu ne olacaq axxx.tesekkurler
16 oktyabr 2012 20:46
Offline
Filiz Güngör
təşəkkür edirəm
16 oktyabr 2012 15:18
Offline
GULER
maraqlidi tesekkur
15 oktyabr 2012 23:22
Offline
JASMIN
NE UZUNDU
15 oktyabr 2012 15:23
Offline
Kemale Memmedova
ela idi ardi nevaxt olacaq.
15 oktyabr 2012 11:52
Offline
Selvi
TESEKKURLER,ARDINI GOZLEYIREM.IMZA HER KES MUKEMMEL OLA BILER.EHTIYAC DUYDUGUMUZ TEK HER SEY,SEVGI DOLU BIR MEN VE GUCUNU SEVGIDEN ALAN BIR RUHDUR...
15 oktyabr 2012 11:26
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Ayka Nəcəf
tesekkur 18 hisse yoxdu
15 oktyabr 2012 08:28
Offline
l.m.lady
bu qizin bir tek adi var exlaqi pozuq vessalam oglanin da heyatini mehv edir seytan

nç nç nç nç nç qiza baxeeeeeee sen
15 oktyabr 2012 00:46
Offline
sema dagistanli
oxumagi elede cox sevmirem amma xosladigim beyendiyim movsu varsa oxuyuram amma bunu basdan oxumaga sebrim catmadi.nese araqsiz geldi
15 oktyabr 2012 00:40
Offline
♡GüNKa♡
Gələn bölümü oxumasam daha yaxşı olar
15 oktyabr 2012 00:20
Offline
Almuradova Zöhrə
MEN BU MAHNIYA QULAQ ASMISAM....OGLANIN HEYATIN ELINNEN ALIR SEVIYYESIZ...OGLANIN HEYATIN MEHV EDIR....AR OLSUN YA ELE QIZA!!!!!!!!!!!!!!
14 oktyabr 2012 23:29
Offline
First Lady
Sonuncu abzsadan oxudum maraqli idi Yeqin evvelide bele olar
14 oktyabr 2012 23:15
Offline
Iceberg
XANIMLAR, SON 2 HİSSƏ QALIB.))
14 oktyabr 2012 23:12
imza: shafaabdulla.blogspot.com
Offline
قنڶ Ra Gunel Mi Le Yu قنڶ
TESEKULER MARAQLI IDI
14 oktyabr 2012 22:59
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!