Hörmətli istifadəçilər!
Bir çox yeni istifadəçilərimizin xəbər hazırlanması haqqında sual və istəklərini nəzərə alaraq, Redaksiyaya xəbər göndərmə, xəbər hazırlanma qaydasını sizlərə təqdim edirik:
Xəbəri hazırlamağa başlamazdan öncə mövcud Qaydalar bölməsinin aidiyyatı hissəsinə ( Məqalələrin hazırlanma qaydaları) nəzər salmağınızı tövsiyyə edirik. Qaydaları oxumaqla siz, gələcəkdə yarana biləcək bir çox mübahisəli məqamlardan özünüzü sığortalamış olursunuz.
İlk növbədə istifadəçilərin xahişi ilə xəbər hazırlanması qaydalarını olduqca sadə bir formaya keçirdiyimizi diqqətinizə çatdırmaq istərdik.
- Rəsimdən də göründüyü kimi bu hissədə xəbərin başlığı qeyd edilməlidir. Yəni, xəbər hazırlanmasına ilk növbədə hazırlanacaq məqalə, xəbər üçün başlıq seçməklə başlayırsınız. Qaydalara diqqət yetirdiyiniz halda başlıqların hansı forma və məzmunda olmasına icazə verildiyini artıq bilmiş olacaqsınız. Deyilənlərə uyğun olaraq doğru başlıq seçməklə xəbər hazırlanmasında ilk uğurlu addımı atmış olursunuz.
- 2-ci addımda hazırlanacaq xəbər üçün rubrika, bölmə seçimini etməlisiniz. Rubrika başlıqlarını bölmə olaraq seçmək qəti qadağandır! Yalnış seçim etdiyiniz halda xəbəriniz yayımlana bilməz. Belə ki, rəsimdə gördüyünüz kimi rubrika olaraq Münasibətlər, həmin rubrikanın bölmələri qismində isə Eşq və məhəbbət, Xəyanət, Düşüncə dərsi, Cinsi münasibətlər və s. göstərilmişdir. Qeyd edildiyi kimi burada siz yalnız bölmələrdən birini seçməlisiniz. Məs.: Eşq və məhəbbət. Bu qayda bütün digər rubrika və bölmələrə də aiddir.
- Başlıq və bölmə seçimindən sonra xəbərin tərkib hissəsi hazırlanır. Rəsimdə gördüyünüz 3-cü hissədə xəbər haqqında qısa məlumat yerləşdirilir. Burada heç bir yazı məlumatı yerləşdirilmir. Yalnız xəbərə aid, keyfiyyət göstəricisi yüksək olan bir şəkil yerləşdirilir.(yalnız qısa məlumat üçün şəkil ölçüsü: 735x400px) İkinci, üçüncü və s. bütün digər rəsimlər bu hissədə yerləşdirilə bilməz! Ümumilikdə xəbərə aid bütün rəsimləri funksional menyudan istifadə etməklə, sarı qovluq işraəsinə(4.3) klik edərək məlumat bazasına yükləyə bilərsiniz. Daha sonra qeyd edildiyi kimi yalnız bir şəkil bu hissədə yerləşdirilir. Digər şəkillər isə 4-cü şəkildə gördüyünüz Ətraflı məlumat hissəsində yerləşdirilməlidir.
- Ətraflı məlumat üçün xəbərə aid bütün mətni və mövzuya aid bütün rəsimləri bu hissəyə əlavə etməyiniz lazımdır.
4.1. Funksional menyunun ilk sətirlərində gördüyünüz B İ U üzərinə klik etməklə, görünüşdən də göründüyü kimi mətn üçün qalın, maili və ya yazının aşağı hissəsindən xətt çəkilməsi imkanlarından istifadə edə bilərsiniz. Bu imkanlar yalnız mətn üçündür və rəsimlər üçün tətbiq edilməsi heç bir əhəmiyyət daşımır.
4.2. Bu imkanlardan sonra növbəti addım isə həm rəsimlərin həmçinin mətn hissəsinin mövqeyini müəyyənləşdirmək üçündür. Belə ki, siz mətn və rəsimlərin sol, mərkəz və ya sağ hissədə görünməsini təyin edə bilərsiniz. Eyni zamanda son, dördüncü seçimi etməklə mətn və rəsimlər üçün mövqenin sistem tərəfindən ümumi görünüşə uyğun təyin edilməsi seçə bilərsiniz.
4.3. Növbəti addımda gördüyünüz sarı qovluq rəsimlərin yüklənilməsi üçün nəzərdə tutulmuşdur. Qovluq işarəsi üzərinə klik etməklə xəbər üçün seçmiş olduğunuz bütün rəsimləri məlumat bazasına yükləyə bilərsiniz. Xəbərdə istifadə etməyəcəyiniz, yüklədikdən sonra belə istifadə etməkdən imtina etdiyiniz bütün rəsimləri silməyiniz tövsiyyə olunur.
4.4. Qırmızı fonda TUBE sözü ilə müşayət olunan funksionaldan istifadə etməklə siz xəbərdə görmək istədiyiniz videoları Youtube video servisinin köməkliyi ilə yerləşdirə bilərsiniz. Xəbərdə yerləşdirmək istədiyiniz videoları Youtube video servisinde seçdikden sonra, video ünvanını bu funksionaldan istifadə zamanı nümayiş olunan pəncərədə qeyd etmək kifayətdir. Videonu seçərkən diqqətli olmağınız tövsiyyə olunur. Üzərində başqa sayt adları olan, görüntü hissəsi reklamlarla bağlanmış, həmçinin şəxsi videoların yerləşdirilməsi qəti qadağandır!
4.5. Növbəti seçimdə Word mətn redaktorunun simvolik işarəsini görürsünüz. Bu funksionaldan istifadə etməklə Word mətn redaktorunda hazırlanmış xəbərinizi Ctrl+C və Ctrl+V əmrlərinin köməkliyi ilə Ətraflı məlumat hissəsinə əlavə edə bilərsiniz.
4.6. Hide yazısı nümayiş olunan funksionaldan istifadə etməklə xəbəri yalnız qeydiyyatlı istifadəçilərin görməsini təmin edə bilərsiniz. Bu seçimdən istifadə etdikdə saytı qonaq qismində, qeydiyyatsız izləyən ziyarətçilər hazırlanmış xəbəri oxumaq üçün qeydiyyatdan keçməli olacaqlar.
4.7. Növbəti funksionaldan istifadə etməklə xəbərə qorunmuş keçid linkləri əlavə edə bilərsiniz. Qorunmuş dedikdə, əlavə edilən keçid linkləri(yükləmə linkləri, başqa səhifəyə keçidlər və s.) sistemdə mövcud olan antivirus tərəfindən yoxlanılır və kənar müdaxilələrə qarşı müdafiəli olduğu anlamına gəlir.
Digər seçimlə isə əlavə etmiş olduğunuz keçid linklərini redaktə edə bilərsiniz. - Bu hisssədə istifadəçilərin mövcud statuslarına uyğun olaraq, xəbərin yayımlanması ilə bağlı bir neçə imkanlar təqdim edilir. Redaksiya tərəfindən təsdiq edilməmiş heç bir xəbərin efirə getmədiyini nəzərə alsaq, bu hissədə heç bir dəyişiklik etmək tələb olunmur.
Son olaraq Əlavə et düyməsinə klik etməmişdən əvvəl, Nümunə düyməsinə klik edərək hazırladığınız xəbərin ilkin, nümunə görünüşünə baxmaqla lazımı dəyişiklikləri edə bilərsiniz. - Xəbər göndərdiyiniz zaman şəkil yüklənilən qovluqda şəkil görürsünüzsə , bunu qəti surətdə silməyin. Əks halda göndərdiyiniz digər dərcə getmiş və ya bazada olan əvvəlki xəbərlərin şəkilləri silinəcək və bu da problem yaradacaqdır. Əgər belə halla rastlaşsanız ilk öncə brauzeri təmizləyin. (Brauzerlərin necə təmizlənməsi haqqında aşağıdakı sayt linkində nümunəyə baxa bilərsiz. http://strana-sovetov.com/computers/programms/3886-clear-browser-cash.html) Əgər yenə də şəkillər olsa, o zaman redaktorlara müraciət edin. Heç bir halda şəkil yüklədiyiniz qovluqdan şəkilləri silməyin. Bu sizin xəbər üçün problem yaradacaqdır.
XƏBƏR LENTİ
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
İŞİD kimyəvi silaha əl atdı
Sabahın HAVAsı
Günün ulduz falı
Angelina Jolienin 10 "Qırmızı Xalça" tərzi
Əl işlərim XONÇA VƏ SƏBƏTLƏR
Ərdoğandan istefa açıqlaması
Təhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"
Beren Saat onunla tərəf müqabili oldu-FOTO
Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO
Zülmə dayan deyək!
Kişilər haqqında 10 həqiqət
Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA
Uzun gecənin 35 illik həsrəti
Bu yumurtaya 30 Ferrari almaq olar - FOTO
Jirinovskinin yeni sevdası
Qozlu-qaysılı alma deserti (foto resept)
Məşhur cütlüyün toyu 3 fərqli ölkədə olacaq-FOTO
Sevgiliniz sizi aldadır? Onda oxuyun
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Məşhurların üzü qızıl simmetriyaya uyğun olsaydı ...
Plastik şüşədən bilərzik düzəldilməsi
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Daxilimizdəki uşaqlıq
Şahdağ Milli Parkında yanğın başlayıb
Xan Lənkəran
Bakıda ən gəlirli yay biznesi qurmaq şansı
Balıq qadın ürəyinə xeyirlidir
Facebook saxta xəbərlərlə mübarizə aparacaq
Praqa tortu (foto resept)
Seren Serengil 2,5 milyona yaxta aldı
Ramazan ayının 24-cü gününün duası
Rihanna ana olmağa hazırlaşır-FOTO
Müdafiə Nazirliyindən düşmənin növbəti təxribatı ilə bağlı AÇIQLAMA
Dəbli yarımboğaz çəkmə modelləri
Pişik robot hər kəsin diqqətini çəkdi-FOTO
Güclü zəlzələ Sakit okeanın sükutunu pozdu
Qış ayaqqabısını necə seçməli?
Qat-qat xəmirli pirojna (foto resept)
Təhsil naziri: “Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq” - VİDEO
9 898 085 olduq - 23 faiz əhali isə Bakıda yaşayır
Yenicə ana olmuş xanımlara məsləhətlər
Sükut günü başladı
Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR
HAVA necə olacaq?
Etməyə tənbəllik etdiyimiz 15 şey
Bu futbolçular Braziliyada oruc tutacaqlar
18 milyona aldı, 550 milyona satır
"Normand dördlüyü"nün görüşü bitdi
- ŞƏRHLƏR