Bakıda hava +21°
USD 0.7846 AZN
EUR 1.0097 AZN
19:17H.o.s.T-cu qiz( Banu ) salaaaaam saytcun darixmisdim 18:04FIRUZA duyqu xanim faberlicin tonalnilari superdi 16:38DUYGU xanimlar uzde lekeleri gizleden tonal krem deye bilersiz 16:21DUYGU xanimlar uzde lekeleri gizleden tonal krem deye bilersiz 15:44ezimova aydanka SALAM QIZLAR NECESIZ DARIXDIM............. 14:27FIRUZA Yaqmur sen ele her gun ondesen de, tebrikler 14:05GÜLÇİN Ad günü olan hər kəsi təbrik edirəm.Dostluğumda olanlarıda. 14:05Shoko Madam bajii burdasansaa gel mirt otagina :))) 13:39xalilova munavvar Sumeyya gel baxda yazmisam ismaricaaaa gozel bacisim 12:56Louis Vuitton Yağmur damlası, borcumdu, canım...
6189
Üç qaranquş və biz

 

 

Üç qaranquş və biz

 

1993-cü ilin yayı idi.Anam hər gün oturub sərhəddə yaşayan bacı-qardaşının dərdinə ağlayırdı.Biz əlbəttə heç nə başa düşməsək də,vəziyyətin nə qədər ciddi olmasını hiss edirdik.Anamın kədərdən yaranan qəzəbinə tuş gəlməmək üçün kölgə kimi sakitcə dolanırdıq evdə.Belə günlərin birində,təzə açılan səhərimizin sakitliyini köhnə “Moskviç”in dırıltısı pozdu.Bir azdan anamın sevinc,təəccüb dolu səsinə xalamgilin,dayımgilin yorğun səsi qarışdı.Dörd bacı dördümüz də yerin içində dik oturduq.Sığırçın balaları kimi başımızı qapıdan çölə çıxarıb bu səs-küyün nə olduğu ilə maraqlandıq.Artıq atam da həyətə düşmüşdü.Biz tələsik geyinib özümüzü həyətə atmağa macal etməmiş dayımın qızı və oğlu qaça-qaça otağa girdilər.İki ildən çox görmədiyim dostlarımı görcək sevincimdən az qala ürəyim dayanacaqdı.

-Səhərin gözü açılmamış bunlar hardan peyda oldu-Deyə böyük bacım dilləndi.O artıq 10-cu sinfi bitirmişdi,“böyük qız”hesab olunurdu.Buna görə də bizə nisbətən soyuq qarşıladı qonaqları:

-Mənzər?Məcid?Siz haradan çıxdız?

Uşaqlar bacımı görmədikləri iki il ərzində uzanmış boyuna baxıb qapıya qısıldılar.Deyəsən bacımın zəhmi basmışdı onları.Tərs-tərs bacıma baxdım Mənzərin əlindən tutub çölə çıxdım.Həyətdə gördüyüm mənzərə qarşısında donub qaldım,uşaq ağlımla heç nə başa düşməyib heyrətləndim:Dayımgil yorğan-döşək,əşya,qır-qızıl-nələri vardısa 2 sınıq-salxaq maşına yükləyib gətirmişdilər.Səs-küy,uşaqların veşlərin üstündə atılıb düşməsi əlbəttə mənə ləzzət edirdi,məni yanlız işin bu tərəfi maraqlandırırdı ki,artıq xalauşaqları,dayıuşaqları bir yerdə qalacayıq həmişəlik.Böyüklərin üzündə isə o vaxt başa düşmədiyim bir nigarançılıq var idi.Hərə öz dərdindəydi.Gələnlər orada qoyduqları ev-evişiklərinin,atam bu böyük ailəyə necə ərzaq çatdıracağının,böyük bacım isə ev işlərinin nəzərə çarpacaq qədər artacağını bilib pəjmürdə-hal idi.Deməli məsələ bu qədər acınacaqlı idi.Amma bunun bizə-9 yaşlı mən,məndən bir az böyük 2 bacım,mənimlə yaşıd dayımın qızı,6 yaşlı qardaşım və dayımın eyni yaşlı oğlu-bizim üçün hava istənilən halda xoş idi....

O gündən başlayaraq indiyə qədər heç yaşamadığımız macəralara atılmağa başladıq.Dırmanmadığımız ağac,çıxmadığımız təpə,eşələnmədiyimiz zibillik qalmadı.Anamın qayda-qanununu elə unutmuşduq ki,elə bil evdə quzu balası olan biz deyildik.Anamın arda gözü bizim”işlərdən”birinə sataşanda barmağını sirkələyib”Siz qudurmusuz!”deməsi artıq heç nəyi dəyişmirdi.

Mənzər bir aləm idi.Çox zərif,çilli üzü,arıq və zəhlətökən dərəcə təmizkar idi.Oynayərkən xata olardı ki,üstünə bir az toz səpəydim.Başlayacaqdı zır-zır ağlamağa.Onunla oynayarkən əsl artiska olurdum.Həm onu əyləndirmək,həm də süslü tərzini pozmamaq üçün əməlli-başlı tər tökürdüm.Vaxt geçdikcə bir-birimizə öyrəşməyə başladıq.Həmişə kiçik dəstələrə bölünürdük.Mən,Mənzər.Bacım Əsmər bir qrupda,Qardaşım və dayım oğlu qoşunun uşaqları ilə başqa qrupda olurduq və böyükləri çərlətmək üçün bütün enerjimizi sərf edirdik.12 yaşlı Üçüncü bacım Mehriban ilk vaxtlar bizə qoşulsa da bizim əsl “Bandit”qruplaşma olduğumuzu dərk edib tez ayrıldı bizdən.O adətən tək gəzirdi.Həmişə Bizimlə Böyük bacımız arasında tərəddüdlü gediş edir,qərar verə bilmirdi bizəmi qoşulsun,özünü dağ başına qoyan bacımamı?Nəysə belə günlərin birində mən  Əsmərlə günün istisindən qorunmaq üçün anamın sərdiyi yataqda yatmaq işgəncəsindən qurtulmaq üçün baş sındırdığımız,vaxt Mənzər qaça-qaça içəri girdi.Solğun üzü qızarmış,həyəcandan,hiddətdən pörtmüşdü.Özünü mənim üstümə atdı:

-Gülü,bilirsən Akiflə Məcidgil nə edib?!

Məcid qardaşı idi.

Nə?-mən onun bərəlmiş gözlərinə baxıb nə olduğunu təsəvvürümdə canlandırmaq istədim,-Təndirimizi uçurdublar?!

Palçıqdan təndirlər,qab-qaşıq düzəldirdik hansı ki qardaşımın bandası bizi güdüb onları sındırırdılar.Bu dəfə təndiri düzəldib etibarlı bir yerdə gizlətmişdik və mən heç cürə inanmaq istəmirdim ki,onlar bu dəfə də bizim qurumuş palçığımızı sındırıblar

-Yox!Gəlin!Görəcəksiz!

Mənzərin tutulmuş nəfəsi bizə çox təsir etdi,gün də artıq batmaq üzrə idi.Ona görə də anamın qadağasına baxmayaraq onun ardınca düşdük.

Bizim evin altında qapalı padval var idi.Yanlız bir qapısı vardı ki,həmişə də bağlı olurdu.Görünür şüşələrin hansısa qırıq yerindən bir çüt qaranquş orda yuva qurmuşdu.Mən axırıncı dəfə baxanda yuvada 3 çilli yumurta var idi.Bu qiymətli bilgimi heç kimlə paylaşmamışdım,bir az sonra isə xalamgil gəlmiş başım necə qarışmışdısa ümumiyyətlə qaranquş da onun 3 çilli yumurtası da yaddan çıxmışdı.Üçümüz də həyətə düşüb padvalın ağzına yığışıb çığır-bağır salan oğlanları kənara itələdik və gördüyümüz mənzərə bizim nitqimizi qurutdu:Yuva uçmuşdu,yerdə yanlız az-az palçıq qırığı,saman çöpləri birdə 3 ətcə-bala qaranquşlar qalmışdı.Akif mənimlə Əsmərin hiddətli baxışların görüb dili topuq çala-çala:

-Mən eləmədim,Məcid uçurtdu...

-Yalançı!-Məcid əllərini ölçə-ölçə qışqırdı-Sən demədin gedək padvalda qaranquş bala çıxardıb?!

-Mən dedim baxaq!Demədim ki,uçurdaq!

-Boyumuz çatmadı da baxmağa!Dedik aşağı salaq yuvanı baxaqda...Sən gətirdində süpürgəni niyə yalan danışırsan!

-Nə olub orda?Nə hay salmısız?!

Əmimin səsin eşidən kimi oğlanlar buxar olub yoxa çıxdılar.Evimizin arxasında sahə var idi,Əmin adətən ordakı qurumuş otları biçir,iri ot təpələri düzəldirdi.İndi də görünür havanın sərinləməsini fürsət bilib işinə gedirdi.Bizim yanımızdan ötüb-keçsə də uçmuş yuvanı görmədi.

Mənzər aşağı əyilib ətcə-balanın birini əlinə götürdü:

-Can...-Ağlamsındı-Ananı istiyirsən hə?Əlləri qurusun!

Mənlə Əsmər bir-birimizə baxıb Mənzər kimi yerə çökdük,hərəmiz bir qaranquş balasını götürüb:

-Əlləri qurusun! Qarğışını təkrar etdik

Mənzər:

-Yox,belə olmaz!Bunlara təzədən yuva düzəltmək lazımdır.

Əsmər uçmuş yuvaya baxıb:

-Bunu düzəltmək olar amma palçıq islatamalıyıq,çox qurudur bu.

Onlar müzakirə edən vaxt mən evə çıxıb bir stul gətirdim.Balaları stulun üstünə qoyub padvalın qapısının ağzına gətirdik.Həmin vaxt iri qaranquşlar qapıyacan gəlir,vurnuxur təzədən geri qayıdırdı.Anasın görən ətcə-balalar isə yerlərindən az qala bir boy hündürlüyündən qalxır,ağızlarını yekə açıb çığırıırdılar.Bu balaca quşların analarına münasibəti məni təəccübləndirirdi.O vaxta qədər elə bilirdim ki, ana-bala anlayışı təkcə insanlar arasında mövcuddur.Ana qaranquşun gözlərindəki kədər hətta bizi də təsirləndirirdi.Kənardan onun balalarına baxması,stulun dövrəsində çırpınıb yenə uçması,amma uzaqlaşa bilməyib təzədən geri gəlməsi yenə çırpınması...

Mənzər ağlamsınıb:

-Yazıq qaranquşlar,yetim qaldılar!

Niyə axı?-Dedim-Qaranquşlar balalarının sağ olduğunu gördü ki.Gedib təzə yuva tikərlər,gəlib balaların apararalar

Mənzər tərs-tərs üzümə baxdı:

-Sən heç bilirsən bir yuva neçə vaxta başa gəlir?

-Neçə?

-3 aya!

-Pah!onu kim deyib sənə?

-Anam.Görmürsən qışda yoxa çıxır onlar.Həmin vaxt gizlənib təkcə yuva tikməklə məşğul olurlar!

-Əcəb ağıllısız ha...

Üçümüzdə səsə boylandıq.Mehriban pəncərədən bizə boylanıb gülürdü

-Sən qarışma!

-Siz qarışıb nə edəcəksiz?Övladlığa götürəcəksiz?Ha ha ha!

-Lazım olsa onu da edərik!Sən qəddarsan!

Mehriban aşağı düşüb bizə yaxınlaşdı:

Vallah çatışmır sizdə.Yuva dağılıb.Bunlardan qaranquş olmaz

-Biz özümüz kömək edəcəyin onların anasına ki,yuva tiksin!

Mehriban ağzını əydi:

-Anasına!Onun anası sənə yaxın gələr heç?!

Mənzər yenə qeyri-adi fikir söylədi:

Ana qaranquş hissiyatlıdır.Bilir ki,biz ona kömək etmək istəyirik.O bizi başa düşür.Hətta nə danışdığımızı da bilir!

-Ətimi tökmə!Bunu da anan deyib?

-Hə.İndi görəcəksən!-Bizə tərəf döndü-Gəlin qaranquşla danışaq

Bu əlbəttə ki,təhlükəli bir fikir idi.Heç qaranquş da insanı başa düşər?...Amma həmin vaxt Müttəfiqimizin tərəfini tutmaqdan başqa çarəmiz yox idi

Mənzər başını qaldırdı.Firlanmaqdan yorulub işıq xətlərinin üstünə qonmuş qaranquşlara baxdı

-Ey ana qaranquş,ey ata qaranquş,məni başa düşürsüz?

Bir anlıq üzücü sükut çökdü ətrafa...Mehriban iztehzayla dilləndi:

Bərkdən de,bəlkə eşitmir...

Mənzər hiddətlə ona tərəf döndü:

Onun dili yoxdur amma işarə verə bilər!

Versin görək də!

Ey qaranquş,məni başa düşürsüzsə yerinizdən dəbərin!

Həmin an mən Allaha yalvardım ki,qaranquşlardan biri təsadüfən də olsa qımıldasın.Amma olmadı.

Nə oldu?

Üçümüzdə nifrətlə Mehribana baxdıq,sanki qaranquşun uçmamasına səbəb o idi.Mənzər bacımı itələdi:

Səndən qorxurlar!Get burdan!

Çilli!

Mehriban uzaqlaşsa da biz hələ pərt idik.Bircə Mənzər yorulmadan təzə ideyalar irəli sürürdü

Biz bu qaranquşları saxlamalıyıq.Onların anası təzə yuva tikənə qədər.Sonra qaytararıq anasına

Qaranquş bu boyda balaları necə aparacaq?-dedim

Mənzər ani olaraq fikrə getdi:

Biz özümüz aparıb yuvaya qoyarıq

Bəs yuvanın harda olduğunu nə biləcəyik?

Uzaqda olmaz hər halda-birdən hirsləndi-sən saxlamaq istəmirsən?!

Mənzər haradan biləydi ki mən sadəcə dəqiqləşdirmək istəyirdim sonradan bu qaranquşları anasına qaytarmaq məcburiyyətimiz olmayacaq ki?Çünki qaranquş saxlamaq fikri mənə olduqca maraqlı və cəzbedici gəlirdi..Həmin an xəyalımdan keçirtdim ki “Mənim qaranquşum”böyüyüb,mənimlə birgə məktəbə gedir.Mən ona danışmağı öyrədirəm,bütün şagirdlər mənim başıma yığılıb.Qaranquşun hesabına mən məktəbin ən məşhur şagirdiyəm və s və i...

Qaranquş balaların əvvəlcə boşqablara qoyduq.Anam çox dedi,çox acıqlandı,amma atamın bir kəlməsi ilə sakitləşdi:

-Işin yoxdu,savabdı.

Qaranquşlar heç nə yemirdilər ki,bu da bizi çox narahat edirdi.Akiflə Məcidi yaxın belə qoymurduq.Onlar da güya heç maraqlanmırdılar bizim ətçə-balalarla.Mehriban çox lağ eləsə də arada xeyrimizə də nəsə deyirdi:

-Ay ağıllılar,o xırda balaya çörək yedirdəllər heç?!Boşqabın içində qaranquş qalar?

-Sən güya çox bilirsən bizdən?!

-Hər halda mən bilirəm ki,onların hələ cücü,həşərat yeyən vaxtıdır.Həm onlara torpaqdan düzəlmiş yuva lazımdır.Belə soyuq olar

O bizim bacarıqsızlığımızı sübut etmək üçün lazım olanları deyirdi amma bununla bizə necə kömək etdiyini bilmirdi.

Birazdan artıq üçümüz də torpaqda eşələnirdik.Məqsədimiz də həşərat,cücü-mücü  tapmaq idi.

-Tapdım-Mənzər qışqırdı-soxulcan tapdım!

Əsmər:

Vööö!Ona əlini vuracaqsan?

Mənzər duruxdu,yazıq-yazıq Əsmərə,isti yerindən “Narahat edilmiş” nə baş verdiyini anlamayıb qıvrılan soxulcana baxdı.Mən həmin an fədakarlıq etmək lazım olduğunu dərk eləyib,qəhrəmancasına soxulcana yaxınlaşdım.Yaxınlaşdıqca da cəsarətim azaldı,ətim ürpəşdi.Boylanıb çöp tapıb götürdüm əlimə.Çətinliklə də olsa çöplə soxulcanı bir təhər “Yemək  qabı”na atdım.Və qalxıb qürurla Əsmərlə Mənzərə baxdım.Artıq bu qrupun rəhbəri mən hesab olunurdum.

-Burda heç nə yoxdur!Gedək bağın o başını eşələyək

Qızlar dinməz-söyləməz arxamca gəlirdilər.Mən səbəbsiz olaraq yer dəyişir,”Bura yox,bura da olmaz”deyib başçılıq etmək xatirinə böyük bağı dolandırırıdım.

Sonra yuva qurmaq mərasimi başladı.1-2 gün də yuvanın forması üçün baş sındırdıq.Mənzər:

-Ev formasında edək.Balalar indidən insan kimi yaşamağa öyrənsinlər.

-Içinə necə qoyacayıq balaları bəs?

-Qapı düzəldərik

Razılaşdıq və palçıqdan ev düzəltməyə başladıq amma bu göründüyü qədər də asan məsələ deyilmiş.Ev formasını heç cür ala bilmirdik.Hələ qapı heç mümkün olacağa oxşamırdı.Axırda qapı fikrindən vaz keçdik.Qapısız ev düzəltmək istədik amma onu da bacarmadıq.Bir tərəfdən də qaranquş balaların bizim min bir əziyyətlə tapıb torpaq altından çıxartığımız “çeşid-çeşid yeməkləri”yemək istəməməsi bizi lap kədərləndidirdi.Su içirtmək məsələsi lap məşəqqətli idi:Duz qabılara su doldurub balaların başını bütünlüklə salırdıq o qaba ki su içsin.Nankor qaranquş isə hərəkətsiz halda boynunu qaçırrıdı.Nəhayət ki, 3-5 günlük mübarizədən  sonra adi formada yuva düzəltməyə qərar verdik.Mehriban əlbəttəki bunu fürsət bildi:

-Nə oldu,saray düzəldə bilmədiz?

-Onlar hələ balacadır,hələlik öz yuvalarında qalsın,sonra taxtadan ev düzəldəcəyik iri,üçü də eyni evdə qalacaq.

-Onlar böyüməyəcək!Böyüsə də sizin yanınızda qalmayacaq!Qaranquş heç vaxt insanla qalmaz...

Mənzər:

-Qalacaq!-deyə qışqırdı,sən paxılsan,sənin qaranquşun yoxdur deyə paxıllıq çəkirsən!Get burdan!

-Çilli!

Taxtadan ev məsələsin başçı kimi mən irəli sürmüşdüm.Bununla da təskinlik verirdik özümüzə.Yuva da asan başa gəlmirdi,hər şeyi təbii yolla düzəltmək istəyirdik ona görə palçığa saman çöpləri qatmışdıq ki, deyəsən onlar palçığa yaxşı qarışmadıqları üçün balalar rahat ola bilmirdilər yuvada.

Zavallı ətcə-balalar əsl canlı oyuncağa çevrilmişdilər bizim üçün.Yemək yeməyə güclə öyrətmişdik az-az yeyir,arada da su içirdilər.Amma balaların yuvanı “bulaması” bizə çətinlik törədirdi boşqab deyil ki suyla yuyaq,palçıqı islatmaq olmazdı.Elə hey baş sındırırdıq ana qaranquş bu problrmi necə həll edirmiş

-Biz bunları insan kimi öyrətməli deyilik?-deyə qızlardan soruşdum

Əsmər:

-Hə.Amma əvvəl böyüsünlər sonra dil öyrədərik

Mənzər:

-Yox,indidən öyrətməliyik.Uşaq balaca vaxtından danışmağı öyrənir.

-Bunlar heçe,bəs bu balalrın yerini batırmasın necə edək?

Fikirləşməyə başladıq

-Tapdım-qışqırdım-gəlin qaranquşları bələyək!

-O necə olur?

-Gül kimi!Yuvaya döşək düzəldək,parçadan əsgilər hazırlayaq,qaranquşu bələyək.onda yuva da bulnmaz,bələk bulanar onu da yumaq asandır.

Həmin gündən başlayaraq qaranquşları bələməyə başladıq.İlk öncə yuvaya qalın bir parça sərdik hətta yastıq da düzəltdik.Qaranquşun qanadları da daxil olmaqla əskinin içində bükdük.Hər dəfə parçanı açıb yumaq bizə xoş olmurdu.Ona da çarə tapdıq;Qaranquş balalarına panpers geyindirdik!

Bəli,lap kiçik parça kəsib lazımı nahiyəyə qoyurduq sonra bələyi bükürdük.Bununla da işimiz çox rahatlanmışdı.Mehriban artıq bizə deməyə söz tapmırdı,sadəcə başını yelləyirdi amma hiss olunurdu ki,həddindən artıq maraqlı məşğuliyyətimiz onu da maraqlandırmağa başlamışdı.Akiflə Məcid isə heç 3 metrəliydən yaxışnlaşa bilmirdi balalara,axı onlar qatil hesab olunurdu,biz isə himayədar idik.Nə yeyirdiksə balalara da ondan verirdik artıq.Hətta bir dəfə anam təndirdə çörək bişirəndə yuva qarşıq apardım təndir üstünə və isti çörəyin içindən buğlanan kiçik parçalıar qoparıb qaranquşun ağzına dürtüşdürdüm.Qaranquş civildəyib çırpındı....

Əlbəttə mən bunun səbəbin başa düşmədim...

Və bu günlərin bir günündə Mehriban əlində sərçə balası yanımıza qaçdı:

-Baxın,mənim də “Balam” var!

Üçümüz də qəribə nəzərlərlə sərçəyə baxırdıq,o bizim arıq,eybəcər qaranquş balalarımızdan göyçək idi.

-Hardan tapdın bunu?

-Akifgil tapıblar,pişik yemək istəyirmiş!

-Saxlamaq istəyirsən?

-Əlbəttə!

-Anam icazə verməz!

-Sizə necə verdi bəs?!

-Bizib savab qazanırıq!

-Mən də qazanmaq istəyirəm!

Onsuz da böyüyəndən sonra səninlə qalmayacaq-ox düz hədəfə dəymişdi-özün deyirsən ki quşlar qalmaz insanlarla

-Sərçə qalar-Bunu deyən dayımın arvadı idi-qaranquşa baxma.

Çox pərt idik.Bu boyda əziyyətə baxmayaraq bu qaranquşlar böyüyüb bizi tərk edəcəkdilər?

Bacımın sərçəsinə əməlli-başlı qıcıq olurduq.Bizim axşama qədər əlləşib-vuruşmağımıza qarşılıq bacım sərçə üçün heç əziyyət çəkmir,nə yuva nə,həşərat,nə bələk...Sərçə gözəl-gözəl atılıb düşürdü özü üçün,günü-gündən toppuşlaşıb gözəlləşirdi daha da.Öz qaranquşlarımız gözümüzdən düşmüşdü.Artıq bu oyun köhnəlmişdi,ondan ləzzət almırdıq və təzə macəra axtarırdıq.Bəzən saatlarla nə su,nə çorək vermirdik.Bələyi açanda isə böyüklərdən gördüyümüzü edirdik:

-Sənə deməmişəm yerini batırma?!-deyib qaranquşun “Yumşaq yerinə” şillə çəkirdik,amma təbii ki heç bir yumşaqlıq olmadığı üçün qaranquşun nə keçirdiyini indi də fikirləşə bilmirəm...

Bacım bizim kimi deyildi,barikkada çəkməmişdi sərçəsi üçün,quş saxlamaqdan həzz alırdı,gizlətmirdi də öz quşunu.Amma onun xoşbəxtliyi 10 gündən artıq çəkmədi...

Evimizdə kiçik kitabxana var idi.Şkafın lap başında Azərbaycan Sovet Ensiklopediyaları səf-səf düzülmüşdü.Hər biri 2-3 kiloluq 10 qırmızı kitab...

Akiflə Məcid öz ziyankar “repertuarlarında” idilər hələ də.Sərçənin nəzarətsiz qalmasından istifad edib o qırmızı kitabların ikisini üst-üstə qoyub yatmış sərçənin üstünə atdılar...

Sərçənin ağzından qan gəlirdi...

Eynən kitabın rəngi kimi qan...

Mehriban oturub zülüm-zülüm ağlayırdı

Sərçənin paxıllığın nə qədər çəksək də o qədər kədərlənmişdik hamımız.Əlbəttə o quşun yox olmasını arzulamışdım amma daha bu formada yox ki...

Çox qəribədir ki,sərçə öləndən sonra əlimiz öz balalarımıza qulluq etməyə heç gəlmirdi.Əksinə şəxsən mən qaranquşumun yanına gedə,onu əvvəlki kimi səylə yedirdib-içirdib,bələmirdim.Yuvası da bulanmışdı,quru yuva indi yaş palçıq olmuşdu.Anam:

-Bu yetimlərə qulluq edə bilməyəcəkdizsə niyə gətirdiz evin yuxarı başına?!

Verəcək cavabımız yox idi.

Əlbəttə ki,bu vəziyyət çox çəkmədi. Bir gün bütöv,bir gün də yarı heç xəbərimiz olmadı balalardan.Onları xatırlayıb yanına qaçanda isə artıq gec idi:

Qaranquş balaları başları əcaib formada burulmuş,qacıyıb qalmışdılar.Mən,Əsmər,Mənzər donub qalmışdıq yuvanın başında. Bilmək olmurdu sevinirdik ya kədərlənirdik.Bu əziyyət tələb edən oyunundan canımız qurtarıldığına görə sonuncu səhnəni də yaxşı oynamalı idik ki,pərdə düşsün...

Xalamgil gələn gündən keçən 45 gün ərzində evimizin arxasında 3 otaqlı bir tikli inşasına başlanmışdı.Atam dayımın,xalamın ailəsi ilə rahat edə biləcək evi əvəz edəcək bir şey tikdirirdi. Artıq divarları götürülmüş,üstü örtülmüş,içi sementlənmişdi.Qalmışdı bircə yerinə taxta vurmaq.

Qaranquşlarımız üçün qəbrləri məhz o təzə tiklinin arxasında,kiçik təpəcikdə qazdıq.Qırıq şüşələrin üstünə kağız yapışdırıb qaranquş şəkli çəkdik.Qaranquşların doğum və ölüm tarixini onlar bizim əlimizə keçən gündən hesabladıq.Nəticədə 28 gün alındı...Nadan uşaqların öz əyləncələrini təmin etmək hesabına 3 qaranquşu tələf etdikləri 28 gün...

Nəhayət qəbrlər hazır oldu,qaranquşları bastırıb sakitcə qayıtdıq.Bir-birimizin üzünə baxa bilmirdik.Üçümüz də susmuşduq.Dayım:

-Bunların dilin pişik yeyib?-deyə zarafat elədi.Arvadı isə daha “anlyaışlı idi deyəsən:

-Quşları ölüb,xifət edirlər-dedi.

Doğurdanmı bizim “etdiyimiz”xifət idi?...

3 gün sonra dilləndim:

-Bu gün balalrımızın 3dür...

Əsmərlə Mənzər heyrətlə üzümə baxdılar,axı neçə gün idi heç birimiz qaranquşları xatırlamırdıq,daha doğrusu dilimizə gətirmirdik.

-Neyləyək?

-Qəbrlərini ziyarət etməliyik...

Təzə tikliyə çatanda Mənzər:

Mənim ürəyim gedəcək qəbir üstə,tutun ha,qoymayın yerə yıxılım.Toza bataram

Bacımla mən ona nifrətlə baxıb üzümüzü turşutduq.

Qəbirə çatanda isə son səhnədə idik artıq.

Nə vaxtsa elə ağlayıb qışqırmağım yadıma gəlmir.Gücümüz gəldikcə bağırır,özümüzü çırpırdıq.Yaxşı ki,Mənzər ürəyi keçmək fikrindən daşındı.Zatən ona diqqət edəcək halda deyildik.Gözümüzdən yaş çıxmrdı amma yerdən torpaq götürüb başımıza tökdüyümüzü yaxşı xatırlayıram.

-Ax bizim nakam balalarımız!Yetim balalarımız!

-Axı biz sizə göz bəbəyimiz kimi baxırdıq-ani olaraq Əsmərə baxdım,nəzərlərini qaçırdı.

-Biz sizin ananıza,atanıza nə cavab verəcəyik bəs?Axı əmanət idiz siz bizə,indi yəqin ki yuvaları qurulub

Əlbəttə mən o vaxt bilmirdim ki o qaranquşlar bəlkə də yuva qurub artıq amma başqa balalar üçün.Hətta bizim balalar sağ qalmış olsaydı belə ana qaranquş nə yuvası dağılmış evə qayıdar nə də balalarının ardınca...

Yox mən balalrımsız yaşaya bilməərm yooox!Hühüüüü...

Mənzər artıq çox şişirtiyinin fərqinə varmırdı.Onu sakitləşdirmək istəyirdim ki,elə həmin an təzə tiklinin divarının ardından bizə bir cüt göz baxdığını gördüm.Təəccüb,heyrət,qorxu dolu bir cüt göz.

Əmim yenə ot yığmağa gedirmiş.Tiklinin arxasından ağlaşma,çığrışma səsi eşidib dönüb.Və bizim halımızı görüb az qala gözü kəlləsinə çıxmışdı.

Siz...siz burda nə edirsiz,nədir bu belə,baş-gözünüz niyə toz-torpaq içindədi?

Sakit şəkildə dilləndim:

-Qaranquşlarımızın 3-nə gəlmişik.

Əmim bir anlıq bizə sonra da şüşə üzərindəki kağıza çəklmiş qranquş şəklinə,28 gün yazılmış yazıya baxdı və qışqırdı:

-Durun rədd olun burdan!!!Qaranquşlara it zülüm edib indi də qəbir üstə ağlayırlar!...

Səslərin sayı: 4
43
1909
Digər yazılar
Şərhlər
Offline
creativka
Men hec vaxt bele wey elememiwem..yayda papuqaylarimiz ucdu getdi,nece vaxt ozume gele bilmedim crying
18 may 2012 22:00
imza: DUNYADA DEYERDIM KI EN SEBIRLI WEXS ANADIR,9 AY OZ KORPESINI BETNINDE DAWIYIR,OLENE KIMI DE ONUN NAZI ILE OYNAYIR..
Offline
♥ Swaroski ♥
Cox eladir sagolun
13 may 2012 23:28
Offline
BEST OF ALL.....
QIZLAR EN BÖYÜK GÜNAHI MEN ELEMISHEM.10 YASHIM OLANDA PISHIYI AGACDAN ASIB "RAQATKA" ILE VURURDUM,VE IFRITE OLDUGUM ÜCÜN CALISHIRDIM KI,DASH HEDEFE DEYSIN.... GÖZÜNE... COX UTANIRAM HEREKETIMNEN sad
13 may 2012 00:22
Offline
Iceberg
Mən də bir sərçə öldürmüşdüm

Hamı "Günahların" etiraf etdi))))
11 may 2012 20:39
imza: Xoşbəxt olmaqmı ? Vecimə deyil, mən səninlə olmaq istəyirdim...
Offline
Gulshen_q
Bu hekayəni hamıdan əvvəl oxusam da (maildə) şərhi indi yazmalı oldum.Təkrar yenə oxudum.Uşaqlıq illərimdə, məktəb dövründə oxuduğum hekayələri xatırladım.))Hanı indi elə hekayələr?Bu cür hekayələrinizi yenə gözləyirik.

Mən də bir sərçə öldürmüşdüm.Amma o zaman məktəbin son sinfində oxuyurdum, uşaq deyildim.İstəyərək etməmişdim əslində.Balkonda Novruz bayramında yandırmaq üçün yığıb saxladığımız taxtalara bir sərçə balası ilişib qalmışdı.Qanadı azca yaralanmışdı.Onu evə gətirdim.Guya yarasını təmizləmək üçün.İsti suda yaxşıca yudum şampunla, duruladım.))Sonra da balkona aparıb sıxıb əlimdən buraxdım ki, uçsun.Bir yandan yaralı və zəif olan, bir yandan da körpə olan balaca sərçə əlimdən buraxılan kimi düşdü yerə.İkinci mərtəbədən düz palçığın içinə..Gedib gətirəndə gördüm daha gecdir.Elə pis olmuşdum ki..Ona həyat vermək istərkən həyatına son verdiyimçün...
Öz başıma gəldiyi üçün sizi yaxşı anlayıram.))
11 may 2012 13:33
Offline
Revane
Maraqli idi, oxudum nehayetki yazinizi :)) mende bir pishik oldurmushem, guya bitlerin oldurecem deye pishiyi dixlafosladim o da zeherlenib oldu, amma menim onda sizin kimi 9 yox 19 yashim vardi. Allah kecsin gunahimdan...
10 may 2012 03:07
Offline
Ayten
cox gozel hekayedi tesekkurler
9 may 2012 23:50
Offline
Gülşən29
sercemiz var idi olmusdu onu basirib aglayirdiq

mende cuceni basdirib aglamiwam.qeyri adi hekayedi tewekkur
3 may 2012 15:51
imza: Pozanın qeleminden tez biterse sehvlerin çox demekdir...
Offline
Mexbube
hem kederli idi, hem de gulmeli
Men bacim ve menim dayim qizi bizim de usq vaxti basimiza buna oxsar is gelmisdi sercemiz var idi olmusdu onu basirib aglayirdiq
3 may 2012 13:39
Offline
SELENA (Aliyə Aslan)
marqlidir. size ugurlar.
2 may 2012 20:57
imza: Xoşbəxtliyi iradəmi düzgün istiqamətləndirməklə tapdım.

A.Linkoln
Məlumat "Qonaq" kimi daxil olan ziyarətçilər saytda şərhlərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Yazarlar
Son yazılar
Son şərhlər
  • 19:40 - Müəllif: N İ G A R (Niko_F)
    Gəlinliklər (147)

    Gəlinliklər

    Bəyəndiyim olmadı , hərçənd mənə bundan sonra çətin lazım olsun amma ən gözəl elə öz gəlinliyimdi , inanmırsııııız buyurub baxa bilərsiz http://i019.radikal.ru/1305/12/2702b615611c.jpgNecədi ???
  • Tapdaq altda qalan yurdum -- Laçınım...

    Shoko,Görürsən də, Şoko, insanların düşüncəsini? Qaçqın kimi ağır bir dərd altındadırlar, illərlə yıdıqlarını düşmənə qoyub gəliblər, həsrətdən dözməyib ölənləri demirəm hələ...kənardan baxanlar da bəxtəvərlik verirlər ki, onlar üçün şəraitli ev tikib verirlər...istəmir, ay millət, bu insanlar təmirli ev istəmir, yurdunu yuvasını istəyirlər...
  • 19:37 - Müəllif: Nəzrin
    Kalk Kiz Sogan Dogra (6)

    Kalk Kiz Sogan Dogra

    Məncə qurmadı amma yenədə maraqlı video üçün çox sağolun
  • 19:35 - Müəllif: Sila
    Yaddaş şkalasında yeriniz (36)

    Yaddaş şkalasında yeriniz

    7 balim oldu
  • 19:34 - Müəllif: xalilova munavvar
    Kalk Kiz Sogan Dogra (6)

    Kalk Kiz Sogan Dogra

    gulmelidir goren lap gelir ana yoxsa qurmadi
  • 19:33 - Müəllif: Ruhəngiz
    Üşüyorum (Sibel Can) (10)

    Üşüyorum (Sibel Can)

    Çox sağ ol bacım.Sibel Candan çox xoşum gəlir.Bütün mahnıları,o cümlədən də bu mahnısı çox gözəldi.
  • Tapdaq altda qalan yurdum -- Laçınım...

    Rovsana,mem bir yataqxanada gorduklerimi yazdim.sizin dediyin ooooooo gun ise hele cox uzaqdadii cunki dovletin bashi park tikmeye qarisib hele.halbuki o parkin yerine yataqxanadan yaxshi bir seraiti olan bina tike bilerr amma elemirr niye? Ledy nin atasii bir binaa tikib seherin ortasindaa 3 deneli bina. baxanda heyran olursan onun ele 1 hissesinii o qacqinlar ucun tikerdilerde olmazdiki.? ve yaa parr bizim 28 arxasinda park tikiblerr cox lazimdii o park bize onsuzda her babat gundedii.esas olanlari elemirler elave olanlari edirler...Rovsana,yeni imkan var qacqinlar ucun full veziyyet yaratmaga amma heves yoxduu yeqin..
  • Tərəvəzli salat (foto resept)

    Əlbətdəki oqədər tərəvəzlər biryerdə olsa super olacaq [Yayda mütləq hazırlayacam,atdım seçilmişlərə çox bəyəndimTəşəkkürlər sənə Xəyalə
  • 19:30 - Müəllif: tutu abbaszade
    Röya Ayxan (163)

    Röya Ayxan

    mahnilarini beeyensemde ozunnen hec aram yoxdu nese.cox yeke yeke danisisr.ozunnen basqa heckiehhhemi beyenmir.agzina ne gelse danisir.eh
  • 19:29 - Müəllif: ULduz
    Kalk Kiz Sogan Dogra (6)

    Kalk Kiz Sogan Dogra

    AY SƏƏNİİ ALLAH SƏNİ GÜLDÜRSÜN KIZ
Ən çox oxunulanlar
Siz hansı tipdənsiniz ? ))
Ağıllı
Dəli
Gözəl
Çirkin
Tipsiz ))