Rusiyada Moskvaətrafı rayonlardan birində yaşayan Maksim Xromovun başına qeyri-adi hadisə gəlib. Bu hadisənin təfərrüatlarını onun yaxın dostu Serqey Solmov danışıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, o, bu qəribə və eyni zamanda təəccüblü hekayənin şahidi və bir başa iştirakçısı olub.
“Hər şey, Maks evlənmək qərarına gələndən sonra başladı. Onun bu qərarı hər kəs üçün gözlənilməz və qəribə idi. Çünki o, qızlarla ciddi münasibət qurmazdı.
Bir gün o, bizə evlənmək qərarına gəldiyini və tezliklə toyu olacağını dedi. O, bizə dedi ki, xəyallarındakı yarını tapıb.
O, sanki bir anda dəyişmiş, qərarlı, ciddi olmuşdu.
Toya az vaxt qalmışdı. Amma gəlin haqqında heç nə danışmırdı.
Biz hədiyyələr alıb, toy üçün restoranı tutub, tamada, maşın, bir sözlə hər şeyi hazır etmişdik.
Toya 2 gün qalmış Maks bizi nişanlısı ilə tanış etmək qərarına gəldi. Onlar həmən gün şəhər parkında görüşməli idilər.
Gəlinlə uğursuz tanışlıq
Biz də Maksla birlikdə görüş yerinə getdik. 1 saatdan çox gözlədik. Amma qız gəlmədi. Heç telefona da cavab vermirdi. Maks qızı axtarmağa getdi.
Axşam Maks bizə zəng edib qızın itdiyini dedi. Qız telefona cavab vermir, evində də heç kim yoxmuş.
Maksın səsi qorxudan elə titrəyirdi ki...
Ona, dedim ki, gəl. Yoldaşlarımızı da çağırdım. Hamımız yığılandan sonra Maksa dedim ki, qız barəsində, harda tanış olduqları haqqında hər şeyi danışsın. Axı, onlar bir yerdə nikah üçün sənəd veriblər.
Aydın oldu ki, Maks Qara gölün sahilində qızla tanış olub.
...O, evə gəlməyə hazırlaşarkən nurlu, qara parıldayan gözləri olan bu qızı görüb. Və o an anlayıb ki, qismətidir. Onun haqqında hər şey sirli, həyəcanlı idi.
Onlar təxminən 3 həftə görüşüblər. Sonra Maks evlənmək qərarına gəlib və qıza təklif edib. O da evlilik təklifini qəbul edib. Hər şey bu son günə qədər yaxşı idi...
Biz əvvəlcə bütün xəstəxanaları axtardıq. Sonra qız yaşayan evə getdik. Qonşular dedi ki, burada elə bir adam yaşamır və yaşamayıb da...
Amma Maks qızı o evə qədər ötürmüşdü...
O, qızın rəfiqələrini tanımırdı. Qız valideynlərinin də uzaqda yaşadığını, ancaq toya gələcəklərini demişdi.
Toy günü də hər şey hazır olsa da, gəlin yox idi... Ona görə hər şeyi ləğv etdirməli olduq.
Gecə Maksın telefonuna zəng gəldi: “Səni əvvəlki yerdə gözləyirəm...”
Biz oyanıb, hazırlaşana qədər Maks evdən çıxdı.
Onu harda axtaracağımızı düşünərkən, ağlımıza ilk görüş yerləri - Qara gölün sahili gəldi.
Boğulan gəlin
... Biz ora çatanda sahil kənarında bir cütlük gördük. Ağ gəlinlik geyinmiş bir qız oğlanı özünə tərəf dartırdı. Oğlan isə, inamsızdı, tərəddüd edirdi. Qız birdən oğlanı qucaqladı və özlərini soyuq, qaranlıq sulara qərq etdi.
Biz tez paltarlarımızı çıxardıb, onların arxasınca suya girdik.
Yazın ilk vaxtı olduğu üçün su o qədər soyuq idi ki, əllərimiz, ayaqlarımız donurdu.
Amma şanslı idik ki, Maksı sudan çıxara bildik. O, yarımcan olmuşdu.
Yoldaşlarımızdan biri “Təcili yardım”a zəng etdi. Amma biz hələ də qızı axtarırdıq. Və təəssüf ki, axtarışlarımızın heç bir nəticəsi olmadı.
“Təcili yardım”ın sürücüsü dedi ki, belə hadisə ilə bağlı tez-tez çağırış olur və həkimlər ağlını itiribmiş kimi soyuq suya girən axmaqları xilas etməyə məcbur olurlar.
***
Bir müddət sonra biz yenidən göl kənarına getdik. Orada oturan hər şeydən xəbərdar olan nənələrlə söhbət etdik.
Bəlli oldu ki, burada həqiqətən də tez-tez gənc oğlanlar batır. Bəzilərini xilas etmək mümkün olur, bəzilərisə boğulub ölür.
Güman edilir ki, belə hadisələr bir qızın ölümündən sonra baş verib. Hadisə belə olub: bir qızı toyuna az qalmış nişanlısı atır. Və o, bu göldə intihar edir.
Bu hadisə uzun zaman öncə baş verib. O hadisədən sonra boğulan qız suyun dərinliklərindən çıxaraq, intiqamını almaq istəyilə, onunla qarşılaşan bütün oğlanları boğur...
...Maks uzun zaman sonra sağaldı. Bizim hekayəmizə qəribə reaksiya verdi. Biz hələ də bilmirik ki, o bizə inandı, ya yox...
Hadisədən uzun illər keçib, amma o, hələ də subaydır. Özünü ciddi-cəhdlə qadınlardan qoruyur. Bəlkə də, hər şey zamanla düzələcək...”
XƏBƏR LENTİ
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Hündür daban ayaqqabılar
Yubiley sikkələri buraxılacaq
Uşaq dənizdə çimərkən su udarsa... - ÖLÜMCÜL FƏSADLAR
Rusiyadan Ermənistana "qardaş"lıq
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
2020-ci ilin bürclər üzrə PROQNOZU
Bakının bu ərazisində qaz olmayacaq
Şəhidlərin məzarları fərqli olacaq
Leyla Əliyeva - deputatlığa namizəd
ABŞ Azərbaycan millisinə 2 verdi
Saçlar üçün
"Məzarıma bir cüt ayaqqabı qoyun"
Tək qaş dəbi
Yeni Trend: "Monokrom"
Prezidentə maşınına görə 1 mln təklif etdilər
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Akın sevgilisinə EVLƏNMƏ Təklifi etdi-FOTO
Rusiya Suriyaya lazımi texnika verəcək
Ancelina Coliyə iki mükafat verildi
Ən paxıl və qısqanc bürclər hansılardır?
Uşaqlara bezi tərgitmənin 8 qızıl qaydası
Cennifer Enistonu ölümlə hədələdi-FOTO
22879 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına pul verildi
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək
Kağız halva (5)
Rusiya vətəndaşlığı almaq istəyənlərə bəd xəbər
Koronavirus xəstəsinə cinayət işi açıldı-SƏBƏB
Yulaflı qara tut kokteyli (foto-resept)
Azərbaycanda 660 valideyn məsuliyyətə cəlb edilib
Pişiyi araq içizdirməklə sağaltdılar
Bu sosial şəbəkədə ŞƏXSİ İSMARICLAR OXUNUR
Bu ölkədə işçi qırtlığı var-SƏBƏB
"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
“Ayfon” pasportu əvəz edə bilər
Aldadan bir daha aldadar mı?
Günün ulduz falı
İynə ilə rəsm çəkən tibb bacısı
Üz dərinizi məhv edən təhlükəli düşmənlər
Azərbaycanda Kürdən tilovla tutulan balıq hamını mat qoyub - FOTO
Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB
Sabah qaz olmayacaq
Ermənilərin başı yeni dərdə girib
Əcnəbi şəxslərlə nigah bağlamanın qayda və şərtləri
"Yaşlı" görünən gənc Sara-FOTO
İşçilər hansı halda intizam məsuliyyətinə cəlb edilə bilərlər?
Zirəddin Rzayevdən dəhşətli proqnoz
Aprelin 27-dən bu iş və xidmət sahələrində fəaliyyət bərpa olunur - SİYAHI
"Hər bəlamda günahkar sənsən!"
- ŞƏRHLƏR