Bakıda hava 11°
USD 1.7002 AZN
EUR 2.0005 AZN
16 yanvar 19:15Emma Svon Axşamınız xeyir... 16 yanvar 15:19PERI xos gorduk kimler var 16 yanvar 08:34Xəyalə Murad Gününüz aydın olsun, Əziz Qadin.Netlilər! 16 yanvar 08:26Emma Svon Her kese salam! 15 yanvar 09:50Xəyalə Murad Sabahınız xeyirli, yeni iş və dərs həftəniz uğurlu olsun! 14 yanvar 22:55Aysel İ. Axşamınız xeyir. Necəsiniz Qadın.netin gözəlləri? 14 yanvar 21:32Sima gecaniz xeyir men geldim 14 yanvar 18:41ToRmEnTo Redaktorlardan basqa hec kim yoxdu? 14 yanvar 18:40ToRmEnTo ne yaman sakitcilikdi saytda 14 yanvar 18:03Xəyalə Murad Hər vaxtın xeyir ))
37970

E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-1

E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-1

Avtoxton əhali

Azərbaycan ərazisində və həmhüdud bölgələrdə yaşamış tayfaların dilləri

E.ə. XIV və XIII əsrlərin qovuşuğunda başlanmış dəmir dövrünün əvvəllərində əski ictimai, mədəni və müəyyən qədər etno-mədəni və dini ənənələr keçmişdə qalmağa başladı. Lakin həmin ənənələrin bəzilərinin izlərini daha sonrakı zamanlarda izləmək mümkündür. Tayfaların talelərini dəfələrlə dəyişdirmiş gur hadisələrə, müxtəlif səciyyəli dəyişikliklərə və sarsıntılara baxmayaraq nəzərdən keçirilən dövrdə burada etno-mədəni və dil baxımından keçmiş tarixi mərhələlərin nəsilləri-Kavkasion və Aralıq dənizi antropoloji tiplərinə aid olanların, Şimal-Şərqi Qafqaz ailəsinin dillərində (şimalda) və hurri, lullubi və digər dillərin dialektlərində (cənubda) danışanların nümayəndələri ilə bağlı olan avtoxton əhali yaşayırdı.

Arxeoloji və antropoloji materiallar, habelə yazılı mənbələr əsasında demək olar ki, bölgənin avtoxton əhalisi müəyyən müddət ərzində nisbətən sabit qalmışdır. Lakin prinsipial baxımdan əhalinin bu cür müəyyənləşdirilməsi, "avtoxton əhali" anlayışı şərtidir. Çünki tayfalar ayrılır, özlərinin ilkin yaşayış yerlərini tərk edərək uzaqlara gedir, uzaq bölgələrin sakinləri ilə qaynayıb-qarışır, yeni məskənlərdə  "aborigenlərə" çevrilirdilər. Bu dövrdə Cənubi Azərbaycan vilayətlərinin maddi mədəniyyətində nəinki Kiçik Asiya təsiri, habelə Kiçik Asiyadan, bəlkə də başqa bölgələrdən müəyyən əhali qruplarının bu əraziyə bilavasitə daxil olması müşahidə edilir. Məsələn, Əlişar keramikası bunu təsdiqləyir. Lakin bu ərazidə yerli tayfalar başlıca, üstün etnik massiv olaraq qalmaqda idilər. Bölgənin əsrlər boyunca bura gəlmiş etnik qruplarla qaynayıb-qarışmış avtoxton əhalisi Dəmir dövrünün başlanğıc mərhələsində əsasən e.ə. III minillikdə, bəlkə də daha erkən zamanlarda burada yaşamış etnik elementlərdən ibarət idi. Bu halda iri tayfa birlikləri arasında yalnız kutiləri istisna etmək lazımdır. Kutilər artıq e.ə. II minilliyə doğru əski qüdrətlərini itirmişdilər. E.ə. I minillikdə isə onların tarix

səhnəsini qəti surətdə tərk etdikləri güman olunur. E.ə. II minillikdə də hurrilər Urmiyaətrafı ərazidə yaşayırdılar. Sulduz vadisində aşkar olunmuş "Xabur keramikası" və e.ə. II minilliyin sonuna-I minilliyin başlanğıcına aid olan Həsənli materialları, habelə e.ə. XVII-XVI əsrlərdə Cənubi Azərbaycan ərazisində mövcud olmuş hurri-ari kontaktı faktı bunu təsdiq edir. Nəhayət, hurrilərin Xəzər dənizindən cənub-qərbdə yerləşmiş vilayətlərdəki təsirinin gücünü həm arxeoloji materiallar, həm də onomastik dəlillər təsdiqləyir. Bölgənin cənub hissəsində lullubilər yaşamaqda idilər. Maraqlıdır ki, bizim hətta e.ə. I minilliyin başlanğıcına aid olan mənbələrimiz Lullume, Zamua və Manna anlayışları arasındakı varisliyi izləməyə imkan verir. Aşşur hökmdarı II Sarqonun Aşşur allahına məlum "məktubu"-da deyilir: "Zamua adlanan Lullume ölkəsi". 

E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Azərbaycan-1

Məlumdur ki, Zamua ölkəsi Manna çarlığının meydana gəldiyi vilayət idi. Güman etmək olar ki, lullubi elementi Urmiyaətrafı vilayətlərdə hələ uzun müddət ərzində qalsa da və Mannanın etnik tarixində mühüm rol oynasa da, Manna çarlığı dövründə hurri qrupları bu zonada üstün etnik element olmuşdur. Antik dövrdə də hurrilərin burada yaşamaqda davam etdiklərini güman etmək olar. Erkən dəmir dövründə bölgənin cənub hissələrində başqa tayfalar və tayfa qrupları damehranlılar, nikimxilər, turukkilər, uruatrilər və başqaları yaşayırdılar. Biz onların etnik-dil mənsubiyyəti haqqında heç nə bilmirik. Məhz avtoxton etnik elementlər bölgənin tarixi mədəniyyətinin yaradıcıları idilər. Həmin mədəniyyət modifikasiyalarla İrandilli tayfaların gəlişinədək mühafizə edilmişdir. İrandilli tayfalar xeyli dərəcədə bu mədəniyyəti mənimsəyərək, müəyyən mənada qədim mədəni ənənələrin davamçıları oldular.

İrandilli tayfaların Azərbaycan ərazisinə soxulması. Bölgənin etnik görkəminin dəyişməsinin başlanğıcı. E.ə. II minilliyin sonu-I minilliyin ilk yüzilliklərində Cənubi Qafqazın cənub-şərq vilayətlərində və İran yaylasının şimal-qərb hissəsində (Cənubi Azərbaycanda da) etnik-dil şəraiti təxminən bu cür idi. Güman etmək olar ki, kutilər başqa tayfalarla qaynayıb-qarışaraq tarix səhnəsini artıq tərk etmişdilər. Mənbələrdə bizə məlum olmayan mehran dilinin adı çəkilir. Mənbələrdə "Sipirmena ölkəsi"-nin də adı çəkilir. Qədim mətnlərdən birində məlumat verilir ki, bu ölkədə yaşayanlar "qadınlar kimi mırtıldayırlar" (yəni güman etmək olar ki, anlaşılmayan, fonetik baxımdan yad dildə danışırdılar). Urmiyaətrafı hövzənin qeyri-irandilli, daha çox hurri-lullubi zonası fövqəladə dərəcədə mühüm rol oynayırdı.Burada bir neçə iri və xeyli sayda xırda birliklər vardı. Bu zona tezliklə təqribən bütün istiqamətlərdən yeni gəlmələrlə əhatə edildi. Gəlmə əhali kütlələri ayrı-ayrı hallarda tədricən yerli etnik mühitə daxil olurdular. Hələ Manna çarlığı dövründə də belə olmuşdur. Bölgənin şimal hissələrinə gəldikdə isə, orada da avtoxton əhalinin-Şimal-Şərqi Qafqaz dil ailəsinin dillərində danışan tayfaların və tayfa qruplarının yaşadığı şübhəsizdir. Yuxarıda qeyd edildiyi kimi, həmin dil ailəsinə Nax-Dağıstan dilləri qrupu, Qafqaz Albaniyasının dili, habelə hurri, Urartu dilləri, Kiçik Asiyanın, Kipr, Lemnos adalarının bir neçə dili, etrusk və güman ki, kuti dilləri daxildir.

Demək lazımdır ki, Azərbaycanın cənub bölgələrində və onunla həmhüdud olan ərazilərdə lap e.ə. I minilliyin başlanğıcınadək, bəzən isə bir qədər sonra da yerli etnoslar hakim etno-mədəni, iqtisadi və hətta siyasi qüvvə idilər. Azərbaycan vilayətlərinin tarixi sivilizasiyası ən qədim zamanlardan etibarən bu diyarda yaşamış tayfalar tərəfindən yaradılmışdır. E.ə. I minilliyin başlanğıcında Azərbaycanın

aborigenləri ilk sinfi cəmiyyətlərin və dövlətlərin yaradıcıları oldular. Lakin artıq e.ə. I minilliyin ilk yüzilliklərində təxminən e.ə. II və I minilliklərin qovuşuğunda nəhəng kütlə halında bizi maraqlandıran bölgənin torpaqlarına axışıb gəlmiş yeni tayfa qrupları ölkənin həyatında mühüm rol oynamağa başladılar. Cənubi Azərbaycanın etnik-dil mənzərəsi, məhz, bu zamandan etibarən tədricən dəyişməyə başladı. 

E.ə. II minilliyin lap sonunda, xüsusilə I minilliyin başlanğıcında Araz çayından cənubda olan vilayətlərdə mədəniyyətin yeni elementlərinin meydana gəldiyini arxeoloji dəlillər tamamilə təsdiqləyir. "II dəmir əsri" dövründə (e.ə. 1000-800-cü illər) özləri ilə at dəfni təcrübəsini, ata sitayişi və bir çox başqa cəhətləri gətirmiş, atçılıqla məşğul olmuş süvari gəlmə qrupların bu ərazilərdə mövcudluğunu Xürvin, Əmlaş, Marlik, Kəluraz, Dingətəpə, Həsənli, Luristan, Sialk və başqa yerlərin kompleksləri təsdiq edir. Süvariliyin, yeni ideoloji təsəvvürlərin, dəfn adətləri və abidələrinin, heyvanlara sitayişin, incəsənətdə heyvan obrazlarının təsvirlənməsinin və diyarın yerli mədəniyyətlərində kökləri olmayan başqa cəhətlərin yayılması şübhəsiz olaraq yeni məskənə öz məişətini və mədəniyyətini gətirmiş gəlmələrin qarşımızda olduqlarından xəbər verir.

Aşşur mənbələrindən və bəzi başqa materiallardan məlum olan onomastik dəlillər bölgə üçün yeni olan bütün bu elementlərin İrandilli tayfaların buraya gəlişi ilə bağlı olduğunu təsdiq edir. Artıq e.ə. I minilliyin başlanğıc əsrlərində İranın şimal-qərb vilayətlərində xeyli İrandilli əhali qruplarının məskunlaşdığını onomastik materiallar tam aşkarlıqla təsdiqləyir. Mixi yazılarda aydın İran etimologiyasına malik olan onlarla antroponimə və toponimə təsadüf edilir. Bizi maraqlandıran ərazidə açıq şəkildə ifadə olunmuş bir çox İrandilli ictimai, dini, mədəni-tarixi anlayışlar və s. məlumdur. Bu tayfaların bir qismi artıq e.ə. II minilliyin lap sonunda-I minilliyin başlanğıcında İran yaylasını və onunla həmhüdud olan bölgələri məskunlaşdırmağa və orada öz tarixi mədəniyyətlərini yaratmağa başladı.  Cənubi Azərbaycan vilayətlərində və onunla həmhüdud olan ərazilərdə bu dövrdə həmin tayfaların xüsusi çəkisi kifayət qədər idi. İrandilli tayfalar artıq özlərinin burada mövcudluğunun ilk onilliklərindən etibarən həyat və fəaliyyətlərinin cərəyan etdiyi bölgələrin siyasi, ictimai-iqtisadi və mədəni həyatında xeyli rol oynamağa başladılar. Bir qədər sonra onların təsir gücü qədim Azərbaycan (Mada-

Atropatena) xalqının etnogenezində də öz əksini tapdı. İran yaylasının ərazisinə daxil olmuş bu tayfalar Cənubi Rusiya vilayətlərindən

çıxmışdılar. İrandilli etnik ümumilik məhz orada təşəkkül tapmış və bu birliyin erkən tarixi həmin ərazilərdə baş vermişdir. Bu tayfaların xeyli qismi özünün ilkin vətənində qalmaqda idi və yalnız sonralar qohumlarının ardınca hərəkət etdi. Bunlar kimmerlər, skif, sak tayfaları və başqaları idilər. İran dil ailəsi bir çox ölü və canlı dilləri birləşdirir. Mada, qədim fars, bir çox skif, sarmat, sak tayfa dilləri, avesta dili, orta fars, Parfiya, Soqd, Xarəzm, alan dilləri və başqaları ölü İran dilləri sırasına, fars, tacik, kürd, talış, tat, paşto (əfqan), osetin dilləri və s. canlı İran dilləri sırasına aiddir. Dillərin bu ailəsi hind dilləri ilə yaxın və qohumdur.

İrandilli tayfaların Cənubi Qafqazın cənub-şərq ərazilərinə-İran yaylasına hansı yollarla daxil olduqlarına dair məsələdə vahid fikir yoxdur. Etnik qrupların hərəkəti haqqında məsələlərin həll olunmasına arxeoloji dəlillər heç də həmişə yardım etmir. Yalnız maddi mədəniyyətin həyat tərzi və yaxud ideologiya ilə bağlı olan ayrı-ayrı, daha sabit elementləri müəyyən yardım göstərir. Məlumdur ki, atçılıq, ata sitayiş, habelə incəsənətdə təmsil olunmuş sözsüz İran xarakterli motivlər bu cür elementlər sırasına aid edilir.

İqrar Əliyev

Ardını növbəti xəbərimizdə izləyə bilərsiniz.

Səslərin sayı: 3
10
2309
loading...
Şərhlər
Offline
S U S E N _BACI
Atropatena) xalqının etnogenezində də öz əksini tapdı. İran yaylasının ərazisinə daxil olmuş bu tayfalar Cənubi Rusiya vilayətlərindən
ektebde hep oxuyardi tarixi indide internetde gezinire maraqlidi
31 oktyabr 2016 17:52
Offline
.....
Azerbaycan Azerbaycan vefali vefasiz xanimlarla dolu Azerbaycan
8 yanvar 2015 19:36
Offline
Qəribə
Arxeoloji və antropoloji materiallar, habelə yazılı mənbələr əsasında demək olar ki, bölgənin avtoxton əhalisi müəyyən müddət ərzində nisbətən sabit qalmışdır. Lakin prinsipial baxımdan əhalinin bu cür müəyyənləşdirilməsi, "avtoxton əhali" anlayışı şərtidir. Çünki tayfalar ayrılır, özlərinin ilkin yaşayış yerlərini tərk edərək uzaqlara gedir, uzaq bölgələrin sakinləri ilə qaynayıb-qarışır, yeni məskənlərdə "aborigenlərə" çevrilirdilər.

Maraqlidi tarixi xeberleri bilmək. Tesekkurler. give_ros
2 dekabr 2014 00:59
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Abuheyat
Cox sag olun...............
2 dekabr 2014 00:39
Offline
Nəzrin
Genis melumat idi cox sagol baci tebii ardini gozleyirem mene maraqlidi tarixi xeberler
1 dekabr 2014 17:35
Offline
Xalidə Həsənzadə
Tarix dersi yadima dushdu crazy
1 dekabr 2014 17:26
Offline
Ellada Babayeva
Demək lazımdır ki, Azərbaycanın cənub bölgələrində və onunla həmhüdud olan ərazilərdə lap e.ə. I minilliyin başlanğıcınadək, bəzən isə bir qədər sonra da yerli etnoslar hakim etno-mədəni, iqtisadi və hətta siyasi qüvvə idilər. Azərbaycan vilayətlərinin tarixi sivilizasiyası ən qədim zamanlardan etibarən bu diyarda yaşamış tayfalar tərəfindən yaradılmışdır.
1 dekabr 2014 13:50
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
........
Tarix en sevdiyim fenn olub.Oxudum yeniden yadıma düşdü teşekkürler müellife
1 dekabr 2014 13:28
Offline
Xanim_Xatun

Sema
Mektebde hiss etdim ozumu

Vallah məndə..Tarix müəllimim çox ciddi bir müəllim idi.Gecə gunduz oxuyurdum..
1 dekabr 2014 12:52
Offline
●♥ Səma ♥●
Mektebde hiss etdim ozumu oxuduqca.Unutduqum sheyler varmish,teshekkurler.
1 dekabr 2014 09:26
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır