Qış çoxdan gəldi. Rayonlarımızın bir çox yeri ağ qara bürünüb artıq. Qarı incəsənətlə qarşılayaq dedik, BBC-yə Aindrea Emelifeın sənət tarixinin 500-ci ildən seçdiyi 10 gözəl əsəri bu xəbərimizə yerləşdirdik.
1- Qarda ovçular, Pieter Bruegel.
Qışı və qarı təsvir etmə işində müəyyən çətinliklər vardır. Əsas şəklə baxanları üşüdəcək bir soyuqluq hissi yaratmaqdır. Bu möhtəşəm əsər isə bir cür narahatlıq verir. Məsələn, bir qar adamı, ya da qartopu görə bilmirik. Mövsümi işçilər, ovdan qayıdanlar, küçəni süpürənlər, xizək sürənlər var. Sizdə də qış mövsümünün gətirəcəkləriylə əlaqədar bir stress yaradırmı ? Ayaq izlərini buraxaraq yorğun-arğın gedən adama baxın. İncəsənət tarixinin ən bilinən qar şəkilində bir cür melanxoliya gizlidir.
Qar səhnələrinin kralı, Flaman rəssam Pieter Brueghel bu rəsmi Antwerpli bir tacirin sifarişi üzərinə etmişdi. Gördüyünüz altı silsiləlik bir şəkilin yalnız bir hissəsidir.
2- Qardan sonra səhər, Hokusay.
'Mövsümlərlə dəyişən təbiət' mövzusunda əsər vermək, Yapon sənət ənənəsinin bir hissəsidir. Hokusainin qar mənzərəsi da bunun ən əhəmiyyətli dəlillərindən biridir. Yapon rəssam Buddist inanclarının göstərdiyi yolda, işlərində ümumiyyətlə təbiəti vurğulayır. Imiclər, dəyişikliyin qaçılmaz olduğunu, ancaq təbiətin dəyişməsindən zövq alına biləcəyinin altını cızır. Məhləli evin üzərinə yağan qarın, damı ədyal kimi örtdüyünü görürük. Günahsız bir şəkil deyilmi? Xeyr, əslində cinsəlliyə salam göndərən bir yanı da vardır bu evlərin. 1603-1868-ci illər arasında, yəni Hokisainin işlədiyi dövrdə, məhləli evləri tez-tez cütlərin “xüsusi həyatlarını yaşamaq üçün” çəkildikləri və ya kişilərin xanımlarla qalmağa getdikləri bir yer olaraq bilinirdi.
Şəhərə qar yağdığında mənzərə qüsursuz olmaz. Ətraf qarma-qarışıqdır və buraxdığı "ağlıq" da bir qalıcı deyildir. Fransız rəssam Édouard Manet şəhərə yağan qarı, həqiqi bir şəkildə rəsmdə əks etdirir. Geniş ağ ucların və tünd qəhvə çarpaz xətlərin arasında, Parisin Petit-Montrouge məhəlləsini çox çətin ayırd edə bilirik. Çirkli qar və soyuq bej rəngi göy, məhləni kölgədə buraxır. Bina, qəhvərənginin böyük genişliyində çox çətin görünür. Manet, gözəl olan bir şeyi əsla gözəlləşdirməyə çalışmazdı. Bu şəkil də qarın xatırlatdığı duruluq və əmin-amanlıq hissindən çox, ölçüsüz soyuğun və qarın yanına cəmləşir.
1870-1871 arasında Manet, Fransız-Prusya döyüşündə orduda vəzifə almışdı. Yalnış hisslər, axşam qaranlığı və palçıqlı ərimiş qar, Manetə müharibəni olduğundan daha qorxunc göstərmişdir bəlkə də.
4- Qar fırtınası, JMW Turner.
Deyilənlərə görə JMW Turner bu rəsmi çəkə bilmək üçün 4 saat boyunca özünü bir gəminin dirəyinə bağlatmışdır . Bu hekayənin yalnız bir əfsanədən ibarət olduğu açıqdır, amma yenə də çox maraqlıdır.
Turnerin təsadüfi fırça zərbələri sayəsində şəkilin formasını və şəklini dərhal anlaya bilirik. Yandan çarklı sərt dalğalarla başa çıxmağa çalışarkən, qar və dəniz bir-birinə qarışır, vuruşur .
5- Qarda saman yığınları, Franz Marc.
Qarda saman yığınlarında çox sadə bir sadəlik var. Narıncı, qırmızı və yaşıl tonları birləşdirilmişdir. Marc bəllidir ki, istifadə etdiyi rənglərə romantik bir məna yükləyib. Qırmızı ümumiyyətlə şiddəti təmsil edərkən, buradakı qarlı təpəciyə qonunca günahsız görünür. Bir kasa armud, əzilmiş buzlu şəkərə batırılmış kimidir.
Imic təvazökar və səssizdir, amma bununla birlikdə qar təpəcikləri mövsüm dəyişməsinə olan istəksizliyi vurğulayır.
6-Warming fordda əriyən qar, John Nash.
Bəlkə Paul Nash adını eşitmisiniz, amma John Nash adı, sizə yad gəlir. Dərhal söyləyək: Paul və John, iki rəssam qardaşlardır. Paul yeninin arxasından qaçarkən, həyəcanlı dəyişikliklər axtararkən, qardaşı Jon mənzərə rəsmi çəkməkdən çox məmnun idi. O qədər məmnun idi ki, bu mövzuda mütəxəssis oldu. Yuxarıda gördüyünüz kimi, sənətçi ətrafı qar xəttləriylə doldurmuş. Sıradan bir İngiltərə mənzərəsi. Qar yağdığında belə ağdan çox yaşıl görünür. Burada bir az da ümid gizlidir. Baharın gələcəyi, təbiətin özünü bir daha yeniləyəcəyi günlərin ümidi. Bizə, "Hər şey dəyişər", deyir sanki, amma nə təəssüf ki, bilirik, bəzi şeylər əsla dəyişməz, Jon!
7- Qarda Paris, Elizabeth Lee Miller.
Elizabeth Lee Millerin sürrealist fotoşəkil sənətçisi Man Raylə olan könül əlaqəsi ona çox şey qazandırdı. Rayın fotoqrafladığı bir çox şəkil üzərində solarizasiya texnikası tətbiq etdi. Ancaq Millerin da öz başına yaxşı bir fotoşəkil sənətçisi olduğunu demək lazımdır. Fransanın müxtəlif bölgələrində çəkdiyi fotoşəkillər da bunun bir nümunəsidir. Eynilə bu şəkil kimi. Millerin bu əsərində yağan qarın çox da "ağ" olmadığı görünür, avtomobillərin təkərləri və insanların addımları qarı pozur. Yalnız adam silueti də romantizm dövrünün narahatlığını xatırladır. Bunun qarşılığında da uzaqdan uzağa seçilə bilinən dumanlı Eyfel Qülləsi, yenə də bir ümidin olduğu mesajını verir .
8- Qardan adam, Jeff Koons.
Qar adamlarının bir çoxu humanitar xüsusiyyətlər daşıyan dəyirmi qar toplarından düzəldilir. Koonsun sənət dəyəri çox aşağı kimi görünən bu kobud dizaynı isə daha çox şişmə körpələri xatırladır. Koonsun əsərlərinə imza niyyətinə atdığı göy kürə də vacibdir . Amma onsuz da məqsəd də budur. Qar toxumasını "mükəmməl olmayan" bir şəkildə vermək .
9- Potensial qar adamı, Annette Lemieux.
Annette Lemieux qardan adamın strukturu qurarkən yumorun gücündən də faydalanır. Ağ rəng kök burun, üç yuvarlaqlaşdırılmış hələ tamamlanmamış bir qardan adam dayanır yerdə. İstəmiş ki, "Potensial Qar adamını sənətsevərlər tamamlasın. Annette Lemieux bu əsəri 11 Sentyabr hadisələrinə bir reaksiya məqsədiylə, bir az da "ortalığı şadlandırmaq" məqsədiylə etmişdi .
10- Günbatımında qartopu, Yayoi Kusama.
Yaponiyanın ən çılğın konseptual artistlərindən Yayoi Kusama'nın bilindik qaydaların xaricinə çıxaraq meydana gətirdiyi bu əsərdə, qartopu və atəştopu iç-içə keçmiş vəziyyətdədir. "Gün batımında Qartopu", sənətçinin 1953-1957 tarixləri arasında çıxardığı ilk əsərlərindən biridir. İlk dövrlərində kəşf etməyə başladığı, Kusamanın imzası halına gələn nöqtəli estetik (dotty aesthetic), sənətçi tərəfindən sıx rənglər və obsesif təkrarlarla bütün əsərlərində yaratmışdı. Təbiətin qanunlarına və həqiqət qəbuluna, ziddiyyəti birləşdirərək baş tutan Kusamanın əsərləri əzbər pozan növdəndir.
XƏBƏR LENTİ
Fahriye Burak Özçviti belə təbrik etdi-FOTO
Dünyanın ən çoС… qazanan klubları
10 il sonra "Mucize doktor"la geri qayıtdı
BÜRCLƏR bizə nə vəd edir?-22 Sentyabr
Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb
Azərbaycanda bəzi insanlara xəbərdarlıq: həyəcanlanma yuxarı səviyyədə olacaq
Fotoqraf Rene Maltetedən mükəmməl zamanlama ilə fotolar
Nazirlər Kabinetindən infeksiyaya görə valideynlərə ÇAĞIRIŞ
Mehmet Ali Erbil sevənlərini qorxutdu-FOTO
Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı - RƏSMİ
Ən praktik icadlar
Yaz havası geri qayıdır
"Sovetski" sakinlərinə kompensasiya verilməsi dayandırıldı
HAVA necə olacaq?- 28 fevral
Süni mayalanmada ictimai qınağı necə sındırmalı?
Bitməyən savaş
Baş bəlamız - seriallar
Azərbaycanda kitabxanaçılığın inkişafı üzrə yeni Dövlət Proqramının layihəsi hazırlanır
SMS müraciətlərində gecikmələrlə bağlı RƏSMİ AÇIQLAMA
Louis Vuitton kimdir?
Uşaq vaxtı öyrədiləcək 8 məqam
"Brilyant oğlan" evlənir
Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq
Yanan binadan prezidentə şikayət
Tarix yazan hərbçilərimizin Şuşada qartopu əyləncəsi - VİDEO
"Yaşıl Marafon"a start verildi
Kuklaya bənzəmək üçün 1 gündə 6 əməliyyat keçirdi -FOTO
Bakıda yağış gözlənilir
Ən ağıllı heyvanlar hansılardır?
Tariximiz zənginliyimizdir: Cek kurqanları
Azərbaycanda uşaqlara qoyulan ən qəribə adlar: Ronaldo, Messi, Ataman...
Qısa ətəkli ziyafət geyimləri
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Azərbaycanlı zəvvarların ilk qrupu sabah səhər Həcc ziyarətinə yola düşəcək
Aslıdan Murada daha bir şərt-SƏBƏB
Məşhur müğənni İlk Dəfə Ana oldu-FOTO/VİDEO
Məktəblər açılsa, hansı şərtlərə əməl olunmalıdır?
Barkod nədir?
Klinton Trampdan 1,5 milyon çox səs toplayıb
Girovlarımızı burda tuturlar
Qızının ad gününə taxtadan avtomobil düzəltdi - FOTO
Evdə protein müalicəsi
Ən çox bu avtomobillər oğurlanır
Şvarsneger pərəstişkarını depressiyadan edir-FOTO
Azərbaycanda şaxta olacaq, yollar buz bağlayacaq
Marsda insan başı tapıldı
Viza rüsumu ləğv olunur
Qarabağda fəlakət gətirən müharibə xəbərdarlığı
ODLU TORNADO hər kəsi qorxutdu-VİDEO
Rejissor maska taxmadığı üçün filminin premyerasından qovuldu
- ŞƏRHLƏR