Azərbaycan-yaralardan sinəsində dağ,
Azərbaycan-sərhədlərə bölünmüş torpaq.
Çıx dünyadan Azərbaycan dünyasına bax,
Azərbaycan qılınclarla bölünmüş candır,
Çaylarında sular axmır,tökülən qandır...
"Xeyirlə şər qardaşdır",deyiblər.Oktyabr ayındakı bayramlardan danışdıq.Təəssüf ki,tarixmizin ən qara səhifələrindən biri olan Gülüstan müqaviləsi də bu ayda imzalanıb.Artıq 200 ilə yaxın bir zaman keçir.200 ildir ki,AZƏRBAYCAN 2yə bölünüb.200 ildir ki,GÜNEY AZƏRBAYCAN sözü dilimizə keçib.
Gülüstan müqaviləsi — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya İmperiyası ilə İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilədir. Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkir. 1812-ci ildə Napaleonun Rusiya hücumundan dəyərlənməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin qurtarmasını bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.
Əslində isə bu müqavilə hüquqi cəhətdən qüvvədən düşmüş sayılmalıdır.Çünki XX əsrin əvvəllərində Rusiyada çar rejimi,XX əsrin 70-ci illərinin sonlarında isə İran inqilabı nəticəsində İranda şahlıq rejimi devrilən zaman hər iki dövlətin yeni hakimləri elan etdilər ki-İnqilaba qədərki verilən qərarlar,qanunlar,müqavilələr artıq qüvvədən düşmüş sayılır.Gülüstan müqaviləsi də həmin zamanlarda qəbul edilmiş müqavilələrdən biridir.Uzun illərdir özlərinin olmayan torpağa "Vətən" deməyə məcbur olsalar da onların da,bizim də bir vətənimiz var-AZƏRBAYCAN!Gəlin,Güney Azərbaycanımızı unutmayaq.Unuda-unuda çox şeylərimizi itirmişik onsuz da...
(Aşağıdakı şəkillər Təbriz şəhərindən görüntülərdir)
XƏBƏR LENTİ
Pensiyalar vaxtından əvvəl veriləcək
Kofe ilə portret çəkə bilən Brian
Qadın sağlamlığı üçün möcüzəvi qidalar
BMT: 90 günahsız uşaq öldürülüb
Bir zamanlar lağ obyekti olub, indi isə...-FOTO
Planetin ƏN NÜFUZLU şəxsinin adı açıqlandı - SİYAHI
Nazirlik GMO-larla bağlı analizlər apara biləcək
Şokoladlı bulka (foto resept)
Disney qəhrəmanlarının real həyatdakı bənzərləri
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
3 il sizlərlə - Yeniliklər...
Ərdoğan: "Azərbaycana dəstək davam edəcək"
Zəhərli qidalar
Küncütlü ürək peçenyesi (foto resept)
Ermənilərdən şok etiraf
"Talut bulağı" ifadəsinin mənası nədir?
Azərbaycandan Avropaya elektrik enerjisi ixracının vaxtı açıqlanıb
Yəhudi anaların uşaqlarını dahiyə çevirən 6 primitiv tərbiyə metodu
Qubadlı viran qalmış daha bir kəndindən görüntülər - VİDEO
Neftin qiyməti 50 dollar ətrafında tərəddüd edib
140 illik Milli Mətbuat
“WhatsApp”da YENİLİK!
Kraliçanın illərdir dəyişməyən ayaqqabısı - FOTO
Yaz fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
Markdan iddialı AÇIQLAMA
Uşağın "ikinci başı" kəsildi - FOTO
Sibel Can haqda şok iddia - VİDEO
Azərbaycanda zəlzələ oldu
Dekabr ayında HAVA necə olacaq?
Tramp: “Bayden yalnız bu şərtlə Ağ Evə girə bilər”
Ətəyi düşən model 500 reklam təklifi alıb-FOTO
Sıla bal ayından FOTO-paylaşdı
Rus cheesecake (foto resept)
Hava haqqında - 08.12.2013
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Koronavirusla bağlı "Qaynar xətt" fəaliyyətə başladı
Kəs və yapışdır-10
Bürclər aşiq olanda nə edirlər?
Çobanyastığı çiçəyinin faydaları
İlin ən çox qazanan yazıçıları - SİYAHI
Türkiyədə kişilərə bu QADAДћAN EDİLDİ
Saçlara qulluq
Ögey ana
Toyuq filesindən zapekanka (foto resept)
Ölkələrə görə dəyişən süfrə qaydaları
Putindən hər şeyi alt-üst edən qərar
Millimiz dünya çempionatında mübarizəyə başlayır
Tarif Şurasından xəbərdarlıq
2018-in ən maraqlı romantik komediya filmləri
- ŞƏRHLƏR