Sağ ol, Sabir, var ol, Sabir. Vaxtında öz dediyini demisən. Anlayan anlayıb, anlamayan da ya ritmik bir şeir kimi oxuyub keçib, ya da əlinə alıb oxumadan atıb bir qırağa.Çünki onun beynini zamanında belə doldurublar. Qəflətdə qalmaq onun üçün normal bir haldır.
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal, dala, laylay!
Niyə çoxlarının qulağı bu laylaydan bezməyib indiyə qədər mənə çox maraqlıdır. İrəliləmək üçün birinci qulağı, sonra isə gözü açmaq lazımdır ki, oxuyub öyrənəsən, bir məqsədə hasil olasan.
XXl əsrdə yaşamağımıza baxmayaraq, hələ də çox qızlarımız təhsilsiz, təhsil bir qırağa dursun, biliksiz gəzir. İndi deyəcəksiniz ki, təhsil elə bilikdir. Xeyr, əzizlərim. Təhsil biliyə aparan yoldur. Təhsilsiz də bilik əldə etmək olar. Təhsil almağa imkanı olmayanlar ola bilər, amma vay o gündən ki, bilik əldə etməyə imkanı olmaya. Məsələn, bax elə Qadın.Net saytını misal göstərim. Burada qeydiyyatda olan xanımlarımızın içində ola bilər ki, təhsil almayanı var. Amma bilik almayanı yoxdur! Çünki bu ünvan biliksizləri müəyyən mövzularda bilikləndirir.
Cəmiyyətimizin də ən yanğılı mövzusu qızlarımızın, xanımlarımızın biliklənməsi, savadlanmasıdır. Çox valideyn qızlarını oxutmur. Bəhanələri isə ya pulun yoxluğu, ya da "Qız nədir təhsil nədir?" olur.
İndi buraxın balışı, yorğanı, uşaqlar!
Həm tərk eləyin xaneyi-viranı, uşaqlar!
Uşaqları bacardıqca bilikləndirməli, savadla silahlandırmalıyıq. Çünki texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə asanlıqla insan yolunu çaşıb qala və doğrunu yanlışdan fərqləndirməyə bilər. Burada da ən böyük iş yenə də cəmiyyətimizin qadınlarına, anaların üzərinə düşür. Amandır, analar, "Millət necə tarac olur-olsun nə işim var?" deyib övladları da Vətənə məhəbbətsiz, əməyə hörmətsiz, valideynlərə sevgisiz böyütməyin.
Əminəm ki, bu xəbəri oxuyanların heç biri burada yazdığım tip insanlardan deyil. Mən buna sadəcə olaraq əmin olmaq istəyirəm. Gəlin hər bir mövzuda M.Ə.Sabirin dediyi kimi, nəbadə yatıb dala qalmayaq!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər
AzУ™rbaycanda ilk
Əsrin fotoşəkli
Dəvəquşu yastığı
İtaliya mətbəxindən "Şokoladlı Tiramisu" (foto resept)
Bu gün Kiyevdə final gecəsidir - “Uşaq Eurovision-2013”
Bu gün 6461 məzun imtahan verəcək
Amerika Marsa köçə hazırlaşır
Qeyri-adi interyerlər
Məşhur aktyor ata olacaq!
Ordumuzun Şuşanı işğaldan azad etməsi ilə ölkənin interaktiv xəritəsi növbəti dəfə yeniləndi- VİDEO
Evləri ola-ola kirayə yaşayacaqlar - FOTO
2-3 yaşlı körpəsi olan analara
Murat Dalkılıça Hande Erçeldən dəstək
Evdə təmirin bu təhlükəsini bilirdiniz?
Böyük Feysbuk qalmaqalı
Yeni KLİPİ 3 milyon dəfə izləndi-VİDEO
Paşinyan istefanı qəbul edib? - VİDEO
Kredit borcları silinir?
Saçların görünüşü necə dəyişdiyini göstərən şəkillər
Brabus-dan kabriolet Mercedes
İranın qadın ninzaları
Benzinin qiyməti dəyişdi
Şəhid olan zabitimiz
Xəz palto və papaqlar
Geyim nümunələri
İtirilmiş telefonlardakı məlumatları silmək mümkün olacaq
Sürücü xanımlara bəzənmək olmaz
Cennifer Qarner və Ben Afflek küçədə mübahisə etdilər-FOTO
Kriştianu Ronaldu: "İndi hər şey aydındır"
Günün qoroskopu: mübahisələr istisna deyil
Hamiləlik zamanı mədə bulantısının qarşısını necə almalı?
Günün qoroskopu: buyruq quluna çevrilməyin
Şokoladlı tort (foto resept)
Prezident İlham Əliyev: "Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir"
Qeyri-adi görünüşlü kitabxana
Deniz Çakır yenidən GÜNDƏM oldu-FOTO
Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcək
Seks ürəyi qoruyur
Qadın öz yas mərasiminə qatıldı
Almaniyada 20 Yanvar faciəsinə həsr edilmiş anım mərasimi keçirildi
Azay Quliyev Brüsselə niyə gedir?
Abituriyentlər üçün bəd xəbər?
Limonlu piroq (foto resept)
Hande Erçel makiyajsız FOTOsunu paylaşdı
Günün qoroskopu:Geri çəkilməyin!
Bakı metrosunda törədilən terrordan 21 il ötdü
2015 Xəz dəri kolleksiyası-3
DİN-dən sosial şəbəkə istifadəçilərinə müraciət
Xəzərdə zəlzələ olub
- ŞƏRHLƏR