Bakıda hava 33°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
15:54Ayla Ayla Surayye istide eriyib elememisen? 15:53Ayla Ayla salam canim sen necesen? 14:54PERI her vaxtiz xeyir necesiz millet 09:54Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər!
40647

Beynəlxalq qadınlar günü dünyada...

 

 

Beynəlxalq qadınlar günü dünyada...

 

Əziz xanımlarımız bu gözəl günün hər bir ailədə fərqli qeyd edildiyi kimi, hər bir ölkədə də fərqli qeyd edildiyini bilirik. Odur ki, gəlin ölkə-ölkə bu günün qeyd edilməsinə baxaq.

 1.Rusiyada

1913-cü ildə 8 Martı bayram kimi ilk dəfə Rusiyada qeyd etdilər. Burada o  proletar şüarın altında bu  kimi qeyd edilirdi: " Siyasi və iqtisadi azad olmaq üçün mübarizədə qadınlar ".

Sonra, artıq müharibə  illərində,  kişilər faşistlərlə müharibəyə gedirdilər, onda  8 martda şüarların altında qeyd edilirdi: "Faşist Almaniyasına qarşı qadınlar, öz kişiləri naminə dayanır, dözür".

2.Yaponiyada.

Burada bayram həmçinin mart ayındadır.  Yalnız ayın 8-i yox, 3 martda qeyd edirlər. Bu bayramı Qızlar günü adlandırırlar. Həmçinin onu Kuklalar Günü də adlandırırlar hansı ki,  İtaliyada bayram deməkdir.

 Yaponlar həmin günü Kuklalara və onun sahiblərinə həsr edirlər, çünki bu gündə heç bir xanımın qonşusu ondan gözəl görünməməlidirlər. Bunun üçün uzun muddət hazırlıq işləri görürlər. Kuklaları daha çox bəzəyirlər nəyinki özlərini. Bu bir sərgi kimi bir ay davam edir. Bir ay sonra kuklanı yeni il əşyası kimi yığışdırmaq lazımdır. Belə inancları da vardır ki, kuklanı yığışdırmayan evin qızı həmin il ərə gedə bilmir. 

3. "Analar günü" kimi tanıdığımız bir bayram da vardır ki, may ayının ilk bazar günü qeyd edilir. Bu bayramı əsasən: Türkiyə, Danimarka, İtaliya, ABŞ, Finlandiya qeyd edir.

 

Beynəlxalq qadınlar günü dünyada...

 

4. İtalyada

Bu ölkədə həmin gün kişiləri qadınların məclislərinə buraxmırlar. Məhz bu cür italyan qadınları öz müstəqilliklərini qeyd edirlər. 8 mart da qadınlar üçün istənilən obyetlərə giriş pulsuz olur. Həmin gün qadınlar kafeyə gedir birgə deyib gülür, şənlənirlər.  

 

5. Hindistanda

  Qadınlar bayramı Hindistanda oktyabr ayının ilk həftəsində qeyd edirlər. Özü də bu bayram 10 gün davam edir.  Bunu 10 əlli allahları olan Durqa Pudjanın şərəfinə edirlər.

6. İsveçdə və Fransada

 Həmin gün qadınların yaylıqları və satışı ilə qeyd olunur. Sonda yığılmış pul qəhraman analara verilir ki, onlar məzuniyyətə gedə bilsinlər.

7. Serbiyada

  Bu qadınlar gününü onlar Milad bayramında qeyd edirlər. Zarafat üçün uşaqlar analarının əllərini bağlayırlar. Azad edilmək istəyən ana uşaqlarına axşamdan hazırladığı hədiyyələri verməlidir. 

8.  Yunanıstanda

 Əgər biz "Babosa" adlı bayramda Yunanıstana baş çəksək görəcəyik ki, həmin gün hər bir qadına sanki şəhərin, rayonun və ya kəndin ən hörmətli qadını kimi etiram göstərirlər. Məhz həmin gündə qadınlar kişiləri üzərindəki ağalıqlarından istifadə edərək onlara istədikləri əmri verir və hətta cəza yerinə kişilərini su ilə isladırlar. Bizim dövürdə buna zarafatyana baxırlar. Amma yunan xanımları bu cəzanı heç də zarafat xətrinə etmirlər.

Beynəlxalq qadınlar günü dünyada...

9. Almaniyada

  Vahid dövlət halında birləşdiyi gündən 8 martı heç də bütün Alman xalqı qeyd etmirlər. Halbuki hər il qəzetlərdə və jurnallarda həmin günü "beynəlxalq qadınlar günü" adı kimi təqdim edirlər. Amma may ayının ilk həftəsindəki "Analar günü" bayramını qeyd edirlər. Həmin gün bütün qadınlar hər növ ev işdən azad olurlar.  Amma dövlət daxilində 8 mart iş günü hesab olunur. 

10. Litvada

 8 mart qadınlar bayramı Litvada ancaq rus əhalisinin çox olduğu ərazilərdə qeyd edilir. Ümumilikdə həmin gün rəsmi dövlət statusuna malik deyil. Almanlar kimi burda da həmin gün iş günüdür.

11.  Vyetnamda

 Əvvəllər bu bayram "Çinq bacılarının xatirəsi" günü adlanırdı. Onlar Çinin Vetnam üzərindəki hər növ təcavüzə qarşı mübarizə aparan cəsur qızlardır. Bu bacılar düşmələrə təslim olmamaq üçün özlərini çaya atırlar. Eyni anda onları başçılıq etdikləri qoşun düşmən tərəfindən tutulur. Amma bu bayram sosializim qələbəsindən sonra tədricən sıradan çıxdı. 

12.  Fransada

Yuxarıda qeyd etdiyim kimi, bu ölkədə də "Analar günü" adı altında mayın birinci bazar günü qeyd edirlər. bu ölkədə gənc qızlar (ailə qurmamış) hədiyyə ala bilməzlər. Onlara məhz sevgililər günündə sevdikləri tərəfindən hədiyyə verilir. 

13.  Bolqarıstanda

 Bu  gözəl bayram hələ dövlət əhəmiyyətli olmadığından həmin gün iş günüdür. Bu gündə kişilər öz xanımları ilə yanaşı iş yoldaşları olan xanımları da təbrik edirlər. Nəticə etibarı ilə qadınlar bir birlərini təbrik etməyə başladılar. Beləcə iş yerində də qadın yoldaşları ilə kafeye toplaşıb öz aralarında qeyd edirlər.

Beynəlxalq qadınlar günü dünyada...

14. Gürcüstanda

  Mənim yaşadığım bu ölkədə elə qadınlar günü kimi yüksək səviyyədə qeyd edirlər. Ancaq martın 3-ü analar günü qeyd olunur. 8 martda hər kəs əlində bir neçə hədiyyə evinə qaçır. Kiçikdən tutmuş böyüyə kimi bütün xanımlar təbrik edilir. Axşamlar bəzi yerlərdə konsertlər təşkil olunur. Atəşfəşanlıq mütləq olur, bunu həm dövlət, həm də camaat təşkil edir...

Bəli, Yer kürəsi çox böyükdür. Bəlkə də bir çox ölkələr bu günü qeyd edirlər. İstərdim ki, xaricdə yaşayan qadın.netli xanımlarımız da həmin ölkənin  8 martla bağlı adət-ənənələrini yazıb paylaşsınlar.  

 Sonda isə bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edirəm. Hər birinizə daim sevilməyi, diqqət mərkəzində olmağı, sağlamlıq və xoşbəxtlik üçün lazım ola biləcək hər şeyi arzulayıram. Nə yaxşı ki, biz qadınlar varıq. Yoxsa kişilər bizsiz necə yaşayardılar...Elə deyilmi?

 

 Bayramımız mübarək əziz xanımlarımız!!!

Səslərin sayı: 14
84
8244
loading...
Şərhlər
Offline
......
Maraqli idi,tewekkurler give_ros
8 mart 2016 17:31
Offline
Aysel İ.
Əslində hər gün qadınlar günü olsa yaxşı olar.))
4 noyabr 2014 13:10
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
♥NiLuFeR♥
Gözəl xəbərdi smile
13 mart 2014 22:43
Offline
narin
TESEKKURLER çox gözəl
22 may 2013 14:23
Offline
B.Ulviyye
Maşallah hər mövzuda məlumat var,xəzinədi-xəzinə Qadin.netimiz..
Xəyalə Murad,Təşəkkürlər belə gözəl xəbər üçün ,qarşıdan gələn bayramını da təbrik edirəm
give_ros
4 mart 2013 23:41
Offline
Kemale Memmedova
EH ATALAR-ATALAR.
21 dekabr 2012 19:21
Offline
BELLA
maraqli idi.Almaniyani düz vurgulamisiz.Alamnlarin öz analar günü var ve 8 marti demek olarki qeyd etmirler
15 sentyabr 2012 01:50
Offline
elnare babayeva
butun qadinlari tebrik edeirem.
13 aprel 2012 01:24
Offline
Xəyalə Murad
Ölkələrdə necə keçirildiyini bilmək maraqlı oldu. Təşəkkürlər...

NOVBƏDƏ ATALAR GÜNÜNÜN QEYD OLDUGU ÖLKƏLƏR HAQQINDA XƏBƏRİM VAR İNŞALLAH OXUYARSIZ O DA SİZƏ MARAQLI OLACAQ...
19 mart 2012 10:26
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Xəyalə Murad
Yazıq atalar heç yerdə adları çəkilmir.

ELƏ MƏHZ SİZİN BU TƏKLİFİNİZ ÜÇÜN YENİ XƏBƏRİMİ ATALAR GÜNÜNƏ HƏSR EDİRƏM wink
18 mart 2012 10:15
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
leylahuseynova
Yazıq atalar heç yerdə adları çəkilmir. wink
15 mart 2012 16:02
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Sabrin
Ölkələrdə necə keçirildiyini bilmək maraqlı oldu. Təşəkkürlər...
15 mart 2012 12:32
Offline
Xedice 033
TESEKKURLER çox əladı
13 mart 2012 23:50
Offline
Xəyalə Murad
Gülşən29,
MAYA EL,
Mexbube,
lamiya,huseynova,
konul,
Aylin21,
HƏR BİRİNİZƏ MİNNƏTDARAM AMMA BİR DÜÇŞÜNƏK AXI AZƏRBAYCANDA BU GÜNÜN QEYRİ ADİLİYİ NƏDƏDİR????
10 mart 2012 18:14
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Aylin21
Bilmek maraqliydi tesekkurler
10 mart 2012 18:05
Offline
konka
butun qadimlari tebrik edirem
10 mart 2012 16:35
Offline
lamiya,huseynova
melumata gore tesekkurler
9 mart 2012 21:01
Offline
Mexbube
Azerbaycani gerek lap evvelde yazaydiniz
9 mart 2012 16:28
Offline
MAYA EL
COX MARAQLIDIR GECDE OLSA MENDE TEBRIKLERE QOWULUB BUTUN XANIMLARIMIZI TEBRIK EDIREM UZUNUZDEN TEBBESSUM ESKIK OLMASIN
9 mart 2012 16:04
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Gülşən29
8 mart da qadınlar üçün istənilən obyetlərə giriş pulsuz olur. Həmin gün qadınlar kafeyə gedir birgə deyib gülür, şənlənirlər.

kaw bizde de bele olardi.bu bayram mende bir cox gediyye aldim.amma bizlerde hec bir adet enene yoxdu sadece hediyye alib vermek i vsyo.cox sag ol maraqla oxudum
9 mart 2012 10:42
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!