Bir ildir ailəliyəm. Bir qız övladım var. Yazımda bəlkə də keçirdiyim hisslərimi yaxşı ifadə edə bilməyəcəyəm, çünki bu mənim üçün elə də asan deyil. Bu, mənim həyatımdır.
Ailə həyatı qurduğum insanı sevməmişdim, sadəcə düşüncəsinə, yaşına və həyatda başına gələn pis hadisəyə görə evləndim. Yoldaşımın birinci həyatı pis kecmişdi. Yoldaşı 7 gündən sonra özünü öldürmüşdü. Hər kəs səbəbini bir cür izah etdi. Mənsə yoldaşımın dediklərinə inanıb evləndim. Mən hələ də aydınlaşdıra bilmirəm bu hadisə necə olub. Onu da qeyd edim ki, yoldaşımın çox gözəl xasiyyətləri var. Loru dillə desək, dilini tapdınsa superdir. Mətləbdən kənarlaşmaq istəmirəm, çünki bu ayrı mövzudur. Ailə həyatında hər şey ola bilər, bunun üçün ölümdürmü çarə? Məncə yox!..
Nə isə... Əvvəlcə sual verdim:
- Məndən gizlətdiyin başqa nə isə qalıb?
Onun cavabi isə:
- Yox - oldu. Evləndik... Hər şey ürəyimcə gedirdi, hər kəs nazımla oynayırdı, sanki atam evində idim.
Üç aydan sonra Rusiyaya gəldik, gəldikdən dörd-beş ay sonra bir gün yoldaşımın telefonuna mesaj gəldi: "Bu sənin qızındır, niyə inanmırsan?". Sanki şoka düşdüm.
Mən də 5 aylıq hamilə idim, davalarımız həmin gündən başladi. Yoldaşım müxtəlif bəhanələrlə məni aldatdı ki, elə bir şey yoxdur, mesaj səhv gəlib. Mən dedim ki, "əgər elə şey varsa mən boşanıram!.." Bütün ailə məni sakitləşdirdi ki, əsla belə şey yoxdur. Bundan ötrü ailəni dağıdırsan? Beləliklə, söhbət bağlandı. Amma təbii ki, mən tərəfdən yox.
Yayda məlum oldu ki, bu həqiqətdir. Həftə içi gələn SMS-lər, MMS-lər bunu təsdiqləyirdi. Bu il uşağın 1 yaşı olan günü sanki dünyam başıma yıxıldı. Həmin günü gələn mesajlar sanki məni boğurdu. Axı mən belə ailə həyatı arzu etməmişdim. Mən bu vəziyyəti qəbul edə bilmirəm. Axı mən subay gəlmişdim. İlk sevdiyim həyat yoldaşım oldu. Hər şeyin dadını yoldaşımla ilk dəfə yaşadım. Amma o isə artıq hər ləzzəti duyub.
İndi mən ayrılmaq istəyirəm, o isə yox. Hər gün davamız olur. Belə nə vaxta kimi gedəcəyik? Məni yanlış anlamayın, özünüzü mənim yerimə qoyun, necə olarsınız? Bir səhər gözünüzü açırsınız ki, yoldaşınıza mesaj gəlir: "Sabahın xeyir, əzizim, necəsən?" . Bir gün gəlir ki "uşağin böyüyüb iməkləyir, sənə çox bənzəyir". Başqa gün gəlir ki, "bu gün ilk addımlarını atdi". Mənsə bunları kənardan izləyə bilmirəm. Yoldaşıma söz deyəndə də mənə əsəbləşir. "Neyləsin, uşağıdı yazır, sən baş qoşma, sənin yanındayam, daha nə istəyirsən?!" Necə edə bilərəm axı bunu, mənim qəlbim daşdandır?! Bu sevincləri mən sənə yaşatmaq istəyirəm. Məndən olan qızından görməyini istəyirəm, rusdan olandan yox. Mənə icazə vermir ki, "Facebook"da, "Odnoklassniki"də qeydiyyatdan keçim. Ailəmizin şəkillərini qoyum. Amma rus girir və mənim kəbinli, nigahli ərimlə öz köhnə şəkillərini qoyur, şəkillərini uşaqla montaj edir. Görün məni nə yerinə qoyurlar, axı ora elə yerdir ki, hər kəs artıq girir. Mənim tanışlarım, qohumlarım görə bilərlər və bu, mənim ətrafıma yayılar...
Yazası o qədər söz var ki, inanın, artıq cümlələri necə yazacağımı bilmirəm. Çünki hisslərim imkan vermir. Günlərim bir anlıq gözümün önündən kino lenti kimi gedir. Ən pisi də budur ki, həyat yoldaşımın mənə xəyanət etdiyini eşidirəm. Yüküm o qədər böyükdür ki, yaşım az olsa da yaşadıqlarım məni yaşım qədər də artıq qocaldıb. Bunu da qeyd edim ki, mən uşağı qısqanmıram, yeri gəlsə, öz balam kimi saxlayaram. Mənə pis gələn məndən ilk gündən gizlədildiyi və bu günkü gündə qızın bizim həyatımızda sərbəst şəkildə olmasıdır. Artıq sözümün bitdiyi andır. Sizin fikirlərinizi bilmək istərdim...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Onkoloqlardan vacib XƏBƏRDARLIQ: gecələr belə yatın
Kənd təsərrüfatı bahalaşmadan necə qurtulacaq?
Kit yaxtanı gəmi ilə toqquşdurdu - VİDEO
İlham Əliyev: “Daha 16 kəndimiz işğaldan azad edildi”
Koronavirusa yoluxanların sayı bir milyonu ötdü
FİFA-da prezident seçkisinin vaxtı bilindi
Öldükdən sonra sosial media hesablarınıza nə olacaq?
Mən böyüyəndə...
Qorxudan necə xilas olmalı?
Yohan Kristian Dal
Kanye Uest milyarder oldu
İş axtaranların nəzərinə!
Zərif aksesuarlar
Civzələr (sızanaqlar)
Arıqlamağa kömək edən 3 içki
Yemək otağı modelləri
Yuxuya rahat getməyə kömək edən çaylar
Yüz İlin Ən Yaxşı Serialları
Moskvada evlər 2,5 dəfə ucuzlaşdı
Azərbaycanda uzunömürlülər "cavanlaşır"
Cəbhədə amansız atışma
Məşhur aktrisa bütün paylaşımları SİLDİ
Təbiətin möcüzəsi: qanı axan ağac
Çində koronavirusa yoluxma halı yenidən artdı
Ajda Pekkanın gənclik sirri məlum oldu-FOTO
Bayram üçün manikür modelləri
Bəzi süd məhsullarının istehsalına yeni tələblər qoyuldu
Bill Qeytsdən böyük yardım - 70 milyon dollar...
Bakının ən yaşlı sakini öldü
Günün qoroskopu: Qətiyyətli olun!
Hər kəs Eser Yenenlerin TOYundan danışır-FOTO
Labirint-6
İnsan 5300 il əvvəl nə yeyirdi?
Fransa hökumətinin yeni tərkibi açıqlandı
Bakıda çovğun olacaq!
Sadə şaurma (foto resept)
Azərbaycan Rusiyaya nota verdi
“MilliÖn” terminallarında nə baş verir?
Gəlin maşınları
Neslihanın ev halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Saakaşvilidən Azərbaycana dəstək
Dünyanın ən qəddar və ən təhlükəli 12 qadını
Günün qoroskopu: həyat potensialı yüksəkdir
"Azəriqaz"dan qazın təzyiqindən şikayətlənənlərə cavab gəldi
Kişilər nə istəyir? 1-ci hissə
Kosmonavt pəhrizi
Koronavirusla bağlı SON STATİSTİKA
Sıla və Hazar diqqət mərkəzində-FOTO
Qəribə adət: kimin qarnı yekədirsə, o...
Bakıda küləyin istiqaməti dəyişəcək
- ŞƏRHLƏR