Evdə ediləcək maskalar üçün əlinizin altında mütləq şüşə kasa, pambıq və nəmləndirici krem ​​saxlamalısınız. Bu maskaları hazırlayan kimi də dərhal istifadə etməlisiniz. Çünki təzə olduqları üçün və təkiblərində kimyəvi olmadıqları üçün xarab olma riski var. Diqqət yetirməniz lazım olan məqam isə isə maskanı gözlərin ətrafına çəkməməkdir.
Çiyələk maskası
Çiyələk maskasının canlandırıcı və pilinq təsiri vardır. Bu səbəbdən quru dərilər üçün tövsiyə edilir. Ancaq üzünüzdə 10 dəqiqədən çox saxlamayın. Çiyələkləri əzərək nəmləndirici kreminizin içində qarışdırın. Daha sonra bütün üzünüzə sürtün. Ayda iki dəfə edə bilərsiniz.
Banan maskası
Banan maskası solğun, köhnəlmiş və həssas dərilər üçün uyğundur. Eyni zamanda bu maskanı quru dərilər də tətbiq edə bilər. Ləkəsi olmayan iri bir bananı əzin və nəmləndirici krem ilə qarışdırın. Daha sonra üzünüzə sürtün və 20 dəqiqə gözləyin.
Alma maskası
Alma maskası tarazlayıcı xüsusiyyətə malik olduğundan, ümumiyyətlə, qarışıq dərilər üçün istifadə edilir. Bir qəhvə qaşığı sarı almanın içini yaxşıca əzərək iki qəhvə qaşığı nəmləndirici kremlə qarışdırın və 20 dəqiqə üzünüzdə saxlayın. Həftədə iki dəfə tətbiq edin.
Portağal maskası
Meyvə turşusu baxımından zəngin olan portağaldan yağlı dərilər üçün istifadə edə bilərsiniz. Portağalı iki çay qaşığı nəmləndirici kremlə qarışdırın. Daha sonra üzünüzdə 10 dəqiqə qədər saxlayın. Həftədə iki dəfə tətbiq edin.
Limon maskası
Yağlılığa yaxın normal və problemli dərilərin istifadə edə biləcəyi bir maskadır. Həftədə iki dəfə tətbiq etməniz kifayətdir. Portağal maskası kimi hazırlayın və üzünüzdə 5 dəqiqə qədər saxlayın.
Üzüm maskası
Qarışıq dəri tipləri üçün ideal olan bu maskanı üzünüzdə 10 dəqiqə saxlayın, həftədə iki dəfə tətbiq edin. Portağal və limon maskasında olduğu kimi hazırlayın.
Avokado maskası
Xüsusilə yorğun və quru dərilər üçün təklif edilən bu maskanı günəş vannası qəbul edəndən sonra da tətbiq edə bilərsiniz. Bir çay qaşığı avokadonu əzin və nəmləndirici krem ilə qarışdırın. 15 dəqiqə saxlayın. Həftədə bir dəfə tətbiq edin.
Xiyar maskası
Dartıcı və sərinləşdirici xüsusiyyətləriylə yağlı ya da normal dərilər üçün istifadə edilə bilər. Xiyar maskası dərinizə parlaqlıq verir və məsamələri dartır. Xiyarın tumsuz hissəsindən bir çay qaşığı qədər əzin və nəmləndirici krem ilə qarışdırın. Daha sonra 10 dəqiqə saxlayın. Ayda iki dəfə tətbiq edin.
Zeytun yağı maskası
Vitaminsiz qalmış, solğun və qurumuş dəri üçün tövsiyə edilir. Quru dərilər üçün yaxşı təsiri var. İki çay qaşığı nəmləndirici krem ​​üzərinə əlavə edin və yarı sulu əldə edənə qədər qarışdırın, daha sonra üzünüzə sürtün. 10 dəqiqəyə qədər saxlayın. On gün ərzində bunu istifadə edin.
Günəbaxan yağı maskası
Həddindən artıq yorğun və günəş və ya soyuq altında qalmış, köhnəlmiş dərilər üçün uyğundur. Dərini qidalandırır və rahatlıq verir. Zeytun yağı maskası kimi hazırlayın və 15 dəqiqə üzünüzdə saxlayın. 10 gün ərzində hər gün tətbiq edin.
XƏBƏR LENTİ
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Kıvançın yeni imici hər kəsi təəccübləndirdi – FOTO
Həkimlərin bayram xəbərdarlığı
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
İdman tərzi ayaqqabılar
Azərbaycanda şok statistika: Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
Azərbaycanda yayın başlama vaxtı dəqiqləşdi
Klaç çanta modelləri
Qısamüddətli aclığın faydası
Moskva və Bakı V Beynəlxalq Humanitar Forumuna hazırlaşırlar
Təbrizin qədim ölçü vahidləri
Günün qoroskopu: borcları qaytarın
Azərbaycanda özbaşına tikinti işləri aparanlar həbs ediləcəklər
Yemək yeyərək sərvət qazanır - FOTO
25 milyonluq rəsm əsəri tapıldı-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
2013-cü ilin 9 dırnaq boyası
Ed Şeranın yeni klipi rekord izləmə topladı
Qanı ilə şərəf tariximizi yazan atanın son sözləri: “Məni vursalar, özünü itirmə!” - VİDEOREPORTAJ
Ceymsin sehirli kitabxanası
İŞİD-də hansı ölkədən neçə terrorçu var?
Avropada rouminq ucuzlaşacaq
White Dreamy World
Müəllim işləmək istəyənlər üçün test imtahanına başlanılır
Mənzil bazarı: 2015-də bizi nə gözləyir?
Körpə qızdırmalı olanda edilən ən böyük səhv
Gülməli itlər
Amansızlığın Anatomiyası
Cəbhədə erməni təxribatı
Qadınları necə xoşbəxt etmək olar?
Damla şokoladlı bisküvit (foto resept)
83-cü "Oskar" film festivalı
“Hercai”nin ulduzu haqda bunları İLK DƏFƏ OXUYACAQSINIZ - FOTO
Kəntsayağı zapekanka(foto resept)
İlham Əliyev Davos fəxri üzvlər klubunun nişanını aldı
Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Bu şirkət yüksək təsvir ölçülü televizorlar bazarına liderlik edir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Bakıda yaşayış binasına ilan daraşıb -FOTO
10 gündə gözəllik
Gün ərzində 8103-ə ikinci icazə üçün müraciət etmək mümkündür? - RƏSMİ AÇIQLAMA
"Qızıl Palma"nın qalibləri bəlli oldu-FOTO
"Aristokrat" salatı (video-resept)
Sevgilinizin sizi sevdiyini göstərən işarələr
Hansı bürc hansı peşədə daha uğurlu olur?
Opal haqqında
Manatın dünya valyutalarına nisbətdə məzənnəsi
17 illik sirrin üstü açıldı-FOTO
İnternetin qiyməti düşə bilər
- ŞƏRHLƏR