Alma - xeyirli və hamının sevdiyi bir meyvədir. Onun tərkibində B vitamini, efir yağları və mineral maddələr var. Almadan hazırlanan maskalar dərini sağlam və cavan saxlayır. Mədə-bağırsaq və həzm sisteminin işini normallaşdırır, iştahanı artırır, qəbzliyin qarşısını alır. Almanın tərkibində qanda xolesterinin miqdarını azaldan pektin maddəsi vardır. Həmçinin almanın qabığında vitamin C ilə birləşib sərbəst radikalların orqanizmə mənfi təsirinin qarşısını alan çoxlu miqdarda kversetin antioksidantı mövcuddur.
Ləkələrə qarşı maska
Yetişmiş yarımçıq almanın qabığını soyub onu rəndələyin. Ora bir çay qaşığı bal, alma sirkəsi, ərik turşusu və 2 xörək qaşığı zeytun yağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra əvvəl isti, sonra su ilə yuyun. Belə maskanı həftədə iki dəfə edin.
Yağlı dəri üçün maska
Yarımçıq, qabığı soyulmuş almanı rəndələyin, üzərinə yumurta ağını əlavə edib qarışdırın. Üz dərinizə çəkin, 15 dəqiqə sonra soyuq su ilə yuyun.
Quru dəri üçün maska
Qabığı soyulmuş almanı rəndələyin, 1 xörək qaşığı yağlı xama ilə qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.
Nəmləndirici maska
Almanın qabığını soyub onu xırda-xırda doğrayın. Az miqdarda süddə bişirin, azacıq soyudun və üzünüzə çəkib 20 dəqiqə uzanın, sonra isti su ilə yuyun. Eyni həcmdə sürtkəcdən keçirilmiş alma və kökü qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.
Dəri qıcıqlanması üçün maska
1 xörək qaşığı təzə çəkilmiş alma şirəsini 2 çay qaşığı kəsmiklə qarışdırın, ora 1 ədəd çalınmış yumurta sarısı və 3 damcı kamfora yağı əlavə edin. Bu maskanı üzünüzə çəkin, 15 dəqiqə sonra qaynadılmış isti su ilə yuyun.
Qidalandırıcı maska
Əvvəlcədən qabığı soyulmuş almanı xırda-xırda doğrayın, ora 2 çay qaşığı dəri tipinizə uyğun gələn qidalandırıcı krem əlavə edib qarışdırın,maskanı üzünüzə çəkin,15-20 dəqiqədən sonra isti su ilə yuyun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kökün sağlamlığa əks təsirləri
Dəri pencəklər
Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçildi
Belə səyyah görməmisiniz - Nəhəng çarxını fırlada-fırlada dünyanı gəzir
Qazlı içkidənsə, zəhər için
İqlim dəyişmələri Azərbaycanda bəzi bitkilərin məhsuldarlığının azalmasına səbəb olacaq
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Dekabr ayının HAVA proqnozu
Ağacdan hazırlanmış möhtəşəm heykəllər
Rəngarəng salat (foto resept)
Bu il uşaqları I sinfə gedəcək valideynlərin nəzərinə
İşğaldan azad olunan Hadrut qəsəbəsi və Tuğ kəndi havadan görüntüləndi - VİDEO
Neft bahalaşdı
Qozun faydaları
Rita Ora hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Körpənizə günəş kremi sürtməyin
Dövlət xəstəxanalarında pulsuz tibbi xidmətlə bağlı qanuna əməl olunmur
Qidaların faydalı xüsusiyyətləri
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Dünyanın ən yaşlı tısbağası 121-ci ad gününü qeyd edib
İngilis dili-Uu
Radio və televiziya işçilərinin peşə bayramıdır
Prezident fəxri ad verdi
Can Yamanın şəxsi həyatı yenidən gündəm oldu-FOTO
Hələ ki, biz onu məhv edirik...
Qadınlarda çat xəstəliyi haqqında
Məşhur aktyor “Çukur” serialını tərk etdi - FOTO
Marsda yaşasanız nələrlə üzləşəcəksiniz?
Bakı küləyi yük maşınını aşırdı
"Ankarada başlamış istintaqın üç ayağı var"
Şəxsiyyət və sürücülük vəsiqələri ilə bağlı SMS xidməti yaradıldı
Sümükləri məhv edən vərdişlər
Həkim rəyi olmadan eynək satılmayacaq - YENİ QANUN LAYİHƏSİ
Facebook-da problem yarandı
Sənəd qəbulu başlandı
Avropa Parlamentində Azərbaycanda dini azlıqlar məsələsi müzakirə olunub
Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq
Kraliça 32 minlik maaşla xidmətçi axtarır
Fitovannalar
Köçəryan Qarabağda
Rəngə görə həyat tərzi
Azərbaycanda şagirdlər inkubator aparatı hazırladılar - VİDEO
Bu gün Ramazan bayramıdır
Günün qoroskopu: Səhhətinizin qeydinə qalın
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı
Bel və qarın ətrafındakı yağları əridən ərzaqlar
Ən effektli və sağlam pəhriz
Dağ xizəkçiliyi üçün yeni kolleksiya
Dilinin uzunluğu ilə fenomenə çevrildi
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
- ŞƏRHLƏR