Biri var idi, biri yox idi, bir serçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bu qaratikan kolundan, o birinə qonub cik-cik eləyirdi. Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb ağlamağa başladı.
Qarı nənə onu görüb soruşdu:
- Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, niyə ağlayırsan?
Cik-Cik xanım ağlaya-ağlaya qarı nənəyə cavab verdi:
- Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, gəl çıxart!
Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxarıb təndirə atdı. Cik-Cik xanımın kefi duruldu. Bir o yana, bir bu yana uçub dedi:
- Qarı nənə, mənim tikanımı qaytar! Qarı nənə dedi:
- Haradan alım, atdım təndirə, yandı. Cik-Cik xanım dedi:
- Mənə nə borc, tikanımı ver! Verməsən, çörəyini götürüb qaçaram. Qarı nənə güldü. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı. Cik-Cik xanım göy ilə uçurdu, gördü yerdə bir çoban qoyun sağır. Yerə qondu, çobana tərəf gəlib dedi:
- Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye!
Çoban çörəyi aldı, çanağına doğradı, üstünə də süd töküb dedi:
- Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, gəl sən də ye.
Cik-Cik xanım cavab verdi:
- Mən toxam, yemirəm, özün ye.
Çoban çörəyi yeyib qurtardı. Cik-Cik xanım qanadlarını yellədib dedi:
- Ay çoban qardaş, mənim çörəyimi ver, gedirəm.
Çoban dedi:
- Çörəyini haradan alım? Yedim, getdi.
Cik-Cik xanım dedi:
- Mənə nə borc yedin. Çörəyimi ver, yoxsa qoyununu götürüb qaçaram!
Çoban gülüb dedi:
- Ay Cik-Cik xanım, nazlı xanım, məndə nə günah var ki, qoyunumu aparasan? Çörəyi özün verdin, mən nə dedim.
Cik-Cik xanım dedi:
- Gör indi sənin başına nə oyun gətirəcəyəm?
Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı. Çoban qışqırmağa başladı:
- Ay aman, ağam məni öldürəcək!
Cik-Cik xanım caynağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı gəlir, onlara yaxınlaşıb soruşdu:
- Ay qardaşlar, hara gedirsiniz?
Atlılar cavab verdilər:
- Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlin gətirək.
Cik-Cik xanım uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi:
- Alın, padşahın toyuna gətirmişəm.
Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi. Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar. Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib Cik-Cik xanımı ac qoydu. Cik-Cik acığa düşüb padşaha dedi:
- Mənim qoyunumu ver!
Dedilər:
- Qoyunu yemişik, qurtarıb gedib.
Cik-Cik xanım dedi:
- Onu-bunu bilmirəm, qoyunumu verirsiniz, verin, vermirsiniz, gəlininizi aparacağam!
Hamı güldü. Cik-Cik uçub çəpərin üstünə qondu, gözlədi. Gəlini zurna-balaban çala-çala gətirdilər. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, gəlini atın üstündən alıb qaçdı. Padşah bir başına döydü, bir gözünə, ağladı. Cik-Cik xanım gəlini hündür bir ağacın dibində yerə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır. Cik-Cik xanım dedi:
- Salam əleyküm, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə. Aşıq sevinib dedi:
- Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı!
Cik-Cik xanım sazı aldı, gəlini verdi. Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldatmağa başladı.
Tikan verdim, çörək aldım,
Dınqıl sazım, dınqıl sazım.
Çörək verdim, qoyun aldım,
Dınqıl sazım, dınqıl sazım.
Qoyunu verdim, gəlin aldım,
Dınqıl sazım, dınqıl sazım.
Gəlini verdim, bir saz aldım,
Dınqıl sazım, dınqıl sazım.
Elə o gündən bəri Cik-Cik xanım ömrünü saz çala-çala, toy-nağara ilə keçirir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Hündür daban ayaqqabılar
Yubiley sikkələri buraxılacaq
Uşaq dənizdə çimərkən su udarsa... - ÖLÜMCÜL FƏSADLAR
Rusiyadan Ermənistana "qardaş"lıq
Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu
2020-ci ilin bürclər üzrə PROQNOZU
Bakının bu ərazisində qaz olmayacaq
Şəhidlərin məzarları fərqli olacaq
Leyla Əliyeva - deputatlığa namizəd
ABŞ Azərbaycan millisinə 2 verdi
Saçlar üçün
"Məzarıma bir cüt ayaqqabı qoyun"
Tək qaş dəbi
Yeni Trend: "Monokrom"
Prezidentə maşınına görə 1 mln təklif etdilər
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Akın sevgilisinə EVLƏNMƏ Təklifi etdi-FOTO
Rusiya Suriyaya lazımi texnika verəcək
Ancelina Coliyə iki mükafat verildi
Ən paxıl və qısqanc bürclər hansılardır?
Uşaqlara bezi tərgitmənin 8 qızıl qaydası
Cennifer Enistonu ölümlə hədələdi-FOTO
22879 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına pul verildi
Keyt Middletonun geyimi səs-küy yartdı-FOTO
Türkiyədə dördgünlük komendant saatı tətbiq ediləcək
Kağız halva (5)
Rusiya vətəndaşlığı almaq istəyənlərə bəd xəbər
Koronavirus xəstəsinə cinayət işi açıldı-SƏBƏB
Yulaflı qara tut kokteyli (foto-resept)
Azərbaycanda 660 valideyn məsuliyyətə cəlb edilib
Pişiyi araq içizdirməklə sağaltdılar
Bu sosial şəbəkədə ŞƏXSİ İSMARICLAR OXUNUR
Bu ölkədə işçi qırtlığı var-SƏBƏB
"Günəşli" yatağındakı quyu əsaslı təmirdən sonra istismara verilib
“Ayfon” pasportu əvəz edə bilər
Aldadan bir daha aldadar mı?
Günün ulduz falı
İynə ilə rəsm çəkən tibb bacısı
Üz dərinizi məhv edən təhlükəli düşmənlər
Azərbaycanda Kürdən tilovla tutulan balıq hamını mat qoyub - FOTO
Seroloji testlər bu yaş qruplarındakı şəxslərdən götürüləcək - TƏBİB
Sabah qaz olmayacaq
Ermənilərin başı yeni dərdə girib
Əcnəbi şəxslərlə nigah bağlamanın qayda və şərtləri
"Yaşlı" görünən gənc Sara-FOTO
İşçilər hansı halda intizam məsuliyyətinə cəlb edilə bilərlər?
Zirəddin Rzayevdən dəhşətli proqnoz
Aprelin 27-dən bu iş və xidmət sahələrində fəaliyyət bərpa olunur - SİYAHI
"Hər bəlamda günahkar sənsən!"
- ŞƏRHLƏR