Uzun saç, həqiqətən də, qadının yaraşığıdır. İndiki vaxtda qadınlar uzun saçlara qovuşmaq üçün böyük pullar xərçləyir, bir çox üsullara müraciət edirlər. Sizə bildirəcəyimiz sürətli saç uzatma üsulunun tətbiqi ilə qısa müddətdə uzun və həcmli saçlara qovuşa bilərsiniz. Evdə hazırlayaçağınız vəsaitlərdən ibarət olan bu üsul həm sizə ucuz başa gələcək, həm ipək kimi saçlarınız olacaq, həm də heç bir əks təsiri olmayacaqdır. Bu gün saçlar üçün effektli təsir verən maya maskalarını sizinlə paylaşacağam.
2 ç.q quru mayanı 50 q. iliq su ilə qarışdırın və qoyun 1 saat dursun. Sonra içinə 2 x.q təbii bal əlavə edin. Yaxşıca qarışdırın və saçlarınızın hər tərəfinə çəkin. Sonra sellofan torba ilə başınızı bağlayın. Onun da üzərindən başınızı quru dəsmalla bağlayın. Maska başınızda bir saat qalmalıdır. Sonra isə başınızı gicitkan dəmləməsi ilə yuyun. Dəmləmənin tərkibi də belədir. 5 litr suyu qaynadandan sonra içinə 100 q quru gicitkan əlavə etmək lazımdır. Gicitkan dəmlənəndən sonra da başını onunla yuyun.
Quru saçları uzatmaq üçün: 2 x.q quru maya və 2 yumurtanın ağını qarışdırın və saçlarınızın diblərinə çəkin. Sonra sellofan torba ilə üzərindən də quru dəsmalla başınızı bağlayın. Maskanı bir saat başınızda saxladıqdan sonra ilıq su və şampunla yuyun.
Kəpəkli saçları uzatmaq üçün: 1 x.q quru mayanı 1 st. iliq kefir ilə qarışdırın. Bu qarışımı 1 saat isti yerdə saxlayın. Hazır qarışımı saçlarınızın diblərinə çəkin və 30 dəqiqə saxlayın. Sonra iliq su ilə yuyun və sonra 1 stəkan alma sirkəsinə 3 litr iliq su əlavə edin və saçlarınızı onunla yaxalayın.
1 x.q quru maya, 1 x.q ilıq su, 1 x.q soğan suyu, 1 ç.q gənəgərçək yağı, 1 x.q turp yağı və bir çimdik duz - bu ləvazimatları qarışdırın və saçlarınızn diblərinə çəkin. Sonra başınızı selofan torba ilə üzərindən də quru dəsmalla bağlayın. Maskanı başınızda bir saat saxlayın. Sonra iliq su və şampunla yuyun.
1 x.q quru maya, 1 ç.q şəkər tozu və 50 q. iliq suyu qarışdıraraq 30 dəqiqə isti yerdə saxlayın. Sonra 2 ç.q xardal və 1 x.q bal əlavə edin və yaxşıca qarışdırın. Bu maskanı saçlarınızın diblərinə çəkdikdən sonra bir saat saxlayın. Sonra iliq su və şampunla yuyun. Əgər bu maskanı 2 ay tətbiq etsəniz, gözlə hiss ediləcək dərəcədə yaxşı nəticələr əldə edəcəksiniz. Maskanı 5-6 gündən bir tətbiq edə bilərsiniz.
Möhkəmləndirən və qalınlaşdıran maska: 1 x.q quru maya ilə 100 ml ilıq südü qarışdırın və 30 dəqiqə isti yerdə saxlayın. Sonra içinə 1 x.q duru yağ və 2 ədəd yumurta əlavə edib yaxşıca qarışdırın. Sonra isə maskanı saçınıza çəkib əvvəlcə sellofanla sonra isə quru dəsmalla bağlayın. Bu maskanı başınızda 2 saat saxladıqdan sonra ilıq su ilə yuyun.
Nazik və sözə baxmayan saçlar üçün maska: 30 q quru mayanı 1 ç.q şəkər tozu və 50 q ilıq su ilə qarışdırın. Bu qarışımı 20-30 dəqiqə saxladıqdan sonra saçınıza tətbiq edin və bir saat gözləyin. Sonra başınızı iliq su ilə yuyun.
Hər növ saçları uzatmaq üçün maskalar
3 x.q quru maya və 3 x.q balı qarışdırın. Üzərinə biraz ilıq su əlavə edin və 1 saat isti yerdə saxlayın. Hazır qarışığı saçlarınızın diblərinə çəkin. Sonra başınızı sellofan torba ilə, onun da üzərindən quru dəsmalla bağlayın və saat yarım (90 dəqiqə) gözləyin. Gözlənilən müddət bitən kimi başınızı ilıq su ilə yuyun.
1 x.q quru maya, 1 yumurtanın sarısı, bir neçə damla efir yağı, 1 x.q. turp yağı və bir az bitki dəmləməsini bir yerdə qarışdırın. Bitki dəmləməsinə isə 1 x.q çobanyastığı, 1 x.q gicitkan və 1 x.q şalfey əlavə edin. Bu otları 50-100 ml qaynar su ilə dəmləyin. Otlar dəmləndikdən sonra sonra süzün, hazır ilıq dəmləməyə 1 x.q quru maya əlavə edin və yarım saat isti yerdə saxlayın. Sonra yağları əlavə edin və sonda yumurta sarısını da əlavə edib yaxşıca qarışdırın. Maskanı saçınızın hər bir tərəfinə yaxşı çəkin. Başınızı əvvəlcə sellofanla, sonra isə dəsmalla bağlayın. Bir saatdan sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə iki dəfə və bir ay müddətində etsəniz, təsirini görəcəksiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Kənd təsərrüfatı bahalaşmadan necə qurtulacaq?
Kit yaxtanı gəmi ilə toqquşdurdu - VİDEO
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
FİFA-da prezident seçkisinin vaxtı bilindi
Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?
Mən böyüyəndə...
Qorxudan necə xilas olmalı?
Yohan Kristian Dal
Kanye Uest milyarder oldu
İş axtaranların nəzərinə!
Zərif aksesuarlar
Civzələr (sızanaqlar)
Arıqlamağa kömək edən 3 içki
Yemək otağı modelləri
Yuxuya rahat getməyə kömək edən çaylar
Yüz İlin Ən Yaxşı Serialları
Moskvada evlər 2,5 dəfə ucuzlaşdı
Azərbaycanda uzunömürlülər "cavanlaşır"
Cəbhədə amansız atışma
Məşhur aktrisa bütün paylaşımları SİLDİ
Təbiətin möcüzəsi: qanı axan ağac
Çində koronavirusa yoluxma halı yenidən artdı
Ajda Pekkanın gənclik sirri məlum oldu-FOTO
Bayram üçün manikür modelləri
Bəzi süd məhsullarının istehsalına yeni tələblər qoyuldu
Bill Qeytsdən böyük yardım - 70 milyon dollar...
Bakının ən yaşlı sakini öldü
Günün qoroskopu: Qətiyyətli olun!
Hər kəs Eser Yenenlerin TOYundan danışır-FOTO
Labirint-6
İnsan 5300 il əvvəl nə yeyirdi?
Fransa hökumətinin yeni tərkibi açıqlandı
Bakıda çovğun olacaq!
Sadə şaurma (foto resept)
Azərbaycan Rusiyaya nota verdi
“MilliÖn” terminallarında nə baş verir?
Gəlin maşınları
Neslihanın ev halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Saakaşvilidən Azərbaycana dəstək
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Günün qoroskopu: həyat potensialı yüksəkdir
"Azəriqaz"dan qazın təzyiqindən şikayətlənənlərə cavab gəldi
Kişilər nə istəyir? 1-ci hissə
Kosmonavt pəhrizi
Koronavirusla bağlı SON STATİSTİKA
Sıla və Hazar diqqət mərkəzində-FOTO
Qəribə adət: kimin qarnı yekədirsə, o...
Bakıda küləyin istiqaməti dəyişəcək
- ŞƏRHLƏR