Qadin.NET / Alma ilə gözəlləşin

Alma ilə gözəlləşin

Alma ilə gözəlləşin

Alma - xeyirli və hamının sevdiyi bir meyvədir. Onun tərkibində B vitamini, efir yağları və mineral maddələr var. Almadan hazırlanan maskalar dərini sağlam və cavan saxlayır. Mədə-bağırsaq və həzm sisteminin işini normallaşdırır, iştahanı artırır, qəbzliyin qarşısını alır. Almanın tərkibində qanda xolesterinin miqdarını azaldan pektin maddəsi vardır. Həmçinin almanın qabığında vitamin C ilə birləşib sərbəst radikalların orqanizmə mənfi təsirinin qarşısını alan çoxlu miqdarda kversetin antioksidantı mövcuddur.

Ləkələrə qarşı maska 

Yetişmiş yarımçıq almanın qabığını soyub onu rəndələyin. Ora bir çay qaşığı bal, alma sirkəsi, ərik turşusu və 2 xörək qaşığı zeytun yağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra  əvvəl isti, sonra su ilə yuyun. Belə maskanı həftədə iki dəfə edin.

Alma ilə gözəlləşin

Yağlı dəri üçün maska 

Yarımçıq, qabığı soyulmuş almanı rəndələyin, üzərinə yumurta ağını əlavə edib qarışdırın. Üz dərinizə çəkin, 15 dəqiqə sonra soyuq su ilə yuyun.

Quru dəri üçün maska

Qabığı soyulmuş almanı rəndələyin, 1 xörək qaşığı yağlı xama ilə qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.

Nəmləndirici maska 

Almanın qabığını soyub onu xırda-xırda doğrayın. Az miqdarda süddə bişirin, azacıq soyudun və üzünüzə çəkib 20 dəqiqə uzanın, sonra isti su ilə yuyun. Eyni həcmdə sürtkəcdən keçirilmiş alma və kökü qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun. 

Alma ilə gözəlləşin

Dəri qıcıqlanması üçün maska 

1 xörək qaşığı təzə çəkilmiş alma şirəsini 2 çay qaşığı kəsmiklə qarışdırın, ora 1 ədəd çalınmış yumurta sarısı və 3 damcı kamfora yağı əlavə edin. Bu maskanı üzünüzə çəkin, 15 dəqiqə sonra qaynadılmış isti su ilə yuyun.

Qidalandırıcı maska 

Əvvəlcədən qabığı soyulmuş almanı xırda-xırda doğrayın, ora 2 çay qaşığı dəri tipinizə uyğun gələn qidalandırıcı krem əlavə edib qarışdırın,maskanı üzünüzə çəkin,15-20 dəqiqədən sonra isti su ilə yuyun.

13 iyun 2013
GO BACK