Bakıda hava 36°
USD AZN
EUR AZN
17:50PERI istiden danismaye can alir((( 17:39Surayye Yox niye oluram ))) istide axota yoxdu 13:54Ayla Ayla Hamıya salam! Qizlar necəsiz Sürayyə yox olmusan yenə
40914

Xəbər hazırlanması ilə bağlı tövsiyyələr

Xəbər hazırlanması ilə bağlı tövsiyyələr

Hörmətli Qadın.Net istifadəçiləri!

Bu gün sizlərlə səmimi söhbət edəcəm. Baş redaktorun portal istifadəçilərinə müraciəti, tövsiyyələri, məsləhətləri, nə ad istəsəniz qoya bilərsiniz.

Artıq bu istiqamətdə sayı çox olan xəbərləri işləyib ixtiyarınıza vermişik.Bəzilərində danlaq da olub, bəzilərində böyük xahiş, bəzilərində isə sırf öyrədici,maarifləndirici yazılar.

Bu gün isə sərbəst olacayıq.

Portalımızın fəaliyyəti özünün 5 - ci ilinə qədəm qoyub. Bu qədər zaman içində çox dəyişikliklər və çox nailiyyətlər əldə etmişik.Bunu görənlər görür,xoş niyyətlilər vurğulayırlar, arzularını bildirirlər, qısqanclar vurğulamasa da antireklamla hiss etdirirlər.

Sözüm bunlarla bağlı deyil amma. Portalımızda fəaliyyətə başladığım gündən onun inkişafı üçün həmkarlarım Ramil Hüseynov və Ənvər Əhmədlə birlikdə əlimizdən gələn yenilikləri tətbiq edib,yoxlamalar aparıb,bəzən uğursuz, bəzən da uğurlu nəticələr əldə etmişik. Hazırda qadın sektorunda ən öndə olan ölkə portallarından biri səviyyəsindəyik. Bunu dəfələrlə deməmizə gərək də yoxdur.Amma portalımızda bizi hələ də qanə etməyən,ən çox narahatçılıq duyduğum bir məsələ var. İstifadəçilərimizin xəbər hazırlama məsələsi.

3 ildir gözləyirəm,istifadəçilərin xəbər hazırlaması və göndərməsi yolunda cüzi irəliləyişdən savayı başqa bir şey yoxdur. Buna təəssüflənirəm.Baxmayaraq,saytımızda bu istiqamətdə bir neçə öyrədici , nümunə xəbərlər hazırlayıb efirə vermişik, əməl olunmasında az istifadəçi iştirak edib.

Sevimli portalmızın qaydalarını artıq bilirsiniz.Doğrudur,hər kəsin yazarlıq istedadı ola bilməz və hər kəs tələb olunan şəkildə yazılar hazırlayıb redaksiyaya göndərə bilməz. Bəzilərində nə edərsə etsin, “işləri düz getmir,nəticə alınmır ”.

Buna görə də , bu gün sizlərə əvvəlki xəbərlərimdən fərqli olaraq,söhbət edərmiş kimi xəbərlər üçün materilalların tapılması,mövzu seçilməsi,faktların toplanması və düzgün bir şəklə salınması haqqında məlumat verəcəm.

 Əksəriyyət üçün ən çətin olanı mövzu seçimidir.Bildiyiniz kimi portalımızda digər milli saytlarda artıq efirə getmiş xəbərlərin kopyalanıb redaksiyaya göndərilməsi qadağan edilmişdir.Buna baxmayaraq hələ də,redaktorlarımız kopya xəbərləri silməkdə davam edirlər.

Xəbər hazırlanması ilə bağlı tövsiyyələr

Bunun qarşısını almaq üçün bir istifadəçi olaraq gərəkdir ki, əvvəlcə portalın rubrika və bölmələrinə həvəslə nəzər salasınız.Özünüzü bir müxbir kimi hiss edərək, necə deyərlər “geniş açılmış gözlər və qulaqlarla” heç bir faktı qaçırmadan internetin sizə təqdim etdiyi informasiya imkanlarından , eviniz üçün alıb oxuduğunuz jurnallardan,qəzetlərdən  portalımız üçün uyğun gördüyünüz materiallardan lazımınca ,yaradıcı yanaşaraq istifadə edəsiniz. Bundan başqa , skayner işini bacaran istifadəçilərimiz , müəyyən bir mövzunu seçərək, onun ətrafında şəkillər və materiallar toplayaraq silsilə xəbərlər və ya dərslər hazırlaya bilərsiz.

Xəbər hazırlanması ilə bağlı tövsiyyələr

Qeyd edim ki,bizim portalın bir üstünlüyü də ondadır ki, burda mövzu bolluğu yetərli qədərdir.Misal olaraq,digər qadın saytlarında sırf bir istiqamətdə, moda,mətbəx,hüquq və s. əsas qabardılmış mövzulardırsa,bizdə qadınla bağlı hər cür mövzuya toxunmaq,hər cür istiqamətdə  fikirləri ifadə etmək mümkündür. Sizə sadəcə xəbər hazırlamaq işinə yaradıcı yanaşmaq qalır.

Xəbər hazırlanması ilə bağlı tövsiyyələr
Sual oluna bilər,hansı xəbərləri portalımız üçün daha məqsədəuyğun görürsünüz ?

Aşağıdakı misalları göstərmək olar :

 1. http://qadin.net/index.php?newsid=21083

2. http://qadin.net/index.php?newsid=13377

3. http://qadin.net/index.php?newsid=9623

4. http://qadin.net/index.php?newsid=8574

 5. http://qadin.net/index.php?newsid=6053

6. http://qadin.net/index.php?newsid=10088

7. http://qadin.net/index.php?newsid=9906

Hansı xəbərlər faydasız görünür ?

Başlıqları bu cümlələrlə “Əziz xanımlar,sizlərə özümün bəyəndiyim filan geyimləri və ya əşyaları təqdim edirəm” başlayıb və ardından 15-20 şəkil düzülən xəbərlər.

Sual verə bilərsiniz ki,əgər belə xəbərlər lazımsız hesab olunursa,onda o bölmələr niyə açılırdı? Cavab - Bu tip xəbərlərin keyfiyyətini yüksəltmək üçün istifadəçilərimiz təqdim etdikləri moda,əşya və s. fotolarının hər biri haqqında ayrıca məlumat versələr,həmin fotoları niyə seçiblər,hansı fərqinə görə, xəbərə öz yaradıcı ruhlarını daxil etməklə seçdikləri fotoların təqdimatı daha gözəl olmazmı? Eyni zamanda ,məsələn,həmin fotolardakı geyim və ya əşya haqqında əlavə məlumatlar da almış olarıq.

Copy-paste əməliyyatlarına son qoymaq üçün nə etməlisiz?

Əvvəlcə sizi bu terminlərlə yaxından tanış etmək istəyirəm.

1.Copyright – Müəllfin özünə mıxsus,heç bir yerdən köçürülməyən və öz yaradıcı düşüncəsinin məhsulu.

2.Rewrite – Başqa bir müəllif tərəfindən yazılan yazının dəyişdirilməsi və ya yenidən işlənməsi.

3.Copy -paste – Başqasına məxsus yazının olduğu kimi kopyalanması.

Bizim portal üçün uyğun olanı yuxarıda göstərilən 2 termindən istifadə etməkdir. Seçim sizə bağlıdır.İstəsəniz müəyyən bir mövzu haqqında öz düşüncələrinizi və ya araşdırmalarınızı,istəsəniz də digər xarici saytlarda dərcə getmiş xəbər və materialları “Rewrite” etməklə bir-birindən maraqlı xəbərlər hazırlaya bilərsiniz. Məşhur bloqçular var ki, jurnalistika və yaxud da filologiya fakültələrini  bitirməyiblər, onlar sadəcə gördükləri işi sevərək ediblər,həvəslə yanaşıblar və uğurlu nəticələr əldə edə biliblər.Bunları siz də edə bilərsiniz.Əsas öz gücünüzə inanmaq və hər şeyin uğurlu alınacağına inamla yanaşmaq lazımdır. Bir də təbii ki, xəbərlər üçün fotoların seçilməsi də xəbərin keyfiyyətini artıran faktorlardan biridir. Həvəslə yanaşsanız saytımızda “Proqramlar” bölməsində Photoshop proqramı dərsləri verilmişdir.Onları öyrənməklə fotolarla işləmək qaydalarına yaxından bələd ola bilərsiz.

Xəbər hazırlanması ilə bağlı tövsiyyələr

Bu xəbər portalımıza həm yeni gələn istifadəçilərimiz,həm də köhnə istifadəçilər üçün kömək məqsədi ilə hazırlanmışdır.Elə bilirəm,xəbəri diqqətlə oxuduqdan sonra şərhlər bölməsində artıq "Mənim xəbərim haqsız yerə silinib", "Niyə xəbərimi silmisiz,o boyda əziyyət (bir -iki cümlədən ibarət 15 şəkilli xəbər) çəkmişdim" kimi gülməli cümlələri oxumayacayıq.

Əziz Qadin.Net-lilər ümid edirəm,bu xəbərdən sonra redaksiyamıza daxil olacaq istifadəçi xəbərləri bizləri sevindirəcək,eyni zamanda sizlər də öz işinizdən böyük zövq alacaqsınız. Hər birinizə uğurlar arzu edirik!

 

P.S. Bu xəbəri yenidən efirə verməli olduq.Səbəb, hələ də istifadəçilər tərəfindən göndərilən xəbərlərdəki qüsurlarla bağlıdır.Hazırladığınız xəbərlərdə mətnə diqqət etməklə yanaşı seçdiyiniz foto şəkillərin eyni ölçüdə olmasına da xüsusi diqqət yetirmək lazımdır,çünki hər bir şəkil haqqında fikrinizi qeyd olunur mətndə,buna görə redaktorlar həmin şəkli dəyişə bilməzlər.

 

Qeyd : Hörmətli istifadəçilərimiz, xəbərlərinizi hazırlayarkən xəbər mətni ilə,şrifti və ölçüsü ,mətn rəngi ilə çox oynamayın.Yazı panelindəki müxtəlif düymələrə basmayın.Belə olduqda bütün mətn korlanır və yenidən bərpa etmək uzun zaman alır,hətta bəzən texniki işçiləri köməyə çağırmalı oluruq. Ən əsas məsələ,xəbərdə mətnləri mərkəzə gətirməyin, mərkəz üçün lazım olanı redaktorlar özləri edəcəklər.İngilis əlifbası ilə yazılmış mətnləri göndərməyin...

Səslərin sayı: 23
241
10871
loading...
Şərhlər
Offline
Xanim_Xatun
Ceylan xanim bu sayti acmaqla biz evdar xanimlari cox sevindirmisiniz.maraqli melumatlar elde edirik dunya gorunuwumuz zenginlewir.bunun ucun size minnetdaram.

Tək evdar xanimlar deyil isguzar xanimlarda məlumatlarla zənginləşir.
27 yanvar 2015 08:59
Offline
Deniz N-va
Sagol askim minnetdaram love
5 may 2014 16:27
Offline
Ceylan Mumoğlu
Sahile.,
Ceylan xanim bu sayti acmaqla biz evdar xanimlari cox sevindirmisiniz.maraqli melumatlar elde edirik dunya gorunuwumuz zenginlewir.bunun ucun size minnetdaram.

Dəyərləndirməniz üçün biz təşəkkür edirik. laughing
5 may 2014 15:31
Offline
Deniz N-va
Çooox maraqlidir tesekkur smile
27 aprel 2014 19:17
Offline
Sahile.
Ceylan xanim bu sayti acmaqla biz evdar xanimlari cox sevindirmisiniz.maraqli melumatlar elde edirik dunya gorunuwumuz zenginlewir.bunun ucun size minnetdaram.mende bura teze uzv olmuwam. umid edirem mende xeber hazirlamaqi oyrenerem give_ros
28 oktyabr 2013 18:05
Offline
Ibrahimova Gulya♥S♥
teşekkürler diqqətlə oxudum
28 oktyabr 2013 18:01
Offline
nigar
tewekkurler
27 sentyabr 2013 10:11
Offline
17 avqust 2013 13:21
Offline
Ayka Nəcəf
men de evvel xeber hazirlayanda sehvler edirdim.yavas-yavas oyrendim.indi islerim var deye coxdandi xeber de hazirlamiram.sehv xeber hazirlamaqdansa hazirlamamaq ondan yaxsidi.
17 avqust 2013 12:24
Offline
Sirli_dunyam
he yaxwi olardikixeber gonderenler tehqir mubahise yaradacaq xeberlerini gondermesinler
17 avqust 2013 00:58
Offline
Fidan
vafli-qiz,
Niyə ki,hazırlaya bilərsən,həvəsin olsun əsas,kömək lazım olsa soruşa bilərsən
17 avqust 2013 00:28
Offline
Seadet Sexavet
Gözәl imkan yaratmısız hamı üçün.ba,aran sәrbәst çıxış edir.Mәnim xәbәrlәrimi redaktәdә mәnә çox kömәk etdilәr.Tәşәkkür hamınıza
17 avqust 2013 00:15
Offline
SEVA
tesekkurler xeber ucun.
16 avqust 2013 23:31
Offline
Aygun ibrahimova
Men de coxdan ısteyırem kı,oxudugum kıtablardan melumatlar yerlesdırım,lakın korpem var deye hec cure catdırmıram.Goresen,ne zaman qısemet olacaq.Sekıllerı bezen ozunuz elave edırsınız?
16 avqust 2013 23:29
Offline
Жасмин.
Xeber hec vaxt gondermemisem,hevesim yoxdur,amma maraqli xeberleri oxuyuram her gun.
16 avqust 2013 20:20
Offline
Happiness-lady
cox sagolun give_ros give_ros
16 avqust 2013 17:03
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
Sirli_dunyam
Allahin qudreti adinda bir yazi gonderdim kawki qebul edib vereydiler
16 avqust 2013 16:36
Offline
vafli-qiz
tewekkurler ,amma neyniyim ki men xeber hazirlaya bilmirem ele bilirem ki hec vaxt da bacarmaram
16 avqust 2013 16:31
Offline
Selvi
Ceylan xanım bu xəbəri yenidən dərcə verməkdə düz etmisiz. Əziz userlər sadəcə bir az diqqətli olun,, nə lazım olsa soruşun lazımi köməkliyimizi edək, sonra xəbərlərinizi yazın.
16 avqust 2013 15:21
imza: Əxlaqı qanunla əvəz etsələr, buna qanunun çiyni dözməz!
Nöqtə qədər xeyir üçün vergül kimi əyilənlər nəticədə düz xətt olub ayaqlanmağa məhkumdurlar...
Offline
Deniz Ilhan
melumatlara gore cox sagolun
16 avqust 2013 15:08
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 17:49 - Müəllif: Surayye
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Çox düz deyirsiz Pervane xanim. Bizim kor koc vaxti nece oldu bilmedik bütün sekillerimiz itdi. Nece ildi tapilmir. Heyif deyildi o sekiller...
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Şeyma Subaşı çıxardığı “Sadece Şeyma” kitabı ilə səs-küyə səbəb olmuşdu.
  • Məşhur cütlüyün növbəti dəfə ekizləri olucaq-FOTO

    Qeyd edək ki, 58 yaşlı aktyorlar vəkil həyat yoldaşı 2014-cü ildə evlənib. Onların 2017-ci ildə əkiz övladları dünyaya gəlib.
  • Aclıq çəkmədən 60 kq arıqladı-FOTO

    2013-cu ildə həkimin çəkisi 164 kq təşkil edirdi. 1 il ərzində qidalanmasından yalnız 1 maddəni çıxarmaqla Zudin 60 kq arıqlayıb.
  • Məktəblər açılmadan bunları edin

    Son olaraq həkim bildirib ki, uşaqların yeni dərs ili öncəsi ümumi qan, nəcisdə qurd yumurtaları analizləri verməsi faydalıdır
  • Fillər haqqında maraqlı məlumatlar

    Kimside fil heveskaridi
  • 14:01 - Müəllif: Ayla Ayla
    Şəkil çəkdirmək (3)

    Şəkil çəkdirmək

    Mən də anamın uşaqlıq şəkillərinə baxıram. Yaxşı ki çəkdiriblər.
  • Bel ağrısını azaldan 3 yoqa pozası

    Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.Üzü üstə olacaq formada əllərinizi yerdən yüksəltin, başınızı və sinənizi qaldırın. Qaldırarkən nəfəs alıb verin.
  • Əylənməyə getdi, əlil arabasında qayıtdı-FOTO

    Hadisə elə qəfildən olur. Allah koməyi olsun
  • Şeyma Subaşı AÇIQLAMA VERDİ-FOTO

    Məşhur aparıcı Acun Ilıcalıdan olan övladı Melisa ilə görüntülənən Şeyma bunları söyləyib
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış