Uşaqlarda nitq geriliyinin səbəbləri
Bilirik ki, insan doğulan kimi onun nitqi mövcud olmur. Uşaq inkişaf etdikcə nitq əmələ gəlir və formalaşmağa başlayır, yəni ətrafdakıları, böyükləri təqlid etməklə inkişaf edir.
İlk öncə uşaq anadan olan kimi ağlayır, narahatçılığını, aclığını ağlamaqla biruzə verir. 4-5 ayında səs eşidərək səs gələn tərəfə çevrilir, anasını tanıyır, hirsli və mehriban danışıq tərzini ayıra bilir. Ucadan gülür, müxtəlif səslər çıxarmağa başlayır. 6-9 ayında nitqi anlamağa çalışır. Böyüklərin öyrətdiyi hərəkətləri etməyə çalışırlar, səslərə diqqətlə qulaq asırlar. Məsələn: gözlərini, burnunu göstərmək, əl çalmaq və s. 10-11 ayında “ver, götür, olmaz və s. kimi sözləri başa düşür və əməl edirlər. Böyüklərin ardınca hecaları təkrarlayır, pişiyin, itin, inəyin səsini təqlid edirlər. Bu onu göstərir ki, onlarda nitq inkişafı var. Uşaq müəyyən vaxtdan sonra danışacaq. 1-2 yaşında əgər 35-40 söz bilib, nitqi anlayıb təqlid etməyi bacarırsa, 2-3 yaşında artıq sözlərin miqdarı artıb 250-300-ə çatır. Uşaqlar 2-3 sözdən ibarət cümlələr qurur, sözləri daha aydın tələffüz edirlər. 3-4 yaşında söz ehtiyatı artaraq 800-900-ə çatır, şer demək bacarığına yiyələnir, çox qulaq asmağa və çox danışmağa başlayır. Hamının onu dinləməsinə çalışır. Çoxhecalı sözlərin deyilişində səhvlərə yol verir. 4-5 yaşında şəkilli kitablara baxmağı xoşlayır, heyvanların bəzilərinin adını tapıb səsini təqlid edir. Artıq daha geniş cümlələrdən istifadə edir. Nitqi daha aydın olur. Lüğətində 2300-2500 söz olur. Tam formalaşma müddəti isə 5-6 yaşına qədər çəkir. Artıq bu müddətdə o, 3000-3500 sözdən istifadə edərək mürəkkəb cümlələr qurur, özündən hadisələr uydurur, anasının danışdığı nağıllara dair suallar verə bilir. Hətta böyüklər kimi danışa və demək olar ki, başa düşə bilir. Onun nitqində ardıcıllıq qorunub saxlanılır. Lakin bu həmişə belə olmur.
Göstərilən mərhələlərdə uşaqda normal inkişaf görülmürsə, bu artıq valideyn üçün bir siqnaldır və valideyn bu barədə narahat olmalıdır. Bəzi uşaqların nitq inkişafı bu mərhələlərdən birini və ya bir neçəsini keçməyə bilər. Bu da gələçəkdə uşağın normal nitqə yiyələnməsinin qarşısını ala bilər. Əgər valideyn uşağın nitqində hər hansı bir problem hiss etsə, gecikmədən mütəxəssisə müraciət etməlidir. Mütəxəssis tərəfindən müayinə edilərkən nəinki onun nitqi, həmçinin eşitmə dərəcəsi, psixoloji durumu, əqli və fiziki inkişafı da müayinə edilməlidir. Bəzən belə hesab edirlər ki, nitq yoxdursa və yaxud gecikirsə, bu oliqafreniyanın, yəni kəmağıllılığın formasıdır, əlamətidir. Lakin bu heç də belə deyil. Nitqin gecikməsinə həm daxili amillər, həm də xarici amillər səbəb ola bilər.
Daxili amillərə - ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər, anemiyalar, dölün hipoksiyası (oksigen çatışmazlığı), doğuş zamanı baş verən travmalar, zədələr və s. ola bilər. Nitqlə bağlı yaranan mərkəzlər bəzən ana bətnində inkişaf etməyə bilər.
Xarici amillərə isə uşağın stressli bir şəraitdə yaşaması, valideynləri tərəfindən qayğı görməməsi, uşağın valideynləri ilə ünsiyyətdə olmaması aid edilir. Bilməliyik ki, uşaq danışmağa başlayanda ona kömək etmək vacibdir. Uşağın nitqinin formalaşması zamanı valideynlər tərəfindən düzgün, vaxtında müdaxilə olmazsa, bu uşağın inkişaf geriliyinə gətirib çıxara bilər.
Nitqin ləngiməsinə səbəb olan amillərdən digəri oliqofreniya, yəni əqli gerilikdir. Ağır dərəcəsində demək olar ki, nitqin inkişafı olmur, uşaq heç kimlə ünsiyyətə girmir. Yalnız valideynin qayğısına ehtiyacı duyulur. Orta dərəcəli əqli gerilikdə isə ola bilsin ki, 4-5 yaşında 10-15 söz bilsin.
Normal uşaqlar arasında da nitqin ləngiməsinə rast gəlinir. Bu bir neçə səbəbdən ola bilər. Ağız əzələlərinin, dişlərin, çənənin düzgün inkişaf etməməsi, 0-1 yaşında keçirilən ağır xəstəliklər, infeksion xəstəliklər, aldığı travmalar, qurdağızlıq, dovşandodaqlıq da nitqin düzgün inkişafına əngəl ola bilər. Ağız boşluğunda olan qüsurlar da nitqin gecikməsinə səbəbi ola bilər. Eşitmə pozuntusu da nitqin olmamasına gətirib çıxarır. Ona görə də nitq geriliyi varsa, mütləq audioqrafiya metodu ilə eşitmə yoxlanmalıdır. Bundan başqa, psixoloji travma nəticəsində də uşaqda nitq geriliyi yaranır. Autizmi olan usağın da nitqi ola bilsin ki, heç olmasın. Nitqin ləngiməsinə səbəb olan faktorlardan irsi xəstəlikləri, uşaq serebral iflici də misal göstərmək olar. Ağır nitq qüsurları da - alaliya (ana bətnində və ya uşağın ilkin inkişaf mərhələsində beyin qabığının nitq zonasının zədələnməsi nəticəsində nitqin olmaması), afaziya ( baş-beynin lokal zədələnməsi nəticəsində artıq formalaşmış nitqin itirilməsi), anartriya ( nitq aparatının tam fəaliyyətsizliyi nəticəsində nitqin olmaması), mutizm (psixoloji durum, psixoloji travma nəticəsində nitqdən imtina) nitqin ləngiməsinə gətirib çıxarır.
Ninqin səbəblərini araşdırarkən ilk növbədə valideynlərlə söhbət aparılır. Ananın hamiləliyi necə keçirməsi, uşağın keçirdiyi xəstəlikləri, aldığı zədələr öyrənilir, yaşadığı ailədə, ətrafdakı mühit barədə məlumat alınır, bununla bağlı sual- cavab aparılır, eşitmə yoxlanılır. Uşağın artikulyasiya orqanlarının vəziyyətinə baxılır, nitqi müayinə olunur.
Bu problemin aradan qaldırılması üçün diaqnozun düzgün qoyulması və sonradan loqopedə, surdopedaqoqa müraciət etməyiniz vacib şərtlərdən biridir.
Esmira Şakirqızı
Defektoloq-Loqoped
XƏBƏR LENTİ
Serialların dillər əzbəri olan sevgiləri
Xərçəngə qarşı bunları yeyin!
Pakistan mediası Xocalı faciəsindən yazdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Beynəlxalq təşkilat Rusiyanı hərbi cinayətdə günahlandırdı
19 yaşlı qızın bu addımı hər kəsi Heyrətləndirdi-FOTO
Gözəllik müsabiqəsinin qalibi öldü-SƏBƏB
Eminlə Valeriyanın biznesi iflas etdi
Hər zövqə uyğun ziyafət paltarları
"Eurovison"da QALMQAL-VİDEO
Rəngarəng şərflər
Məsləhət kitabçanız üçün
Peris Hiltonun 2 milyonluq üzüyü - FOTO
Bahar ətirləri
Balıq piroqu (foto resept)
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Pensiyalarda ciddi artım baş verdi - Rəsmi rəqəm
Dünyanın ən yaşlı insanı ölkəmizdə yaşayır?
Evdə ət bulyonu (foto-resept)
Koronavirusu tamamilə neytrallaşdıran preparat tapıldı
Ledy Qaqa və Beyonse obrazında makiyaj
Qadınlar haqqında deyilmiş aforizmlər(2)
"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır
İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin Qarabağdakı döyüşlərdə itkiləri təqribən beş min nəfərdir"
Qırmızı donlar
Suriyalı qaçqınların sayı 2 milyona çatıb
Qaraciyəriniz sağlamdırmı?
Sürücülərin nəzərinə: Avtomobilinizin içinə su dola bilər!
Azərbaycan Qafqazda ilkə imza atdı
Kim daha ağıllıdır: qadın, yoxsa kişi?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
80 yaşlı kişiyə ərə gedən aktrisanın yeni paylaşımı
Merve Bolğur psixoloji yardım alır-SƏBƏB
Karamelli keks (foto resept)
Dünyanın ən balaca kişisi odur
Sərt karantin rejimi Lənkəranın kəndlərinə də aiddir? - Açıqlama
2010-2011-ci ilin çantaları
Ev üsulu ananaslı dondurma (foto resept)
Hiperaktiv uşaqlarla necə davranmalı?
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Xanımlarımız üçün makiyaj qaydası
Metro ticarətçilərinin aqibəti necə olacaq?
Yeni dollar artıq ABŞ-da dövriyyəyə buraxılır
Azərbaycanda son sutka ərzində 50 nəfər koronavirusdan sağaldı
Dünyada ən bahalı 10 ev
Nazir polis və fotoqrafla
Cəlilabadda yeni yaşayış məskənləri aşkar olunub
Qondarma “DQR”in separatçı rəhbərinin guya Şuşa kilsəsində çəkdirdiyi videomüraciət saxtadır
Müəllim olmaq istəyənlərin nəzərinə
İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib
- ŞƏRHLƏR