Ardı:
18. O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, hər şeydən Xəbərdardır.
19. De: "Kimin şahidliyi daha böyükdür?" De: "Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?" De: "Mən şahidlik etmirəm!" De: "O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam".
20. Özlərinə Kitab verdiyimiz kəslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar iman gətirməzlər.
21. Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!
22. O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: "İddia etdiyiniz şərikləriniz haradadır?"
23. Sonra onların: "Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!"– demələrindən başqa bir bəhanələri qalmayacaq.
24. Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaqlar.
25. Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: "Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir"– deyərlər.
26. Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.
27. Odun üzərində dayandırıldıqları vaxt onların: "Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq"– dediklərini görəydin!
28. Xeyr! Əvvəllər gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.
29. Onlar dedilər: "Dünya həyatımızdan başqa bir həyat yoxdur və biz dirildilməyəcəyik!"
30. Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Allah deyəcəkdir: "Məgər bu dirilmə həqiqət deyilmi?" Onlar: "Əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir!"– deyəcəklər. O buyuracaqdır: "Elə isə inkar etdiyinizə görə dadın əzabı!"
31. Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O saat onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində daşıyaraq deyəcəklər: "Dünyada buraxdığımız əməllərə görə vay halımıza!" Onların daşıdıqları şey necə də pisdir!
32. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?
33. Biz bilirik ki, onların dedikləri səni kədərləndirir. Əslində onlar səni yalançı hesab etmirlər. Lakin zalımlar Allahın ayələrini inadla inkar edirlər.
34. Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.
35. Əgər onların haqdan üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin içinə enə biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!
36. Sənin çağırışını ancaq səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da onlar Onun hüzuruna qaytarılacaqlar.
37. Kafirlər dedilər: "Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?" De: "Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu bunu bilmir".
38. Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.
(Ardı var)
XƏBƏR LENTİ
Qonaq otağı üçün pərdə seçimi
Azərbaycanda universitet adını dəyişdi
Müdriklər demişlər (2-ci hissə)
Gökçe Bahadırı Bensu Soral ƏVƏZ EDƏCƏK
Yaz üçün geyim kombinasiyaları
“Facebook”da yenilik
Ərdoğan İmamoğlunu təbrik etdi
Azərbaycanlı qadın döyüşçü ABŞ təşkilatı ilə müqavilə bağladı
Həkimlərə əməkhaqqı bonusla veriləcək - YENİ QAYDALAR
Venesiyada maraqlı tapıntı
Sızanaqları yox edən GÜCLÜ VASİTƏ
Onlar canlı deyil
Mikayıl Cabbarov: "İbtidai təhsildə islahatlara hazır olmalıyıq"
Prezidentdən sərəncam
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
HAVA necə olacaq?-11 yanvar
Ebrunun tarixi evinə məhkəmə işçiləri girdi-FOTO
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
"Müəllimlər günü" ilə bağlı pul yığan məktəblərə xəbərdarlıq
"Taxt oyunları"nın finalından danışan 30 milyon cərimələnəcək
Hadisə fanatını həbs etdirdi
Ölkələrə görə oruc tutma müddəti
3 ölkəyə həcc qadağası qoyuldu
Son 10 ilin ən yaxşı filmləri
Azərbaycanda dəhşətli virus heyvanları biçir
Hava haqqında
Türkiyə Superliqası: "Fənərbağça" səfərdən məğlub qayıtdı
Bakıda anti-tütün əməliyyatı
Düşmən Tərtəri artilleriya atəşinə tutub - RƏSMİ
Eyvan dekorasiyası
Malta mənzərələri rəsmlərdə
Bıçaq sümüyə dirənəndə və ya şəhərimizin üz qaraları
Altı aktyor serialı tərk etdi-SİYAHI
Özü üçün Hobbit evi hazırlayan qadın
Sürücülərin NƏZƏRİNƏ! Buna görə qətiyyən ödəniş etməyin! - FOTO
Opera-dan zənglər etmək olacaq
İnsan simasının görkəmləri sayıldı
Ancelina Coliya böyük sürpriz
Yenə dünyanın sonu gəlir?
Naz Elmas ərə gedir-FOTO
Bu içkilər uşaqları öldürə bilər
Xəzərdə artilleriya savaşı
Bu ölkədə "Ebola"nı qapı-qapı axtarırlar
ABŞ-da ilin ən gözlənilən hadisəsi
Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı
Gəlinliklər
İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi
Şokoladlı yeni il keksləri (foto-resept)
PKK-nın xain Ermənistan planı
Millət vəkillərimiz Berlində etiraz etdilər
- ŞƏRHLƏR