Söz verdiyim kimi indi sizlərə dəstəmazın alınma qaydası və dəstəmaz zamanı oxunan dualardan danışacam.
DƏSTƏMAZIN MÜSTƏHƏB ƏMƏLLƏRİ:
1-- Üzü yumazdan qabaq əlləri yumaq;
2-- Ağıza su alıb yaxalamaq;
3-- Buruna su alıb yaxalamaq;
4-- Aşağıdakı duaları oxumaq.
DƏSTƏMAZIN QAYDALARI VƏ MÜSTƏHƏB OLAN DUALARI:
Niyyət etmək: dəstəmaz alacağını qəlbdən keçirmək.
Müstəhəbdir ki, dəstəmaz alan şəxsin nəzəri suya düşəndə desin:
Allahın adı ilə. Həmd olsun Allaha ki, suyu pakedici qərar verib, nəcis qərar verməyib.
Dəstəmazdan qabaq əllərini yuyanda desin:
İlahi, məni tövbə edenlərdən, pak olanlardan qərar ver!
Ağzını su ilə yaxalayanda desin:
İlahi, səninlə görüşdüyüm gün hüccətimi mənə təlqin et! Və dilimi sənin zikrinlə danışdır!
Burnuna suyu çəkdiyi vaxt desin:
İlahi, mənə cənnət iyini haram etmə və məni cənnətin iyini iyləyənlərdən qərar ver!
Üzünü yuyanda desin:
İlahi üzlərin qara olduğu gün mənim üzümü ağart və üzlərin qara olduğu vaxt mənim üzümü qaraltma!
Sağ əlini yuyanda desin:
İlahi, mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı əta et və mənim hesabımı yüngül hesablardan qərar ver!
Sol əlini yuyanda desin:
İlahi, mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə!
Başına məsh edəndə desin:
İlahi və Rəbbi ! Məni Öz rəhmət, bərəkət və əfvinlə ört !
Ayağına məsh edəndə desin:
İlahi və Rəbbi ! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gündə məni Siratda sabit qədəm et ! Və səyimi Sənin məndən razı olduğun şeylərdə qərar ver, ey Cəlal və İkram sahibi !
Əziz qadınlar, dəstəmaz almağın qaydalarını bir daha ardıcıllıqla verirəm:
Niyyət etmək, əlləri yumaq, ağzı su ilə yaxalamaq, buruna suyu çəkmək, üzünü yumaq, sağ qolu dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq, sol qolu da eyni ilə, başa məsh etmək, qulaqlara məsh çəkmək, ayaqları yumaq və ya məsh etmək.
DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR
1-- Sidik;
2-- İfrazat;
3-- İfrazat məxrəcindən xaric olan mədə və bağırsaq yeli;
4-- Gözün görmədiyi və qulağın eşitmədiyi yuxu;
5-- Ağlı aradan aparan şeylər (dəlilik, məstlik kimi);
6-- Qadının istihazəsi;
7-- Qüsul alması lazım olan işlər (cənabət kimi) və ehtiyat vacibə görə məsh meyit.
Növbəti dəfə qüsldən və onun alınmasından danışacam. Allaha əmanət olun !
XƏBƏR LENTİ
Meyvələrdən ilham alan sənətkar
Acundan AÇIQLAMA-FOTO
Qarındakı yağları əridən qarışım
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı bilik yarışı başlayıb
Azərbaycan Ordusunun Xankəndidə doğum evini atəşə tutması yalandır - RƏSMİ
Nobelin son sahibindən maraqlı əhvalatlar
Alman reyxfürerin sevgi məktubları
"Beyaz Show" geri qayıdır
İncə telli saçlara qulluq üçün məsləhətlər
London Moda Həftəsi
Antarktida buzlaqlarında sirli gəmi aşkar edilib - VİDEO
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu
Məşhur futbolçu Demeti rahat buraxmır - İşə Can da qarışıb
Retro saç stili yenidən dəbdə!
Barış Arduç və Güpse Özay evləndi
Onlar niyə zəhləmizi tökürlər?
Trampın heykəli 28 min dollara satıldı
Uşaqların internetdən asılı olduğunu göstərən hallar
Ah bu donlar,donlar...
Sinem Kobal paylaşdığı FOTO ilə gündəm oldu
Möcüzəvi təbiət hadisələri (2)
İşləmək üçün Qadın oldu
Dövlət Turizm Agentliyi nələri dəyişəcək?
Birinci xanım ərəbləri hiddətləndirdi
Psaki girovlar barədə danışdı
Qabının formasına vurulacağınız ətirlər
Magistraturaya qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
Almaz və yaqutlarla dolu "Mirny Çuxuru"
Uşağın cinsiyyətini necə planlaşdırmaq olar?
Azərbaycanda koronavirusa yoluxma 100-dən aşağı düşdü: Üç nəfər vəfat etdi
Hadise 100 minlik geyim sifarişi verdi-FOTO
Deputatlarımız təsdiqləndi
Günün ulduz falı - 29.12.2013
Azərbaycanda daha bir pivə təhlükəsi
Yayla bağlı ilkin HAVA PROQNOZU
Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?
Marsda həyat əlaməti - Yeni kəşf
Kraliça tacı türk gözələ çatdı
Fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Qaz kəsilməsi haqqında-XƏBƏRDARLIQ
Yeni trend: Təbii və dağınıq qaşlar
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Möcüzəvi təbiət hadisələri
Merkel Facebook-a xəbərdarlıq etdi
Apple-in sirləri açılır
Qorbaçov ölüm yatağında
Portağallı maffin (foto resept)
Bezeli, biskvitli qozlu tort (foto resept)
Bütün noutbuklar üçün eyni...
- ŞƏRHLƏR