Xəyalə Murad
Əziz 16 yaşlı Xəyalə!
Bilirəm, artıq 25 yaşlı Xəyalə üçün məktubunu yazmısan və illər boyunca o məktubu gizlədə biləcəyin yer haqqında düşünürsən. Tapacaqsan da. O məktubunda bizim gələcək həyatımız üçün qurduğun böyük arzulardan və ümidlərdən yazmışdın. Amma zamanından 5 il öncə (20 yaşın tamam olan gün) təsadüfən həmin məktubunu xatırlayıb, orada qeyd etdiyin arzulardan hansılara nail olduğunu, hansıların artıq bir əhəmiyyət kəsb etmədyini bilmək istəyəcəksən. İndi qismətə bax ki, mən sənə - 16 yaşlı mənə məktub yazıram. Sənə indi nəsihət verə biləcək yaşda olduğum üçün deyirəm. İlk növbədə təhsillə bağlı olan o arzunu çox ideallaşdırma. Ananın səni görmək istədiyi peşəyə sahiblən. Sənə xəyallarda yaşayan biri kimi baxan sinif yoldaşlarından incimə. Bu sənin ayrılmaz hissəndir. Hər kəsdən şübhə etmə. Kimsə ideal deyil. Seçimlərindən əmin ol. Məqsədlərinə doğru addımlamağa davam et. Yolun sonunda qarşına çıxacaq maneələrdən çəkinmə, mübarizə apar. Bil ki, “öz dünyana” inanaraq qalib gələcəksən hər zaman.
Səni sənin qədər çox sevən Xəyalə Murad!
Ramile Husna
Ey 16 yaşındakı mən!
Sənə deyəcək sözüm çoxdur, kaş ki sənə məktub yazmaq yox, elə üzbəüz oturub danışmaq qismət olardı, amma heyf ki Narın xalanın imkanları ancaq buna çatır. Buna da min şükür. Məni yaxşı-yaxşı dinlə, bəzi hərəkətləri tam doğru etmisən bu həyatda, bəzilərini səhv. Məsələn, tez ailə quracaqsan, səni canından çox sevən, səni ovucunda da yox, gözünün üstündə saxlayan, Allahını çox sevən həyat yoldaşın olacaq, 2 şirin balan olacaq, heç kimi dinləmə, get o oğlana, uduzmazsan. Amma onu bil ki, illər keçdikdən sonra səni çox çətin sınaq gözləyir, bax o sınaqdan keç, yoxsa mənim kimi hər gün əzab çəkəcəksən. Kaş geriyə dönə biləydim, sənin əlindən tutaraq bu yaşa çatdıra biləydim səni, heç kimə izn verməzdim səni incitsin, səni ağlatsın, amma göründüyü kimi bu, mümkün deyil, dediyim kimi Narın xalanın əlindən ancaq bunlar gəlir, buna da şükür.
Ayten
16 yaşındakı Aytənə!
Hal-hazırda 22 yaşımda olsam da 16 yaşlı Aytənə bunları demək istəyirəm - dərsdərini əla oxu, necə ki 6-7-ci sinifdə oxuyurdun, bax elə. Heç kimə qulaq asma, hər kəsin acığına ali məktəbə qəbul ol. Hə, birdə hər şeyə ağlama, sənə kimsə nəsə desə, ürəyinə salma. Həyatda hər kəsə inanıb, ümidlərin yıxılanda həyatdan bezməyəsən gərək. Hər kəsə inad, səni yıxmaq istəyənlərə qarşı güclü dayan. Məqsədinə əmin addımlarla get. Az da olsa qardaşına oxşa. Hə, bir də anan qardaşını əzizləyib səni unudanda qardaşını qısqanma. Çünki o qardaş sənin canındır, aldığın nəfəsindir. 22 yaşlı Aytəndən 16 yaşda olan Aytənə hörmətlə...
Şəri Babayeva
Artıq 23 yaşım var, 16 yaşım çoxdan keçib gedib, 24 yaşım olmasına da çox az qalıb. İstərdim yenə 16 yaşında olum, 16 yaşında qalmaq istərdim, heç böyümək istəməzdim, amma neynəmək olar, böyüyürəm, arzularım var, hələ də gerçək olmayan arzularım... 16 yaşımdakı mənə o arzuları yerinə gətirməyə çalışsın demək istərdim. Gözlərim doldu lap.
gunel
Salam, əzizim Günel...
Mən 16 yaşında olsaydım, fikirlərimi dəyişərdim, həyatımın istiqamətini bir az fərqli yerlərə aparardım... Düzdür, 27 yaşla 16 yaş arasında fərq var, amma 16 yaşımda həyata baxışımı, insanlarla davranışımı, çox inamımı bir az da bir qırağa qoyardım. Tez inanan və tez bağlanan biriyəm... Hər kəsi özüm kimi bilirəm... Bax, bu hərəkətləri özümdən qoparıb atardım və cəsarətimi daha da ön plana çıxarardım. 16 yaşımda elə bir həyat yaşayardım ki, elə addımlar atardım ki, 26 yaşımdakı addımlarımdan daha da möhkəm və cəsarətli olsun. Səhvsiz insan olmur, amma səhvlərimin az olmağı üçün mücadilə aparardım. Bir də ki özümə güvənməyi daha çox istərdim. Sən mən, mən də sən olduğum üçün sənə deyirəm: çalış həyatında az səhvlər burax... Uğurlar, səni yəni özümü çox sevirəm..
meryem eliyeva
Salam, Məryəm, sənə artıq 24 yaşımda, yəni 8 il sonradan yazıram bu məktubu. 8 il bundan əvvəl həvəslə hazırlığa gedir, ali məktəbə hazırlaşırdın və istədiyin fakultəyə də daxil oldun. Bir il yarım oxudun, sonra valideynlərinin istəyi ilə nişanlandın, indiki zamanda, yəni bu ağlımla olsaydım, o 16 yaşlı Məryəmə buna razı olmamağı deyərdim. Ən əsas da məktəbini oxuyub qurtarana qədər... Yenə də artıq keçib, bu gün də xoşbəxtəm, həyat yoldaşımı da çox sevirəm, amma məncə, 16 yaşda ərə getməyə yox, oxumağa və həyatını qaydasına salmağa çalışmaq lazımdır.
Melek Babazade
Çox düşündürücü mövzudur! Uzun sürən fikirləşdikdən sonra qərara gəldim ki, 16 yaşlı gənc "mənə" nə yazım. Və başladım yazmağa.
Salam, mən. Necəsən? Bu gün sənə 9 yaş böyük "mən" olaraq məsləhətlər verəcəm. Bilirəm gəncsən, ətrafında fikirlərini dağıdacaq bir çox şey yaşanır. Amma sən heç nəyə fikir vermədən bu həyatda dik, ayaqda durmaq üçün, heç kimə möhtac olmamaq üçün, özün özünü ağası olmaq üçün, zirvələrdə olmaq üçün oxu... Bilirəm oxuyursan... Amma daha da çox oxu, gələcəkdə "kaş ki..." deməmək üçün hər şeyi bir daha düşün, addım at. Çünki geriyə yol olmur heç vaxt.
aysu aliyeva
♥YAQUT♥
Salam 16 yaşındakı mən!
Sənə demək istərdim ki, bu qədər roman oxumağa vaxtını sərf etməkdənsə dərslərini oxu. Oxu ki, gələcəkdə sənin də ali təhsilin olsun, işləyə biləsən, arzuların ürəyində qalmasın, ağ xalatlı həkimləri görəndə onlara həsrətlə baxmayasan və deməyəsən ki, kaş mən də həkim olaydım.
PrOsTa NiKa
Əziz mən!
Bu məktubu sənə 2013-cü ildən yazıram və yazmağımın səbəbi odur ki, arada qalan 2 ildə nələr etməyinə görə bəzi məsləhətlər verəcəm. Sən ağıllı qızsan, hamısına əməl elə. Heç kəsə inanma, ürəyini heç kəsə açma, hamını özün kimi saf bilmə, yadında saxla ki, yaxınların, dostların, tanışların səni nə qədər çox sevirəm desələr də onun ikiqatı qədər də pisliyini istəyirlər. Ona görə də həmişə 1-ci ağlınla hərəkət et. Qəti pəhriz saxlama, müəyyən yaş dövründən sonra sevdiyin müğənni Rihanna kimi incə bir qız olacaqsan. Bütün oğlanlar arxanca düşəcək, "Səni sevirəm" deyəcək və əlbəttə ki, sən həmişə etdiyin kimi heç birinə fikir verməyib yolunu düz yeriyirsən. Cavab belə vermirsən. Fikrin yalnız dərslərində olsun. Bilirəm, bunların hamısına əməl edəcəksən. Çünki səni mənim qədər heç kəs yaxşı tanıya bilməz. Mənim canım Nikam, öpürəm yanaqlarından
XƏBƏR LENTİ
Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı
Türkiyənin yeni baş nazirinin seçiləcəyi tarix bəlli oldu
2014-cü ilin şərf və şal modelləri
Xalq Şairi Zəlimxan Yaqub son mənzilə yola salındı
Bakı, Aşqabad, Ankaradan mühüm görüş
Valideynlərə təcili kömək -4
Saç kəpəyinin yaranma səbəbi (2)
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Kəs və yapışdır-9
Toğrul Nərimanbəyovun əsəri hərracda 68 500 funta satıldı
Toyuq langeti (foto-resept)
Yupiter böyüklüyündə qeyri-adi planet kəşf edildi
Qoyun onlar yatsınlar
Dünyanın ilk süni insanı yaradıldı
Kağız halva-11
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Dünyanın ən kiçikləri
Körpələrdə sarılığın müalicəsində yeni metod
Unun qiymətləri qalxdı?
Sanders Klintona qalib gəldi
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Dərinizə təbii gözəllik bəxş edin
Məşhur aktyor vəfat etdi
2018-2019 Qış şalvar trendləri
Ermənistanı beş yerə bölürlər
Bu günün tarixi (22.08.2014)
Makiyaj süngərlərini təmizləmək üçün...
Mehriban Əliyeva işsiz qalanlarla bağlı vacib göstəriş verdi
Tələbələrə ödənişlərdə güzəşt olunacaq? - Nazirdən AÇIQLAMA
Keçmiş baş nazir qeyri-adı işə düzəldi
Məntiqi suallar
İraq türkmənlərinin soyqırımları
Qurban Qurbanov millimiz haqda danışdı
Bəlkə, gedək sürüşək?
Dərini gəncləşdirən maska
Valideyn olmaq asan deyil
Elvis Preslinin "Codillac"ı ucuz qiyətə satıldı-FOTO
Tarkan hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Qış vaxtı" nəyimizə lazımdır?
Lukaşenkoya nə olub?
Bu gecə, sonuncu dəfə...
Perunun yeni prezidenti məlum olub
Cəlbedici gözlər
Bu yazıdan sonra qatığın suyunu atmayacaqsınız
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Yeməkdən sonra ağızda acı dadın səbəbi
Hər kəs bu Evlilik Təklifindən danışır
Toyuq ətli salat (foto resept)
Rənglər haqqında maraqlı faktlar
- ŞƏRHLƏR