Röya adı gəldikdə, məncə, onu tanımayan tapılmaz. Uşaqdan böyüyə kimi, hətta qocalar da onu sevir, onun ifasını bəyənənlərin sayı yetəri qədərdir. Röya öz səmimiliyi, mehribanlığı, gülər üzü, ən əsası ifa etdiyi mahnılarla qəlbləri fəth etməyi bacarıb.
Əslində o, Röyalə Nəcəfovadır. Röya Ayxan isə özünə götürdüyü təxəllüsdür. Belə ki, bu gözəl müğənnimiz 1982-ci il iyun ayının 14-də Bakıda doğulub. Kökünə getsək, Qarabağın Ağdam rayonundandır. İli İt, bürcü isə Əkizlərdir. Orta və ali məktəbi də Bakı şəhərində oxuyub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.
Röya ailəlidir, 2009-cu il oktyabrın 25-də ana olub və Hüseyn adında bir oğlu var.
Bu sənətə gəlişi məktəbdə oxuduğu zamanlarda olub.Ona ilk dəfə bəstəkar Sərvər Şahbəyli dəstək olaraq bu sənətə gətirib. 1995-ci ildən bu günə kimi artıq 18 ildir ki, Röya səhnədədir. İlk müəllimi "W-trio" qrupunun rəhbəri, bəstəkar Vaqif Gərayzadə olub. Röya bu qrupun ifaçısı olub. 2002-ci ildən etibarən qrupu tərk edərək solo ifasına başlamışdır. Çox çalışqan xanımdır, daim öz üzərində çalışır. İlk "Bu gecə" adlı solo konserti 2005-ci ildə olub. Həmin il Röya Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə "Darıxmışam" adlı solo konsertini verib. Elə həmin ildə də "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib olub.
Röyanın ifasında olan bütün mahnılar demək olar ki, sevilir. Çoxlu sayda mahnıları, klipləri var: "Bilərsənmi", "Nazlı yarım", "Söylə", "Cücə", "Darıxmışam", "Deyin ona", "Sənə görə", "Dostumsan, yoxsa sevgilim" və s. İndiyə kimi 3 albomu işıq üzü görüb: "Söylə", "İlqar" və Türkiyədə yenicə təqdim etdiyi "Göndər". Bildiyimiz kimi, hazırda fəaliyyətini Türkiyədə davam etdiirir. Orada yazdırdığı "Göndər" adlı mahnısının sözləri və musiqisi Soner Sarıkabadayıya məxsusdur. Mahnının akustik versiyasını Mustafa Ceceli,remix versiyasnı isə Kaan Gökman hazırlayıb. Buyurub klipini izləyə bilərsiz:
Röya özünə fikir verən xanımdır. Tez-tez imicində, saçında dəyişikliklər edir. Son imici ilə onu Türkiyədə Rihannaya bənzədirlər.
Röya müğənniliklə yanaşı aktrisa kimi də özünü sınayıb. O, "İstanbul tətili" adlı filmdə baş rol alıb və uğurla bu rolun öhdəsindən gəlib.
Hazırda Röya Türkiyədə yaşayır və fəaliyyət göstərir. Azərbaycana da tez-tez gəlir. Ona daim sənətində liderliyini qoruyub saxlamağı arzu edirəm.
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar
- ŞƏRHLƏR